Xaricdən 8,8 manata idxal olunan kərə yağı marketlərdə 19,8 manata satılır - BU DA FAKT!!!
Tarix: 15-06-2024, 12:59 |
Çap et
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 10 min 394 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,2 dollar (8,8 manat) olub.
Qeyd edək ki, bu ilin may ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,8 manat olub və bu ilin yanvar ayı ilə müqayisədə 1,3% və ya 26 qəpik bahalaşıb.