Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur .....                     Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? .....                     “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” .....                     55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu .....                     "Azəriqaz" daha bir məhkəməni uduzdu .....                     Ukrayna münaqişədən parçalanmış halda çıxacaq .....                     „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ .....                     Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır .....                     "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" .....                     Azərbaycanda QSC yenidən təşkil ediləcək .....                     ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib .....                     Bakı səfərindən paylaşım etdi .....                     Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... .....                     Avarçəkmə yenidən Qarabağda .....                     Nazir rəisi təqaüdə göndərdi .....                     “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır .....                     Problemli kreditlərdə 32 milyonluq artım .....                     TƏBİB-in ƏRKÖYÜNÜ... .....                     Artilleriya bölmələri ilə döyüş atışları keçirilib .....                     Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, .....                     Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... .....                     Azərbaycan-Çin münasibətləri yeni mərhələdə .....                     Xalq artisti arxivini tökdü ortaya... .....                     İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... .....                     “NORM”a yaxın şirkət yaradıldı .....                     “PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub .....                     44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... .....                     "Neftqazmaş" ASC kiçilib .....                     "Bakıtikişsənaye" ASC səhmdarlarına .....                     Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər .....                     İlham Əliyev regionda MEYDAN SULAYIR... .....                     ABB də boyun qaçırır, qosqoca `Azercell` də... .....                     Gəncədə icra hakimiyyətinin yaxınlığında .....                     “Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir .....                     "Kiçik məmurlar qudurğanlıq etməməlidir" .....                     Əmək şəraiti ağır.. zərərli olan işlərdə... .....                     Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar .....                     Dərin köklərə malik münasibətlər .....                     Ermənistan NƏ İSTƏYİR? .....                     “Xalq Bank”ın rəhbərinə ağır itki üz verib .....                 

Rusiya nota verdi, İrəvan isə “Ukraynanı çökdürə bilməyəcəksən” dedi - Görünəni odur ki...
Tarix: 11-06-2024, 09:23 | Çap et
Rusiya nota verdi, İrəvan isə “Ukraynanı çökdürə bilməyəcəksən” dedi
Xəbər verildiyi kimi, iyunun 9-da Rusiya Ermənistana etiraz notası göndərib. XİN nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan nümayəndə heyətinin Buçaya (Ukraynanın Rusiya işğalı zamanı soyqırıma məruz qalmış şəhəri, hazırda azad olunub - red.) səfərini qeyri-dost addım kimi qiymətləndirir.

“İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan diplomatik missiyasının nümayəndəsi Vladimir Karapetyan da daxil olmaqla, Ermənistan nümayəndə heyəti Ukraynanın Buça şəhərinə səfər edərək Moskvada qəbuledilməz sayılan bəyanatlar veriblər. Bundan əlavə, onlar Kiyevə humanitar yardım aparıblar. Biz Nor-Nork rayonunun və Ermənistan diplomatik missiyasının rəhbərlərinin Buçaya səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk və Ukrayna Silahlı Qüvvələrinə yardımın ötürülməsindən narahatıq. Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişik”, - Zaxarova bildirib.

O, Ermənistan hakimiyyətinin bu cür bəyanatları dəstəkləməsindən təəssüfləndiyini bildirib.

Yada salaq ki, ötən ilin sentyabrında da Rusiya Ermənistanın “qeyri-dost hərəkətləri” səbəbindən bu ölkəyə nota vermişdi. Notada Roma Statutunun ratifikasiya prosesinin başlanması, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın göstərilməsi və ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alırdı. Bundan başqa, etiraz notasında Ermənistan parlamentinin sədri Alen Simonyanın sentyabrın 6-da Mariya Zaxarovaya ünvanladığı və Rusiya XİN-lə əlaqədar təhqiramiz bəyanatlarının qəbuledilməz olduğu vurğulanırdı.

Ötən ay isə Rusiya etiraz əlaməti olaraq İrəvandakı səfiri Sergey Kopırkini müvəqqəti geri çağırmışdı.

Erməni tərəfinin notaya cavabı isə gecikməyib və Tiqran Ter-Marqaryandan gəlib. Həm də yetərincə sərt formada.

“Xüsusilə xanım Zaxarova üçün bir neçə dəqiqləşdirmə. İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin başçısı və "Respublika" partiyasının siyasi şurasının üzvü kimi mən Ukraynaya səfər etdim və həm yerli hakimiyyət orqanları, həm də erməni icması ilə görüşdüm. Mən də humanitar yardım çatdırmaq üçün Buçada idim. Lazım gələrsə, yenidən getməyə hazıram. Görüşlərimdə əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməyəcək. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir".

Bu sözləri Ter-Marqaryan özünün facebook səhifəsində Zaxarovaya cavab olaraq yazıb.

Bəs Moskvanın bu qəbil addımlarının davamı nə ola bilər, əgər forpost Ermənistan faktiki onu saymırsa?

Deputat Azər Badamov burada Rusiyaya açıq şəkildə mesaj ünvanlandığını düşünür: “Ermənistan Rusiya ilə münasibətlərini davam etdirmək istəmədiyini birbaşa bildirməsə də, öz hərəkətləri ilə rəsmi Moskvadan uzaqlaşmaq istədiyini ifadə edir. Belə ki, nümayəndə heyətini Ukraynanın Buça şəhərinə göndərməsi Rusiyaya mesajdır. Hətta nümayəndə heyətinin rəhbəri Tiqran Ter-Marqayanın "lazım gələrsə, Ukraynaya yenə getməyə hazıram və Rusiya Ukraynanı məğlub edə bilməyəcək" deməsi bu səfərə etirazını bildirən Moskvaya meydan oxumaq deməkdir. Əslində Ukraynaya olunan bütün səfərlər Ermənistan hakimiyyətinin göstərişləri ilə baş tutur. Bu baxımdan deyə bilərik ki, Paşinyan hakimiyyəti mümkün qədər Rusiyanın nəzarətindən çıxmaq istəyir. Belə hallar əvvəllər də olmuşdu. Moskva İrəvana notalar verir, səfirini məsləhətləşmələr üçün geri çağırır və XİN tərəfindən bəyanatlar səsləndirir. Ermənistan isə Moskvanın bəyanatlarını o qədər də ciddiyə almır və öz dəst-xəttini davam etdirir. Ermənistanın Rusiyaya qarşı münasibəti belə davam edərsə iki ölkə arasındakı münasibətlərdə ciddi uçurum yaranacaq. Belə ki, Moskva Ermənistanı cəzalandırmaq üçün ciddi təzyiq mexanizmlərini işə sala bilər. Bu da Rusiyadan asılı olan Ermənistan üçün ciddi problemlər deməkdir. Amma Paşinyan yavaş-yavaş Rusiyanın forpostluğundan çıxıb Qərbin forpostluğuna keçməyə çalışır. Çünki Ermənistan müstəqil yaşayıb siyasət yürüdə bilən ölkə deyil. Bu ölkə mütləq şəkildə kənardan idarə olunmalıdır. Ona görə də ictimai-siyasi sabitliyinə qovuşa bilmir".

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, Ermənistan nümayəndə heyətinin Ukraynaya, Buçaya səfəri birbaşa Qərbin sifarişidir: “Onlar birbaşa baş nazir Nikol Paşinyanın sifarişi ilə Buçaya səfər ediblər. Düşünürəm ki, Paşinyan daha böyük fiqurları Buçaya göndərə bilərdi, amma hələ ki İrəvandakı hansısa dairənin icma sədrini göndərməklə kifayətlənib. Əslində Paşinyan hökuməti bu cür gedişlərlə nəbz yoxlayır. İrəvan Kremlin adekvat cavablarını diqqətlə təhlil edir, daha sonra bir qədər də Moskvanı qıcıqlandıracaq addımların kəsərini artırır. Düşünürəm ki, bu, Ermənistanın timsalında Rusiyaya meydan oxumaqdır. Çünki Rusiya bir neçə dəfə bu cür faktla üz-üzə qalıb, daha sonra "quru" etiraz bildirməklə kifayətlənib. Daha kəsərli addımlar atmayıb. Fikrimcə, Moskva da indiki həssas məqamda İrəvanla daha sərt dillə danışmağa ehtiyat edir. Kreml diplomatik danışıqlar nəticəsiz qaldıqda hərəkətə keçir. Görünür, Rusiyada düşünürlər ki, hələ də Paşinyan hökuməti ilə dil tapa bilərlər. Bu, baş verməsə, o zaman Gümrüdəki 102-ci ordu hissələri İrəvanın qapısını döyəcək. Ən pis halda isə Ermənistanın baş nazirini fiziki məhvetmə əməliyyatı gözləyir".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun fikrincə, Rusiya ilə Ermənistan arasında ziddiyyətli münasibətlərin olması İrəvanın qopması anlamına gəlmir: “Rusiya ilə Ermənistanı bağlayan bağları qoparmaq da mümkün görünmür. Təkcə onu demək kifayətdir ki, Ermənistan adlı bir dövləti Rusiya yaradıb, himayə edib, ondan öz maraqları üçün istifadə edib. İndi də eyni tendensiya davam etməkdədir. Rusiya ona qarşı tətbiq olunan beynəlxalq sanksiyalardan Ermənistan üzərindən yan keçə və regionda qeyri-stabil vəziyyət yarada bilir. Bu gün Ermənistan iqtisadiyyatı Rusiyadan bilavasitə asılıdır. Ermənistanın Moskvaya qarşı addımları strateji deyil, taktiki xarakter daşıyır. İrəvanı qıcıqlandıran və Kremlə qarşı addımları Rusiya ilə Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından, Bakı-Moskva müttəfiqliyindən qaynaqlanır. Rusiyaya erməni cəmiyyətində nifrətin, qəzəbin kökləri isə 2020-ci ildə 44 günlük müharibədə Ermənistanın bütün təhrik və təxribatlarına baxmayaraq Rusiyanın buna uymamasına gedib çıxır. Ermənistanın bəzi siyasi dairələri düşünür ki, Rusiya onları müdafiə etmək gücündə deyil və Rusiya ilə batmaqdan qaçmaq daha faydalıdır. Rusiya-Ukrayna cəbhəsində Qərbin fəal yardımları ilə son dövrlər fəallaşan Kiyevin uğurları fonunda İrəvanın Rusiyadan qopma meylləri daha qabarıq özünü göstərməkdədir. Moskva da anlayır ki, Ukraynada hər gün itirdiyi mövqelərini Ermənistanda da itirir. "Respublika" partiyası zatən əvvəlcədən də anti-Rusiya mövqeli partiyadır və bu partiyanın ideologiyası faşist Qarigen Nijdenin əsasını qoyduğu çexokronizmə əsaslanır. Məncə, istər “Respublika” partiyası olsun, istərsə də hakim “Vətəndaş müqaviləsi” partiyası olsun, hər iki partiyanın Moskvaya qarşı baxışları çox hallarda üst-üstə düşür. Məqsədli şəkildə Ermənistan Rusiyanı hiddətləndirəcək addımlar atmaqla sanki Kremli daha sərt davranış sərgiləməyə məcbur etmək istəyir. Və Ukraynanı, Rusiya tərəfindən viran qoyulan Buçaya səfəri, verilən bəyanatlar nəhayət ki, Moskvanın qəzəbinə səbəb oldu və bu dost olmayan münasibət adlandırıldı. Məncə, Ermənistan hakimiyyəti bilərəkdən Rusiyanı üzərinə qaldırmaqla beynəlxalq diqqəti özünə çəkmək və beynəlxalq dəstək almağı hədəfləyir. İkincisi, bununla da Ermənistan Rusiyaya beynəlxalq sanksiyalardan yan keçməkdə diqqəti özündən uzaqlaşdırır. Göstərmək istəyir ki, Rusiya Ermənistanın qərbyönümlü siyasətinə qarşıdır və buna müqavimət göstərir. Əgər belə olmasaydı, Rusiya Ermənistan hakimiyyətinə qısa zamanda yerini göstərərdi və hədsiz şıltaqlığına son qoyardı. Hesab edirəm ki, bundan sonra da Ermənistanla Rusiya arasında söz və diplomatik duel davam etdiriləcək. Bu cür səhnələşdirilən “gərginlik” və qarşılıqlı suçlamalar Ermənistan və Rusiyanın maraqlarına uyğundur”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur - ETİRAZ VAR...
Bu gün, 11:44
Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? – “Bu halda bankı məhkəməyə vermək olar”
Bu gün, 11:40
“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Bu gün, 11:37
55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu - TƏFƏRRÜAT
Bu gün, 11:32
"Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27
Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19
Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14
"Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12
Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03
Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00
Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57
Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44
Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38
“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34
Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32
TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13
Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57
Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51
“NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51
“PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50
44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47
"Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44
"Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36
İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33
ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29
Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20
"Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 09:17
Əmək şəraiti ağır.. zərərli olan işlərdə... - Ekspert danışır...
Bu gün, 09:14
Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar - MƏQALƏ
Bu gün, 09:10
Dərin köklərə malik münasibətlər - İsrafil Kərimovun yazısı
Bu gün, 09:09
Ermənistan NƏ İSTƏYİR? - ƏGƏR...
Bu gün, 08:57
“Xalq Bank”ın rəhbərinə ağır itki üz verib
Bu gün, 07:24
ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək? - GƏLİŞMƏ
Bu gün, 07:17
Arazın o tayının və bu tayının görüşü… - replika
Bu gün, 06:35
Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
Bu gün, 06:31
BAŞ(ÇI)SIZ Nəsimidə daha bir özbaşınalıq - AXI NİYƏ?..
Bu gün, 06:26
Raketi Hindistandan, onun mərmisini isə Fransadan alırıq - Köçəryan
Bu gün, 06:20
ATƏT-in Minsk qrupu: ÖLÜNÜ DİRİLDİRLƏR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:17
Gözdən əlilin pensiyası NİYƏ KƏSİLİB? - GİLEY
Bu gün, 06:14
Pensiyaların verilmə tarixi NİYƏ OYNAQDIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:07
“Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR! - BU NƏDİ BELƏ?
Bu gün, 06:05
Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
Bu gün, 05:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru