“20 ildir deyirəm, bunun sonu yaxşı bitməyəcək!” - BELƏ HARA GEDİRİK?..
Tarix: 24-07-2024, 16:50 | Çap et
Son zamanlar ölkəmizdə insanlar arasında gərginlik, aqressiya özünü kəskin şəkildə büruzə verir. Elə götürək Xalq artisti Ağadadaş Ağayevin davranışını: tibb klinikasına balta atan müğənni gözətçi ilə əlbəyaxa olub.
İnsanların bu kimi davranışlarının səbəbləri nələrdir? Bunun üçün hansı tədbirlər görülməlidir? Sosial şəbəkələr və medianın burada rolu nə qədərdir?
Modern.az mövzuya ekspertlərin münasibətini öyrənib.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Azərbaycanın və dünyanın hazırkı reallığında belə bəsit, məzmunsuz olaylara bu qədər diqqət ayırmaq, neqativ hadisələri, düşük söhbətləri diqqət mərkəzinə çəkmək son dərəcə məsuliyyətsiz davranışdır:
“Bütün bunlar yersiz və səviyyəsiz hərəkət olmaqdan əlavə, milli və ictimai baxımdan da çox ziyanlı addımlardır. Çünki bu cür qaramat yayan halların ən yolverilməz formalarda, ən iyrənc üsullarla gecə-gündüz gündəmdə tutulması ümumən Azərbaycanın dünyadakı Qalib və Məğrur obrazına, pak, ləyaqətli simasına kölgə salmağa yönəlir. Azərbaycan Mətbuat Şurası olaraq, sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciətimizdə də vurğulandığı kimi, çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Lakin bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevrilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu barədə 20 ildir danışır, amma nəticə çıxaran yoxdur: “Cəmiyyətimiz günü-gündən mürəkkəbləşir, həssaslaşır. Belə bir vaxtda sosial problemlərin həlli ilə bağlı mexanizmlər dəyişməlidir. Elə mexanizmlər olmalıdır ki, istənilən sosial şəraitdə ahəngdar münasibət yaransın. Eyni qaydaları müxtəlif rayonlarda tətbiq etmək doğru deyil. Əsas problem odur ki, bir sıra sahələr özbaşına buraxılıb. Bununla bağlı elmi təminat lazımdır. Universitetlər sanki sosial işçi hazırlayır. Amma o universitetlərin dekanları, kafedra müdirləri ilə söhbət edəndə görürəm ki, sosial işçi hazırlamağın mahiyyətini dərk edə bilmirlər”. Onun sözlərinə görə, bu işə ciddi yanaşmaq lazımdır. Cəmiyyət getdikcə mürəkkəbləşirsə, bizim savadlı sosial işçilərə ehtiyacımız var. Bu sosial işçilər də universiteti bitirib diplomu əlində saxlamamalıdır:
“Məhəllələrdə sahə müvəkkilləri olduğu kimi, sahələrə görə də sosial işçi qrupları olmalıdır. Bu qrup olarsa, öz sahələrində hadisələrin necə baş verdiyini, insanlara necə kömək etmək lazım olduğunu biləcək. Polis onlara ancaq nəzarət edir, amma sosial işçilər onların qayğısını öyrənəcək, müəyyən mövzularda kömək edəcək. Ona görə də günü-gündən mürəkkəbləşən cəmiyyətdə sosial iş xidmələri geniş olmalıdır. 20 ildir deyirəm ki, bunun sonu yaxşı bitməyəcək. Bu məsələlərə qeyd etdiyim xidmət qrupları yaranmasa, ölkədə gərginlik get-gedə artacaq. Bu məsələlərin elmi dəstəyə böyük ehtiyacı var. Azərbaycanda səhiyyə xidməti fiziki sağlamlığımız üçün nə dərəcədə lazımdırsa, sosial iş xidməti də sosial həyatımız üçün hökmən lazımdır. Bunu mən deyirəm və ancaq mən eşidirəm”. Psixatr Azad İsazadə bildirib ki, hər bir aqressiv davranışın altında konkret məişət problemi yaxud başqa problemlər dayanır: “Bir şeyi başa düşməliyik ki, tək ölkəmizdə deyil, bütün dünyada aqressiya artır. Müharibələr gedir, insanlar ölür və görürük ki, dinc şəhərlərdə də döyüşlər davam edir. Bu da istər-istəməz gündəlik həyatımıza təsir göstərir. Biz özümüz də hiss etmədən daha aqressiv davranış nümayiş etdiririk. Nəticədə ümumi aqressiya artır. Əvvəldən də çox sakit olmayan insanlarda bu aqressiya qanun çərçivəsini pozur. Biz başa düşməliyik ki, bəzi proseslərə təsir edə bilmirik. Qarşısını ala bilmiriksə, ən azından onun mənfi təsirlərini azaltmaq üçün çalışmalıyıq. Söhbət müəyyən izahlardan, maarifləndirmə işlərindən gedir. Biz sakit olmalı, sakit reaksiyalar verməliyik. Bəzən görürük ki, hadisəyə göstərilən reaksiya hadisənin özündən daha güclü olur”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Bu gün, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Bu gün, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Bu gün, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Bu gün, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Bu gün, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Bu gün, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Bu gün, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Bu gün, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Bu gün, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Bu gün, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Bu gün, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Bu gün, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Bu gün, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Bu gün, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Bu gün, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Bu gün, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Bu gün, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Bu gün, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Bu gün, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Bu gün, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Bu gün, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Bu gün, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Bu gün, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Bu gün, 10:51 |
|
|
|
• Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Bu gün, 10:36 |
|
|
|
• “Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Bu gün, 10:34 |
|
|
|
• Qərbdən gələn təlimatlar mənasızdır - ÇÜNKİ...
Bu gün, 10:31 |
|
|
|
• Azərbaycana qarşı kəmər tələsi? - Zəngəzur dəhlizinə dair ilginc iddia
Bu gün, 10:29 |
|
|
|
• “İşdə xəsarət alsam da, pulumu ödəmirlər, üstəlik, işdən də çıxardılar” - ÖZBAŞINALIQ!
Bu gün, 10:24 |
|
|
|
• Bu təşkilat de-yure buraxılmış olsa da... - NƏ ETMƏLİ?
Bu gün, 10:16 |
|
|
|
• İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilər
Bu gün, 10:12 |
|
|
|
• “Yeni Sabah”ın 6 yaşı tamam oldu
Bu gün, 10:09 |
|
|
|
• "Hələ də dekabr ayının əmək haqqını almamışıq..." - NARAZILIQ VAR...
Bu gün, 10:05 |
|
|
|
• SOCAR-da sıravi işçilərin ixtisarı hesabına yeni şöbələr yaradılır? - AXI NİYƏ?..
Bu gün, 09:59 |
|
|
|
• Cəlilabadda Şəhidin adını daşıyan məktəbə baxın: BURDA HƏLƏ DƏRS KEÇİRLƏR... - AÇIQ TƏHLÜKƏ!!!
Bu gün, 09:41 |
|
|
|
• Rusiya azərbaycanlıları yalan, hədə və döyməklə dron yığılmasına cəlb edir.... - VİDEOFAKT
Bu gün, 09:37 |
|
|
|
• "Ümidlənməyin, 2020-ci il hadisələri təkrarlanmayacaq!" - Lukaşenko
Bu gün, 09:33 |
|
|
|
• İrandan müsbət mesajlar: Pezeşkian Azərbaycana gələcək? - GÖZLƏNTİ
Bu gün, 09:28 |
|
|
|
• Müxalifətin Tramp gözləntisi... - "Bu mandat Azərbaycana verilməlidir"
Bu gün, 09:26 |
|
|
|
• Azərbaycan gücləndi və ərazilərini azad etdi - Babacanyan
Bu gün, 09:21 |
|
|
|
• Rusiyanın “Türk qövsü” qorxusu - Kremlin Qafqaz planı
Bu gün, 09:06 |
|
|
|
• BU NƏDİ BELƏ: Beynəlxalq Bankın blokladığı kartdan PUL OĞURLANIB... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:53 |
|
|
|
• 44 günlük savaşda ruslar SƏNGƏRİN HARASINDA İDİ... - BU DA FAKT!
Bu gün, 08:46 |
|
|
|
• İşçilər üçün MÜHÜM BİLGİ... - Ekspert danışır...
Bu gün, 08:42 |
|
|
|
• İmtahanlardan keçən taksi sürücülərinin sayı açıqlandı - Bu, onlara nə qazandırır?
Bu gün, 08:38 |
|
|
|
• Trampın dövründə sülh müqaviləsi imzalanacaq? - AKTUAL
Bu gün, 07:57 |
|
|
|
• Külqabı kimi istifadə olunan eskalatorlar - FOTOFAKT
Bu gün, 07:42 |
|
|
|
|