Ahıl uşağın etirafları .....                     İki nüvə gücü üz-üzə: .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarına .....                     Ermənistan sərhəd boyunca öz sərhədçilərinin iştirakını artırmaq niyyətindədir .....                     “Tələb olunan müayinələrdən keçməliyəm” .....                     “Paşinyan Minsk qrupunun ləğvini istəyir, .....                     "Bu sərəncam yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq" .....                     AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib .....                     Piyadanı döyən "BakuBus" sürücüsü .....                     Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi .....                     Sabunçunun ADİL OLMAYAN idarəçiliyi... .....                     Netanyahunu 10 il sonra Bakıya gətirən səbəb .....                     "Qızılağac LTD" MMC-nin 770 min manatdan çox .....                     “Oktay alimentə görə övladlarından imtina etdi” .....                     Elçin Cavadovun "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib .....                     Çinin yeni səfiri Ermənistana gedib .....                     İsrail polisi Qüdsdə bayraq açan erməniləri it sürütməsi etdi, .....                     "Ailəli kişi ilə evli olmuşam" .....                     Moskvada 9 May tədbirlərinə dəyişiklik edildi: .....                     İstanbul bələdiyyəsində 2-ci əməliyyat: .....                     Azərbaycanda konserv şirkəti səhmdarlarını .....                     Məsud Pezeşkian futbol oynadı .....                     Nərimanovun icra başçısı OLİQARX İMİŞ... .....                     Kəşfiyyat məlumatlarının Aİ-yə ötürülməsi Azərbaycan üçün təhlükədir .....                     "44 günlük müharibədə və bir günlük antiterror əməliyyatlarında onlar harada gizlənmişdilər?" .....                     İsmayıllının icra başçısı az qalmışdı müğənninin güdazına getsin... .....                     "ATƏT-in Minsk qrupu problemin həllini ertələyirdi, beynəlxalq iştirakçıları prosesdən uzaq tutmağa çalışırdı" .....                     Naxçıvanda bu vəzifəyə 10 nəfərin namizədliyi verilib .....                     "Kim nə istəyir etsin, əl çəksinlər Əli müəllimdən" .....                     Pekinin Bakıya bu qədər marağının səbəbi .....                     Kazinoların bərpası gündəmdə: xeyri nə, təhlükəsi nə? .....                     Aİ-nin yeganə güvənəcəyi enerji təminatçısı Azərbaycandır .....                     Kallasın Bakı səfərinin əsl məramı nə idi? .....                     Konstitusiya islahatlarına hazırlıq anonsu .....                     Səfir Qurgenlə oliqarx Ara Moskvada nə üstə davaya çıxdı?.. .....                     Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? .....                     "Onun ”Azərbaycan və İran eyni bədənin hissələridir" deməsi anlaşılan deyil" .....                     Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir .....                     "Sahil Babayevə deyin ki, pensiyaları VAXTINDA VERSİN..." .....                     Azərbaycanın dostu ilə qardaşı arasında “S-400” gərginliyi .....                 

Paşinyanın “cəsarət”inin sahibləri nə düşünür? - Görünəni odur ki...
Tarix: 20-07-2024, 12:16 | Çap et
Paşinyanın “cəsarət”inin sahibləri nə düşünür?
Elçin Alıoğlu - TREND


Noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Hazırda iqtidarda olan Demokratik Partiyanın əsas namizədi qismində prezident Co Bayden qəbul edilsə də, prioritetin yaxın günlərdə dəyişməsi və partiyanın seçkilərə başqa namizədlə getməsi əsla istisna deyil. Respublikaçılar Partiyası isə artıq namizədini seçib: o, sabiq dövlət başçısı və milyarder Donald Trampdır.

Birləşmiş Ştatların administrasiyasının və xüsusilə də Dövlət Departamentinin Ermənistana aşkar dəstək təsiri bağışlayan bəyanatlarının sıralanması artıq təəccüb doğurmur.

Dövlət katibi Entoni Blinken, onun müavini Uzra Zeya, müşaviri Ceyms O-Brayen və hətta mətbuat katibi Metyu Miller belə, İrəvanın "Vaşinqtonla əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində müstəsna səylər göstərməsi" ilə bağlı bravur açıqlamalar verirlər.

Bəli, aydındır ki, Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətmək, bölgədəki proseslərə Moskvanın təsir imkanlarını minimallaşdırmaq və Ermənistanın Rusiyadan asılılığını aradan qaldırmaq üçün Vaşinqton müstəsna cəhdlər edir, fəaliyyətini sürəkli aktivləşdirir. Strategiyanın daha tez və asanlıqla reallaşdırılması üçün Vaşinqton Bakıya da müxtəlif müstəvilərdə və istiqamətlərdə təzyiqlər göstərməyə, Ermənistanla sülh müqaviləsinin maksimum qısa müdətdə imzalamağa vadar etməyə çalışır.

Ermənistan Konstitusiyasının preambulasında yer alan və Azərbaycana qarşı ərazi iddialarından ibarət olan hissə ləğv edilməyincə, baş nazir Nikol Paşinyan ölkə Konstitusiyasına zəruri dəyişikliklər etməyincə sülh müqaviləsinin imzalanması adi və rutin prosedur olacaq. Müqavilənin özünün dəyəri dərc olunduğu kağızın qiymətini keçməyəcək.

С.Bayden administrasiyası tələsir, noyabrda keçiriləcək prezident seçkilərinədək erməni seçicilərin dəstəyini qazanmağa çalışır. Birləşmiş Ştatlardakı erməni icması isə Ağ Evdən çox narazıdır - çünki demokratlar ermənilərə verdikləri vədlərin faktiki olaraq, heç birinə əməl etməyiblər.

Ermənistana aşkar dəstək, Fransanın Ermənistanı silahlandırmasına Vaşinqtonun göz yumması və hətta Parisi buna təşviq etməsi, hərbi-texniki əməkdaşlıq məsələlərində ABŞ və Ermənistan arasında tərəfdaşlığın fəallaşması və s. kimi məsələləri Ağ Eva normal geosiyasi taktika hesab edir.

Amerikalılar onu da israrla vurğulayırlar ki, Vaşinqton Ermənistana letal, yəni hərbi əməliyyatlarda hücum məqsədilə istifadə ediləcək öldürücü silahlar vermir, ermənilərin ordusuna amunisiya, müşahidə və rabitə texnikası və s. verir.

Ola bilər, amma istənilən formalı hərbi əməkdaşlıqda və avadanlıq tədarükündə dəyişməz qayda var: əgər hansısa ölkəyə "müdafiə məqsədli" texnika və ya maliyyə ünvanlanırsa, həmin dövlət bu məqsədlər üçün nəzərdə tutduğu büdcə vəsaitini "azad" edərək, silah-sursat və hərbi texnika almağa xərcləyir.

Co Bayden administrasiyasının Cənubi Qafqaz bölgəsində ABŞ-nin geosiyasi mövcudluğunu gücləndirmək adı ilə yürütdüyü siyasəti son nəticədə gərginliyin sürətlə artmasına və eskalasiyaya səbəb ola bilər.

Bölgəni Rusiya və İranla açıq qarşıdurma məkanına çevirmək niyyətindən çox uzaq olduğunu təkrarlasalar da, Vaşinqton rəsmiləri əsas məqsədlərinin regional geosiyasi liderlik olduğunu gizlətmirlər.

ABŞ buna can atır, lakin amerikalıların arzuları reallaşa bilməz. Qərb inadla və qətiyyətlə qəbul etməsə də, Rusiya, İran və Türkiyə subregional dövlətlər yox, məhz bölgə ölkələridir və təbii ki, onların təməl maraqları, bəlli mənafeləri var.

Birləşmiş Ştatların Ermənistandan vasitə kimi istifadə etdiyini görən Rusiyanın səbri artıq tarıma çəkilib və rəsmi Moskva İrəvana dəfələrlə xəbərdarlıq edərək, erməniləri kollektiv Qərbin marionetkasına çevrilməməyə çağırıb.

44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanı aktiv dəstəkləyən və az qala strateji tərəfdaş elan edan İran da ermənilərin Qərblə sövdələşmələrinin fəallaşdığını görüncə İrəvana xəbərdarlıqlar etməyə başlayıb.

Moskva kimi, Tehran da ABŞ-də keçiriləcək prezident seçkilərini gözləyir, həmin prosesin nəticələrinin Cənubi Qafqaza necə təsir edəcəyini təxmin etməyə çalışırlar.

Donald Trampın rəhbərlik etdiyi respublikaçılarla müqayisədə elektoral bazaları güclü təsir bağışlamayan, ABŞ-nin əksər hissəsində rəqiblə çox ciddi mübarizənin qaçılmaz olduğuna şübhə etməyən demokratlar üçün xarici siyasət arealında mütləq şəkildə, kiçik də olsa, uğur və ya qələbə gərəkdir, İsrail-Fələstin, Rusiya-Ukrayna qarşıdurmalarının tənzimlənməsində və ya həllində heç bir uğura nail ola bilməyən Bayden administrasiyası Cənubi Qafqazda irəliləyişi reallaşdırmaq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına təşviqlə mövqelərini qismən də olsa, normallaşdırmaq fikrindədir.

Birləşmiş Ştatların siyai isteblişmenti tarixində növbəti dəfə amerikalıların uzaq saydıqları ölkələrin yerləşdikləri bölgədəki maraqlarını çox kobud şəkildə təmin etməklə elə həmin amerikalıları uğurlu olduğuna inandırmaq arzusundadır.

Azərbaycan da sülhə, stabilliyə və regional təhlükəsizliyin təminatına can atır. Lakin məqsədə çatmağın yolları, forması, üsulları və s. kimi məqamlar təbii ki, çox önəmlidir.

Parisin təklif etdiyi destruktiv ssenari və ya Vaşinqtonun danışıqlar formatını dəyişərək gündəmə gətirdiyi yeni təkliflər qəbuledilməz şərtlərdir. Sadəcə Azərbaycanü çün yox, Qərbin planları ilə taktikasını ikiəlli dəstəkləyən Ermənistan üçün də.

Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesini praktiki olaraq dayandırdığı, sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesdə çoxsaylı əngəllər yaratdığı və "Avropa Siyasi İcması"nın Oksfordda keçirilmiş 4-cü Zirvə Toplantısında ikitərəfli görüşdən imtina etməklə danışıqların formatını dəyişməyə çalışması, ən başlıcası isə Azərbaycana qarşı ərazi iddialarının Konstitusiyasından çıxarılması üçün heç bir əməli addım atmadığı şəraitdə İrəvanın sürətlə silahlandırılması, Vaşinqton və Parisin az qala əlbir olaraq İrəvanda remilitarizasiya ilə məşğul olmaları ciddi fəsadlar yarala bilər.

ABŞ Dövlət Departamentinin rəhbərliyi və yüksək rütbəli funksionerlərii sözdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləisnin imzalanmasına, bölgədə dayanıqlı stabilliyin və təhlükəsiz mühitin bərqərar olmasına çalışdıqlarını desələr də, fəaliyyəti tam əksini göstərir.

C.Bayden administrasiyası bilir ki, Ermənistandakı revanşist qüvvələr Azərbaycana qarşı yeni müharibə arzulayır, ərazilərimizi işğal etmək istəyirlər. Bu səbəbdən də sürətlə silahlandırma, danışıqlar prosesində süni maneələrin yaradılmasına təşviq edilmə, Azərbaycanı könüllü tərk edərək, Ermənistana yollanmış qarabağlı ermənilərin "məcburi köçə vadar edilmələri" barədə mifin Vaşinqton və Paris tərəfindən gündəmdə saxlanmasını ermənilər təbii ki, planlarının və istəklərinin Qərb tərəfindən rəğbətlə qarşılanması, onlara kart-blanş verilməsi kimi anlayırlar.

Ermənilər inamlarında yanılırlar və dərk etmirlər ki, Qərbin vədlərinə kor-koranə inam, hər şirnikləndirici təklifə tam etimad sonda acı nəticələr verir.

Qərbin belə vədlərinə inanan postsovet məkanı ölkələrinin son illərdə məruz qaldıqları kolliziyalar, habelə dünyanın müxtəlif yerlərində ABŞ və Fransanın "sarsılmaz tərəfdaşlıq və sürəkli müttəfiqlik" vədlərinə aldanaraq suvereniteti, müstəqilliyi və resurslarını hədiyyə edən ölkələrin acı taleyi Ermənistanı qəflət yuxusundan ayıltmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ahıl uşağın etirafları - Bahəddin Həzi yazır...
Bu gün, 14:02
İki nüvə gücü üz-üzə: - “Asiya qan gölünə çevrilə bilər”
Bu gün, 14:00
Azərbaycanın şərab şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 13:58
Ermənistan sərhəd boyunca öz sərhədçilərinin iştirakını artırmaq niyyətindədir - Paşinyan
Bu gün, 12:53
“Tələb olunan müayinələrdən keçməliyəm” - Həbsdən azad edilən Əvəz Zeynallı
Bu gün, 12:36
“Paşinyan Minsk qrupunun ləğvini istəyir, bunu istəməyən başqalarıdır”
Bu gün, 12:28
"Bu sərəncam yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq" - Rəşad Məcid
Bu gün, 12:11
AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 12:02
Piyadanı döyən "BakuBus" sürücüsü İŞDƏN ÇIXARILDI
Bu gün, 11:54
Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:48
Sabunçunun ADİL OLMAYAN idarəçiliyi... - AXI NİYƏ?..
Bu gün, 11:43
Netanyahunu 10 il sonra Bakıya gətirən səbəb – İki istək var, “yoxlama” olacaq
Bu gün, 11:31
"Qızılağac LTD" MMC-nin 770 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 11:25
“Oktay alimentə görə övladlarından imtina etdi” - Aysel Şükür
Bu gün, 11:14
Elçin Cavadovun "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib - FOTO
Bu gün, 11:03
Çinin yeni səfiri Ermənistana gedib
Bu gün, 11:01
İsrail polisi Qüdsdə bayraq açan erməniləri it sürütməsi etdi, Azərbaycan dilində replika isə...
Bu gün, 10:52
"Ailəli kişi ilə evli olmuşam"
Bu gün, 10:43
Moskvada 9 May tədbirlərinə dəyişiklik edildi: - Konsert ləğv olundu
Bu gün, 10:34
İstanbul bələdiyyəsində 2-ci əməliyyat: - Vəzifəlilər saxlanıldı
Bu gün, 10:32
Azərbaycanda konserv şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 10:25
Məsud Pezeşkian futbol oynadı - FOTO
Bu gün, 10:16
Nərimanovun icra başçısı OLİQARX İMİŞ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:13
Kəşfiyyat məlumatlarının Aİ-yə ötürülməsi Azərbaycan üçün təhlükədir - Bakının hansı qərarı verə biləcəyi açıqlandı
Bu gün, 10:02
"44 günlük müharibədə və bir günlük antiterror əməliyyatlarında onlar harada gizlənmişdilər?" - ...niyə doyüş meydanına çıxmadılar?
Bu gün, 09:59
İsmayıllının icra başçısı az qalmışdı müğənninin güdazına getsin... - İLGİNC İDDİALAR
Bu gün, 09:52
"ATƏT-in Minsk qrupu problemin həllini ertələyirdi, beynəlxalq iştirakçıları prosesdən uzaq tutmağa çalışırdı" - ELƏ BUNA GÖRƏ DƏ...
Bu gün, 09:40
Naxçıvanda bu vəzifəyə 10 nəfərin namizədliyi verilib - VİDEO
Bu gün, 09:36
"Kim nə istəyir etsin, əl çəksinlər Əli müəllimdən" - QALMAQAL
Bu gün, 09:32
Pekinin Bakıya bu qədər marağının səbəbi - Markov ŞƏRH EDİR
Bu gün, 09:21
Kazinoların bərpası gündəmdə: xeyri nə, təhlükəsi nə? - AKTUAL
Bu gün, 09:14
Aİ-nin yeganə güvənəcəyi enerji təminatçısı Azərbaycandır - FAKT BUDUR!
Bu gün, 09:13
Kallasın Bakı səfərinin əsl məramı nə idi? - İNCƏLƏMƏ
Bu gün, 09:11
Konstitusiya islahatlarına hazırlıq anonsu - GƏLİŞMƏ
Bu gün, 09:09
Səfir Qurgenlə oliqarx Ara Moskvada nə üstə davaya çıxdı?.. - “Past”
Bu gün, 09:08
Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? - TƏHLÜKƏ VAR...
Bu gün, 09:03
"Onun ”Azərbaycan və İran eyni bədənin hissələridir" deməsi anlaşılan deyil" - Partiya sədri
Bu gün, 09:01
Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir - MƏQALƏ
Bu gün, 08:58
"Sahil Babayevə deyin ki, pensiyaları VAXTINDA VERSİN..." - Maliyyə naziri İNDİ HARANI QAYÇILAYACAQ...
Bu gün, 08:56
Azərbaycanın dostu ilə qardaşı arasında “S-400” gərginliyi - NƏ BAŞ VERİR?
Bu gün, 08:33
"Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
Bu gün, 08:31
"Mən gündəmdə olan müğənniləri dinləmirəm" - Cavanşir Quliyev
Bu gün, 07:17
Ögey ana ilə oğulun MÜLK DAVASI - TƏFƏRRÜAT
Bu gün, 07:11
Tramp təzyiqi artırır, "məcburi sülh" ola bilər - "Tayms"
Bu gün, 07:03
Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
Bu gün, 07:01
Elbrus İsayev 1 manatlıq şirkəti qalıb etdi - TENDER-MENDER
Bu gün, 06:51
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir? - AXI NİYƏ?..
Bu gün, 06:42
Nazirliyin bu mərkəzi 10 manatlıq şirkəti yarım milyonluq tenderdə qalib edib - DETALLAR
Bu gün, 06:34
İşğalçı rus qulağımızın dibində NƏ QƏLƏT QARIŞDIRIR? - Görünəni odur ki...
Bu gün, 06:31
Avropa Vaşinqtona qarşı: “Bu, yolverilməzdir” - AKTUAL
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru