Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək? .....                     Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb .....                     Baləli: "Maşınımın baqajında kirayə qalıram" .....                     Kreml Bakı və İrəvandan əl çəkmir .....                     İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib .....                     “Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı .....                     Əli Kərimlinin mühafizəçisi saxlanıldı .....                     “Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” .....                     5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... .....                     BP TANAP-dakı payını satır .....                     Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! .....                     Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" .....                     Türkiyəni içindən qarışdırmaq istəyənlər... .....                     Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb .....                     Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? .....                     Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... .....                     Etibar Cəbrayıloğluna ağır itki üz verib .....                     “Putin çox ağıllı insandır” .....                     Azərbaycanda 10 min boşanmış şəxs yenidən .....                     Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən .....                     ABŞ ordusunun Ermənistana gəlməsi… .....                     Radikallar aktivləşir, amma dövlət də yatmır .....                     IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib .....                     “Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir” .....                     İmamoğluya qarşı yeni ittiham: .....                     Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... .....                     "Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" .....                     Ermənistan Azərbaycana milyardlarla borcludur .....                     Paşinyan şərtlərimizi qəbul etdi? .....                     BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... .....                     “Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... .....                     Jurnalistin oğlu vəfat edib .....                     İran vasitəçilərlə Trampın məktubuna cavab verib, .....                     DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: .....                     Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi .....                     Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? .....                     Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər .....                 

“Tələbələrim Xalq artisti oldu, mənə ad vermədilər” – Azad Zamanovdan ETİRAZ
Tarix: 10-07-2024, 17:07 | Çap et
“Tələbələrim Xalq artisti oldu, mənə ad vermədilər”
1980-ci illərdə onun adı gələndə hər kəs radionun, televizorun səsini artırardı, onun məlahətli səsi ilə bəstəkar mahnıları dalğa-dalğa yayılardı. Lakin sonra birdən-birə görünməz oldu. Bu günlərdə, 30 il sonra yenidən səsini eşitdik. Suallar da çoxdur, cavablar da.

Lent.az müğənni, pedaqoq, polkovnik Azad Zamanovla müsahibəni təqdim edir.

- Azad müəllim, bu 30 ildə haralarda idiniz? Niyə biz sizi uzun müddət görmədik?

- İllər öncə müğənnilikdən əl çəkib, peşəmi dəyişməyə qərar verdim. “Qara yanvar” hadisələri, ondan sonra anamın, atamın, qardaşımın 40 gün içində ard-arda itkisi məni ruhdan saldı. Daha oxumaq istəmədim. Qərar verdim ki, ixtisasımı dəyişim. 3 universitet bitirmişəm, dissertant olmuşam. 2 dəfə Moskvaya müdafiəyə getdim, ermənilər imkan vermədilər. Öncə hüquq, sonra beynəlxalq hüquq üzrə təhsil aldım. Uzun illər Türkiyədə yaşadım və işlədim. Daha sonra Astarada Gömrük idarəsinin rəisi kimi fəaliyyət göstərdim. Həccə də getdim. İndi polkovnik kimi istefaya çıxmışam.

- Sizin İncəsənət Universitetində dərs dediyinizi eşitmişdim.

- Bəli düz eşitmisiniz. Orta məktəbi bitirdikdən sonra yüksək qiymətlərlə İncəsənət İnstitutuna daxil olmuşdum. Yüksək qiymətlə daxil olan tələbələri o zaman televiziyaya çağırmışdılar. Mən də getdim, çıxış etdim. Ondan sonra demək olar ki hər həftə ekrana çıxırdım. Daxil olan ildən institutun ansamblının bədii rəhbəri işləməyə başladım. Oxuya-oxuya toylara da gedirdim. O vaxt hansı tələbə dərsə öz “Qaz 24” maşını ilə gedə bilərdi? Mən gedirdim. Arif Quliyev, Yaqut Abdullayeva ilə qrup yoldaşı olmuşuq. Musiqili Komediya aktyorluğu fakültəsində oxuyurduq. Çox güclü müəllimlərim olub. Ədil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədovdan dərs almışam. Universiteti bitirdikdən sonra isə təklif etdilər qaldım işlədim. Uzun illər İncəsənət İnstitutunda dekan müavini işləmişəm. Mənsum İbrahimov, Alim Qasımov, Brilliant Dadaşova, Qəndab Quliyeva, Manaf Ağayev, Almas Əlsgərovaya dərs demişəm. Tələbələrimin çoxu Xalq artisti, Əməkdar artist adı alıb, mənə isə ad vermədilər. Qiymətəndirmədilər. İnsanın könlündən keçir də qiymət almaq, dəyərinin bilinməsi. Mən bir təklif vermək istərdim. Necə ki, hərbiçilərimizə ölümündən sonra “Milli qəhrəman” adı verilir, ölüb getmiş lakin sağlığında dövlət tərəfindən fəxri adlar almamış böyük sənətkarlarımıza da ölümündən sonra Xalq artisti adının verilməsini istərdim. Qulu Əsgərov, Sabir Mirzəyev kimi sənətkarlar bu adı almayıbsa bu ədalətə sığışarmı? Bir ara dedilər Əməkdar artist adı, istəmədim. Heç bir əməyi, zəhməti, səsi, sənəti olmayanlar da əməkdar artist olsun, mən də? Sözümü deyənəm, qorxan deyiləm.

- Son zamanlar sosial şəbəkələrdə sizin oxuduğunuz “İntizar” mahnısı dəbə düşüb. Tez-tez səsləndirilir. Bu mahnının ilk ifaçısı siz olmusunuz, yoxsa Elmira Rəhimova?

- Mənim əziz bacım Elmira Rəhimova oxumuşdu. Onun ifasında sevmişdim bu mahnını. Mən ilk oxuyan kişi müğənni oldum. O vaxt İslam Rzayevin ansamblı ilə Elmira xanım məşq edirdi. 10-15 gün sonra İslam Rzayevdən xahiş etdim ki, mən də oxuyum. İslam Rzayevin mənim boynumda minnəti çoxdur. Allah o kişiyə rəhmət eləsin. Çox böyük sənətkar, çox da yaxşı insan idi. Qulu Əsgərovun ölümündən öncə televiziya üçün son konsertini də onun israrı ilə yazmışdılar. Xəstə olduğunu bilirdi. O videoyazıdan az sonra Qulu rəhmətə getdi. Şövkət Ələkbərovanın hansı yeni mahnısı çıxırdı onu oxuyurdum. Bir dəfə İslam Rzayevdən soruşdu ki, bu oğlan kimdir, nə qəşəng oxuyur mənim mahnılarımı? O zamanlar bircə dənə səsyazma studiyası var idi. Həftələrlə növbə gözləyirdik. Hərəmizə də 10-15 dəqiqə zaman ayrılırdı. İndiki müğənnilər kimi, səsi süni şəkildə yaradıb, yalandan oxumurduq.

- Bir mahnını bir neçə müğənni təkrar - təkrar oxuyurdu. Bu onlar arasında qısqanclıq , rəqabət yaradırdı?

- Yox. Kim yaxşı oxuyurdu, mahnının möhürünü də o vururdu. Hamı çalışırdı, ən yüksək səviyyədə oxusun.

- İndi Neftçalada yaşadığınızı dediniz. Nə iş görürsünüz orda?

- Neftçalada doğulmuşam mən. Ürəyimdən açıq əməliyyat keçirmişəm. Həkim məsləhət bildi ki, doğulduğun torpağa get, təmiz havada yaşa. Neftçalada Kürün kənarında bir ev tikmişəm. Astarada da evim var. Necə deyərlər, tikdim ki, izim qala. Cənnət kimi bağ- bağça salmışam. Torpaqla, ağaclarla işləməkdən zövq alıram. Bakıya gələndə hava məni narahat edir. Gəlib uşaqlara dəyib qayıdıram.

- Övladlarınızdan səsi olan var?

Üç qızımın üçünün də gözəl səsi var. Amma kimdi onları oxumağa qoyan? Əsla razı olmaram. Müğənnilik sənət deyil. Əlavə işin olmalıdır, istedadın varsa, səsini təqdim edə bilərsən.

- Axı indi çoxları “pul toydadır” deyib müğənnilik edir...

- Bəyəm hamı qazanır? O dediyiniz qaydada 3-5 nəfər var.

- Yaraşıqlı gəncliyiniz olub. Kinoya dəvət almışdınız?

- O vaxt “Uşaqlığın son gecəsi” filminə dostum Ənvər Həsənovla məni birlikdə dəvət etdilər. Onu seçdilər. Tariyel Qasımovun baş rolda çəkildiyi bir neçə filmə də dəvət aldım. Sonralar iş çoxluğundan gedə bilmədim.

- Sizə sevgi məktubları gəlirdi?

- Olurdu və bu evdə qısqanclıq da yaradırdı bir az.

- Ölümünə ən çox üzüldüyünüz həmkarınız kim olub?

- Rəhmətlik Eyvaz Həsənov. Eyvaz ölən gün biz onunla Gürcüstandan toydan gəlirdik. İki maşına minmişdik, biz qabaqda, o dalda gəlirdi. Dedi Ləkidə dayanın gözləyin məni, gedək anamgilə dəyək. Gözlədik, gəlmədi. Dedim yəqin işi çıxıb. Səhəri gün Filarmoniyada dedilər qəzaya düşüb, ölüb.

- Vəzifəli adamlarla məclisdə oturanda oxuduğunuz olurdu?

- Hə oxuyurdum. Mənim müğənni keçmişimi hamı bilirdi də, sirr deyildi ki.

- İndi toylara gedirsiniz. Bu ehtiyacdandır, yoxsa darıxmaqdan?

- Çox şükür, dolanışığım pis deyil. Amma insan nə qədər ki, yaşayır hərəkət eləməlidir də. Həm darıxıram, insanların da mənə sevgisini hiss edirəm. Gedib qonaq kimi iştirak edib, bir neçə mahnı oxuyub gəlirəm.
Mən əsla “diringi”, ara mahnıları oxumamışam. Mənim sənətkar kimi xoşbəxtliyim onda olub ki, böyük müəllimlərim olub, dahi sənətkarlarla işləmişəm. Allah rəhmət eləsin. Bəstəkar Elza İbrahimovaya. Onun bütün mahnılarının ilk ifaçısı mən idim. İnstitutda o mənim pianoda müşayiətçim idi. Okean boyda ürəyi var idi o qadının. Biz əsri qabaqlayan mahnılar oxumuşuq, keçən əsrdə oxuduğumuz mahnılar indi də sevilir, dinlənilir. Bu gün yazılan mahnılar 2 gün dəbdə olur, sonra unudulur gedir. Çünki bəstəkar əlindən çıxmır.

- İndi kimlərin mahnılarını oxuyursunuz?

- Kamal müəllimin “Səndən nigaranam” mahnısını çox sevirəm. Onu oxumuşam. Bir də şəhidlərimiz barədə mahnılar oxuyuram. Silsilə mahnılar olacaq. Qazilərimizə də şəhidlərimiz qədər hörmətim var. Analarının əllərindən öpürəm (kövrəlir). Bununla bir az borcumdan çıxım istəyirəm. Ölümlü dünyadır, məndən geriyə nəsə qalsın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək?
Bu gün, 15:49
Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb – 25 dəfə artıb
Bu gün, 15:42
Baləli: "Maşınımın baqajında kirayə qalıram" - VİDEO
Bu gün, 15:16
Kreml Bakı və İrəvandan əl çəkmir – “Yenə vasitəçi olmaq istəyirlər”
Bu gün, 14:58
İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Bu gün, 14:53
“Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” - İTTİHAM
Bu gün, 14:35
Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı - Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI
Bu gün, 14:22
Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı
Bu gün, 14:20
“Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” - Birinci qrup əlil
Bu gün, 14:16
5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... - GİLEY
Bu gün, 14:00
BP TANAP-dakı payını satır - QİYMƏT
Bu gün, 13:58
Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! - Müvəqqəti imiş...
Bu gün, 12:38
Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı
Bu gün, 12:35
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32
"Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" - deputat
Bu gün, 12:26
Türkiyəni içindən qarışdırmaq istəyənlər... BİLMƏLİDİR!
Bu gün, 12:11
Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb - RƏSMİ
Bu gün, 12:07
Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? – Şok ittiham
Bu gün, 11:57
Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... - “Hraparak”
Bu gün, 11:48
Etibar Cəbrayıloğluna ağır itki üz verib
Bu gün, 11:45
“Putin çox ağıllı insandır” - Trampın xüsusi nümayəndəsi
Bu gün, 11:34
Azərbaycanda 10 min boşanmış şəxs yenidən EVLƏNİB
Bu gün, 11:13
Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən - NƏ BAŞ VERİR?
Bu gün, 11:11
ABŞ ordusunun Ermənistana gəlməsi… - Kopırkin
Bu gün, 11:07
Radikallar aktivləşir, amma dövlət də yatmır – Dost ölkəyə diqqət
Bu gün, 11:06
IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib
Bu gün, 11:00
“Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir”
Bu gün, 10:47
İmamoğluya qarşı yeni ittiham: - “PKK-ya 100, Dəmirtaşın xanımına 20 milyon verib”
Bu gün, 10:44
Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:41
"Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" - VİDEO
Bu gün, 10:34
Ermənistan Azərbaycana milyardlarla borcludur – ya ödəyəcək, ya da əvəzini Zəngəzurla verəcək
Bu gün, 10:28
Paşinyan şərtlərimizi qəbul etdi? - BUNDAN SONRA...
Bu gün, 10:23
BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... - AXI NİYƏ?..
Bu gün, 10:21
“Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... - Pulumuz şirindir... dilimiz acı...
Bu gün, 09:59
Jurnalistin oğlu vəfat edib
Bu gün, 09:57
İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Bu gün, 09:54
DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: - Tanışınız, dostunuzun adından mesaj gələ bilər...
Bu gün, 09:52
Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi - Firəngiz Əlizadə
Bu gün, 09:47
Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? - AKTUAL
Bu gün, 09:45
Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər – Putinin xüsusi mesajı
Bu gün, 09:44
Çoxları sülh olacağına inanmır, amma... - Paşinyan
Bu gün, 09:39
Nədən istehlakçıların hüquqlarını mütəmadi olaraq pozan... - Ekspert danışır...
Bu gün, 09:35
Ləğv prosesində olan beş bankın - BÜTÜN BORCLARI ÖDƏNİLİB
Bu gün, 09:30
"Bu anormal qaydalardan yalnız kassada xəbər tutursan..." - ETİRAZ
Bu gün, 09:24
Kredit istəyirsənsə... YATMA! - BU NƏDİ BELƏ?..
Bu gün, 09:14
“Kontakt Home”a qarşı MÜŞTƏRİ SƏFƏRBƏRLİYİ... - NARAZILIQ VAR...
Bu gün, 09:06
Tezliklə “İbrahim razılaşmaları”na yeni dövlətlər daxil ediləcək - Ağ Ev
Bu gün, 08:59
Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib
Bu gün, 08:52
“Azercell”dən müştərisinə qarşı AÇIQ DƏLƏDUZLUQ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:51
"Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..." - ÇAĞIRIŞ
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru