![Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə işgüzar səfər edib Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə işgüzar səfər edib](https://dia-az.info/uploads/posts/2024-05/thumbs/1716987395_0001.jpg)
Mayın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib. Bu barədə Dia-az.İnfo-ya MN-dən məlumat verilib.
Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin bir sıra görüşləri və “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.