Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət .....                     “Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” .....                     "Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" .....                     İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: .....                     Uşaqların gözündə gecə qorxusu: .....                     Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib .....                     General-mayor işdən çıxarıldı .....                     İran və İsrail KİV-nin səhifələrindən “qan damır” .....                     Avrointeqrasiyanın "seçkili" qurbanları .....                     Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? .....                     Moldovada keçirilən referendumun ilkin nəticələri .....                     326 milyonluq qaçaqmalçılıq... .....                     Nazirin nəzərindən yayınanlar... .....                     326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin .....                     Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi .....                     Ağadadaş Ağayevin məhkəməsi başlayır .....                     Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam .....                     Fərqanə həbsdə olan həyat yoldaşı haqda: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir .....                     Məktəblərdə din tədris olunacaq? .....                     İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi .....                     İrəvan yeni savaşın vaxtını təyin edib: .....                     Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır .....                     Gömrük Komitəsi 59 min manata güllər alır .....                     Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir .....                     UNEC-də yeni təyinat: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh .....                     Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? .....                     Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? .....                     Alkoqollu içkilərdən yalnız arağın .....                     “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə .....                     Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu geri çağırıldı .....                     “Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir” .....                     AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... .....                     Fransada ermənipərəst deputat vergidən yayınmaqda ittiham olunur .....                     Aqil Ələsgərdən FETÖ rəhbərinin ölümünə REAKSİYA .....                 

Azərbaycan kimin yanında dayanmalıdır – Ukraynanın, Rusiyanın, yoxsa real sülhün?
Tarix: 15-06-2024, 12:57 | Çap et
Azərbaycan kimin yanında dayanmalıdır
Azərbaycan bu gün İsveçrədə başlayan Ukrayna üzrə Sülh Sammitində iştirak etməyəcək.

Musavat.com-un məlumatına görə, İsveçrə XİN-in yaydığı sammitdə iştirak edəcək dövlətlərin yekun siyahısından belə aydın olur. Siyahdan sözügedən sammitdə iştirak edəcək 92 dövlətin adı yer alıb. Onlardan 57-si liderlər, 29-u nazirlər, altısı isə səfirlər səviyyəsində təmsil olunacaqlar. Sammitə həmçinin səkkiz beynəlxalq təşkilatın nümayəndə heyəti də qatılacaq. Maraqlıdır ki, Cənubi Qafqazın digər ölkəsi – Ermənistan və Gürcüstan bu sammitdə iştiraka qərar veriblər. Ermənistanı bu sammitdə ölkənin Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan, Gürcüstanı isə prezident Salome Zurabişvili təmsil edəcək. Belə olan halda, Cənubi Qafqazda yalnız Azərbaycanın sammitdə iştirak etməməsi nə dərəcədə doğrudur? Rəsmi Bakının bu qərarı ölkəmizi Qərb dünyasından tamamilə təcrid olunması və daha çox beynəlxalq təzyiqlərə məruz qalması perspektivi doğura bilərmi? Ən əsası, hər zaman bizimlə müttəfiq olan Ukraynanı indiki ağır şəraitdə tək buraxmaq 2 dövlət arasındakı münasibətlərə xələl gətirmirmi?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında Ukrayna Sülh Sammitinə qatılmamağın həqiqətən çətin qərar olduğunu vurğulasa da, rəsmi Bakının mövqeyini anlayır: “Məsələ burasındadır ki, bu toplantının adı sülh sammitidir. Qərb dövlətlərinin, xüsusilə ABŞ-ın mövqeyinə nəzər salanda isə bunun sülh yox, müharibə sammiti olduğunu anlamaq mümkündür. Ən azı o səbəbdən ki, nəticə etibarilə Moskva ilə Kiyev arasında bağlanması nəzərdə tutulan sülh sazişinin müddəalarını müəyyənləşdirməyi hədəfləyən sammitə əsas tərəflərdən biri çağırılmayıb. Bu da istər-istəməz sammitin sülh məqsədi daşıdığına şübhə yaradır. Müharibə hazırda amansız şəkildə döyüşən tərəflərdən başqa hər kəsin işinə yarayır. Xüsusilə də dünyanın sənayeləşmiş dövlətlərinə. Çünki onlar həm silah sənayelərini daha da inkişaf etdirir və darmadağın olunmuş Ukraynanın yenidən qurulmasında söz sahibinə çevrilməyi düşünürlər. ABŞ senatoru Lindsi Qrem telekanallardan birinə verdiyi müsahibəsində bunu açıq şəkildə dilə gətirirdi. Senator vurğulayırdı ki, Ukrayna 12 trilyon dollarlıq təbii sərvətlərə, nadir torpaq elementlərinə sahibdir və bu səbəbdən, onu Rusiyaya buraxmaq olmaz. Qremin bu fikirləri əslində Rusiya-Ukrayna savaşının əsl məqsədinin nadir torpaq elementləri və kritik metallara sahiblənmək olduğunu göstərir”.

Nadir torpaq nümunələrinin və kritik metalların əhəmiyyətinə toxunan siyasi şərhçi qeyd edib ki, 2030-cu ildən etibarən dünyanın sənayesində böyük dönüşümlərin başlayacağı gözlənilir: “Elektrikli avtomobillər, ağıllı texnologiyalar, süni intellekt sənayesi və s. kimi müasir cihazlar indiki əmək alətlərinin yerini alacaq. Bu, yeni sənaye inqilabı deməkdir. Kim bu sənayedə ön plana çıxsa, gələcək dünyaya o hökm edəcək. Yeni sənaye inqilabının “yanacağı” isə əsasən Çində toplanıb. Kritik metalların və nadir torpaq nümunələrinin 80 faizini istehsal edən Çin həm də elektrikli maşınqayırmada avanqard dövlətə çevrilib. ABŞ və Avropa dövlətlərinin onu qabaqlaması üçün nadir torpaq ehtiyatlarına sahib olması lazımdır. ABŞ senatorunun da dediyi kimi, Avropada bu ehtiyata malik ən zəngin ölkə Ukraynadır. Bu sahədə təbii ehtiyatları ilə ön plana çıxan digər coğrafiyalar isə Rusiya, Orta Asiya və Cənubi Qafqaz ərazilərində yerləşir. Son zamanlar bizim regionumuzda və Orta Asiyada baş verənlərin, həmçinin, Ukrayna savaşı ilə Rusiyanın zəiflədilməsinin əsas səbəblərindən biri də budur. Məqsəd gələcək dünyanın “yanacağına” və maşınqayırma sənayesində xammal kimi istifadə olunacaq xammalına sahiblənmədir.

Digər tərəfdən, Ukraynanı Rusiya ilə savaşa həvəsləndirənlər ona silahı da müftə vermirlər. Son G-7 sammitində ortaya çıxdı ki, Ukraynaya veriləcək silahların xərci Rusiyanın Qərb ölkələrində dondurulmuş valyuta ehtiyatlarının gətirdiyi gəlir hesabına ödəniləcək. Belə çıxır ki, ABŞ özünün ən böyük rəqiblərindən birini onun öz pulu və Ukrayna xalqının canı hesabına zərərsizləşdirəcək. Nəticədə iki qardaş ölkədən biri strateji məğlubiyyətə uğradılaraq, digəri isə faktiki məhv ediləcək. Və bu dövlətlərin savaşında ilk növbədə ABŞ və Qərb dövlətlərinin hərbi sənaye kompleksi qazanacaq. Hər iki dövlət bu savaşdan əzilərək çıxandan sonra isə onların özünü bərpası üçün qlobal sərmayəyə ehtiyacı yaranacaq və bu ölkələr ABŞ-ın himayəsinə sığınmaq məcburiyyətində qalıb iqtisadi müstəqilliklərini itirəcəklər. Ən əsası isə Ukraynadan tutmuş Rusiyaya və Orta Asiyaya qədər uzanan böyük coğrafiyanın nadir torpaq elementləri də Qərb ölkələrinə qalacaq. Təbii ki, Azərbaycan qlobal imperializmin bu qanlı ssenarisində yer ala bilməz və almamalıdır”.

O ki qaldı Ermənistan və Gürcüstanın bu sammitdə iştirakına, Heydər Oğuz bu məsələdə də qeyri-adi heç nə görmür: “İkinci Qarabağ savaşında ağır məğlubiyyətə uğrayan Ermənistan bu uğursuzluğunun səbəbini Rusiya ordusunun ona yetərli dəstək verməməsində, daha doğrusu, ermənilərin əvəzinə savaşmamasında görür. Öz aləmlərində də Rusiyanın əleyhinə təşkil olunan bütün beynəlxalq tədbirlərdə iştirak etməyə çalışırlar. Salome Zurabişviliyə gəlincə, bu xanım özünü gürcüdən çox fransız kimi aparır. Burda qeyri-adi heç nə yoxdur; Fransada doğulub, orda təhsil alıb və diplomatik korpusunda işləyib. Məhz Fransanın maraqları naminə, nəyin bahasına olursa-olsun Gürcüstanı qlobal güc mərkəzlərinin savaş poliqonuna çevirmək istəyir, bunun üçün əlindən gələni əsirgəmir”.

Ukrayna Sülh Sammiti ərəfəsində Avropanın iki müxtəlif ölkəsində çox mühüm toplantıların keçirildiyini xatırladan Heydər Oğuz bu tədbirlərin də böyük savaş hazırlığından xəbər verdiyinə inanır: “Sözügedən sammitlərdən biri İtaliyada keçirilən G-7 zirvəsidir. Ukrayna Sülh Sammitindən 1 gün əvvəl keçirilən bu toplantıda “Böyük Yeddiliklər” Rusiya ilə yanaşı, Çini və İranı da hədəf kimi göstərdilər. Sammitin qətnaməsinə bu ölkələrin daxil edilməsi yaxın zamanlarda Ukraynada böyük vüsət alacağı gözlənilən müharibənin Rusiya ilə məhdudlaşmayacağından, ən azı iqtisadi müstəvidə Çinə və İrana da sıçrayacağından xəbər verir. Bir sözlə, G-7 zirvəsi əslində III Dünya savaşının ilk ayaq səsləri idi və Ukrayna Sülh Sammiti də onun davamıdır. Azərbaycan dünyanın yenidən bölüşdürülməsində marağı olmayan dövlətlərdəndir və məntiqlə, bizim olmayan savaşda bacardığımız qədər yer almamağımız və onun ağır nəticələrindən qaçmağımız ən doğru qərar olardı”.

Heydər Oğuz onu da vurğuladı ki, haqqında danışdığı zirvə görüşündə təkcə dünyanın ən böyük 7 sənaye ölkəsi bir araya gəlməmişdi: “Onlarla yanaşı, Türkiyə, Hindistan, BƏƏ, İordaniya, Braziliya, Argentina kimi dövlətlərin liderləri də sammitdə iştirak edirdilər. Bu, əslində həmin dövlətlərə verilən önəmin nümayişi də deyildi. Məqsəd III Dünya savaşının yaradacağı məsuliyyəti digər ölkələrlə də bölüşmək və onların digər geosiyasi qütbdə yer almasını əngəlləməkdi”.

G-7 zirvəsinə dəvət olunanlardan yalnız birinin - Səudiyyə Ərəbistanının həcc ziyarətinin başlandığını bəhanə gətirib tədbirdən yayındığını bildirən Heydər Oğuz bunun əsl səbəbini tamamilə başqa amillərdə axtarır: “Dünyaca ünlü bəzi media qurumlarının iddiasına inansaq,

tədbirdən əvvəl Zelenski ilə görüşən Səudiyyə vəliəhdi Məhəmməd Bin Salman Ukrayna liderinin maksimalist mövqeyi ilə tanış olduqdan sonra ölkəsini riskə atmamaq üçün bu qərar vermişdi. Yəni həcc ziyarəti-filan bəhanədən başqa bir şey deyildi. Toplantıya dəvət olunan digər 60-dan çox ölkə də böyük ehtimalla “baş tutmayacaq duaya amin demək” istəmədiklərindən toplantıya qatılmadılar. Belə bir vəziyyətdə Azərbaycanın həmin sammitdə iştirakı strateji səhv olardı. Üstəlik, ən yaxın müttəfiqimiz Türkiyə həmin sammitdə iştirak edir, biz də istər-istəməz Ankaranın verdiyi qərarda onunla bir yerdə olacağıq. Deməli, dolayısıyla sammitə qatılmış sayılırıq”.

Siyasi şərhçi G-7 zirvəsində iştirak edən liderlərin kreslolarının laxladığına diqqət çəkərək, bunun da həm Ukrayna, həm də onun kiçik müttəfiqləri üçün ciddi risk doğurduğunu vurğuladı: “Bilirsiniz ki, Qlobal Qərbin lokomotivi sayılan ABŞ prezident seçkiləri ərəfəsindədir. Cəmi 6 ay sonra ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ehtimalı var. Tramp isə Rusiya-Ukrayna müharibəsinə o qədər də isti baxmır. Düzdür, ABŞ-da kimin tərəfində dayanmaq qərarını prezidentlər müəyyənləşdirmirlər. Pentaqonun sözü prezidentin sözündən daha keçərlidir. Amma prezidentlərin də alınan qərarlara təsir göstərmək və yaxud onun icrasını ləngitmək imkanları var. Necə ki, biz bunu Ukraynaya hərbi dəstək qərarının aylarla Konqresdə ilişib qalması faktında gördük. Nəticədə Ukraynanın Rusiyaya qarşı dirənişi böyük ölçüdə yara aldı. Minlərlə, onminlərlə insanını itirən Ukrayna moral çöküşü yaşadı və hələ də özünə gələ bilmir. Trampın qazanacağı təqdirdə eyni proseslərin yenə təkrarlanmayacağına, hətta ABŞ-ın ümumiyyətlə Ukrayna savaşından çəkilməyəcəyinə zəmanət yoxdur. Eynilə, Avropa ölkələrində keçirilən son seçkilərdə ultra-sağ partiyalarının reytinqinin sürətlə artdığı müşahidə olunur. Seçkilərdə böyük uğur qazanan bu partiyaların Ukraynaya münasibəti birmənalı deyil. Mümkündür ki, Fransa, Almaniya və s. kimi ölkələrdə hakimiyyəti ultra-sağçılar qazansın, onlar da Ukraynanı təkbaşına buraxsın. Bu kimi təhlükələr Ukrayna və dəstəkçiləri üçün böyük faciəyə də çevrilə bilər”.

ABŞ-ın ünlü “Politico” nəşrinin də dolayısıyla bu ehtimala eyham vurduğuna diqqət çəkən həmsöhbətimizin bildirdiyinə görə, qəzet dünənki məqaləsində G-7 zirvəsini “Topal ördəklərin sammiti” adlandırıb: “Nəşrin iddiasına görə, bu liderlərin növbəti seçkiləri qazanmama ehtimalı istisna deyil. Onların yerinə ultra-sağçıların gəlməsi ilə nəinki Qlobal Qərbin Ukraynaya verdikləri dəstəyin sıfırlanması, hətta ittifaqların dağılması prosesi başlaya bilər”.

Avropada keçirilən digər önəmli tədbirin NATO müdafiə nazirlərinin Brüsseldə keçirdikləri sammiti olduğunu vurğulayan siyasi şərhçinin fikrincə, bu görüşün əsas hədəfi ABŞ-da Trampın hakimiyyətə gəlməsinin doğura biləcəyi nəticələri aradan qaldırmağa hesablanmışdı: “Bunu Almaniyanın ünlü “DW” nəşri də açıq şəkildə etiraf edək yazır ki, sözügedən sammitin məqsədi “NATO-nun Ukraynaya silah tədarükünü koordinasiya etmək məqsədi Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gələrək prezident olacağı təqdirdə Ukraynaya silah yardımını təmin etməkdir”. Bu etirafın özü də Qərbin Ukraynaya dəstəyinin ipdən asılı vəziyyətdə olduğunu təsdiqləyir”.

Bütün bu riskləri nəzərə alan Heydər Oğuz rəsmi Bakının Ukrayna Sülh Sammiti kimi heç bir ciddi nəticələri olmayacaq, sadəcə iştirakçı dövlətlərdən səfini müəyyənləşdirməyi tələb edən toplantıda yer almamasını təsadüfi saymır: “Əslində, Azərbaycanın Rusiya-Ukrayna savaşında mövqeyi aydındır. Ölkəmiz Ukraynaya yardım etmək üçün indiyədək əlindən gələni əsirgəmiş və onun torpaq bütünlüyünü tanıdığını, problemin BMT tərəfindən qəbul edilmiş sərhədlər daxilində həllinə tərəfdar olduğunu dəfələrlə dilə gətirmişdir. Bacardığımız qədər Ukraynaya hümanitar yardımlar da vermişik. Bununla belə, Azərbaycandan “ya bizim yanımızda, ya da qarşımızda ol” kimi sərt tələblər başadüşülən deyil. Azərbaycan hakimiyyəti ilk növbədə öz xalqının yanında olmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət - LƏĞV OLUNUR
Bu gün, 00:02
“Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” - KİV
Dünən, 19:02
"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" - "Bulanıq suda balıq tutmaq"...
Dünən, 19:00
İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: - “Rəy verilməlidir”
Dünən, 18:58
Uşaqların gözündə gecə qorxusu: -ruslar necə pasifist ola bilərlər?
Dünən, 18:56
Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
Dünən, 18:45
General-mayor işdən çıxarıldı - ƏMR
Dünən, 18:42
İran və İsrail KİV-nin səhifələrindən “qan damır” - Bu gün...
Dünən, 18:40
Avrointeqrasiyanın "seçkili" qurbanları - NƏ BAŞ VERİR?
Dünən, 18:37
Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? - AÇIQLAMA
Dünən, 18:35
Moldovada keçirilən referendumun ilkin nəticələri
Dünən, 18:31
326 milyonluq qaçaqmalçılıq... - O pullar ölkədən necə çıxarılıb?
Dünən, 18:25
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
Dünən, 18:17
326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi keçirilir
Dünən, 18:13
Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi - FOTO
Dünən, 18:10
Ağadadaş Ağayevin məhkəməsi başlayır
Dünən, 18:09
Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam – “Yazarkən düşünüb ki…”
Dünən, 18:01
Fərqanə həbsdə olan həyat yoldaşı haqda: - "Övladlarımın atası həmişə..."
Dünən, 17:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Dünən, 17:56
Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir
Dünən, 17:53
Məktəblərdə din tədris olunacaq? – “Tələyə düşməmək üçün...”
Dünən, 17:27
İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi
Dünən, 17:22
İrəvan yeni savaşın vaxtını təyin edib: - ABŞ və Qərbin Gürcüstandan verəcəyi işarəni gözləyir
Dünən, 17:20
Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır - ŞƏRH
Dünən, 17:13
Gömrük Komitəsi 59 min manata güllər alır
Dünən, 17:07
Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir
Dünən, 17:04
UNEC-də yeni təyinat: - professora yüksək vəzifə verildi
Dünən, 16:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Dünən, 16:49
Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh - "Cəhalətlə savaşmaq çətindir, amma şərəflidir"
Dünən, 16:44
Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:33
Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? - Simonyanın açıqlaması
Dünən, 16:29
Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək
Dünən, 16:22
“Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” - deputat
Dünən, 16:20
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə MƏHKƏMƏ BAŞLAYIB
Dünən, 16:12
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu geri çağırıldı - SƏRƏNCAM
Dünən, 16:11
“Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir” - FAKT BUDUR!
Dünən, 16:08
AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... - “CASPEL” tenderi uddu
Dünən, 16:07
Fransada ermənipərəst deputat vergidən yayınmaqda ittiham olunur
Dünən, 16:02
Aqil Ələsgərdən FETÖ rəhbərinin ölümünə REAKSİYA - “Yeni Gülən ilə təşkilatlanmağa davam edəcəklər”
Dünən, 15:59
Putindən Azərbaycanla bağlı möhtəşəm qərar – Sürpriz şəxs kimdir?
Dünən, 15:56
Mənsum İbrahimov "TikTok"da yayılan videosu haqda: - "Mən şou adamı deyiləm"
Dünən, 15:54
Rus ordusu Donetskdə Ukraynanın müdafiəsini yarıb - FOTOLAR
Dünən, 15:51
Azərbaycanda televiziya kanalı yüksək məbləğdə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 15:47
Deputatlar Zurabişvilinin impiçmentinə dair növbəti dəfə məhkəməyə müraciət edəcək
Dünən, 15:43
Paytaxt köçürülməlidir: - “Qorxulu olacaq, şəhər dözə bilmir”
Dünən, 15:42
Gülənin cənazəsi qaçırıla bilər: - FETÖ terror təşkilatında çaxnaşma yaranıb
Dünən, 15:34
GÜLƏN ÖLDÜ.... FETÖ hələ var... - Bu o demək deyil ki...
Dünən, 15:32
Rusiyadan 1 manat 3 qəpiyə alınan benzin əhaliyə 1 manat 10 qəpiyə satılır - AXI NİYƏ?
Dünən, 15:26
Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru