"Mənə elə gəlir ki, Əkrəm üçün də bu zəngləşmə, bu söhbət xoş bir hadisə oldu... - Yəqin, səhv etmirəm"
Tarix: 22-06-2024, 12:53 | Çap et
 “Vaxta görə, yaşa görə Anarla əvvəlki kimi tez-tez görüşmək mümkün olmasa da, cürbəcür tədbirlərdən-filandan başqa, ayda bir-iki dəfə zəngləşib, ikilikdə nahar edirik, söhbətləşirik. Neçə ildir ki, belə bir ənənə yaranıb. Mənim üçün çox xoş bir ənənədir. Təbii ki, Anar xəstəxanaya da tez-tez zəng edirdi, narahat idi, nigaran idi”.
Dia-az.İnfo xəbər verir ki, bunu Kulis.az-a müsahibəsində Xalq yazıçısı Elçin deyib. Türkiyədə aldığı müalicədən danışan yazıçı ora üç-dörd günlük müddətə, sadə bir əməliyyat üçün getdiyini, lakin qanında yaranan problemlə əlaqədar bunun qırx səkkiz gün çəkdiyini qeyd edib.
Elçin xəstəxanada qaldığı günlərdə dostlarının tez-tez yadına düşdüyünü bildirib: “Əkrəmə Əylisli ilə bağlı bir söz deyim. O ay yarım ki, xəstəxanada qaldım, Əkrəm də yadıma düşürdü. Doğrusu, o anlarda onun indiki tənhalığı mənə pis təsir edirdi. Son zamanlar elə Bakıda da onunla bağlı belə bir hiss keçirirdim. Uzun sözün qısası, Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim. Neçə illər idi ki, onunla hal-əhval tutmurduq, görüşmürdük, danışmırdıq. Ünsiyyətimiz yox idi. Xeyli söhbət etdik. Cavanlıq vaxtlarını yada saldıq, 1960-cı illərin ikinci yarısı, 70-ci illər…. Uşaqlardan, nəvələrdən danışdıq. Yazı-pozudan danışdıq. Düzünü deyim ki, elə bil, mənim çiynimdən hansısa bir yük götürüldü. Bu səmimi bir söhbət idi. Məndə xoş bir əhval, xoş bir ovqat yaratdı. Mənə elə gəlir ki, Əkrəm üçün də bu zəngləşmə, bu söhbət xoş bir hadisə oldu. Yəqin, səhv etmirəm”.
Xalq yazıçısı “Yüksək dövlət vəzifəsindəki bu iyirmi beş il yazıçı Elçinin yaradıcılığına necə təsir etdi?” sualına belə cavab verib: “Mənə tez-tez bu sualı verirlər. Mən də eyni cavabı verirəm. Sırf vaxt baxımından hərdən problem olurdu. Amma mahiyyət etibarilə problem olmayıb. Əksinə, yaradıcılıqla fəaliyyət bir-birini tamamlayıb. Bu mənada ki, o iyirmi beş ildə mən nə qədər insan taleyi ilə rastlaşmışam. Nə qədər sevinc də, kədər də görmüşəm. Nə qədər xoşbəxtliyin də, bədbəxtliyin də şahidi olmuşam. Ədəbiyyat da kimdən yazır və kim üçün yazır? Əlbəttə, insandan və insan üçün. Mən müstəqil Azərbaycan dövlətinin quruculuğunu, çox ciddi çətinliklərə sinə gərməsini, möhkəmlənməsini, dünya birliyi arasında get-gedə artan bir mötəbərliklə öz yerini tutmasını kənardan müşahidə etməmişəm. Mən bu tarixi prosesin iştirakçısı olmuşam, öz səlahiyyətlərim daxilində əlimdən gələni etmişəm.Yeri gəlmişkən deyim ki, Artur Rasizadə də xəstəxana günlərində tez-tez zəng edirdi, dəstək verirdi, bu qırx səkkiz gün uzunluğunu arada bir zarafata da salırdı…”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ahıl uşağın etirafları - Bahəddin Həzi yazır...
Bu gün, 14:02 |
|
|
|
• İki nüvə gücü üz-üzə: - “Asiya qan gölünə çevrilə bilər”
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Ermənistan sərhəd boyunca öz sərhədçilərinin iştirakını artırmaq niyyətindədir - Paşinyan
Bu gün, 12:53 |
|
|
|
• “Tələb olunan müayinələrdən keçməliyəm” - Həbsdən azad edilən Əvəz Zeynallı
Bu gün, 12:36 |
|
|
|
• “Paşinyan Minsk qrupunun ləğvini istəyir, bunu istəməyən başqalarıdır”
Bu gün, 12:28 |
|
|
|
• "Bu sərəncam yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq" - Rəşad Məcid
Bu gün, 12:11 |
|
|
|
• AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 12:02 |
|
|
|
• Piyadanı döyən "BakuBus" sürücüsü İŞDƏN ÇIXARILDI
Bu gün, 11:54 |
|
|
|
• Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Sabunçunun ADİL OLMAYAN idarəçiliyi... - AXI NİYƏ?..
Bu gün, 11:43 |
|
|
|
• Netanyahunu 10 il sonra Bakıya gətirən səbəb – İki istək var, “yoxlama” olacaq
Bu gün, 11:31 |
|
|
|
• "Qızılağac LTD" MMC-nin 770 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 11:25 |
|
|
|
• “Oktay alimentə görə övladlarından imtina etdi” - Aysel Şükür
Bu gün, 11:14 |
|
|
|
• Elçin Cavadovun "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib - FOTO
Bu gün, 11:03 |
|
|
|
• Çinin yeni səfiri Ermənistana gedib
Bu gün, 11:01 |
|
|
|
• İsrail polisi Qüdsdə bayraq açan erməniləri it sürütməsi etdi, Azərbaycan dilində replika isə...
Bu gün, 10:52 |
|
|
|
• "Ailəli kişi ilə evli olmuşam"
Bu gün, 10:43 |
|
|
|
• Moskvada 9 May tədbirlərinə dəyişiklik edildi: - Konsert ləğv olundu
Bu gün, 10:34 |
|
|
|
• İstanbul bələdiyyəsində 2-ci əməliyyat: - Vəzifəlilər saxlanıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycanda konserv şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 10:25 |
|
|
|
• Məsud Pezeşkian futbol oynadı - FOTO
Bu gün, 10:16 |
|
|
|
• Nərimanovun icra başçısı OLİQARX İMİŞ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:13 |
|
|
|
• Kəşfiyyat məlumatlarının Aİ-yə ötürülməsi Azərbaycan üçün təhlükədir - Bakının hansı qərarı verə biləcəyi açıqlandı
Bu gün, 10:02 |
|
|
|
• "44 günlük müharibədə və bir günlük antiterror əməliyyatlarında onlar harada gizlənmişdilər?" - ...niyə doyüş meydanına çıxmadılar?
Bu gün, 09:59 |
|
|
|
• İsmayıllının icra başçısı az qalmışdı müğənninin güdazına getsin... - İLGİNC İDDİALAR
Bu gün, 09:52 |
|
|
|
• "ATƏT-in Minsk qrupu problemin həllini ertələyirdi, beynəlxalq iştirakçıları prosesdən uzaq tutmağa çalışırdı" - ELƏ BUNA GÖRƏ DƏ...
Bu gün, 09:40 |
|
|
|
• Naxçıvanda bu vəzifəyə 10 nəfərin namizədliyi verilib - VİDEO
Bu gün, 09:36 |
|
|
|
• "Kim nə istəyir etsin, əl çəksinlər Əli müəllimdən" - QALMAQAL
Bu gün, 09:32 |
|
|
|
• Pekinin Bakıya bu qədər marağının səbəbi - Markov ŞƏRH EDİR
Bu gün, 09:21 |
|
|
|
• Kazinoların bərpası gündəmdə: xeyri nə, təhlükəsi nə? - AKTUAL
Bu gün, 09:14 |
|
|
|
• Aİ-nin yeganə güvənəcəyi enerji təminatçısı Azərbaycandır - FAKT BUDUR!
Bu gün, 09:13 |
|
|
|
• Kallasın Bakı səfərinin əsl məramı nə idi? - İNCƏLƏMƏ
Bu gün, 09:11 |
|
|
|
• Konstitusiya islahatlarına hazırlıq anonsu - GƏLİŞMƏ
Bu gün, 09:09 |
|
|
|
• Səfir Qurgenlə oliqarx Ara Moskvada nə üstə davaya çıxdı?.. - “Past”
Bu gün, 09:08 |
|
|
|
• Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? - TƏHLÜKƏ VAR...
Bu gün, 09:03 |
|
|
|
• "Onun ”Azərbaycan və İran eyni bədənin hissələridir" deməsi anlaşılan deyil" - Partiya sədri
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir - MƏQALƏ
Bu gün, 08:58 |
|
|
|
• "Sahil Babayevə deyin ki, pensiyaları VAXTINDA VERSİN..." - Maliyyə naziri İNDİ HARANI QAYÇILAYACAQ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycanın dostu ilə qardaşı arasında “S-400” gərginliyi - NƏ BAŞ VERİR?
Bu gün, 08:33 |
|
|
|
• "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
Bu gün, 08:31 |
|
|
|
• "Mən gündəmdə olan müğənniləri dinləmirəm" - Cavanşir Quliyev
Bu gün, 07:17 |
|
|
|
• Ögey ana ilə oğulun MÜLK DAVASI - TƏFƏRRÜAT
Bu gün, 07:11 |
|
|
|
• Tramp təzyiqi artırır, "məcburi sülh" ola bilər - "Tayms"
Bu gün, 07:03 |
|
|
|
• Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
Bu gün, 07:01 |
|
|
|
• Elbrus İsayev 1 manatlıq şirkəti qalıb etdi - TENDER-MENDER
Bu gün, 06:51 |
|
|
|
• Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir? - AXI NİYƏ?..
Bu gün, 06:42 |
|
|
|
• Nazirliyin bu mərkəzi 10 manatlıq şirkəti yarım milyonluq tenderdə qalib edib - DETALLAR
Bu gün, 06:34 |
|
|
|
• İşğalçı rus qulağımızın dibində NƏ QƏLƏT QARIŞDIRIR? - Görünəni odur ki...
Bu gün, 06:31 |
|
|
|
• Avropa Vaşinqtona qarşı: “Bu, yolverilməzdir” - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
|