`Yelo bank` İFLAS YOLUNDA... - məhkəmə çəkişmələri, zərər və...
Tarix: 19-06-2024, 09:49 | Çap et
 Azərbaycanın bank sistemi bilindiyi qədər yüksək faizli kreditlər üzərində qurulub. Yəni ölkədə bankların fəaliyyəti bundan ibarətdir: yüksək faiz, komissiya haqqı, kəsəsi, müştərilərə yeni nəsə təklif etmədən kustar üsulla pul qazanmaq... Bu da çoxsaylı şikayətlər, məhkəmə çəkişmələri və başqa problemlərlə müşayiət olunur. Əgər məhkəmə siyahılarına baxsanız, ən çox banklardan şikayət olduğunu görə bilərsiniz. Onların sırasında liderlərdən biri "Yelo bank"dır. Əvvəl adı "Nikoil bank" olan, rebrendinq edərək "Yelo bank" adlanan bu struktur sanki vətəndaşlarla müharibədədir. Anaxeber.info bu mövzuda araşdırma aparıb və təqdim edəcəyimiz faktlardan da görmək olar ki, "Yelo bank" müştəri məmnuniyyəti yox, narazılığı tərəfdarıdır. Əvvəla, ən çox məhkəməyə verilən banklardan biridir "Yelo bank". Müştərilər müxtəlif iddialarla mülki iş qaldırıblar. Adekvat olaraq bankın da məhkəməyə verdiyi vətəndaşlar az deyil. Bunu internet resurslarında hər gün yayılan xəbərlərdən görmək mümkündür. Misal üçün Yelo Bank” Gəncədə bir qrup vətəndaşı məhkəməyə versə də, şikayəti qeyri mümkün hesab edilib. Bank 6 Gəncə şəhər sakini ilə bağlı məhkəmədə iddia qaldırıb. Məhkəməyə verilənlər Əliyeva Vəfa, Cabbarlı Oqtay, Əliyev Fariz, Əliyev Vaqif, Mustafayev Namiq, Əliyev Elşəndir. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bank kredit müqaviləsi problemi səbəbindən məhkəməyə müraciət edib. Başqa nümunə - "Yelo Bank” vətəndaşa göstərmədiyi xidmətə görə haqq tələb edir. Bu problemlə Rəşad Balayev üzləşib. O bildirib ki, “Yelo Bank” nə ona göndərilən pulu qəbul edir, nə də geri qaytarır: “Koreyadan mənim hesabıma750 usd pul göndəriblər. “Yelo Bank” pulu qəbul etmir, geri də qaytarmır ki, xidmət haqqı tutulacaq. Bu nə dərəcədə doğrudur? Pulu qəbul etməməyin səbəbi odur ki, tələb edirlər ki, onlara bu pulun niyə göndərildiyi ilə bağlı əsas göstərməliyik. Geri də qaytaranda xidmət haqqı tutulacağını deyirlər. Göstərilməyən xidmətə görə haqq tutmaq nə dərəcədə düzgündür?” Düzdür, 2024-cü ilin aprel ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,70 indeksi ilə “Bank VTB Azərbaycan” seçilib. Lakin qırmızı zonaya düşən sonuncu bank isə 2,48 indeksi ilə “Yelo Bank” olub. Yəni narazılar sırasında liderlərlə yanaşı dayanır. Yelo Bank” ASC-nin maliyyə göstəricilərində də ciddi azalma baş verib. Ötən ilin dekabr ayının 31-dən cari ilin aprelin 1-nə qədər bankın aktivləri 27.81 faiz və ya 435 milyon 640.98 min manat azalıb. Dekabrın 31-də aktivlərdə 1 milyard 566 milyon 452.88 min manatlıq vəsait qeydə alınmışdısa, aprelin 1-nə qədər bu həcm 1 milyard 130 milyon 811.90 min manat olub. Yelo Bank” 2024-cü ilin ilk rübündə əmanət portfelinin 35%-ni itirib. Bu ilin ilk rübündə bankın depozit portfeli 454,8 milyon manat azalaraq 837,2 mln. manata enib. İlin əvvəlində bu rəqəm 1 mlrd. 292 mln. manat olub. Kəskin azalmaya səbəb şirkətlərin bankdan böyük həcmdə vəsaiti çıxarması olub. Belə ki, hüquqi şəxslərin bankdakı əmanətləri ilin ilk üç ayında 720,6 milyon manatdan 213,8 milyon manata enib. Qeyd edək ki, 378 milyon manat nizamnamə kapitalı olan “Yelo Bank” ASC (VÖEN -9900014901) 1994-cü ildən fəaliyyət göstərir. Əvvəlcə “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildən isə “Yelo Bank” adlanır. “Yelo Bank” Rusiyada yaşayan Azərbaycan əsilli milyarder, “Lukoil” şirkətinin sahibi Vahid Ələkbərova məxsusdur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək?
Bu gün, 15:49 |
|
|
|
• Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb – 25 dəfə artıb
Bu gün, 15:42 |
|
|
|
• Baləli: "Maşınımın baqajında kirayə qalıram" - VİDEO
Bu gün, 15:16 |
|
|
|
• Kreml Bakı və İrəvandan əl çəkmir – “Yenə vasitəçi olmaq istəyirlər”
Bu gün, 14:58 |
|
|
|
• İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Bu gün, 14:53 |
|
|
|
• “Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” - İTTİHAM
Bu gün, 14:35 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı - Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI
Bu gün, 14:22 |
|
|
|
• Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı
Bu gün, 14:20 |
|
|
|
• “Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” - Birinci qrup əlil
Bu gün, 14:16 |
|
|
|
• 5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... - GİLEY
Bu gün, 14:00 |
|
|
|
• BP TANAP-dakı payını satır - QİYMƏT
Bu gün, 13:58 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! - Müvəqqəti imiş...
Bu gün, 12:38 |
|
|
|
• Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı
Bu gün, 12:35 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32 |
|
|
|
• "Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" - deputat
Bu gün, 12:26 |
|
|
|
• Türkiyəni içindən qarışdırmaq istəyənlər... BİLMƏLİDİR!
Bu gün, 12:11 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb - RƏSMİ
Bu gün, 12:07 |
|
|
|
• Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? – Şok ittiham
Bu gün, 11:57 |
|
|
|
• Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... - “Hraparak”
Bu gün, 11:48 |
|
|
|
• Etibar Cəbrayıloğluna ağır itki üz verib
Bu gün, 11:45 |
|
|
|
• “Putin çox ağıllı insandır” - Trampın xüsusi nümayəndəsi
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycanda 10 min boşanmış şəxs yenidən EVLƏNİB
Bu gün, 11:13 |
|
|
|
• Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən - NƏ BAŞ VERİR?
Bu gün, 11:11 |
|
|
|
• ABŞ ordusunun Ermənistana gəlməsi… - Kopırkin
Bu gün, 11:07 |
|
|
|
• Radikallar aktivləşir, amma dövlət də yatmır – Dost ölkəyə diqqət
Bu gün, 11:06 |
|
|
|
• IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib
Bu gün, 11:00 |
|
|
|
• “Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir”
Bu gün, 10:47 |
|
|
|
• İmamoğluya qarşı yeni ittiham: - “PKK-ya 100, Dəmirtaşın xanımına 20 milyon verib”
Bu gün, 10:44 |
|
|
|
• Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:41 |
|
|
|
• "Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" - VİDEO
Bu gün, 10:34 |
|
|
|
• Ermənistan Azərbaycana milyardlarla borcludur – ya ödəyəcək, ya da əvəzini Zəngəzurla verəcək
Bu gün, 10:28 |
|
|
|
• Paşinyan şərtlərimizi qəbul etdi? - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
• BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... - AXI NİYƏ?..
Bu gün, 10:21 |
|
|
|
• “Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... - Pulumuz şirindir... dilimiz acı...
Bu gün, 09:59 |
|
|
|
• Jurnalistin oğlu vəfat edib
Bu gün, 09:57 |
|
|
|
• İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Bu gün, 09:54 |
|
|
|
• DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: - Tanışınız, dostunuzun adından mesaj gələ bilər...
Bu gün, 09:52 |
|
|
|
• Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi - Firəngiz Əlizadə
Bu gün, 09:47 |
|
|
|
• Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər – Putinin xüsusi mesajı
Bu gün, 09:44 |
|
|
|
• Çoxları sülh olacağına inanmır, amma... - Paşinyan
Bu gün, 09:39 |
|
|
|
• Nədən istehlakçıların hüquqlarını mütəmadi olaraq pozan... - Ekspert danışır...
Bu gün, 09:35 |
|
|
|
• Ləğv prosesində olan beş bankın - BÜTÜN BORCLARI ÖDƏNİLİB
Bu gün, 09:30 |
|
|
|
• "Bu anormal qaydalardan yalnız kassada xəbər tutursan..." - ETİRAZ
Bu gün, 09:24 |
|
|
|
• Kredit istəyirsənsə... YATMA! - BU NƏDİ BELƏ?..
Bu gün, 09:14 |
|
|
|
• “Kontakt Home”a qarşı MÜŞTƏRİ SƏFƏRBƏRLİYİ... - NARAZILIQ VAR...
Bu gün, 09:06 |
|
|
|
• Tezliklə “İbrahim razılaşmaları”na yeni dövlətlər daxil ediləcək - Ağ Ev
Bu gün, 08:59 |
|
|
|
• Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib
Bu gün, 08:52 |
|
|
|
• “Azercell”dən müştərisinə qarşı AÇIQ DƏLƏDUZLUQ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:51 |
|
|
|
• "Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..." - ÇAĞIRIŞ
Bu gün, 08:35 |
|
|
|
|