Sabirabadda dəhşətli hadisə: gecə atasını döyüb öldürdü, dəlixanaya göndərildi .....                     AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib .....                     Mülayim qərb küləyi əsəcək .....                     “ABŞ ilə əvvəlki münasibətlər bitdi” .....                     Gürcüstan prezidenti “erməni soyqırımı abidəsi”ni ziyarət etdi .....                     Xarici vətəndaşın 1 il əvvəl yaratdığı 50 minlik şirkəti .....                     Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan .....                     Gürcüstan və Ermənistan prezidentləri görüşüblər .....                     Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı .....                     Nazir məşhur cərraha vəzifə verdi .....                     Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü .....                     Samir Rzayev səfirlə görüşdü .....                     İcra başçısının müavini işdən çıxarıldı .....                     Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır .....                     Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... .....                     Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur .....                     Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? .....                     “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” .....                     55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu .....                     "Azəriqaz" daha bir məhkəməni uduzdu .....                     Ukrayna münaqişədən parçalanmış halda çıxacaq .....                     „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ .....                     Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır .....                     "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" .....                     Azərbaycanda QSC yenidən təşkil ediləcək .....                     ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib .....                     Bakı səfərindən paylaşım etdi .....                     Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... .....                     Avarçəkmə yenidən Qarabağda .....                     Nazir rəisi təqaüdə göndərdi .....                     “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır .....                     Problemli kreditlərdə 32 milyonluq artım .....                     TƏBİB-in ƏRKÖYÜNÜ... .....                     Artilleriya bölmələri ilə döyüş atışları keçirilib .....                     Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, .....                     Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... .....                     Azərbaycan-Çin münasibətləri yeni mərhələdə .....                     Xalq artisti arxivini tökdü ortaya... .....                     İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... .....                     “NORM”a yaxın şirkət yaradıldı .....                 

Bir taksini sifariş edirsən... başqa birisi gəlir... - NƏ ETMƏLİ?
Tarix: 8-08-2024, 14:00 | Çap et
Bir taksini sifariş edirsən... başqa birisi gəlir...
Azərbaycanda vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd edilib ki, sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də "141" Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.
Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
"Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək", - məlumatda qeyd olunub.

Taksi sürücüləri ilə bağlı ciddi tapşırıq
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Məlumata görə, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalar sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir.

Nazir müavini qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.
Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər.
Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədə qarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlli istiqamətində təkliflərini səsləndiriblər.
Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarət mexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.
Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.
Taksidə yeni kələk: Sifarişi təzə avtomobil qəbul edir, xidmətə köhnə "prius"lar gəlir
Xatırladaq ki, İyulun 1-dən etibarən taksilərlə bağlı yeni tələblər qüvvəyə minsə də, köhnə avtomobillərlə taksi fəaliyyətinə hələ də rast gəlinir. Paytaxt sakinləri bildirir ki, taksi operatorları vasitəsilə taksi sifariş verdikdə sistemdə qeyd olunmuş avtomobilin əvəzinə tamamilə başqa, köhnə avtomobil gəlir.

Elvin Əhmədov adlı Xırdalan şəhər sakini Sputnik Azərbaycan-a bildirib ki, taksi sifariş etdikdə taksi operatorunun sistemində yeni avtomobilin gələcəyi əks olunsa da, sifarişi yenə də köhnə "Prius" markalı avtomobillər qəbul edir.
Binəqədi rayon sakini Vasif Cəfərov isə bildirib ki, anoloji hadisə onun da başına gəlib. Taksi operatoru sifarişi təzə maşınla qəbul etsə də, xidmətə köhnə avtomobil gəlib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bu cür halların olduğunu təsdiqləyib. Bildirib ki, avtomobili köhnə olan taksi sürücüləri öz yaxın qohumlarının yeni avtomobili ilə sistemdə qeydiyyatdan keçərək köhnə avtomobilləri ilə xidmət aparırlar.
Ekspertin sözlərinə görə, hətta bu kütləvi hal almağa başlayıb. Baxmayaraq bu hal qanunsuzdur. O, belə hallar aşkarlanarsa taksi sürücülərinin AYNA tərəfindən cəzalandırılacağını söyləyib.
E.Muradlı bildirib ki, buna sistem üzərindən nəzarət etmək mümkün deyil. Yalnız küçələrdə reydlər təşkil etməklə bu cür halların qarşısının alınması mümkündür.
Sputnik Azərbaycan-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu inzibati məsuliyyət yaradan haldır.
"Vətəndaşların bu cür hallarla rastlaşacağı təqdirdə AYNA-ya və taksi sifarişi operatorlarına məlumat vermələri tövsiyə olunur. Qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xəttən kənarlaşdırılacaqlar", - cavabda bildirilib.

Qeyd edək ki, bu ilin iyul ayının 1-dən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib. Taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır.
1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilmir. Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.
Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala bilər. Bu halda rəng tələbi tətbiq edilmir.
Taksilərin "Avro-5" standartına uyğunluğu ilə bağlı tələb qüvvəyə minib
Həmin tarixdən eyni zamanda taksi minik avtomobillərinin "Avro-5" ekoloji standartına uyğunluğu ilə bağlı tələb qüvvəyə minib.
Nazirlər kabinetinin bu gün təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də əksini tapıb.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" qanunla müəyyən edilən buraxılış kartı verilmir.
Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
Taksi minik avtomobillərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabirabadda dəhşətli hadisə: gecə atasını döyüb öldürdü, dəlixanaya göndərildi - TƏFƏRRÜAT
Bu gün, 12:52
AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:46
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:45
“ABŞ ilə əvvəlki münasibətlər bitdi” - Ottava
Bu gün, 12:42
Gürcüstan prezidenti “erməni soyqırımı abidəsi”ni ziyarət etdi - FOTO
Bu gün, 12:37
Xarici vətəndaşın 1 il əvvəl yaratdığı 50 minlik şirkəti - BAĞLANIR
Bu gün, 12:27
Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan "General Hospital" 6 min manat cərimələndi
Bu gün, 12:23
Gürcüstan və Ermənistan prezidentləri görüşüblər
Bu gün, 12:19
Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı - VİDEO
Bu gün, 12:14
Nazir məşhur cərraha vəzifə verdi - FOTO
Bu gün, 12:07
Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü - FOTO
Bu gün, 12:04
Samir Rzayev səfirlə görüşdü - FOTO
Bu gün, 12:00
İcra başçısının müavini işdən çıxarıldı - BUNA GÖRƏ...
Bu gün, 11:59
Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır - FOTO
Bu gün, 11:57
Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... - NARAZILIQ VAR...
Bu gün, 11:53
Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur - ETİRAZ VAR...
Bu gün, 11:44
Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? – “Bu halda bankı məhkəməyə vermək olar”
Bu gün, 11:40
“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Bu gün, 11:37
55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu - TƏFƏRRÜAT
Bu gün, 11:32
"Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27
Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19
Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14
"Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12
Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03
Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00
Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57
Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44
Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38
“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34
Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32
TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13
Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57
Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51
“NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51
“PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50
44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47
"Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44
"Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36
İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33
ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29
Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20
"Kiçik məmurlar qudurğanlıq etməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru