İrəvanın DƏHLİZ DİRƏNİŞİ... - AKTUAL
Tarix: 20-07-2024, 09:05 | Çap et
 Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında regional nəqliyyat və kommunikasiya yollarının açılması üzrə danışıqların mərkəzindədir. Birmənalı qəbul olunur ki, Zəngəzur dəhlizinin açılması regional iqtisadiyyata, ticarətə və geosiyasi vəziyyətə əhəmiyyətli təsir göstərəcək. Qeyd edək ki, 2020-ci ilin noyabrında imzalanmış atəşkəs razılaşması bu dəhlizin açılmasını nəzərdə tutsa da, praktiki reallaşma üçün tərəflər arasında əlavə razılaşmalar, müzakirələr tələb olunur. Dəhlizin açılması üçün həm Azərbaycan, həm də Ermənistan ərazilərində infrastrukturun qurulması və təkmilləşdirilməsi vacibdir ki, bu da zaman tələb edən prosesdir. Rusiya Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir və bu prosesə nəzarət edir. Türkiyə Azərbaycanın əsas müttəfiqi olaraq Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir və regionda iqtisadi və strateji maraqlarını güdür. İran və Gürcüstan da bu prosesə maraqlıdır. Çünki dəhlizin açılması onların da regional nəqliyyat və ticarət imkanlarına təsir edəcək. Ancaq dəhlizin nə zaman açılacağını dəqiq proqnozlaşdırmaq çətindir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır: "Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq". Ərdoğan vurğulayıb ki, Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur: "İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə onlar üçün daha asan olacaq". Ermənistan parlamentinin “Ayakve” təşəbbüs qrupunun üzvü Armen Manvelyan deyib ki, Vaşinqton İrəvandan Bakının bütün tələblərinin icrasını tələb edir: “Söhbət yeni konstitusiyanın qəbulu, anklavların və o ərazilərə gedən yolların təhvil verilməsi, azərbaycanlıların qayıdış haqlarının gücləndirilməsi, geri dönəcək şəxslərin təhlükəsizliyini qorumaq üçün üçüncü ölkənin ordusunun Ermənistanda mövcudluğunun təmin olunması və Zəngəzur dəhlizinin açılmasından gedir”. Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, təəssüf ki, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə anlaşıb, sərhədlərin açılmasına, regionda normal inkişaf şansı qazanmağa çalışmaq əvəzinə gərginliyi artırıb, öz himayədarlarının dəstəyinə güvənməyə üstünlük verir. Ekspertin sözlərinə görə, son vaxtlara qədər rəsmi Bakı Ermənistana Zəngəzur dəhlizi də daxil olmaqla, regionda bütün nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif edirdi:
"Rəsmi İrəvan isə əvvəlcə buna qarşı çıxırdı, daha sonra öz şərtlərini gündəmə gətirməyə çalışırdı. Nəticədə Zəngəzur dəhlizinin reallaşdırılması prosesi ləngidilmiş oldu. Rəsmi İrəvan Zəngəzur dəhlizi məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edə biləcəyinə ümid bəsləyirdi. Ancaq növbəti dəfə yanıldı və ən ağır zərbəni də məhz Ermənistana vurmuş oldu. Hər halda indi rəsmi Bakı Zəngəzur dəhlizi ilə bağlı mövzunu gündəmə gətirməyə belə həvəsli görünmür. Yekun sülh sazişinin imzalanması və Ermənistanın ərazi bütövlüyünün tanınması Azərbaycanın geopolitik və geostrateji maraqlarına o qədər də cavab verməyə bilər. Çünki Azərbaycanın tarixi ərazilərində süni şəkildə qondarma Ermənistan dövləti yaradılıb. Və rəsmi Bakı Azərbaycanın tarixi ərazilərinin geri qaytarılmasını tələb etmək hüququna sahibdir. Ona görə də, indi məhz rəsmi İrəvan yekun sülh sazişinin imzalanmasında birbaşa maraqlı olmalıdır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Parovozun qabağında qaçan Paşinyan – Konstitusiya dəyişikliyi 2027-yə qalsa, Ermənistan qalmayacaq!
Bu gün, 17:13 |
|
|
|
• Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək?
Bu gün, 15:49 |
|
|
|
• Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb – 25 dəfə artıb
Bu gün, 15:42 |
|
|
|
• Baləli: "Maşınımın baqajında kirayə qalıram" - VİDEO
Bu gün, 15:16 |
|
|
|
• Kreml Bakı və İrəvandan əl çəkmir – “Yenə vasitəçi olmaq istəyirlər”
Bu gün, 14:58 |
|
|
|
• İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Bu gün, 14:53 |
|
|
|
• “Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” - İTTİHAM
Bu gün, 14:35 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı - Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI
Bu gün, 14:22 |
|
|
|
• Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı
Bu gün, 14:20 |
|
|
|
• “Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” - Birinci qrup əlil
Bu gün, 14:16 |
|
|
|
• 5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... - GİLEY
Bu gün, 14:00 |
|
|
|
• BP TANAP-dakı payını satır - QİYMƏT
Bu gün, 13:58 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! - Müvəqqəti imiş...
Bu gün, 12:38 |
|
|
|
• Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı
Bu gün, 12:35 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32 |
|
|
|
• "Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" - deputat
Bu gün, 12:26 |
|
|
|
• Türkiyəni içindən qarışdırmaq istəyənlər... BİLMƏLİDİR!
Bu gün, 12:11 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb - RƏSMİ
Bu gün, 12:07 |
|
|
|
• Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? – Şok ittiham
Bu gün, 11:57 |
|
|
|
• Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... - “Hraparak”
Bu gün, 11:48 |
|
|
|
• Etibar Cəbrayıloğluna ağır itki üz verib
Bu gün, 11:45 |
|
|
|
• “Putin çox ağıllı insandır” - Trampın xüsusi nümayəndəsi
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycanda 10 min boşanmış şəxs yenidən EVLƏNİB
Bu gün, 11:13 |
|
|
|
• Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən - NƏ BAŞ VERİR?
Bu gün, 11:11 |
|
|
|
• ABŞ ordusunun Ermənistana gəlməsi… - Kopırkin
Bu gün, 11:07 |
|
|
|
• Radikallar aktivləşir, amma dövlət də yatmır – Dost ölkəyə diqqət
Bu gün, 11:06 |
|
|
|
• IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib
Bu gün, 11:00 |
|
|
|
• “Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir”
Bu gün, 10:47 |
|
|
|
• İmamoğluya qarşı yeni ittiham: - “PKK-ya 100, Dəmirtaşın xanımına 20 milyon verib”
Bu gün, 10:44 |
|
|
|
• Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:41 |
|
|
|
• "Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" - VİDEO
Bu gün, 10:34 |
|
|
|
• Ermənistan Azərbaycana milyardlarla borcludur – ya ödəyəcək, ya da əvəzini Zəngəzurla verəcək
Bu gün, 10:28 |
|
|
|
• Paşinyan şərtlərimizi qəbul etdi? - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
• BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... - AXI NİYƏ?..
Bu gün, 10:21 |
|
|
|
• “Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... - Pulumuz şirindir... dilimiz acı...
Bu gün, 09:59 |
|
|
|
• Jurnalistin oğlu vəfat edib
Bu gün, 09:57 |
|
|
|
• İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Bu gün, 09:54 |
|
|
|
• DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: - Tanışınız, dostunuzun adından mesaj gələ bilər...
Bu gün, 09:52 |
|
|
|
• Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi - Firəngiz Əlizadə
Bu gün, 09:47 |
|
|
|
• Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər – Putinin xüsusi mesajı
Bu gün, 09:44 |
|
|
|
• Çoxları sülh olacağına inanmır, amma... - Paşinyan
Bu gün, 09:39 |
|
|
|
• Nədən istehlakçıların hüquqlarını mütəmadi olaraq pozan... - Ekspert danışır...
Bu gün, 09:35 |
|
|
|
• Ləğv prosesində olan beş bankın - BÜTÜN BORCLARI ÖDƏNİLİB
Bu gün, 09:30 |
|
|
|
• "Bu anormal qaydalardan yalnız kassada xəbər tutursan..." - ETİRAZ
Bu gün, 09:24 |
|
|
|
• Kredit istəyirsənsə... YATMA! - BU NƏDİ BELƏ?..
Bu gün, 09:14 |
|
|
|
• “Kontakt Home”a qarşı MÜŞTƏRİ SƏFƏRBƏRLİYİ... - NARAZILIQ VAR...
Bu gün, 09:06 |
|
|
|
• Tezliklə “İbrahim razılaşmaları”na yeni dövlətlər daxil ediləcək - Ağ Ev
Bu gün, 08:59 |
|
|
|
• Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib
Bu gün, 08:52 |
|
|
|
• “Azercell”dən müştərisinə qarşı AÇIQ DƏLƏDUZLUQ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:51 |
|
|
|
|