Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                 

Gözlər Vaşinqtonda: Kim sülh üçün geri çəkiləcək? - İNCƏLƏMƏ
Tarix: 10-07-2024, 17:36 | Çap et
Gözlər Vaşinqtonda: Kim sülh üçün geri çəkiləcək?
Üçtərəfli qaydada əldə olunmuş razılığa əsasən, Vaşinqtonda ABŞ-nin Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçridiyi brifinqdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda görüşün olub-olmayacağı barədə dəqiq açıqlama verməyib. Lakin o qeyd edib ki, ABŞ Bakı ilə İrəvan arasında diplomatik nizamlanma üzərində işi davam etdirir.

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində baş tuta bilər. Bir gün əvvəl Ermənistan XİN Azərbaycan tərəfi ilə görüşün olacağına dair razılaşmanın əldə edilmədiyini bəyan etmişdi. Bu da öz növbəsində, müzakirələrin gözlənilmədiyinə dair məlumatların meydana çıxmasına səbəb oldu. Yəni ABŞ Dövlət katibinin müavini Ceyms Obrayenin iyunun 28-də Bakıya səfəri zamanı xarici işlər nazirlərinin NATO-nun sammiti çərçivəsində görüşünü təşkil etmək barədə irəli sürdüyü təklifi reallaşdırmaq mümkün olmayıb.

Çünki Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün vacib olan konstitusiya referendumunun keçirilməsi ilə bağlı irəli sürdüyü təklifin icrasından yayınır. Yəni sülh sazişi üçün əsas prinsip aydın olsa da, Ermənistan tərəfi bunu yerinə yetirmək istəmir. Rəsmi Bakı Ermənistan konstitusiyasından və digər hüquqi-normativ aktlarından Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların çıxarılmasını tələb edir. Əks təqdirdə, Ermənistanla sülh müqaviləsinin imzalanması Azərbaycan Konstitusiyasına zidd olduğuna görə, hüquqi qüvvə daşıya bilməz.

Ona görə də Azərbaycan Ermənistanda konstitusiya referendumu keçirilməyənə qədər nəticəsiz danışıqların aparılmasına ehtiyac duymur.

Lakin görünür, sonradan Dövlət katibi Blinkenin şəxsi müdaxiləsi və xahişindən sonra görüşün keçirilməsi barədə razılıq əldə edilib. Bu da Azərbaycan-Ermənistan sülh prosesində son vaxtlar ABŞ-nin fəallığının artması ilə izah edilə bilər. Blinkenin təşəbbüsü ilk növbədə, ABŞ-nin 2023-cü ilin may ayında Vaşinqton platformasında yarımçıq qalmış danışıqları bərpa etmək səylərindən xəbər verir.

Həmin vaxt Ermənistanın Qarabağdakı erməni əhalinin hüquq və təhlükəsizliyi məsələsini gündəmə gətirməsi ilə bağlı yaranmış fikir ayrılığı danışıqlarda irəliləyişin qarşısını alan başlıca səbəblərdən birini təşkil edirdi. Lakin ötən ilin sentyabr ayında Azərbaycanın keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağdakı separatçı rejimin ləğvi və ermənilərin kütləvi şəkildə könüllü Ermənistana köçməsi bölgədə status-kvonu dəyişdi. Artıq danışıqlardakı əsas mübahisə predmeti olan məsələ öz-özünə həllini tapıb. Ona görə də ABŞ yeni konyuktura uyğun sülh müqaviləsinin Vaşinqton platformasında imzalanmasına çalışır.

Sonuncu dəfə Entoni Blinken Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında bu il fevral ayının 18-də Münxendə keçirilən görüşdə iştirak edib. ABŞ-nin sülh danışıqları ilə bağlı digər fəaliyyəti daha çox Azərbaycan və Ermənistanla ikitərəfli diplomatik təmaslarla həyata keçirilib. Lakin iyun ayından etibarən ABŞ-nin sülh müqaviləsinin imzalanmasında maraqlı tərəf kimi çıxış etməsi müşahidə olunur. Ceyms Obrayenin ötən ay İrəvana və Bakıya səfərləri, iyunun 10-da isə Blinkenin iştirakı ilə keçirilən üçtərəfli görüş ABŞ-nin qısa müddətdə sülhə nail olmaq cəhdindən xəbər verir.

Ceyms Obrayenin Ermənistana və Azərbaycana səfərləri zamanı verdiyi açıqlamalar və bu kontekstdə ortaya çıxan məlumatlar ABŞ-nin ilkin şərt olmadan sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu göstərir. Yəni ABŞ Azərbaycanın Ermənistanda konstitusiya referendumu keçirilməsi tələbindən çəkilməsinə dair Paşinyan hakimiyyətinin istəyini dəstəkləyir.

Lakin Ermənistan konstitusiyası yenilənmədən sülh sazişinin mümkünsüzlüyünü Vaşinqtonda da anlayırlar. Ermənistan mediasının yazdığına görə, senator Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfəri zamanı Ermənistan qarşısında qoyulan əsas şərtlərdən biri sülh müqaviləsinə nail olmaq üçün konstiutusiya referendumunun keçirilməsi ilə bağlı Azərbaycanın tələbini yetirməkdən ibarət olub. ABŞ Zəngəzur dəhlizinin açılması, Mərkəzi Asiya və Avropa arasında yüklərin Türkiyə-Ermənistan-Azərbaycan marşrutu üzərində daşınması üçün sülh sazişinin imzalanmasını təklif edir. Vaşinqtonun məqsədi Rusiyanın və Çinin “Orta dəhliz”dən kənarlaşdırmaq və bölgəyə nəzarəti ələ almaqdır.

Lakin “Orta dəhliz” Çinin “Bir kəmər-Bir yol” layihəsinin əsas hissəsini təşkil edir. Ona görə də Çini bu prosesdən ayırmaq mümkün deyil. Çin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycanla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamaqla Cənubi Qafqazda strateji maraqlarını rəsmən elan etmiş oldu. Bu isə Ukraynada və Yaxın Şərqdə güclənən müharibələrlə əlaqədar ABŞ və Çin arasında Cənubi Qafqazdan keçən nəqliyyat-tranzit “hub”ına nəzarət uğrunda rəqabətin artmasının anonsu hesab edilə bilər. Qeyd edilən səbəbdən yeni marşrut kimi Zəngəzur dəhlizinin blokdan açılması hər iki tərəfin marağındadır. Lakin buna nail olmaq üçün öncə Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Müşfiq Abdulla
"Cebhe.info"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru