Bərdədə 105 ədəd çətənə kolu aşkarlanıb
Tarix: 15-06-2024, 12:07 |
Çap et
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz olaraq kultivasiyasını təşkil edən rayon sakini Elşən Rüstəmov saxlanılıb.
Bu barədə Dia-az.İnfo-ya DİN Mətbuat Xidmətindən xəbər verilib.
Onun Lənbəran kəndində yerləşən həyətyanı sahəsinə baxış keçirilən zaman çəkisi 22 kiloqramdan artıq olan 105 ədəd çətənə bitkisi aşkar edilib.
Faktla bağlı cinayət iși başlanılıb, araşdırmalar davam etdirilir.