
“Hakimiyyət xalqı inandırır ki, onlar ölkəni sülhə aparır, amma yenə də ictimaiyyəti güzəştə hazırlayır”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni siyasətçi Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
O daha sonra fikirlərini belə davam etdirib:
“ABŞ dövlət katibinin sözçüsü Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunaraq bildirib ki, “Biz razılığa gəlməyin mümkün olduğuna inanırıq, lakin bu, hər iki tərəfdən çətin qərarlar qəbul etməyi və ciddi kompromislərə getməyi tələb edir”.
Bu isə o deməkdir ki, Nikol Paşinyan güzəştə getməyə hazırlaşır. O ictimaiyyəti də məhz buna hazırlamağı qarşısına məqsəd qoyub.