Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət .....                     “Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” .....                     "Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" .....                     İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: .....                     Uşaqların gözündə gecə qorxusu: .....                     Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib .....                     General-mayor işdən çıxarıldı .....                     İran və İsrail KİV-nin səhifələrindən “qan damır” .....                     Avrointeqrasiyanın "seçkili" qurbanları .....                     Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? .....                     Moldovada keçirilən referendumun ilkin nəticələri .....                     326 milyonluq qaçaqmalçılıq... .....                     Nazirin nəzərindən yayınanlar... .....                     326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin .....                     Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi .....                     Ağadadaş Ağayevin məhkəməsi başlayır .....                     Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam .....                     Fərqanə həbsdə olan həyat yoldaşı haqda: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir .....                     Məktəblərdə din tədris olunacaq? .....                     İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi .....                     İrəvan yeni savaşın vaxtını təyin edib: .....                     Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır .....                     Gömrük Komitəsi 59 min manata güllər alır .....                     Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir .....                     UNEC-də yeni təyinat: .....                     Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur .....                     Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh .....                     Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? .....                     Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? .....                     Alkoqollu içkilərdən yalnız arağın .....                     “Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” .....                     MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə .....                     Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu geri çağırıldı .....                     “Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir” .....                     AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... .....                     Fransada ermənipərəst deputat vergidən yayınmaqda ittiham olunur .....                     Aqil Ələsgərdən FETÖ rəhbərinin ölümünə REAKSİYA .....                 

Uorlikin ermənilərə “ayı xidməti” – Ondansa heç danışmasaydı...
Tarix: 25-06-2024, 13:16 | Çap et
Uorlikin ermənilərə “ayı xidməti”
ATƏT-in bədnam Minsk Qrupunun (MQ) Azərbaycan xalqının yaddaşında hansı neqativ izlər buraxdığı, hansı yaramaz obrazda qaldığı bəlli. Sirr deyil ki, 26 illik yalançı vasitəçilik dövründə bu üzdəniraq qurumun əsas işi problemi beynəlxalq hüquq və BMT TŞ-nin Qarabağ qətnamələri əsasında həll etmək yox, onu daha da qəlizləşdirmək, lap dəqiqi, sülh danışıqları ilə erməni işğalını rəsmiləşdirmək, torpaqlarımızda ikinci “erməni dövləti” qurmaq olub.

Təsadüfi deyil ki, kapitulyant Ermənistan hələ də MQ-nin nə vaxtsa “dirçələcəyinə” ümid bəsləyir, onun rəsmən ləğvi ilə bağlı Bakının çağırışını dəstəkləməyə tələsmir. MQ-nin “xortlaması” isə istisnadır. Çünki 2-ci Qarabağ savaşında məğlub və darmadağın edilən tərəflərdən biri də elə MQ-dir.

Odur ki, məntiqlə keçmiş həmsədrlər ya susmalı, qızışdırıcı sözlər deməməli, ya da bölgədə sülhə real töhfə verəcək təkliflər irəli sürməlidrlər. Amma və lakin...

“Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var, lakin sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Parisin bu addımı Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni təxribatçı elementdir”.

Nə qədər qəribə olsa da, bunu MQ-nin keçmiş amerikalı həmsədri Ceyms Uorlik dünən erməni mediasına müsahibəsində deyib.

Onun fikrincə, Fransa Ermənistanla silah tədarükü ilə bağlı müqaviləni Azərbaycanla sülh sazişi imzalandıqdan sonra bağlamalı idi. “Ermənistanın müdafiə olunmaq hüququ var, ordusu olacaq, onu ləğv etməyəcək, sərhədlərini istənilən xarici təhlükələrdən qoruyacaq, lakin təəssüflər olsun ki, sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”, - diplomat vurğulayıb.

Axır ki, Metyu Brayzanın ardınca sabiq amerikalı həmsədrlərdən daha birinin dilindən gerçəyə bənzər nəsə eşitdik...

Əlbəttə ki, bunu da “Dəmir yumruğ”un” adına yazmaq lazım gəlir. Ancaq əfsus ki, Uorlik müsahibədə axıra kimi səmimi, obyektiv ola bilməyib. Görünür ermənipərəstlik, MQ dönəminə nostalji canından tam çıxmayıb. Yoxsa o, “ermənilərin Dağlıq Qarabağa qayıdışı istənilən sülh müqaviləsinin tərkib hissəsi olmalıdır” deyib bir növ özü-özünü təkzib etməz, Azərbaycana ağıl öyrətməzdi.

“İndi Azərbaycanın erməniləri Dağlıq Qarabağa (? – red.) qaytarmaq imkanı var. Bilirəm, asan olmayacaq, Ermənistanla Azərbaycan arasında düşmənçilik davam edir. Amma hamımız ümid edirik ki, ermənilər Dağlıq Qarabağa (? – red.) geri dönəndə özlərini təhlükəsiz hiss edəcəkləri məqam gələcək. Top Bakının meydanındadır. Əliyev məsələni ərazi nöqteyi-nəzərindən bağlanmış hesab edir. Ancaq Dağlıq Qarabağın (? – red.) Azərbaycan ərazisinin tərkib hissəsi olması hələ o anlama gəlmir ki, ermənilərin Dağlıq Qarabağa qayıtması üçün qapı da bağlanıb”, - eks-həmsədr qeyd edib.

Əvvəla, “Dağlıq Qarabağ” adında Azərbaycanda inzibati ərazi bölgüsü yoxdur. Ceyms Uorlik daxil, amerikalı diplomat və siyasilər Azərbaycanın dövlətinin ərazi bütünlüyünə, suverenliyinə, unitar dövlət quruluşuna sayğılı olmağı nəhayət, öyrənməlidirlər. Ən azından ona görə ki, heç olmasa, bundan sonra onların “sülh təklifləri” Bakıda az-maz ciddiyə alına bilsin.

İkincisi, niyə Ermənistandakı dədə-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların deyil, məhz Qarabağdan könüllü köç etmiş ermənilərin yaşadıqları əraziyə qayıdışı sülh sənədinə salınmalıdır? Onları Azərbaycandan qovan var idimi?

Uorlik belə ədalətlidirsə, nədən “azərbaycanlı qaçqınların məsələsini də sülh sənədində əks olunmaldır” söyləmir və qaçqınları “sortlara” bölür? Yəni “güzgü prinsipi”, 50:50-yə! Özü də ermənilərdən fərqli olaraq, azərbaycanlılar Ermənistanda separatizmlə məşğul olmayıb, dinc yaşayıb, yerli qanunlara itaətkar olublar. Məgər onları ana doğmayıb, yoxsa ermənilər paltarda dünyaya gəlib? Ya bəlkə Uorlik Azərbaycanı hələ “banan ölkəsi” sayır? Keçdi o dövran.

Üçüncüsü, madam amerikalı eks-həmsədr qayıdışdan danışır, onda nə üçün Bakının qayıdış şərtlərini yada salmır, ermənilərin Azərbaycanın Konstitusiyası və qanunlarına əməl eləməli olduğuna xüsusi diqqət çəkmir? Azərbaycan sərhədi “karvansara qapısıdır”mı ki, erməni nə vaxt istədi sərbəst çıxsın, nə vaxt istədi qayıtsın? Daha mühümü, kim zəmanət verə bilər ki, geri dönən haylar az sonra təzədən ərazimizdə separatçı ocağı yaradıb dövlətimizə meydan oxumayacaqlar?..

Beləcə, bir yandan qaş” düzəldın Uorlik ardınca vurub “gözü” çıxarıb. Ondansa sussaydı.

Əslində bu, ermənilərə “ayı xidməti”dir. Görəsən Fransanın silah verib Ermənistanı Azərbaycan əleyhinə qızışdırması və sülhə mane olması ilə Uorlikin eyni şeyi sözlə etməsi və sülhə əngəl olması arasında nə qədər fərq var?

Son sual qoy amerikalı diplomat üçün “ev tapşırığı” olsun. Yəqin ki, indi boş zamanı çox olar. Axırıncı suallara nə vaxt doğru-dürüst cavablar tapsa, xəbər eləsin. Gözləyirik...

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda 10 min manat sərmayəsi olan şirkət - LƏĞV OLUNUR
Bu gün, 00:02
“Paşinyan Zəngəzur dəhlizini Ankaranın nəzarətinə verəcək” - KİV
Dünən, 19:02
"Ermənistan sadəcə Qərbdən maddi və hərbi dəstək almaq üçün çalışır" - "Bulanıq suda balıq tutmaq"...
Dünən, 19:00
İllərdir mənzilinə çıxarış ala bilməyən sakinin bilmədikləri: - “Rəy verilməlidir”
Dünən, 18:58
Uşaqların gözündə gecə qorxusu: -ruslar necə pasifist ola bilərlər?
Dünən, 18:56
Taleh Qaraşov Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
Dünən, 18:45
General-mayor işdən çıxarıldı - ƏMR
Dünən, 18:42
İran və İsrail KİV-nin səhifələrindən “qan damır” - Bu gün...
Dünən, 18:40
Avrointeqrasiyanın "seçkili" qurbanları - NƏ BAŞ VERİR?
Dünən, 18:37
Böyük şəhər bələdiyyələrinin yaradılması nəyi dəyişə bilər? - AÇIQLAMA
Dünən, 18:35
Moldovada keçirilən referendumun ilkin nəticələri
Dünən, 18:31
326 milyonluq qaçaqmalçılıq... - O pullar ölkədən necə çıxarılıb?
Dünən, 18:25
Nazirin nəzərindən yayınanlar... - Ümid edək ki yayınıblar...
Dünən, 18:17
326 milyon manat həcmində qaçaqmalçılıq edən dəstənin məhkəmə prosesi keçirilir
Dünən, 18:13
Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi - FOTO
Dünən, 18:10
Ağadadaş Ağayevin məhkəməsi başlayır
Dünən, 18:09
Baydenin Əliyevə məktubunda gözdən qaçan məqam – “Yazarkən düşünüb ki…”
Dünən, 18:01
Fərqanə həbsdə olan həyat yoldaşı haqda: - "Övladlarımın atası həmişə..."
Dünən, 17:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Dünən, 17:56
Azərbaycanda 3,7 milyon manata teatr binası tikilir
Dünən, 17:53
Məktəblərdə din tədris olunacaq? – “Tələyə düşməmək üçün...”
Dünən, 17:27
İsrail casusluqda şübhəli bilinən 7 Azərbaycanəsilli vətəndaşını həbs etdi
Dünən, 17:22
İrəvan yeni savaşın vaxtını təyin edib: - ABŞ və Qərbin Gürcüstandan verəcəyi işarəni gözləyir
Dünən, 17:20
Rusiyaya tətbiq edilən sanksiyalar Avropa İttifaqında cəbhələşmə yaradır - ŞƏRH
Dünən, 17:13
Gömrük Komitəsi 59 min manata güllər alır
Dünən, 17:07
Xankəndidə daşınar və daşınmaz əmlak qiymətləndirilir
Dünən, 17:04
UNEC-də yeni təyinat: - professora yüksək vəzifə verildi
Dünən, 16:59
Şirkət ləğv edilərək “Gloria Palace” MTK-ya qoşulur
Dünən, 16:49
Üzeyir Rəhimovdan qalmaqallı verilişə şərh - "Cəhalətlə savaşmaq çətindir, amma şərəflidir"
Dünən, 16:44
Yeni Kaledoniya: yanlış qərara kimlər, niyə sevinir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:33
Azərbaycan və Ermənistan sülhünə mane olan dövlət hansıdır? - Simonyanın açıqlaması
Dünən, 16:29
Alkoqollu içkilərdən yalnız arağın minimum qiyməti müəyyənləşəcək
Dünən, 16:22
“Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bir çox hədəflərə və məqsədlərə nail olacaq” - deputat
Dünən, 16:20
MN-in sabiq şöbə rəisi ilə bağlı hökmdən verilən apellyasiya protesti üzrə MƏHKƏMƏ BAŞLAYIB
Dünən, 16:12
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu geri çağırıldı - SƏRƏNCAM
Dünən, 16:11
“Fransa Azərbaycanı açıq şəkildə təxribata çəkir” - FAKT BUDUR!
Dünən, 16:08
AYNA sabiq nazirin yeznəsi ilə anlaşdı... - “CASPEL” tenderi uddu
Dünən, 16:07
Fransada ermənipərəst deputat vergidən yayınmaqda ittiham olunur
Dünən, 16:02
Aqil Ələsgərdən FETÖ rəhbərinin ölümünə REAKSİYA - “Yeni Gülən ilə təşkilatlanmağa davam edəcəklər”
Dünən, 15:59
Putindən Azərbaycanla bağlı möhtəşəm qərar – Sürpriz şəxs kimdir?
Dünən, 15:56
Mənsum İbrahimov "TikTok"da yayılan videosu haqda: - "Mən şou adamı deyiləm"
Dünən, 15:54
Rus ordusu Donetskdə Ukraynanın müdafiəsini yarıb - FOTOLAR
Dünən, 15:51
Azərbaycanda televiziya kanalı yüksək məbləğdə cərimələndi - TƏFƏRRÜAT
Dünən, 15:47
Deputatlar Zurabişvilinin impiçmentinə dair növbəti dəfə məhkəməyə müraciət edəcək
Dünən, 15:43
Paytaxt köçürülməlidir: - “Qorxulu olacaq, şəhər dözə bilmir”
Dünən, 15:42
Gülənin cənazəsi qaçırıla bilər: - FETÖ terror təşkilatında çaxnaşma yaranıb
Dünən, 15:34
GÜLƏN ÖLDÜ.... FETÖ hələ var... - Bu o demək deyil ki...
Dünən, 15:32
Rusiyadan 1 manat 3 qəpiyə alınan benzin əhaliyə 1 manat 10 qəpiyə satılır - AXI NİYƏ?
Dünən, 15:26
Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi ilə Ermənistanla normallaşma prosesini müzakirə edib
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru