Yevlaxda narkotik tərkibli bitki becərən və narkokuryerliyə cəlb olunan şəxslər saxlanılıb
Tarix: 25-06-2024, 08:47 |
Çap et
Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən və narkokuryerliyə cəlb olunan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Dia-az.İnfo-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı çətənə bitkisinin kultivasiyasını təşkil edən Ceyhun Məmmədov saxlanılıb. Onun evinin yaxınlığındakı əraziyə baxış zamanı 30 kiloqram 93 ədəd çətənə bitkisi aşkarlanıb.
Bundan başqa, polisin keçirdiyi digər tədbir zamanı narkokuryerlik edən əvvəllər məhkum olunan Ruslan Məmmədov və qohumu Xalid Abdullayev saxlanılıblar. Həmin şəxslərdən 16 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb. Onlar narkotik vasitələri deyilən ərazilərə çatdıraraq maddi qazanc əldə etmək məqsədi ilə İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.