Qarabağın erməni əhalisi qayıda bilər .....                     1,60 manata satılan benzin əslində “Aİ-92”dir? .....                     "SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." .....                     Əməkdar artist aparıcını məhkəməyə verdi .....                     Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi .....                     Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb .....                     Ermənistanın müdafiə naziri Almaniyaya getdi .....                     Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Texniki Universitetin rektoru İTTİHAM OLUNUR .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb .....                     Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... .....                     Cavidan Xalq artistinin .....                     "Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" .....                     Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır .....                     Aşıq Zülfiyyə restoranını satışa çıxartdı .....                     Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir .....                     "O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" .....                     İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: .....                     Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... .....                     "İsrail İrana qarşı hücuma hazırlaşır" .....                     Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! .....                     Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... .....                     Prezidentin təsdiqlədiyi saziş: .....                     Görün, nəyə görə yardım verməyiblər... .....                     Azərbaycan Ermənistandan tam təzminat tələb edir .....                     Gecə işığı yanan məktəblər araşdırılmalıdır .....                     “Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” .....                     “Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI .....                     SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır .....                     "Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." .....                     Tramp Ukraynanı “təhvil” verir? .....                     Qızılın qiymətində növbəti rekord .....                     Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək .....                     Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. .....                     Emin Ağalarov konsert verəcək .....                     Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... .....                 

“Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur” - QALMAQAL
Tarix: 11-06-2024, 15:24 | Çap et
“Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur”
44 günlük Vətən müharibəsinin bitməsindən 4 ilə yaxın zaman keçib. Bu zaman kəsimində şəhidlərimiz haqqında kitablar yazılıb, çoxsaylı tədbirlər təşkil edilib, KİV vasitəsilə saysız-hesabsız süjetlər hazırlanıb, reportajlar təqdim edilib. Cəmiyyətin hər bir təbəqəsi əlindən gəldiyi qədər Vətən torpağını geri qaytaran qəhrəmanlara minnət borcunu yerinə yetirməyə çalışıb. Lakin Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsinin uzun illər, əsrlər sonra da xatırlanması üçün onların adının ədəbi əsərlərdə çəkilməsi də önəmlidir. Real qəhrəmanlıqlar ədəbi süjetlərdə tərənnüm edilməlidir ki, tarix yeniləndikcə bugünkü tarix unudulmasın. 3 ildir ki, cəmiyyətin ədəbiyyatı sevən qismi şairlərimizdən və yazıçılarımızdan giley edir ki, şəhidlərimiz ədəbi əsərlərdə layiqincə tərənnüm edilmir.

Əməkdar jurnalist Mir Şahin Ağayev də növbəti dəfə bu mövzuya diqqət çəkib. Sosial media hesabında paylaşım edən jurnalist yazıb:

“Hardasınız, Azərbaycanın Süleyman Rüstəmi bəyənməyən şairləri? 3000-ə yaxın Şəhidimiz hələ də sizdən məktub gözləyir…”

O, paylaşıma Vera Karlovna Şiryenin səsləndirməsində Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini əlavə edib.

Musavat.com tanınmış şairlərə müraciət edərək bu iddiaya münasibət öyrənib.

Əməkdar jurnalist, şair Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirdi ki, ədəbiyyat kollektiv təsərrüfat deyil, onu fərqləndirən faktorlar var:

“Ola bilər ki, Mir Şahin bəyin bu məsələlərlə bağlı öz baxış bucağı var və yaxud da ola bilər ki, onu bu istiqamətdə yazılan ədəbi əsərlərin məzmunu, ya da keyfiyyəti qane etmir. Bədii yaradıcılıq hər fərdə xas olan xüsusiyyətdir. Hər kəs istənilən mövzuda xüsusi öhdəlik götürmədən, mövzu ürəyincədirsə, baxış bucağını, hislərini ifadə edirsə, istedadını büruzə verə bilər, nəsr əsəri, şeir, poema yaza bilər. Müharibə mövzusunda çox sayda əsər var. Məsələn, Ramiz Qusarçaylının şəhidlərlə bağlı möhtəşəm poeması var. Başqalarının da var. Yazıçılar Birliyinin bilavasitə təşkilatçılığı ilə “Vaqif Poeziya günləri”ndə təqdimatı keçirilən “Zəfər dastanı” toplusunun adını çəkə bilərəm. Bu kitab müxtəlif dillərə tərcümə olunub. Yeri gəlmişkən, hazırda xüsusi təyinatlılarla bağlı marş hazırlayıram. Üzərində iş gedir, yaxın zamanda təqdimatı olacaq. Əgər gündəlik peşə fəaliyyətindən kənar yaradıcılıqla məşğul olan biri kimi mən buna vaxt çatdırıramsa, digərlərinin də bu sahədə daha böyük işlər gördüyünə şübhə etmirəm”.

E.Mirzəbəylinin fikrincə, təbliğat və cəmiyyətin tələbi kimi amilləri də gözardı etmək olmaz:

“Meyxana, çayxana təfəkkürlü proqramlar, paylaşımlar, insanların əksəriyyətinin “TikTok” mentalitetinə aid olması ciddi əsərlərin göz önündə sərgilənməsinə imkan yaratmır. Məlumdur ki müharibə mövzusunda yazılan əsərlərə dövlət mükafatı təqdim olundu. Bədii keyfiyyətləri yüksək olmasa ki, onlara dövlət mükafatları təqdim olunmazdı. Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur. Bəlkə onun baxış bucağına, zövqünə uyğun deyil. Ədəbiyyatda standartlar fərqlidir. Birinə emosional təsir göstərən əsər başqasına təsir etməyə bilər. Düşünürəm ki, belə mövzuların ciddi ədəbiyyatda öz əksini tapması, plakat janrında yox, əsl əsər janrında ortaya çıxması üçün zamana ehtiyac var. İnsanlar bu prosesi hər gün etməlidirlər. İstənilən hadisənin özününküləşdirilməsi və ortaya çıxması üçün zaman lazımdır. Şəxsən yaşadığım hadisəni qeyd etmək istəyirəm. 2011- ci ildə Gəncəyə səfər etmişdik. Rəşad Məcid və Akif Aşırlı bir gün gec, qatarla gəldilər. Rəşad Məcidin üzündə yorğunluq və kədər sezdim. Səbəbini soruşanda dedi ki, sonuncu dəfə qatara Ağdama gedəndə minmişdi. Gəncə qatarında da bütün hadisələri xatırlamışdı. Təəssüratlarını danışdı, mən də şeir yazdım-“Kabus qatar”. Əslində poema idi, sonradan ikinci hissəsini də yazdım. O şeir təxminən Ağdam azad olunana qədər, hətta sonradan da ağdamlıların və ümumiyyətlə bütün qarabağlıların da leytmotiv şeiri oldu. Minlərlə insan onu əzbərlədi. O şeir dərhal yazılmamışdı. Zaman keçdi, özününküləşdirdim və yazdım. İlkin təəssüratlarda qəhrəmanlıq hekayələri daha çox üst qata qalxır. İnsan faktoru arxa plana keçir. Müharibədə insan, ölüm, həyat , ailə üçün darıxmaq, sevgi və s. amillər var. Bütün bunlar real əsəri ortaya çıxarır. Bunun üçün isə çox böyük zaman lazımdır. Azərbaycan ədəbiyyatında- nəsr və poeziyada, digər incəsənət növlərində də bu mövzuda gözəl əsərlərin yazılacağına şübhə etmirəm. Onlardan bəziləri isə bütövlükdə dünya ədəbiyyatının nadir incilərindən birinə çevriləcək. Buna ümid edirəm. Düşünürəm ki, Mirşahin Ağayevin bu etirazı daha çox yanğıdan, istəkdən irəli gəlir”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı isə Musavat.com-a açıqlamasında qeyd etdi ki, müharibə ilə bağlı hansı əsərlərin yazılmaması kimi etirazlar yazılan əsərlər haqqında yetərli məlumatın olmaması ilə bağlı ola bilər, əks təqdirdə bunu qərəzli münasibət kimi şərh etmək olar:

“Buna bənzər açıqlamaya vaxtilə Azərbaycanın yeni nəsil araşdırmaçılarından Fərid Hüseyn “Ədəbiyyat” qəzetinin qoşa səhifəsi həcmində cavab vermişdi. O yazıda müəlliflər və əsərlər sadalanmışdı. Mən daxil, istər 90-cı illərə qədərki, istərsə də bizdən əvvəlki nəsillərin nümayəndələri Azərbaycanın azadlığı uğrunda gedən ümumxalq hərəkatına, mübarizəyə, sonrakı dövrdə torpaqların işğalına qarşı ədəbi-mədəni dünyamızın dirənişini əks etdirən yaradıcılıqla çıxış etmişik. İkinci Qarabağ müharibəsində əsgərlərimiz, zabitlərimiz nəinki sözgedən “ittihama” şərik olurdular, əksinə, onlar Azərbaycan şairlərinin şeirlərini səsləndirərək, mahnılar oxuyaraq irəli gedirdilər. Bunun özü də şəhidlərimizin də, qəhrəmanlıq dastanlarımızın da xalqın ədəbiyyatına, mədəniyyətinə nə qədər bağlı olduğunu göstərir. Müharibə bitdikdən sonra şairlərimiz, yazıçılarımız bu mövzuya biganə qalmayıblar. İstər ustad şairlərimiz olsun, istərsə də yeni nəslin təmsilçiləri çox saylı ədəbi nümunələr ortaya qoyublar”.

Ə.Qoşalı vurğuladı ki, müharibə müddətində yazılmış şeirlərin hamısı qalıcı olmur:

“İkinci Dünya müharibəsi zamanı yazılmış şeirlərin heç də hamısı bu gün dillər əzbəri deyil. Bu baxımdan şairlərin və yazıçıların yazdığı ədəbi nümunələrin illər sonra dillər əzbəri olacağını iddia etmirik. Hansı şairin hansı şeirinin uzunömürlü olacağını xalqın şairə və şeirə, mövzuya münasibəti müəyyənləşdirəcək. Buna görə də mən hər hansı gərginlik, xəcalətli məsələ görmürəm. Bu, uzun, incə yoldur. Bu yolda yürüyənlərə salam olsun! Nəinki şairlərimiz şeirlər yazıblar, bizim bir neçə şairimiz şəhid şair olaraq anılmaqdadır. Ülvi Bünyadzadə, Nizami Aydın və başqaları şəhid olublar. Şairlərimiz həm qələmləri ilə, həm də həyatları ilə Vətənin haqlı zəfərinə təşnə olduqlarını sübut ediblər. Hesab edirəm ki, belə iddia bizim qazi şairlərimizə haqsızlıqdır. Şairə Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində qazi şairlərin, o cümlədən şəhid ailələri üzvlərinin iştirakı ilə həyata keçirilən poeziya məclisləri bu mövzuya biganə münasibət olmadığının sübutudur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behişti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:38
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:37
Texniki Universitetin rektoru İTTİHAM OLUNUR - "Sonrada deyirlər elm niyə inkişaf etmir?"
Bu gün, 12:34
İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb
Bu gün, 12:31
Baboşun fanatı kimi ad çıxarmış iş adamı indi də ŞANTAJA KEÇİB... - MÜRACİƏT
Bu gün, 12:27
Cavidan Xalq artistinin cavabını BELƏ VERDİ
Bu gün, 12:14
"Hikmət və Ziya kimi Cavidan da teatrdan qovulmalıdır" - ŞOK SÖZLƏR
Bu gün, 12:06
Tehran ballistik raket proqramını yeni mərhələyə çıxarır - Bəs nüvə necə olacaq?
Bu gün, 12:01
Aşıq Zülfiyyə restoranını satışa çıxartdı - özü AÇIQLADI
Bu gün, 11:59
Bakı şəhərində kommunal layihənin tətbiqi uğurla davam edir - FOTO
Bu gün, 11:52
"O müğənnisən ki, erməni mahnısı ilə TANINDIN" - VİDEO
Bu gün, 11:48
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı: - erməni müəllimdən cəsarətli addım
Bu gün, 11:46
Kimlər deyirsə ki, Erkin Qədirli məni qəbul etmir... - Natiq Cəfərli DANIŞDI
Bu gün, 11:43
"İsrail İrana qarşı hücuma hazırlaşır" - WP
Bu gün, 11:39
Mütəllibovun Bakatinə məktubu: Görün, nə yazılbmış! - TAM MƏTN
Bu gün, 11:36
Fuad Nəcəfli gələndən yanacağın da keyfiyyəti aşağı düşüb... - "Əvvəllər belə deyildi, az qatırdılar..."
Bu gün, 11:26
Prezidentin təsdiqlədiyi saziş: - Rusiyanın əsas ümid yeri olan o dəhlizin inkişafını nəzərdə tutur
Bu gün, 11:21
Görün, nəyə görə yardım verməyiblər... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
Azərbaycan Ermənistandan tam təzminat tələb edir - RƏSMİ
Bu gün, 11:12
Gecə işığı yanan məktəblər araşdırılmalıdır - "Repetitor ovu" üçün təkliflər
Bu gün, 11:00
“Ermənistanın Azərbaycana hücüma hazırlaşması haqda deyilənlər tamamilə əsassızdır...” - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 10:56
“Azəristiliktəchizat”ın UPS qurğuları almaq istəyi baş tutmadı - DETALLAR
Bu gün, 10:51
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - GƏLİŞMƏ
Bu gün, 10:49
90 yaşlı Artur Rasizadə ilə bağlı xəbər YAYILDI - TƏFƏRRÜAT
Bu gün, 10:46
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Bu gün, 10:43
"Keçi kimi tullanan futbolçu qədər həqiqi neftçinin hörməti yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 10:38
Tramp Ukraynanı “təhvil” verir? - Bloomberg
Bu gün, 10:33
Qızılın qiymətində növbəti rekord – 160 manatı keçdi
Bu gün, 10:29
Zəngəzurun taleyi həll olunur, Bakının nəzarətinə veriləcək - Xaçikyan
Bu gün, 10:26
Tramp Putinə NƏLƏRİ GÜZƏŞTƏ GEDİR?.. - İNCƏLƏMƏ
Bu gün, 10:22
Emin Ağalarov konsert verəcək - "Özünə bir qəpik də almır"
Bu gün, 10:18
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bu gün, 10:16
Yeni korrupsiya reytinqi: Azərbaycanın yeri ədalətlidirmi? - AÇIQLAMA
Bu gün, 10:05
Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu - BUNA GÖRƏ...
Bu gün, 10:02
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Bu gün, 09:57
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar? - Görün onu il yarımdır harada saxlayırlar
Bu gün, 09:54
Arvadına “Tiktok”da tanış olduğu qadınla xəyanət edən kişi bıçaqlandı - TƏFƏRRÜAT
Bu gün, 09:53
"Məni 3 dərəcə aşağı çilingər göndərirlər" - GİLEY
Bu gün, 09:48
"Bir qara yaylıq lazımdır ki, oturub doyunca ağlayasan..." - ETİRAZ
Bu gün, 09:40
Bizim QUMARIMIZ da ədalətsizdir... - PULLAR BELƏ PAY-PÜŞ EDİLİR...
Bu gün, 09:33
Azərbaycanda 100 min manatlıq şirkət - LƏĞV OLUNUR
Bu gün, 09:24
Ermənistan baş naziri növbəti manipulyasiyaya əl atır - ŞƏRH
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru