Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - SƏRƏNCAM
Tarix: 10-07-2024, 17:43 |
Çap et
“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Dia-az.İnfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiqlənib:
Müşahidə Şurasının sədri
Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.