Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək? .....                     Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb .....                     Baləli: "Maşınımın baqajında kirayə qalıram" .....                     Kreml Bakı və İrəvandan əl çəkmir .....                     İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib .....                     “Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı .....                     Əli Kərimlinin mühafizəçisi saxlanıldı .....                     “Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” .....                     5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... .....                     BP TANAP-dakı payını satır .....                     Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! .....                     Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" .....                     Türkiyəni içindən qarışdırmaq istəyənlər... .....                     Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb .....                     Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? .....                     Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... .....                     Etibar Cəbrayıloğluna ağır itki üz verib .....                     “Putin çox ağıllı insandır” .....                     Azərbaycanda 10 min boşanmış şəxs yenidən .....                     Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən .....                     ABŞ ordusunun Ermənistana gəlməsi… .....                     Radikallar aktivləşir, amma dövlət də yatmır .....                     IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib .....                     “Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir” .....                     İmamoğluya qarşı yeni ittiham: .....                     Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... .....                     "Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" .....                     Ermənistan Azərbaycana milyardlarla borcludur .....                     Paşinyan şərtlərimizi qəbul etdi? .....                     BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... .....                     “Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... .....                     Jurnalistin oğlu vəfat edib .....                     İran vasitəçilərlə Trampın məktubuna cavab verib, .....                     DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: .....                     Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi .....                     Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? .....                     Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər .....                 

“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa
Tarix: 24-07-2024, 17:36 | Çap et
“Halallıq vermədiyim xalq artistləri çoxdur”
Lent.az-ın müsahibi müxtəlif tamaşalarda, filmlərdə, teleproqramlarda rəngarəng obrazlar yaradaraq tamaşaçı sevgisi qazanmış sənətçi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayevadır

Kiçik qeyd: Gülçöhrə Abdullayeva 1972-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-kino aktyorluğu fakültəsində (1992-1996) təhsil alıb. 1992-ci ildə “Təbəssüm” teatr studiyasında, 1994-cü ildə Tənqid-Təbliğ Teatrında, daha sonra Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında və İlham Miniatür Teatrında çalışıb. 2007-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrın aktrisasıdır.
Gülçöhrə Abdullayeva “Aldın payını çağır dayını” ( Xəbərçi Xədicə), ”Şeytanın yubileyi” (Şamiyyə), "Milyonçunun dilənçi oğlu” (Xanım), “Yeddi məhbusə anası” (Tomris), “Amerikalı kürəkən” (Nəzakət və Səkinə), "Bankir adaxlı”(Ceyran və Maral “Baladadaşın toy hamamı” (Umxanım), “İki küpəgirən qarı” (Küpəgirən qarı) və s. tamaşalarda “Kənddən gələn var”, “Şirin bülbül” , “Yanmış körpülər”, “Təlatüm” seriallarında maraqlı obrazlar yaradıb.

- Gülçöhrə xanım , uzun illərdir sənətdəsiniz. Amma nə fəxri adınız var, nə hansısa mükafatlarınız.

- Yəqin o mükafatlar, fəxri adlar mənə heç verilməyəcək də. Yada düşməyəcəm. 32 ildir dayanmadan teatra xidmət edirəm. Mən bəzi aktrisalar kimi teatrın çətin günlərində iranlıya, türkə ərə gedib sonradan qayıtmadım, illər boyu xaricdə qalıb, maaşlar yüksələndən sonra teatra dönmədim. Başqa sahəyə keçmədim. 32 ilim sərasər səhnədə keçib. Müxtəlif teatrlarda çalışmışam. İrəvan teatrının qurulmasında necə deyərlər dişimlə-dırnağımla zəhmət çəkmişəm. Mən bir yana, o teatrın yenidən yaradılmasında böyük rolu olmuş Əjdər Zeynalova da ad verilmədi. O teatrın yenidən qurulmasında Dilarə Əliyevanın qayınatası və qayınanası Vidadi Əliyev, Elmira İsmayılova, Əjdər Zeynalovun əməyi danılmazdır. İrəvan Teatrı Bakıya qaçqın teatr kimi gələndən sonra dağılmışdı, yeri-yurdu yox idi. Dəfələrlə Vidadi müəllim o vaxtkı mədəniyyət naziri Polad Bülbüloğlunun yanına getmişdi, Polad müəllim də demişdi, “lazım deyil bu teatr. İrəvan var onun teatrı ola?” Vidadi müəllimi iki dəfə infarkt vurdu əsəbdən. Əjdər Zeynalov Binəqədinin o vaxtkı icra hakimiyyəti başçısının yanına gedib xahiş etdi, tanışlıqla bizə köhnə bir klub verildi. Gecə-gündüz oranı silib - süpürürdük, hamı evindən rekvizit olsun deyə əşyalar daşıyıb gətirirdi. Elmira xanım haradansa çox kirli xeyli paltar tapıb gətirmişdi, hərəyə bir boğça verdi, ən böyüyünü də özü götürdü, dedik evdə yuyaq gətirək, teatrda rekvizit geyimlər olsun. Əjdər Zeynalovla Vidadi Əliyev axşamlar evə getmirdilər, yaxınlıqdakı meyvə bazarında çölə atılan taxta yeşiklərdən teatr üçün dekorlar, stol, stul hazırlayırdılar. Əlləri mismar batmaqdan deşik-deşik idi. Neçə müddət maaş olmadan tamaşalar hazırladıq. Sonradan mərhum prezident Heydər Əliyevə xəbər çatdı, o teatra dövlət statusu verdi, maaşlar yazılmağa başladı. Belə günlərdən keçmişik.

- Eşitdiyimə görə ilk dəfə səhnəyə Hacıbaba Bağırovun o vaxtlar açdığı özəl Tənqid Təbliğ Teatrı ilə çıxmısınız?

- Bəli. Birinci kursda oxuyanda Əlvan adlı bir tələbə yoldaşım var idi, çox istedadlı idi o, elə istedadının qurbanı oldu, itirib-batırdılar onu. Onunla məni səhnədə görüb Hacıbaba Bağırov öz teatrına dəvət eləmişdi. Bir müddət o teatrda çalışdıq. Hacıbaba Bağırova hərdən rəhmət oxuyuram, hərdən də yox.

- Niyə?

- Çünki Əlvana qarşı haqsızlıq edildi o teatrda, onun aktyor taleyi ilə oynadılar. O zaman Tənqid Təbliğ Teatrı Fəhlə prospektində Neft yağ zavodunun nəzdində olan klubda fəaliyyət göstərirdi. Bizi ora çağırdılar. Əlvanın ifaları hamını üstələyirdi. Ora tanınmış ifaçılar Ağadadaş Ağayev, Zöhrə Abdullayeva və digər sənətkarlar da gəlirdilər. Hamı fonoqram oxuyurdu, Əlvan canlı. Çox bəyənilirdi deyə onu gözləri götürməyənlər oldu. Haqqında Hacıbaba Bağırova yaxşı-yaman nələrsə deyildi. O da münasibətlərini soyutdu. Sonra bir gün Əlvanı böhtan atıb teatrdan uzaqlaşdırdılar, hətta teatrda işləyən yüksək vəzifəli biri mənə dedi ki, sən də Əlvanın üzünə dur, de ki, əli əyridir, oğrudur, dedim yox. Əlvanla birlikdə teatrdan çıxıb getdim. Hacıbaba Bağırovun sərt üzü də ,yaxşı üzü də var idi. O hadisəyə görə mən düzü ondan incik qaldım. Gərək özgələrinin sözü ilə oturub, durmayaydı, araşdıraydı. Düzdür çörəyini yemişəm, amma məni də incitdiyi məqamlar olub. Ona görə hərdən adı yadıma düşəndə rəhmət deyirəm, hərdən yox.

- Bildiyimə görə, bir dəfə də özünüz də böhtana düşmüsünüz, o zamanlar Akademik Dram Teatrda direktor olan Xalq artisti Əlabbas Qədirovla aranızda insident yaşanıb.

- Hardan bilirsiniz bunları? Olub, nə yalan deyim. Halallıq vermədiyim xalq artistləri çoxdur. Haqqıma girənlər çox olub. Məni o teatra Əlabbas Qədirov özü işə dəvət eləmişdi. İlham Miniatür Teatrında işləyirdim, teatrın böhran günləri idi. Demək olar ki, artıq bağlanmışdı, hətta teatrın rəhbəri İlham Namiq Kamal, onun qardaşı Cəfər Namiq Kamal özü də getmişdi “Azdrama”ya. Mən də o vaxtlar müntəzəm şəkildə müxtəlif teleproqramlara çəkilirdim. AzTV-də “Qaravəlli adlı bir proqrama dəvət elədilər. Dedilər Ələsgər Məmmədoğlu və Cəfər Namiq Kamalla gəl. Ələsgər yox idi o gün, getdim Cəfərin otağına, dedi əlimdə yazı var, iki dəqiqə gözlə yazım çıxaq. Qapı açıq idi. Nə isə, gəlib gedən bir çox tanınmış aktrisalar başladılar bizə qəribə-qəribə baxmağa. Biz getdik, veriliş çəkildi, efirdə təqdim olundu. Bir neçə gün sonra Əlabbas Qədirov məni otağına çağırdı, hələ teatrda işləmək üçün əmrim verilməmişdi. Dedi sənin Cəfərlə aranda nə var, o gün onunla birlikdə oturmusan harasa çıxıb getmisiz. Deyirlər aranızda münasibət var. Səni işə ala bilmərəm. Yandım töküldüm. Dedim məni işə almayacaqdınsa ayrı bəhanə gətirəydin. Deyəydin pis aktrisasan. Məni yarıtmırsan. Cəfərlə biz illərdi Miniatür teatrında yoldaşlıq eləmişik, çəkilişə getmişik, verilişi də bütün ölkə görüb, böhtan niyə atırsan? Çox pis əsəbiləşdim. Dedim bir gün öləcəksən, gəlib qəbrinin üstündə duracam və sənə halallıq verməyəcəm. Bir neçə ay sonra o rəhmətə getdi. Mən ona halallıq vermədim. Haqqıma girdilər, kimsə ora getməməyim üçün aranı qarışdırdı. Halallıq vermədiyim çox sənətkarlar var. Bildiklərimi danışsam aləm dəyər bir-birinə. Amma ürəyim xəstədir, qalmaqala qatılacaq halım yoxdur.

- Eşitdiyimə görə Yaşar Nuri ilə də aranızda problemlər yaranıb. Sizdən bir evin pulunu alıb, geri qaytarmayıb.

- Hə olub. Rusiyadan gəlirdik, yaxşı konsertlər vermişdik. Üstümdə yaxşı pul var idi. O zamanın pulu ilə mərkəzdən yox, ətraf rayonlardan 1-2 otaqlı mənzil almaq olardı. Dedi ver saxlayım, oğurlayarlar. Verdim. Sonra daha onu bir daha görmədim. İllər sonra xəstələnəndə dedi halallığını ver, elə bil qızımın toyuna yazdırmısan o pulu. Dedim bir evin pulunu? Yaşar möhtəşəm aktyor idi. Haqqına girməyim. Səsi kulisdən gələndə tamaşaçılar az qalırdı zalı dağıtsınlar alqışları ilə. Rusiyaya gedəndə tamaşaçılar arxasınca dəstə-dəstə axışırdılar. Dəfələrlə sərxoş olub. Deyirdik bu daha səhnəyə çıxa bilməz, amma səhnəyə çıxanda olurdu başqa adam. Aktyorluğu möhtəşəm idi, di gəl mənə qarşı belə elədi. Gərək eləməyəydi.

- Bildiyimə görə toylara, xınayaxdı məclislərinə də gedirsiniz

- Hə gedirəm. Özüm xınayaxdı məclisləri üçün bayatılar yazıram. Amma gileyim var, çoxları mənim şeirlərimi, bayatılarımı oxuyub öz adına çıxır. Müəllif Hüquqları Agentliyinə müraciət etmək fikrim var.

- Bahalı tamadasız?

- Vallah deməzdim. Elə məclislər olub getmişəm bir qəpik də almamışam. Şəhid ailələrinə, imkansızlara. Bir dəfə bir qızın xınayaxdı məclisini elədim. Çox imkansız idilər. Anası-atası da xəstəydi. Havayı apardım məclislərini, o qız o qədər dua eləmişdi, ondan sonra mənə gələn dəvətlərin sayı 80 faiz artdı.

- Gülçöhrə xanım, bu yaxınlarda sizi “Parkda” adlı tamaşada süpürgəçi rolunda görüb bəyəndim. Epizodik bir obrazı baş rola çevirməyi bacarmışdınız. O roldan həyatınızda nəsə var? Yaşı keçmiş bir qız olan süpürgəçi ailə qurmaq istəyir, ailə qayğıları ilə başını qarışdırmaq istəyir. Bildiyimə görə siz də çox gec ailə qurmusunuz.

- Ailə quranda 44 yaşım var idi. Həyat yoldaşım yaşlı görünsə də məndən 15 yaş kiçikdir. Yaşını məndən gizlətmişdi.

- Özünüzü xoşbəxt qadın hesab edirsiniz?

- Nə bilim vallah. Çox istəməklik var, alışmaqlıq var. Ailədir, problemlər də olur. Hərdən qayınanam deyir, bir bax ətrafındakılara. Sizin sənət aləmindən ailə qurub özünü çox xoşbəxt hiss edənlər var? Baxıram ki, düz deyir. Çox istəyirəm qayınanamı. Heç kim əlində olan xoşbəxtliyin dəyərini vaxtında bilmir. Ailə də lazımdır.

- 44 yaşa qədər tək, sərbəst yaşamış bir xanım olaraq ailə həyatına uyğunlaşmaq asan oldu?

- Yox olmadı. Hərdən elə bilirəm kişi evdə artıqdır, hara qoyum, necə edim bilmirəm (gülür). O qədər hər şeyi, kişi işini də, qadın işini də özüm eləmişdim, o olanda belə hər şeyi özüm eləməyə çalışırdım. Sonra yavaş-yavaş oturuşmağa başladıq.

- Övladınız var?

- Yoxdur, həyat yoldaşım elə uşağımdır da. Ərköyün uşaqdır deyirlər bütün kişilər.

- Yoldaşınız 15 yaş kiçikdir dediniz. Qısqanclığınız olur?

- Yox. Məncə, ümumiyyətlə, xəyanətə görə ailə dağıtmazlar. Bütün kişilərdə olur da bu, təbiət etibarilə belə yaranıblar. Hərdən gülürəm. Zarafatla deyirəm ki, sən ora- bura çıxmırsan heç? Nə məsələdir, xəstələnib eləməmisən. Yoxsa heç kim bəyənmir səni? (gülür)

- Fəxri ad üçün heç yerə müraciət etmədiniz? İndi elə dövrdür ki, çoxları özü-özünü yada saldırır.

- Hara məsələn?

- Məsələn Teatr Xadimləri İttifaqına, Mədəniyyət Nazirliyinə...

- Yox heç yerə müraciət etmədim. Həm mən niyə deyim, görmürlər? Gərək dilimlə deyim, axı illərdir zəhmət çəkirəm, ömrümü vermişəm. Fars dilində kişi rolu oynayan ilk və tək aktrisa mənəm. İnsanı dəyərləndirsələr, qiymətini bilib versələr yaxşıdır, dili ilə istəyəndə yox. Mən hər dəfə maaş alanda Afaq Bəşirqızının atasına rəhmət oxuyuram. O, dövlət başçısı ilə görüşdə maaşlarımızın qaldırılmasını xahiş etdi, bu məsələni gündəmə o gətirdi də. Ona qədər niyə demirdilər? Məncə Teatr Xadimləri İttifaqına rəhbərlik etməli olan adam Afaq Bəşirqızıdır, o vəzifəyə o layiq idi. Aktyorların dərdini sərini görən, duyan, dilə gətirən adam rəhbərlikdə olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampa Azərbaycan və Ermənistanla bağlı nə deyiləcək?
Bu gün, 15:49
Fransa Azərbaycan iqtisadiyyatına 122 milyon dollar investisiya yatırıb – 25 dəfə artıb
Bu gün, 15:42
Baləli: "Maşınımın baqajında kirayə qalıram" - VİDEO
Bu gün, 15:16
Kreml Bakı və İrəvandan əl çəkmir – “Yenə vasitəçi olmaq istəyirlər”
Bu gün, 14:58
İrəvanda ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Bu gün, 14:53
“Əkrəm İmamoğlu terrorçu ilə görüşüb” - İTTİHAM
Bu gün, 14:35
Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı - Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI
Bu gün, 14:22
Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Adam bıçaqlama ittihamı
Bu gün, 14:20
“Heç bir rəsmi xəbərdarlıq olmadan 17 nəfəri işdən çıxarıblar” - Birinci qrup əlil
Bu gün, 14:16
5 ay əvvəl çökən həmin ev hələ də bu vəziyyətdədir... - GİLEY
Bu gün, 14:00
BP TANAP-dakı payını satır - QİYMƏT
Bu gün, 13:58
Türkiyə-Ermənistan sərhədi DAİM AÇIQ QALMAYACAQ! - Müvəqqəti imiş...
Bu gün, 12:38
Estoniya Ukraynaya 100 milyon avroluq hərbi yardım ayırdı
Bu gün, 12:35
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:32
"Söhbət böyük məbləğdə maliyyə dövriyyəsindən gedir" - deputat
Bu gün, 12:26
Türkiyəni içindən qarışdırmaq istəyənlər... BİLMƏLİDİR!
Bu gün, 12:11
Fransadan Azərbaycana köçürülən pullar 2 dəfəyə yaxın artıb - RƏSMİ
Bu gün, 12:07
Rusiya “Krokus” terrorunun arxasında Qərbi görür? – Şok ittiham
Bu gün, 11:57
Gələn şənbə revanşist separatçılar Paşinyana qarşı böyük mitinq keçirəcək... - “Hraparak”
Bu gün, 11:48
Etibar Cəbrayıloğluna ağır itki üz verib
Bu gün, 11:45
“Putin çox ağıllı insandır” - Trampın xüsusi nümayəndəsi
Bu gün, 11:34
Azərbaycanda 10 min boşanmış şəxs yenidən EVLƏNİB
Bu gün, 11:13
Kremldən İrəvana sərt xəbərdarlıq: Bu dəfə Şoyqunun dilindən - NƏ BAŞ VERİR?
Bu gün, 11:11
ABŞ ordusunun Ermənistana gəlməsi… - Kopırkin
Bu gün, 11:07
Radikallar aktivləşir, amma dövlət də yatmır – Dost ölkəyə diqqət
Bu gün, 11:06
IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib
Bu gün, 11:00
“Həyatımda olan kişi getməlidir ki, görək növbəti kim gəlir”
Bu gün, 10:47
İmamoğluya qarşı yeni ittiham: - “PKK-ya 100, Dəmirtaşın xanımına 20 milyon verib”
Bu gün, 10:44
Binəqədidə xəlvətə salıb ŞIDIRĞI TİKHATİKDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:41
"Heç bir söz, təsəlli sənin yerini doldura bilmədi" - VİDEO
Bu gün, 10:34
Ermənistan Azərbaycana milyardlarla borcludur – ya ödəyəcək, ya da əvəzini Zəngəzurla verəcək
Bu gün, 10:28
Paşinyan şərtlərimizi qəbul etdi? - BUNDAN SONRA...
Bu gün, 10:23
BUNLARIN GÖZÜ DOYSA: Camaatın da üzü gülər... - AXI NİYƏ?..
Bu gün, 10:21
“Azərpoçt”un ƏCAİB TENDER ORTAĞI... - Pulumuz şirindir... dilimiz acı...
Bu gün, 09:59
Jurnalistin oğlu vəfat edib
Bu gün, 09:57
İran vasitəçilərlə Trampın məktubuna cavab verib, danışıqlara qapı açıb
Bu gün, 09:54
DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib: - Tanışınız, dostunuzun adından mesaj gələ bilər...
Bu gün, 09:52
Niyazi biləndə ki, Qara Qarayevin tələbələriyik, bizim musiqiləri ifa etmirdi - Firəngiz Əlizadə
Bu gün, 09:47
Bakıda yeni kameralar: yerə zibil atanlar cərimələnəcək? - AKTUAL
Bu gün, 09:45
Rusiya hərəkətə keçdi: Bakıdan görün nə istəyirlər – Putinin xüsusi mesajı
Bu gün, 09:44
Çoxları sülh olacağına inanmır, amma... - Paşinyan
Bu gün, 09:39
Nədən istehlakçıların hüquqlarını mütəmadi olaraq pozan... - Ekspert danışır...
Bu gün, 09:35
Ləğv prosesində olan beş bankın - BÜTÜN BORCLARI ÖDƏNİLİB
Bu gün, 09:30
"Bu anormal qaydalardan yalnız kassada xəbər tutursan..." - ETİRAZ
Bu gün, 09:24
Kredit istəyirsənsə... YATMA! - BU NƏDİ BELƏ?..
Bu gün, 09:14
“Kontakt Home”a qarşı MÜŞTƏRİ SƏFƏRBƏRLİYİ... - NARAZILIQ VAR...
Bu gün, 09:06
Tezliklə “İbrahim razılaşmaları”na yeni dövlətlər daxil ediləcək - Ağ Ev
Bu gün, 08:59
Tramp Baydeni məxfi məlumatlara girişdən məhrum edib
Bu gün, 08:52
“Azercell”dən müştərisinə qarşı AÇIQ DƏLƏDUZLUQ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:51
"Bizdə də Təhsil Nazirliyi LƏĞV OLUNMALIDIR..." - ÇAĞIRIŞ
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru