Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                 

Rəşadətli Azərbaycan Ordusu Zəfər tariximizi yazdı - İsrafil Kərimovun yazısı
Tarix: 19-06-2024, 09:50 | Çap et
Rəşadətli Azərbaycan Ordusu Zəfər tariximizi yazdı
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda daim bu əminliyi
ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim
qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir,
Ermənistan daha da zəifləyir. Tarixin gedişatı, inkişafı belədir ki,
Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq.
Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına
və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür-
Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan
gücümüzdür.
Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın
işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Hər bir bayram
tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı
dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun- Silahlı
Qüvvələr Günündə ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə
etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın
ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ
müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər
sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara
səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-
ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun
maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik
hissinin daha da yüksəlməsinə böyük stimul oldu.
Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə
olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu
birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət
nəticəsini göstərdi. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə
Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək
gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs
rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən
mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan
intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi
xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam
edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın,
Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun... 300-ə yaxın
kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni
geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali
Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin,
dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh
yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir,
mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ Ulu Öndər Heydər
Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində Cəmşid
Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdır. Azərbaycanın müstəqil
gələcəyini düşənən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində
formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab
etmişdir. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin ulu öndər
Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan
Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının,
hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Son illərdə imkan və
potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant
və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda
nümayiş etdirirdilər.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun
intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan
torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi.
Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə
aparılması nümunəsi adlandırılır. İşğaldan azad edilən Azərbaycan
torpaqlarında törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı
törətdikləri qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına
nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur.
Ötən ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri
isə Qarabağın işğaldan azad edilməsini sona çatdırdı. Torpaqlarımız tan
azad edildi, Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənddə Dövlət
bayrağımız ucaldıldı.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada,
siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan
arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu,
multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. «Biz
tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu,
Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş
Komandan İlham Əliyevin vurğuladığı kimi, Müzəffər Azərbaycan xalqı,
qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi
ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir
azərbaycanlınındır.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dia-az.İnfo










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru