Kamala Harrisin Trampla mübarizədə davam gətirəcəyi inandırıcı deyil .....                     Generaldan maddi ziyan tələbləri artır .....                     “Volın məsələsi” həll olunmasa və ya Rusiyanın əlində oynamaq .....                     “Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən SƏBƏB .....                     LGBT şousundan və toyuq ayaqlarının ovundan "zövq alın": .....                     Sərdar Həmidovun oğlu Tərtərdən deputatlığa namizəd oldu .....                     Ermənistan Rusiya bazarından xaric edildi .....                     Kolonna ermənilərə görə sevincini gizlədə bilmədi .....                     “Azər Türk Bank” ASC səhmdarlarının Ümumi Yığıncağının tarixi dəyişdirildi .....                     “Kişi tezdən işə getsin, evdə olanda adam əsəbiləşir” .....                     Kürdəmirdə vəzifəli şəxs faciəli şəkildə ÖLDÜ .....                     Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi .....                     “Ermənistan sülh yox, yeni əməliyyatlara köklənib” .....                     Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? .....                     “Cəmiyyətə gül atıblar, gülüş atıblar, balta yox!” .....                     "Bir dəfə mənim dostlarım yenilik etsin, mən oğurlayım" .....                     Ermənistana münasibətdə İranla Qərbin sinxron siyasəti .....                     "Açılışa baxmaq fikrində deyildim..." .....                     Azərbaycanda qəbiristanlıqdakı mənzərə görənləri heyrətə gətirdi .....                     Ermənistanın “E”si də qalmayacaq, əgər... .....                     Zərdüşt Əlizadə Sərdar Cəlaloğlunu ittiham etdi: .....                     Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır .....                     “Yelo Bank”ın depozitləri azalıb .....                     "Hələ seçkiqabağı təşviqat başlamayıb..." .....                     “Azercell” yenə də öz ampluasındadır... .....                     "Təhükəsizliklə bağlı Parisin sadə qaydaları təmin etməməsi heç bir məntiqə uyğun deyil" .....                     “Səba” mənfəətdən zərərə keçdi .....                     Ukraynaya qarşı döyüşən azərbaycanlı əsir düşüb .....                     İndi də “Yarım gilə”mizi oğurladılar… .....                     Azərbaycanla Ermənistan arasında yeni müharibə: .....                     "Allah haqqı düzəlmir..." .....                     Bizdə TURİZM NİYƏ YOXDUR... .....                     Yaşa görə pensiya verməmək missiyası davam edir .....                     “Ermənilər noyabrda Bakıya gəlməsələr, “öz ayaqlarına güllə atmış” olacaqlar” .....                     Bu şirkət dərman satışı ilə bağlı 2 milyonluq .....                     Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub .....                     Ərdoğan bu tarixdə Əsədlə görüşəcək .....                     III Qarabağ savaşı başlayır? .....                     Qafqaz üçün məkrli plan... .....                     Onların dəqiqəsi qızıl imiş... .....                 

“Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər?.. - Heç nə verə bilməz...”
Tarix: 11-06-2024, 15:08 | Çap et
“Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər?..
“Türkiyənin “BRİKS”-ə qoşulmaq istəyi haqda verilən bəyanatların nə dərəcədə ciddi olduğunu söyləmək çətindir. Ola bilsin ki, bu, Ərdoğan hökumətinin hansısa bir manevridir. Və Ərdoğan bununla Qərbə göstərmək istəyir ki, onun başqa seçim imkanları da var. Bu daha çox siyasi addıma bənzəyir. Məqsəd də odur ki, NATO, Avropa Birliyi və bütövlükdə kollektiv Qərb Türkiyəni itirmək istəməsin və ona münasibətini dəyişsin. Qərbin istər bütövlükdə, istərsə də Avropa Birliyinin ayrılıqda, istər NATO daxilindəki Qərb ölkələrinin ayrı-ayrılıqda, əlbəttə, Türkiyəyə münasibətləri ögeydir. Və Türkiyənin uzun illərdir Avropa Birliyinə nəinki üzv, hətta namizəd kimi qəbul olunmaması göstərir ki, burada bir qərəzli münasibət var. Bu baxımdan, görünür, Ərdoğan hökuməti “BRİKS”-ə daxil olmaq məsələsindən bir siyasi manevr kimi istifadə edir. Amma eyni zamanda istisna deyil ki, Türkiyə gerçəkdən də bu quruma daxil ola bilər”.

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az-ın "Türkiyə XİN başçısı Hakan Fidanın Çində də, Rusiyada da ölkəsinin “BRİKS”-ə daxil olma arzusunu ifadə etməsi, həmin qurumun Rusiyadakı tədbirində iştirak etməsi, hətta “BRİKS”i “AB-yə alternativ” adlandırması Ərdoğan iqtidarının doğrudanmı Moskvanın aparıcı rol oynadığı quruma üzvlükdə maraqlı olmasını ifadə edir, yoxsa bu, rəsmi Ankaranın növbəti özünəməxsus manevri, gedişidir?” sualını cavablandırarkən dilə gətirib.

“Bəs Türkiyə “BRİKS”-ə daxil olacağı halda nə əldə edə bilər? Bu olduqca ciddi bir sualdır. Əvvəla, bu gün Türkiyənin əsas ticari dövriyyəsi hər bir halda Qərb ölkələri ilədir. Yəni Türkiyəyə texnologiyaların idxalı da, ixracı da daha çox Avropa Birliyi ölkələri və qismən də ABŞ-la bağlıdır. Bu ölkənin nə Çinlə, nə Hindistanla iqtisadi əlaqələri, ticari dövriyyələri o qədər də böyük dür. “BRİKS”-də Rusiya var, Rusiya-Türkiyə münasibətləri, iqtisadi əlaqələri həmişə yüksələn xətt üzrə gedib. Amma Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində burada da azalma müşahidə olunur. Mən artıq “BRİKS”-in yaradıcı ölkələrindən biri olan Cənubi Afrika Respublikasını, Braziliyanı demirəm. Həmin ölkələrlə Türkiyənin iqtisadi əlaqələri yetərincə zəifdir”, - deyə davamında analitik bildirib.

“Burada hər şey “BRİKS”-in özünün perspektivindən asılı ola bilər. Söhbət yalnız Türkiyənin quruma daxil olacağı halda nə əldə etməsindən yox, ümumiyyətlə, “BRİKS”-in özünün hansı perspektivi ola biləcəyindən gedir. Deyək ki, bu qurum Avropa Birliyini, Qərbi əvəz edə bilərmi? 5 “BRİKS” ölkəsi: Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası və Braziliyanın birlikdə ümumi daxili məhsulu 27 trilyon dollar civarındadır. Avropa Birliyinin ümumi daxili məhsulu 20 trilyon dollara yaxındır. ABŞ isə təkbaşına 25-26 trilyon dollarlıq ümumi daxili məhsula malikdir. Lakin nəzərə alsaq ki, istər ABŞ, istər Avropa Birliyi və onların həm siyasi, həm iqtisadi tərəfdaşlıq əlaqələri olan digər müttəfiqlərini, Cənubi Koreya və Yaponiyanı da buraya qoşduqda və nəhayət, Avropa Birliyinə aid olmayan Böyük Britaniyanı, eləcə də Avstraliyanı da daxil etdikdə biz görərik ki, şərti olaraq “kollektiv Qərb” adlandıra biləcəyimiz bu ölkələrin ümumi daxili məhsulu 55 triyondan artıqdır. Göründüyü kimi, bu, “BRİKS”-in ÜDM-indən iki dəfə böyükdür. Hələ mən Sinqapur, Malayziya kimi ABŞ-la kifayət qədər yaxın iqtisadi əlaqələrdə olan ölkələri demirəm",- deyə Ərəstun Oruclu diqqətə çatdırıb.

Siyasi təhlilçi hesab edir ki, "BRİKS"-ə daxil olan aparıcı ölkələr arasında yetərincə siyasi, geo-siyasi və iqtisadi ziddiyyətlər var.

"Bilirsiz, məsələ yalnız iqtisadi göstəricilərdə deyil. “BRİKS” ölkələrinin münasibətlərinə baxsaq, görərik ki, Hindistanla Çin bir neçə parametr üzrə bir-birləri ilə daha çox rəqibdir, nəinki müttəfiq... Məsələn, bu iki qonşu ölkə arasında mübahisəli ərazi var, bazarlar uğrunda rəqabət var. Və nəhayət, Çinlə Hindistan müxtəlif qlobal layihələrdə bir-birinə diametral zidd maraqlarla çıxış edirlər. Çin “Şərq-Qərb” nəqliyyat-kommunikasiya dəhlizində iştirak edirsə,- bu, onun maraqlarından irəli gəlir, - Hindistan isə iki mümkün dəhlizdən birində iştiraka hazırlaşır. Bunun biri Rusiya ilə birlikdə layihələndirilən “Şimal-Cənub” dəhlizidir. Digəri isə Hindistan- Yaxın Şərq- Aralıq dənizi- Avropa dəhlizidir. Düzdü, Yaxın Şərqdəki gərginlik üzündən hələlik bu layihə ilə bağlı mövzu dondurulub. Ancaq heç kəs onun gələcəkdə aktuallaşa biləcəyini istisna edə bilməz. Bundan başqa Çinlə digər aparıcı “BRİKS” üzvü - Rusiya arasında da yetərincə ziddiyyətlər var. Birincisi, elə həmin dəhliz məsələlərində... Bilirsiz ki, Çin Rusiyanın müəyyən ərazilərinə də iddia edir. Bundan başqa, ərəb monarxiyaları, Yaxın Şərq uğrunda rəqabətdə artıq Çin müstəqil tərəf kimi iştirak edir. Və biz görürük ki, bu kimi məsələlərdə, məsələn, həmin kollektiv Qərbin ortaq maraqları var və olduqca stabil maraqlardır. “BRİKS”-də isə... Mən hələ yalnız bəzi ziddiyyətləri sadaladım. Həmçinin Braziliya, eləcə də Cənubi Afrika iqtisadiyyatının qalan qurum üzvləri olan ölkələrin iqtisadiyyatına necə inteqrasiya olunacağını söyləmək çox çətindir; Braziliya Amerika materikinin Cənub qütbündə, Cənubi Afrika da Afrikanın cənub hissəsində, digərləri isə Avrasiyada... Ola bilsin, məhz elə həmin səbəbdəndir ki, Braziliyanın Çinə ixracı 100 milyard dollar olduğu halda, həmin ölkədən idxalı təxminən 50-53 milyard dollardır, yəni ixracın yarısı qədərdir. Bir sözlə, gördüyümüz kimi, “BRİKS” ölkələrinin özləri arasındakı iqtisadi əlaqələr də o qədər güclü deyil. Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər? Heç nə verə bilməz...

Bir sözlə, mən düşünmürəm ki, Türkiyə üçün “BRİKS” ölkələri iqtisadi, elə hətta siyasi baxımdan da Qərblə, ABŞ-la, NATO ilə, Avropa Birliyi ilə əməkdaşlıqdan daha üstün ola bilər. Yəni həm təhlükəsizlik, həm müdafiə siyasəti baxımından, həm ən müasir elm və texnologiyalara çıxış əldə etmək baxımından və həm də iqtisadi baxımdan Türkiyə üçün bu gün, ən azı bu gün aralarında olan bütün ziddiyyətlərə rəğmən hazırkı Qərb partnyorları “BRİKS” ölkələrindən daha əlverişlidir. Üstəlik də, məsələn, deyək ki, Çinin gələcəkdə perspektivi nədən ibarət olacaq, Rusiyanın Ukraynadakı savaşı və digər ziddiyyətli məsələlər hansı təsirlərə gətirib çıxaracaq – bunlar da hələ bəlli deyil. Bütün bu söylədiklərimizə istinad edərək demək olar ki, Türkiyə, çox güman ki, “BRİKS”-ə daxil olmaq məsələsini bir siyasi manevr olaraq ortalığa atıb. Və mən belə bir ciddi niyyətin olduğunu hesab etmirəm. Hər halda belə bir ciddi addım atılsa, Türkiyənin bundan ciddi uğur əldə edəcəyini düşünmürəm”, - deyə ekspert vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kamala Harrisin Trampla mübarizədə davam gətirəcəyi inandırıcı deyil - ÇÜNKİ...
Bu gün, 18:04
Generaldan maddi ziyan tələbləri artır - DETALLAR
Bu gün, 18:02
“Volın məsələsi” həll olunmasa və ya Rusiyanın əlində oynamaq - UNİAN
Bu gün, 17:58
“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən SƏBƏB - İLGİNC FAKTLAR
Bu gün, 17:52
LGBT şousundan və toyuq ayaqlarının ovundan "zövq alın": - Dünya mətbuatı Fransanı ələ salır
Bu gün, 17:49
Sərdar Həmidovun oğlu Tərtərdən deputatlığa namizəd oldu - "Tək gəlmişəm..."
Bu gün, 17:47
Ermənistan Rusiya bazarından xaric edildi - KİV
Bu gün, 17:43
Kolonna ermənilərə görə sevincini gizlədə bilmədi
Bu gün, 17:01
“Azər Türk Bank” ASC səhmdarlarının Ümumi Yığıncağının tarixi dəyişdirildi
Bu gün, 16:59
“Kişi tezdən işə getsin, evdə olanda adam əsəbiləşir” - VİDEO
Bu gün, 16:56
Kürdəmirdə vəzifəli şəxs faciəli şəkildə ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 16:54
Azərbaycanlı ərindən boşanan müğənni çılpaq görüntüləndi - FOTO
Bu gün, 16:46
“Ermənistan sülh yox, yeni əməliyyatlara köklənib” - deputat
Bu gün, 16:42
Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? - İLGİNC İDDİALAR...
Bu gün, 16:16
“Cəmiyyətə gül atıblar, gülüş atıblar, balta yox!” - Fazil Mustafa
Bu gün, 16:15
"Bir dəfə mənim dostlarım yenilik etsin, mən oğurlayım" - ATMACA
Bu gün, 16:09
Ermənistana münasibətdə İranla Qərbin sinxron siyasəti - İNCƏLƏMƏ
Bu gün, 16:07
"Açılışa baxmaq fikrində deyildim..." - AMMA...
Bu gün, 15:59
Azərbaycanda qəbiristanlıqdakı mənzərə görənləri heyrətə gətirdi - ŞOK İDDİA
Bu gün, 15:51
Ermənistanın “E”si də qalmayacaq, əgər... - Kritik payız
Bu gün, 15:30
Zərdüşt Əlizadə Sərdar Cəlaloğlunu ittiham etdi: - "Heç kim onun sədaqətinə inanmır"
Bu gün, 15:26
Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayır
Bu gün, 15:16
“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib
Bu gün, 15:05
"Hələ seçkiqabağı təşviqat başlamayıb..." - MSK sədri UYARDI
Bu gün, 15:03
“Azercell” yenə də öz ampluasındadır... - "Borc yazırlar..."
Bu gün, 15:01
"Təhükəsizliklə bağlı Parisin sadə qaydaları təmin etməməsi heç bir məntiqə uyğun deyil" - deputat
Bu gün, 14:56
“Səba” mənfəətdən zərərə keçdi - HESABAT
Bu gün, 14:49
Ukraynaya qarşı döyüşən azərbaycanlı əsir düşüb - VİDEO
Bu gün, 14:32
İndi də “Yarım gilə”mizi oğurladılar… - AÇIQLAMA
Bu gün, 14:27
Azərbaycanla Ermənistan arasında yeni müharibə: - Blef, yoxsa reallıq?
Bu gün, 14:19
"Allah haqqı düzəlmir..." - GİLEY
Bu gün, 14:18
Bizdə TURİZM NİYƏ YOXDUR... - REPLİKA
Bu gün, 14:10
Yaşa görə pensiya verməmək missiyası davam edir - Pensiya yaşı artdıqca, pensiyaçı sayı azalır...
Bu gün, 14:02
“Ermənilər noyabrda Bakıya gəlməsələr, “öz ayaqlarına güllə atmış” olacaqlar” - FAKT BUDUR!
Bu gün, 14:00
Bu şirkət dərman satışı ilə bağlı 2 milyonluq - MÜQAVİLƏ BAĞLADI
Bu gün, 13:56
Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub
Bu gün, 13:53
Ərdoğan bu tarixdə Əsədlə görüşəcək - Görüşün sürprüz məkanı...
Bu gün, 13:01
III Qarabağ savaşı başlayır? - "Bu cür silahlanmaya dözə bilmərik"
Bu gün, 12:58
Qafqaz üçün məkrli plan... - “Qərb Rusiyanın yerini tutmaq istəyir”
Bu gün, 12:54
Onların dəqiqəsi qızıl imiş... - SORĞU
Bu gün, 12:52
İranda "dil problemi" aradan qalxır? - AKTUAL
Bu gün, 12:41
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?” - Leyla Şıxlinskaya
Bu gün, 12:35
Saxta məhsul satmaları bir yana... - İSTEHLAKÇI HÜQUQU HARDA QALDI?
Bu gün, 12:33
Paytaxt ərazisində ahıl vətəndaşlara qarşı dələduzluğa cəlb edilən daha bir şəxs saxlanılıb - VİDEO
Bu gün, 12:29
Abşeron rayonunda şəhid ailələri və vətəndaşlarla görüşlər keçirilib - FOTO
Bu gün, 12:21
Rusiya şirkətinin erməni rəhbəri saxlanıldı
Bu gün, 12:17
Arabir güclənən şimal-qərb küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 12:15
Rusiya izi araşdırılır: - Fransadakı təxribatın arxasında aşpaz Kiril dayanır?
Bu gün, 12:14
İrəvana ikiqat cavab verilməlidir ki, sülhdən başqa sözü olmasın - ÇAĞIRIŞ
Bu gün, 12:12
Ağcabədidə son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
Bu gün, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru