"Azəriqaz" daha bir məhkəməni uduzdu .....                     Ukrayna münaqişədən parçalanmış halda çıxacaq .....                     „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ .....                     Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır .....                     "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" .....                     Azərbaycanda QSC yenidən təşkil ediləcək .....                     ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib .....                     Bakı səfərindən paylaşım etdi .....                     Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... .....                     Avarçəkmə yenidən Qarabağda .....                     Nazir rəisi təqaüdə göndərdi .....                     “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır .....                     Problemli kreditlərdə 32 milyonluq artım .....                     TƏBİB-in ƏRKÖYÜNÜ... .....                     Artilleriya bölmələri ilə döyüş atışları keçirilib .....                     Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, .....                     Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... .....                     Azərbaycan-Çin münasibətləri yeni mərhələdə .....                     Xalq artisti arxivini tökdü ortaya... .....                     İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... .....                     “NORM”a yaxın şirkət yaradıldı .....                     “PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub .....                     44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... .....                     "Neftqazmaş" ASC kiçilib .....                     "Bakıtikişsənaye" ASC səhmdarlarına .....                     Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər .....                     İlham Əliyev regionda MEYDAN SULAYIR... .....                     ABB də boyun qaçırır, qosqoca `Azercell` də... .....                     Gəncədə icra hakimiyyətinin yaxınlığında .....                     “Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir .....                     "Kiçik məmurlar qudurğanlıq etməməlidir" .....                     Əmək şəraiti ağır.. zərərli olan işlərdə... .....                     Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar .....                     Dərin köklərə malik münasibətlər .....                     Ermənistan NƏ İSTƏYİR? .....                     “Xalq Bank”ın rəhbərinə ağır itki üz verib .....                     ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək? .....                     Arazın o tayının və bu tayının görüşü… .....                     Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI .....                     BAŞ(ÇI)SIZ Nəsimidə daha bir özbaşınalıq .....                 

İrəvan Bakının prinsiplərini yerinə yetirməlidir - İNCƏLƏMƏ
Tarix: 20-07-2024, 08:32 | Çap et
İrəvan Bakının prinsiplərini yerinə yetirməlidir
“Hraparak” qəzeti yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin qurulacağına dair iddia ilə çıxış edib.

Adıçəkilən nəşr qeyd edir ki, yaxın aylarda Qərbin xeyir-duası ilə Zəngəzur dəhlizinin açılmasına nail olan Azərbaycan diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan müəyyən təmas prinsipləri haqqında sazişlə bağlı müvəqqəti sənədi Ermənistana təqdim edəcək.

“Bu haqda Azərbaycan dairələrində fəal şəkildə tirajlananlardan aydın olur ki, Ermənistanın və Azərbaycanın prinsiplər ətrafında müzakirələr aparıb razılığa gəlməsi üçün yer əvvəlcə Tiflisdəki səfirlikləri ola bilər. Lakin Ermənistan-Azərbaycan münasibətlərinə baxanda deyə bilərik ki, Azərbaycan özünün bütün “prinsip” adlandırılan tələblərini üz-üzə, vasitəçi olmadan İrəvana tətbiq etmək üçün hər şeyi edəcək”,-məqalədə belə yazılır.

“Hraparak” qəzeti hər hansı rəsmi mənbəyə əsaslanmadığına görə bu məlumat öz təsdiqini tapmayıb. Ancaq Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin qurulması ümumi sülh prosesinin tərkib hissəsi olduğu üçün nəticə etibarı ilə qaçılmaz görünür.

Qeyd edək ki, Azərbaycanı Xarici İşlər Nazirliyi 2022-ci ilin mart ayında sülh müqaviləsinin 5 bənddən ibarət əsas prinsiplərini Ermənistan tərəfinə təqdim edib. İndiyə qədər Azərbaycanla Ermənistan arasında sazişin mətni ilə bağlı qarşılıqlı şəkildə 10 təklif layihəsi müzakirə olunub. Buna baxmayaraq, Azərbaycan sülh sazişinin baza prinsipləri kimi 5 təklifin əsas götürülməsini vacib hesab edir. Azərbaycanla diplomatik münasibətlərin qurulması üçün Ermənistan ilk növbədə, rəsmi Bakının təqdim etdiyi prinsipləri yerinə yetirməlidir. Lakin Ermənistan hələ də Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanımayıb. Ermənistanın konstitusiyasında, Hərbi Doktrinasında, Milli Təhlükəsizlik Strategiyasında və digər hüquq-normativ aktlarında Azərbaycana qarşı rəsmən ərazi iddiası yer alır.

Azərbaycanın tələblərinə baxmayaraq, Ermənistan konstitusiya referendumunu keçirməkdən yayınır. Konstitusiyanın preambula hissəsində keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının Ermənistana birləşdirilməsinə dair Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi qanunsuz qərara istinad edilir. Bu isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin pozulması deməkdir.

Beləliklə, Ermənistan Azərbaycanın təqdim etdiyi “Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi” prinsipini də pozur. Ermənistanın Baş naziri bir neçə dəfə Qarabağı Azərbaycan ərazisi adlandırsa da, bunu rəsmən təsdiq edən hər hansı sənədə imza atmayıb. Bu halda tərəflər arasında sülh müqaviləsi imzalana bilməz. Ermənistan ən azı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, dövlət sərhədlərini rəsmən tanımayana qədər tərəflər arasında diplomatik münasibətlərin yaradılması da mümkün deyil. Azərbaycan vacib prinsiplərdən biri kimi dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməyi təklif edir. Lakin Azərbaycanın dörd kəndini işğal altında saxlayan Ermənistan üstəlik, şərti sərhəd boyu ərazilərdə yerləşən bütün strateji əhəmiyyətli yüksəkliklərə ərazi iddiasını davam etdirir. Ermənistan silahlı qüvvələri vaxtaşırı Azərbaycan Ordusunun mövqelərini atəşə tutur, hərbi təxribatlar törədir. Ermənistan Azərbaycana qarşı hədə törətməyəcəyinə və güc tətbiq etməyəcəyinə dair heç bir sənədi imzalamayıb.

Bu da öz növbəsində beynəlxalq hüququn pozulması deməkdir. Belə olan təqdirdə, iki ölkə arasında diplomatik münasibətlərdən danışmaq mümkün deyil. Azərbaycanın Ermənistana təqdim etdiyi dördüncü prinsip “Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması”nı nəzərdə tutur. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına dair birgə komissiyaların apardığı danışıqlar nəticəsində Sovet dövründə mövcud olmuş 1007 km-lik şərti sərhədin yalnız 12,7 km-i razılaşdırılıb. Sərhədlərin delimitasiyasına mane olan başlıca səbəblərdən biri də aradan qaldırılmalı, Ermənistan öncə işğal altında saxladığı dörd kəndi Azərbaycana qaytarmalıdır. Rəsmi İrəvan sərhədlərin 1991-ci il Almatı Bəyannaməsi əsasında müəyyənləşməsini israrla təklif edir. Halbuki Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi həyata keçirməklə Almatı Bəyannaməsinin 3-cü bəndini (ərazi bütövlüyünə hörmət və sərhədlərin dəyişdirlməməsi) pozub. Ona görə də Azərbaycan və Ermənistan arasında sərhəd mövcud deyil. Almatı Bəyannaməsinin 3-cü bəndində əks olunan prinsip sərhədlərin danışıqlar əsasında müəyyənləşməsini nəzərdə tutur. Yalnız bundan sonra dövlətlərin ərazi bütövlüyü qarşılıq şəkildə tanına bilər. Nikol Paşinyan hakimiyyəti isə Ermənistanın 29743 kv. km əraziyə malik olması barədə hüquqi öhdəliyin bəribaşdan sülh sazişinə daxil edilməsini istəyir. Lakin Azərbaycanın və Ermənistanın ərazi vahidi delimitasiya və demarkasiya prosesi yekunlaşdıqdan sonra dəqiqləşə bilər.

Çünki Sovet dövründə Azərbaycanın 20 min kv. km-dən artıq ərazisi qanunsuz olaraq Ermənistana bağışlanıb. Delimitasiya zamanı Sovet dövrünə aid xəritələr tətbiq olunduğuna görə Azərbaycanın həmin torpaqları tələb etmək hüququ var. Bu baxımdan, diplomatik əlaqələrin qurulması üçün Ermənistan delimitasiya və demarkasiya prosesinin böyük hissəsini başa çatdırmalı, Azərbaycanın dövlət sərhədlərini, onun toxunulmazlığını rəsmən tanımalıdır. Azərbaycanın təklif etdiyi 5-ci prinsip nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir.

Bu məsələdə də Ermənistan indiyə qədər hər hansı müsbət addım atmayıb. Rəsmi İrəvan 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində kommunikasiyaların açılmasına dair üzərinə götürdüyü öhdəliyin icrasından yayınır. Həmin razılaşmaya görə, Ermənistan tərəfi Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında hərəkətin təmin olunmasını təmin etməlidir. Lakin indiyə qədər Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin və digər nəqliyyat-kommunikasiya marşrutlarının blokdan açılmasına mane olur. Bu da paralel olaraq, Ermənistanın Azərbaycanla əməkdaşlıqda maraqlı olmadığını göstərir. Ona görə də Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması üçün “Hraparak” qəzetinin yazdığı kimi, Zəngəzur dəhlizinin açılması yeganə şərt deyil. İrəvan ilk növbədə, Azərbaycan qarşısında geniş siyasi və hüquqi öhdəliklər paketini imzalayaraq, onu həyata keçirməlidir.

Bu prosesi isə Tiflisdəki səfirliklər vasitəsilə koordinasiya etməyə ehtiyac yoxdur. Hər iki ölkənin liderləri, xarici işlər nazirləri, Baş nazirlərin müavinlərinin rəhbərlik etdiyi delimitasiya və demarkasiya komissiyaları səviyyəsində aparılan danışıqlar prosesində bütün sahələr üzrə qarşılıqlı razılaşmalar əldə etmək mümkündür.

Müşfiq Abdulla
"Cebhe.info"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27
Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19
Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14
"Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12
Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03
Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00
Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57
Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44
Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38
“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34
Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32
TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13
Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57
Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51
“NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51
“PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50
44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47
"Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44
"Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36
İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33
ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29
Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20
"Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 09:17
Əmək şəraiti ağır.. zərərli olan işlərdə... - Ekspert danışır...
Bu gün, 09:14
Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar - MƏQALƏ
Bu gün, 09:10
Dərin köklərə malik münasibətlər - İsrafil Kərimovun yazısı
Bu gün, 09:09
Ermənistan NƏ İSTƏYİR? - ƏGƏR...
Bu gün, 08:57
“Xalq Bank”ın rəhbərinə ağır itki üz verib
Bu gün, 07:24
ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək? - GƏLİŞMƏ
Bu gün, 07:17
Arazın o tayının və bu tayının görüşü… - replika
Bu gün, 06:35
Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
Bu gün, 06:31
BAŞ(ÇI)SIZ Nəsimidə daha bir özbaşınalıq - AXI NİYƏ?..
Bu gün, 06:26
Raketi Hindistandan, onun mərmisini isə Fransadan alırıq - Köçəryan
Bu gün, 06:20
ATƏT-in Minsk qrupu: ÖLÜNÜ DİRİLDİRLƏR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:17
Gözdən əlilin pensiyası NİYƏ KƏSİLİB? - GİLEY
Bu gün, 06:14
Pensiyaların verilmə tarixi NİYƏ OYNAQDIR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:07
“Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR! - BU NƏDİ BELƏ?
Bu gün, 06:05
Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
Bu gün, 05:55
Rusiyada 9 May paradları kütləvi şəkildə ləğv edilir - səbəb nədir?
Bu gün, 05:53
Köçəryandan ŞOK: Ermənilər onları ilk dəfə Aprel döyüşlərində gördü… - TƏFƏRRÜAT
Bu gün, 05:49
İsraili Azərbaycana yaxınlaşdıran 3 SƏBƏB - Görünəni odur ki...
Bu gün, 00:20
İki azərbaycanlı Prezidentin ORTAQ AMALI - İNCƏLƏMƏ
Bu gün, 00:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru