Müdafiə Nazirliyi 2,6 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Tarix: 16-07-2024, 15:02 |
Çap et
Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun avtomobil texnikaları üçün müxtəlif markalı avtomobil şinlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “İnport” MMC olub.
Qalib şirkətlə 2 698 743 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “İnport” MMC 2018-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Azər Bayramov Qəzənfər oğludur. Hüquqi ünvanı AZ1065, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, ev 63 ünvanında yerləşir.