Azərbaycanın AŞ PA qərarının 7-ci ayı - payıza qədər qayıtmasalar...
Tarix: 20-07-2024, 11:51 | Çap et
 Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarının 7 ayı tamam olur. Yada salaq ki, yanvarın 22-də nümayəndə heyəti bununla bağlı bəyanat verib.
AŞ PA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra bu qərar elan olunub. O vaxtdan ötən müddətdə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan nümayəndə heyətinə dair məsələni bir neçə dəfə müzakirə edib.
Prezident İlham Əliyev də bu müddət ərzində bir neçə dəfə AŞ PA-nın Azərbaycana qarşı qərəzli və çirkin kampaniya apardığını vurğulayıb.
AŞ PA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib.
Dövlət başçısı Azərbaycan nümayəndə heyətinin AŞ PA-da hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycanın Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirakı məsələsinə yenidən baxılacağını da bildirib.
Bəs bu müddət ərzində Strasburqla anlaşma yolunda hansısa danışıqlar oldumu? Qurumun payız sessiyasına qədər Azərbaycanın nümayəndə heyətinin fəaliyyəti bərpa olunmasa, daha sərt addımlar mümkündürmü?
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, AŞ PA-nın bu qərarı Avropa strukturlarında Azərbaycan əleyhinə kampaniyanın tüğyan etdiyi bir dövrdə verildi. 2024-cü ilin əvvəllərində demək olar ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xidmətini çıxmaq şərtilə, bütün Avropa strukturları Azərbaycanın əleyhinə qərarlar verirdilər. Avropanın bu total qaralama kampaniyası ölkəmizin 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra başladı: “Göz qabağında idi ki, ”möhtərəm" avropalılar Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən heç məmnun qalmamışdılar. AŞ PA da məhz bu motivlər altında Azərbaycan nümayəndə heyəti barədə uyğunsuz qərar verdi. AŞ PA, Avropa Parlamenti və ATƏT-in Demokratika Təsisatlar İnsan Hüquqları Bürosu sanki Azərbaycana qarşı bir mərkəzdən idarə olunurlar. Məqsəd guya Qarabağın bir ovuc keçmiş erməni sakinlərinin müdafiəsi adı altında əslində Azərbaycana təzyiqlər göstərməkdir. Azərbaycanın bir neçə dost ölkələri açıq buna etiraz etdilər, Azərbaycanın nümayəndə heyətinin mandatının bərpasını istədilər. Türkiyənin, Macarıstanın, Serbiyanın bu yöndə dəstəyi unudulmazdır. Lakin AŞ PA-da Azərbaycana, təəssüf ki, hələlik fərqli münasibət görmürük. Səbəb odur ki, ümumən Avropa strukturlarının Azərbaycana münasibəti obyektivliyə doğru hələ dəyişməyib və Azərbaycana münasibəti çox hallarda Fransadan və bəzi başqa qeyri-dost ölkələrdən asılı vəziyyətdədir. Əslində Azərbaycan barədə qərarı AŞPA yox, Fransa, Hollandiya və Almaniya veriblər. Avroparlamentə yeni seçkilərdən sonra onun yeni formalaşan rəhbərliyinin də Azərbaycana münasibətində pozitiv bir dəyişiklik təəssüf ki, hiss olunmur. Elə bu da deməyə əsas verir ki, AŞ PA-nın yaxın vaxtlarda Azərbaycana münasibətinin dəyişəcəyi ehtimalı zəifdir".
Ekspert qeyd etdi ki, AŞ PA öz yanaşmasını dəyişməyəcəksə, bizim onların “yaxasından asılmağa” ehtiyacımız yoxdur: “Nümunə- ”Şərq Tərəfdaşlığı" proqramı Azərbaycana ədalətsiz oldu və buna cavab olaraq onunla əlaqəyə demək olar ki, çoxdan fasilə verib. İndi də AŞ PA ilə bağlı Azərbaycanın hər cür radikal qərar vermək haqqı var. Onu da deyək ki, AŞ PA Azərbaycana həm də Rusiya ilə münasibətlərdən çıxış edərək təzyiq göstərir. Təbii ki, Azərbaycan Rusiya ilə münasibətlərini dəyişməyəcək. Bu amil də AŞPA-nın Azərbaycanla bağlı qərəzli siyasəti hələ davam etdirəcəyini deməyə əsas verir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək?
Bu gün, 15:49 |
|
|
|
• Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb – 25 dəfə artıb
Bu gün, 15:42 |
|
|
|
• Baləli: "Maşınımın baqajında kirayə qalıram" - VİDEO
Bu gün, 15:16 |
|
|
|
• Kreml Bakı və İrəvandan əl çəkmir – “Yenə vasitəçi olmaq istəyirlər”
Bu gün, 14:58 |
|
|
|
• İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Bu gün, 14:53 |
|
|
|
• “Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” - İTTİHAM
Bu gün, 14:35 |
|
|
|
• Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı - Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI
Bu gün, 14:22 |
|
|
|
• Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı
Bu gün, 14:20 |
|
|
|
• “Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” - Birinci qrup əlil
Bu gün, 14:16 |
|
|
|
• 5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... - GİLEY
Bu gün, 14:00 |
|
|
|
• BP TANAP-dakı payını satır - QİYMƏT
Bu gün, 13:58 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! - Müvəqqəti imiş...
Bu gün, 12:38 |
|
|
|
• Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı
Bu gün, 12:35 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32 |
|
|
|
• "Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" - deputat
Bu gün, 12:26 |
|
|
|
• Türkiyəni içindən qarışdırmaq istəyənlər... BİLMƏLİDİR!
Bu gün, 12:11 |
|
|
|
• Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb - RƏSMİ
Bu gün, 12:07 |
|
|
|
• Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? – Şok ittiham
Bu gün, 11:57 |
|
|
|
• Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... - “Hraparak”
Bu gün, 11:48 |
|
|
|
• Etibar Cəbrayıloğluna ağır itki üz verib
Bu gün, 11:45 |
|
|
|
• “Putin çox ağıllı insandır” - Trampın xüsusi nümayəndəsi
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycanda 10 min boşanmış şəxs yenidən EVLƏNİB
Bu gün, 11:13 |
|
|
|
• Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən - NƏ BAŞ VERİR?
Bu gün, 11:11 |
|
|
|
• ABŞ ordusunun Ermənistana gəlməsi… - Kopırkin
Bu gün, 11:07 |
|
|
|
• Radikallar aktivləşir, amma dövlət də yatmır – Dost ölkəyə diqqət
Bu gün, 11:06 |
|
|
|
• IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib
Bu gün, 11:00 |
|
|
|
• “Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir”
Bu gün, 10:47 |
|
|
|
• İmamoğluya qarşı yeni ittiham: - “PKK-ya 100, Dəmirtaşın xanımına 20 milyon verib”
Bu gün, 10:44 |
|
|
|
• Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:41 |
|
|
|
• "Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" - VİDEO
Bu gün, 10:34 |
|
|
|
• Ermənistan Azərbaycana milyardlarla borcludur – ya ödəyəcək, ya da əvəzini Zəngəzurla verəcək
Bu gün, 10:28 |
|
|
|
• Paşinyan şərtlərimizi qəbul etdi? - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
• BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... - AXI NİYƏ?..
Bu gün, 10:21 |
|
|
|
• “Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... - Pulumuz şirindir... dilimiz acı...
Bu gün, 09:59 |
|
|
|
• Jurnalistin oğlu vəfat edib
Bu gün, 09:57 |
|
|
|
• İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Bu gün, 09:54 |
|
|
|
• DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: - Tanışınız, dostunuzun adından mesaj gələ bilər...
Bu gün, 09:52 |
|
|
|
• Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi - Firəngiz Əlizadə
Bu gün, 09:47 |
|
|
|
• Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər – Putinin xüsusi mesajı
Bu gün, 09:44 |
|
|
|
• Çoxları sülh olacağına inanmır, amma... - Paşinyan
Bu gün, 09:39 |
|
|
|
• Nədən istehlakçıların hüquqlarını mütəmadi olaraq pozan... - Ekspert danışır...
Bu gün, 09:35 |
|
|
|
• Ləğv prosesində olan beş bankın - BÜTÜN BORCLARI ÖDƏNİLİB
Bu gün, 09:30 |
|
|
|
• "Bu anormal qaydalardan yalnız kassada xəbər tutursan..." - ETİRAZ
Bu gün, 09:24 |
|
|
|
• Kredit istəyirsənsə... YATMA! - BU NƏDİ BELƏ?..
Bu gün, 09:14 |
|
|
|
• “Kontakt Home”a qarşı MÜŞTƏRİ SƏFƏRBƏRLİYİ... - NARAZILIQ VAR...
Bu gün, 09:06 |
|
|
|
• Tezliklə “İbrahim razılaşmaları”na yeni dövlətlər daxil ediləcək - Ağ Ev
Bu gün, 08:59 |
|
|
|
• Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib
Bu gün, 08:52 |
|
|
|
• “Azercell”dən müştərisinə qarşı AÇIQ DƏLƏDUZLUQ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:51 |
|
|
|
• "Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..." - ÇAĞIRIŞ
Bu gün, 08:35 |
|
|
|
|