
"20 gündür ki, "Kontakt Home" mağazası məni aldadır..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Pərviz Hacıyev adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Müraciətləri guya yönləndiriblər... Üstəlik "təcili irad", nə bilim "təcili yönləndirmə", "təcili çatdırılma"... "Təcili" nə varsa... ondan ediblər.
Amma ortada bir şey yoxdur. "Votsap"larına, "Qaynar xətt"lərinə... başqa ünvanlarına yazırsan, qeydə alırlar... amma baxan yoxdur.
Dediyim kimi, bu gün 20-ci gündür artıq. Məhsul alınıb, zavod defekti çıxıb. 14 gün tamam olmamış yenisi ilə əvəz olunmasını tələb etmişəm. 20 gündür fırladırlar...
Nə pulu qaytarırlar, nə də ortada məhsul yoxdur. Adama da düz-əməlli cavab vermirlər..."