Paşinyan ABŞ dövlət katibinin müavini ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib
Tarix: 18-06-2024, 15:59 |
Çap et
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar, iki ölkənin sərhədlərinin delimitasiyası prosesi, “Dünyanın kəsişməsi” layihəsi müzakirə olunub.