Samir Rzayev səfirlə görüşdü .....                     İcra başçısının müavini işdən çıxarıldı .....                     Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır .....                     Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... .....                     Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur .....                     Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? .....                     “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” .....                     55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu .....                     "Azəriqaz" daha bir məhkəməni uduzdu .....                     Ukrayna münaqişədən parçalanmış halda çıxacaq .....                     „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ .....                     Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır .....                     "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" .....                     Azərbaycanda QSC yenidən təşkil ediləcək .....                     ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib .....                     Bakı səfərindən paylaşım etdi .....                     Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... .....                     Avarçəkmə yenidən Qarabağda .....                     Nazir rəisi təqaüdə göndərdi .....                     “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır .....                     Problemli kreditlərdə 32 milyonluq artım .....                     TƏBİB-in ƏRKÖYÜNÜ... .....                     Artilleriya bölmələri ilə döyüş atışları keçirilib .....                     Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, .....                     Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... .....                     Azərbaycan-Çin münasibətləri yeni mərhələdə .....                     Xalq artisti arxivini tökdü ortaya... .....                     İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... .....                     “NORM”a yaxın şirkət yaradıldı .....                     “PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub .....                     44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... .....                     "Neftqazmaş" ASC kiçilib .....                     "Bakıtikişsənaye" ASC səhmdarlarına .....                     Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər .....                     İlham Əliyev regionda MEYDAN SULAYIR... .....                     ABB də boyun qaçırır, qosqoca `Azercell` də... .....                     Gəncədə icra hakimiyyətinin yaxınlığında .....                     “Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir .....                     "Kiçik məmurlar qudurğanlıq etməməlidir" .....                     Əmək şəraiti ağır.. zərərli olan işlərdə... .....                 

Avropalı məmurlar hazırın naziri olmaq istəyirlər - FAKT BUDUR!
Tarix: 24-07-2024, 18:08 | Çap et
Avropalı məmurlar hazırın naziri olmaq istəyirlər

Hazırda Rusiyadan aldığı təbii qazın həcmini kəskin şəkildə azaldan Avropa İttifaqı (Aİ) indi münasib qiymətə mavi yanacaq almaq üçün Bakıya müraciət edib. Lakin bu məsələdə öz üzərlərinə heç bir məsuliyyət götürmək istəməyən Brüssel bütün iqtisadi-siyasi riskləri Azərbaycanın üzərinə qoymağa çalışırlar.
Azərbaycanın Belçika və Lüksemburqdakı fövqəladə və səlahiyyətli səfiri, habelə Aİ-də Azərbaycan nümayəndəliyinin rəhbəri Vaqif Sadıxov “Financial Times” qəzetinə müsahibəsində qaz təchizatı məsələsində Aİ-nin Azərbaycanı “yanğınsöndürən” kimi qəbul etdiyini bildirib.

“Aİ təbii ki, Azərbaycandan qaz idxalını artırmaq istəyir, lakin eyni zamanda uzunmüddətli müqavilələr bağlamağa həvəs göstərmir. Xəzər dənizində qaz hasilatını artırmaq və Aİ-də əlavə tələbatı ödəməklə bağlı lazım olan maliyyəni cəlb etmək üçün Bakının uzunmüddətli müqavilələr şəklində əminliyə ehtiyacı var. Biz sehrbaz deyilik ki, sehrli çubuğumuzla 3-6 aya qaz ixrac edək. Bizə uzunmüddətli müqavilələr lazımdır ki, Xəzərdə dərin qazma işlərinin maliyyələşdirilməsi üçün banklara müraciət edək”, - Vaqif Sadıxov vurğulayıb.

Xatırladaq ki, ötən həftənin sonunda Şuşada keçirilən beynəlxalq media forumunda Prezident İlham Əliyev Avropa İttifaqının qaz təchizatı məsələsində Azərbaycana qarşı açıq-aşkar ikiüzlülü siyasət apardığını qeyd etdi. Dövlət başçısı bir tərəfdən Avropanın Bakıdan qaz tədarükünü artırmağı xahiş etdiyini, digər tərəfdən isə hasilatı artırmaq üçün zəruri tədbirləri maliyyələşdirməkdən boyun qaçırdığını diqqətə çatdırdı.

- Avropalı tərəfdaşlar Azərbaycanın əsas ixrac marşrutu olan “Cənub Qaz Dəhlizi”nin imkanlarını iki dəfə artırmasını istəyirlər. Biz ora milyardlarla sərmayə qoymalıyıq. Yeri gəlmişkən, biz “Cənub Qaz Dəhlizi”nə qoyulan investisiyalara görə xərclərimizi hələ də ödəməmişik. Qaz gəlirlərimiz bu borcun ödənilməsinə yönəlməkdə davam edir. Onlar bizdən ora milyardlarla sərmayə qoymağımızı gözləyirlər. Eyni zamanda deyirlər ki, on ildən sonra Avropa İttifaqının qaza ehtiyacı olmayacaq. Məgər biz, ehtiyacı olmayacaq qaza on milyardlarla dollar sərmayə qoyacaq axmaqlara oxşayırıqmı?”, - Azərbaycan Prezidenti Aİ məmurlarına mesaj ünvanladı.

Vaqif Sadıxovun 2022-ci ildə Azərbaycanla Aİ arasında birgə bəyanat (həmin bəyanata əsasən Azərbaycan 2027-ci ilə qədər Aİ üçün qaz hasilatını ildə 20 milyard kubmetrə çatdırmalıdır) imzalanmasına dair xatırlatmasına münasibət bildirən “Financial Times” yazır:
“Səfir Sadıxov Avropa Komissiyası ilə bu məqsədə necə nail olmaq barədə “dərin müzakirələrə” baxmayaraq, 2050-ci ilə qədər qalıq yanacaq istehlakını azaltmaq və istixana qazı emissiyalarını xalis sıfıra çatdırmaq ambisiyaları səbəbindən Aİ operatorlarının uzunmüddətli müqavilələr imzalamaqdan çəkindiyini bildirib. Eyni zamanda, Avropa ölkələrinin hakimiyyət orqanları kommersiya müqavilələrinin bağlanmasının hökumətlərin deyil, şirkətlərin səlahiyyətində olması ilə özünə bəraət qazanmağa çalışırlar”.

Məqalə müəllifləri xatırladırlar ki, son üç ildə Azərbaycan Avropaya qaz ixracını 12 faiz artırıb. Amma 2027-ci ilə qədər onu iki dəfə artırmaq üçün “Cənub Qaz Dəhlizi”nin ötürücülük qabiliyyətini artırmaq, eləcə də Xəzər dənizindəki yataqlardan qaz hasilatının artırılmasına əlavə vəsait yatırmaq lazımdır. Bununla belə, Brüssel 2021-ci ildə qəbul olunmuş qaydalara edilən dəyişikliklər səbəbindən layihəni maliyyələşdirə bilmir və Aİ büdcəsinin qalıq yanacaq infrastrukturuna xərclənməsinin qarşısını alır. Avropa İnvestisiya Bankının da əl-qolu oxşar məhdudiyyətlərlə bağlanıb.

“Biz Azərbaycana çox maraqlı olan bazar təklif edirik, lakin onu maliyyələşdirə bilmirik”, - Avropa İttifaqının təmsilçisi qəzetə müsahibəsində bildirib.

Beləliklə də, sübut olunur ki, Rusiya qazından tamamilə imtina etmək üçün öz qaz bazarını Azərbaycana açan Aİ, nədənsə bununla bağlı bütün maliyyə yükünü Bakının öz üzərinə, yaxud da ən yaxşı halda şirkətlərlə kommersiya müqavilələri bağlamalı və üçüncü tərəf banklarından kredit götürməli olduğunu düşünür. Yəni Aİ öz enerji təhlükəsizliyini təkcə Azərbaycanın qazı yox, həm də vəsaiti hesabına təmin etməyə çalışır.

Başqa sözlə desək, Avropalı məmurlar hazırın naziri olmaq istəyirlər.

Sahil İsgəndərov
AzVision.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Samir Rzayev səfirlə görüşdü - FOTO
Bu gün, 12:00
İcra başçısının müavini işdən çıxarıldı - BUNA GÖRƏ...
Bu gün, 11:59
Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır - FOTO
Bu gün, 11:57
Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... - NARAZILIQ VAR...
Bu gün, 11:53
Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur - ETİRAZ VAR...
Bu gün, 11:44
Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? – “Bu halda bankı məhkəməyə vermək olar”
Bu gün, 11:40
“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Bu gün, 11:37
55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu - TƏFƏRRÜAT
Bu gün, 11:32
"Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27
Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19
Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14
"Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12
Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03
Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00
Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57
Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44
Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38
“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34
Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32
TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13
Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57
Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51
“NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51
“PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50
44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47
"Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44
"Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36
İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33
ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29
Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20
"Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 09:17
Əmək şəraiti ağır.. zərərli olan işlərdə... - Ekspert danışır...
Bu gün, 09:14
Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar - MƏQALƏ
Bu gün, 09:10
Dərin köklərə malik münasibətlər - İsrafil Kərimovun yazısı
Bu gün, 09:09
Ermənistan NƏ İSTƏYİR? - ƏGƏR...
Bu gün, 08:57
“Xalq Bank”ın rəhbərinə ağır itki üz verib
Bu gün, 07:24
ŞƏT-də böhran: Çin hansı ölkəni dəstəkləyəcək? - GƏLİŞMƏ
Bu gün, 07:17
Arazın o tayının və bu tayının görüşü… - replika
Bu gün, 06:35
Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
Bu gün, 06:31
BAŞ(ÇI)SIZ Nəsimidə daha bir özbaşınalıq - AXI NİYƏ?..
Bu gün, 06:26
Raketi Hindistandan, onun mərmisini isə Fransadan alırıq - Köçəryan
Bu gün, 06:20
ATƏT-in Minsk qrupu: ÖLÜNÜ DİRİLDİRLƏR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru