Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                 

Paşinyan istəyir, amma uduzur - FAKT BUDUR!
Tarix: 8-08-2024, 14:31 | Çap et
Paşinyan istəyir, amma uduzur
Elçin Alıoğlu - TREND


Ukraynadakı hərbi əməliyyatlar Rusiyanın postsovet məkanındakı ölkələrə hərbi, siyasi, geosiyasi, iqtisadi, maliyyə və mədəni təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdi. 2022-ci ilədək Qərbdəki ekspertlərin və analitiklərin əksəriyyəti Avropa İttifaqı və NATO-ya üzv olmayan ölkələrin hələ uzun müddət Qərblə Rusiyanın geosiyasi təsir orbitləri arasındakı "boz zona"da qalacaqlarını düşünürdülər.

Situasiya dəyişdi və əvvəllər "boz zona"dakı ölkələrin Avropa İttifaqı və NATO ilə əlaqələri sürətlə intensivləşdirərək Avroatlantik inteqrasiya yolu ilə irəliləmək imkanları dəfələrlə artıb.

Amma bu, həmin ölkələrin Aİ və NATO-ya asanlıqla üzv ola biləcəkləri anlamına gəlmir. Tam əksinə, Avropa İttifaqı daxilində qərarların qəbul edilməsi prosesində mürəkkəbləşmə təmayülləri güclənib. Baş verənlər Avropa İttifaqının genişlənməsini ləngitməklə yanaşı, ümumiyyətlə, üzvlərin say artımı prosesi ilə bağlı şübhələri artırıb.

Ermənistanla bağlı vəziyyət xüsusi hala çevrilib.

Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışan kollektiv Qərb, daha konkret olsaq, ABŞ, Fransa və Avropa İttifaqı hazırda Ermənistandan sınaq modeli, istinad məkanı qismində istifadə edirlər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyandan Rusiya ilə əlaqələri minimuma endirməyi, İrəvanın Moskvadan asılılığına son qoymağı, ölkənin bütünlüklə və aşkar şəkildə Qərbə meyllənmiş siyasət yürütməsini tələb edirlər.

Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Qərbin çoxsaylı və ağır sanksiyalarına məruz qalan Rusiya bu sanksiyalardan yayınmaq üçün tranzit məkanlardan biri qismində Ermənistandan istifadə edir. 2022-ci ildən bəri Ermənistan iqtisadiyyatının "yüksəlişi" də məhz bu amillə bağlıdır.

Enerjidaşıyıcılarından tutmuş, un və buğdayadək idxalda Rusiyadan asılı olan Ermənistan istehsal etdiyi mal və məhsulları, xüsusilə də meyvə-tərəvəzi və spirtli içkiləri satmaq üçün ən münasib bazar qismində Rusiyadan yararlanır.

Rusiya ilə əlaqələrin minimallaşacağı təqdirdə Ermənistanın indiki həcmdə ticari dövriyyəni Qərblə reallaşdıracağı xam xəyaldır.

Moskvanın yaratdığı və nəzarət etdiyi Avrasiya İqtisadi Birliyi ilə Avrasiya Gömrük İttifaqına da üzv olan Ermənistan həmin strukturlar vasitəsilə Rusiyadan mal və məhsulları, habelə yanacağı güzəştli qiymətlərlə alır.

Məhz həmin üzvlük səbəbindən də Ermənistan Avropa İttifaqı ilə azad ticarətlə bağlı anlaşmalar imzalaya bilmir.

Rəsmi İrəvanın yürütdüyü siyasətə, N.Paşinyan komandasının ritorikasına və təbliğatına rəğmən, Ermənistanda cəmiyyət hələ birmənalı olaraq Qərbyönümlü sosium təsiri bağışlamır. Tam əksinə, Vaşinqton-Paris-Brüssel triosunun və İrəvandakı hakimiyyət elitalarının bütün səylərinə, apardıqları genişmiqyaslı təşviqat prosedurlarına rəğmən erməni cəmiyyətində Rusiyaya rəğbət bəsləyənlərin toplam kütləsi az deyil.

Postsovet məkanı və Şərqi Avropa ölkələri ilə münasibətlərdə olduğu kimi, Ermənistanla bağlı strategiyada da Rusiyanın narrativləri sırf maliyyə, iqtisadi və ya təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Qərblə fasiləsiz ciddiləşərək dərinləşən qarşıdurma Moskvanı geosiyasi məqsədlərinə çatmaq üçün daha mürəkkəb ritorik vasitələrdən və üsullardan faydalanmağa vadar edir.

Moskva bütün imkanları işə salaraq Rusiyanı Qərbə real, işlək və etibarlı alternativ kimi təqdim etməyə çalışır.

Qərbin postsovet məkanında lokal qarşıdurmalardan və gərginliklərdən faydalanmağa, mövcud geosiyasi reallıqlardan narazı dövlətləri öz tərəfinə çəkmək strategiyasını həyata keçirdiyini görən Rusiya analoji addımlar ataraq hədəfə çatmağı planlaşdırır.

Qərbdə yox, Rusiyada işləməyə alışan və buna üstünlük verən miqrantlardan tutmuş, Qərbin postsənaye və postliberal dəyərlərini qəbul etməyən ziyalılara; kollektiv Qərbin aqressiv "demokratiya" yürüşünü ənənəvi dəyərlərə və alışılmış situasiyaya təhlükə sayan siyasətçilərdən başlayaraq istehsal etdikləri mallarla məhsulları Qərbə çox çətinliklə sata bilərək ifrat rəqabətlə üzləşəcəklərini anlayan fermerlərə və iş adamlarınadək geniş kütlə hazırda Rusiyanın intensiv təbliğat və sövqetmə kampaniyaları üçün ideal seqmentlərdir.

Rusiya habelə onu da daim vurğulayır ki, Qərb etibarlı və uzunmüddətli tərəfdaş deyil, daim öz maraqlarını güdür və yalnız mənafelərini təmin etmək üçün vədlər verir, əməkdaşlıq sistemi qurur, tərəfdaşlığın müxtəlif sahələrini təklif edərək zahirən "azad seçim imkanları" yaradır.

Lakin Rusiyanın postsovet məkanında və Şərqi Avropada bundan sonrakı geosiyasi konstruksiyalarının dayanıqlılıq səviyyəsi Ukraynadakı hərbi əməliyyatların sonucundan asılıdır. İstənilən halda, orta perspektivdə belədir.

Cənubi Qafqaza gəldikdə, Rusiya əsrlərdən bəri buradadır və de-fakto, habelə de-yure regional qüvvədir. Subregional qüvvələrdən və dövlətlərdən fərqli olaraq Rusiya özünü bölgəmizdə "yerində" sayır və həmin yerini - Qərbin bütün istəklərinə, niyyətlərinə, cəhdlərinə və planlarına rəğmən - kimsəyə güzəştə getmək niyyətində deyil.

Rusiyanın Cənubi Qafqazı yaxın illərdə tərk edəcəyi, yaxud bunu məcburi şəkildə reallaşdırmalı olacağı barədə ehtimallar isə siyasi demaqogiya və propaqanladır.

Bir daha təkrarlayaq: Rusiya əsrlərdən bəri möhkəmləndiyi bölgəni tərk etmək niyyətində deyil və ona qarşı yönəlmiş planları dezavuasiya etmək üçün istisnasız olaraq bütün imkanlarından istifadə edəcək.

Bəhs olunan məqamlar Ermənistana xüsusilə şamil olunur. Rəsmi İrəvanın Qərbə meyllənmiş xarici siyasətinə və geosiyasi seçiminə rəğmən, Moskvanın ermənilərə təsir etmək, hətta zərurət duyduqda cəza tədbirlərinə əl atmaq üçün geniş arsenalı var.

Sadəcə, onu xatırladaq ki, Ermənistan üçün Rusiyanın təbii qazına hazırda real alternativ yoxdur. İran-Ermənistan qaz boru kəməri mövcuddur, lakin bu marşrutla nəql həcmlərinin artırılması üçün boru kəməri çox ciddi təkmilləşmə və yenilənmə prosedurlarına məruz qalmalıdır. Üstəlik, Rusiya ehtiyac hiss edəndə Ermənistanı cəzalandırmağın yolunu da bilir: 2023-cü ildə "Qazprom" Gürcüstandan keçərək Ermənistana gedən boru kəməri ilə "mavi yanacaq" nəqlini iki ay müddətinə dayandırmışdı.

Rusiya Ermənistana verdiyi təbii qazın qiymətindən də İrəvana təzyiq vasitəsi kimi istifadə edə bilər. Belə ki, hazırda Ermənistan Rusiyadan təbii qazı sərfəli və ucuz qiymətə - 1000 kubmetr üçün 165 ABŞ dollarından alır. Rusiyanın "Qazprom"u üçün tarifi dəyişmək asan prosesdir və belə presedentlər də var. 2013-cü ildə Ermənistanın o dönəmdəki prezidenti Serj Sarqsyan Avropa İttifaqı ilə assosiasiya sazişinin imzalanması barədə danışıqlar aparanda Rusiya ermənilərə nəql etdiyi təbii qazın qiymətini 2 dəfə artırmışdı. İrəvan Aİ ilə assosiativ tərəfdaşlıq sazişini imzalamaqdan vaz keçərək Avrasiya İqtisadi Birliyinə üzv olandan az sonra təbii qazın qiymətləri yenidən ucuzlaşdırılaraq əvvəlki səviyyəyə çatdırılmışdı.

Bundan başqa, 2023-cü ilin sonunda Rusiyanın "Rosatom" korporasiası Ermənistandakı Metsamor atom-elektrik stansiyasının istismarının 2036-cı ilədək uzadılması ilə bağlı İrəvanla saziş imzaladı.

Metsamor AES isə Ermənistanda istehsal olunan elektroenerjinin 2/3 hissəsini təmin edir. AES-in fəaliyyəti üçün zəruri uran da Rusiyadan alınır.

Hazırda Nikol Paşinyan hakimiyyəti Metsamor AES-in ABŞ və ya Cənubi Koreyanın şirkətlərindən birinə idarəçiliyə verilməsi ilə bağlı danışıqlar aparsa da, Moskvanın AES üzərində nəzarəti əldə saxlamaq üçün yetərincə arqumentləri var.

Sadalanan səbəblərdən ABŞ, Fransa və Avropa İttifaqı Ermənistan iqtisadiyyatının stabil vəziyyətə gətirilməsinə, Rusiyadan asılılığın azaldılmasına çalışırlar.

Planlar arasında Ermənistanın şimalından cənubuna yeni avtomagistralın inşası, dəmiryollarının təmiri və modernləşdirilməsi, Avropa İttifaqının iştirakı ilə layihələndirilərək Qara dənizin təki ilə çəkiləcək yüksək gərginlikli elektrik kabelinə Ermənistanın da qoşulması və s. var.

Geosiyasətin də çox önəmli yeri var.

ABŞ, Fransa və Avropa Ermənistanı Rusiyadan yan çəkməyə çalışsalar la, erməni iqtisadiyyatının diversifikasiyası yalnız 1993-cü ildən bəri qapalı qalan Ermənistan-Türkiyə sərhədinin açlımasından sonra mümkün ola bilər. Əslində Türkiyə hazırda Ermənistanın ən böyük xarici ticarət tərəfdaşları arasında 4-cü yerdədir: Türkiyə və Ermənistan arasında bütün ticari əməliyyatlar Gürcüstan ərazisi vasitəsilə aparılır.

Qərb Ermənistana daha genişmiqyaslı siyasi, iqtisadi və hərbi dəstək vəd edir, ancaq bu vədlər uzunmüddətli perspektivə hesablanıb. Ermənistanın Qərb institutlarına qatılması isə daha uzaq perpspektivdə görünən məsələdir.

Nikol Paşinyan hakimiyyəti bütün bunları qismən anladığından Cənubi Qafqazdan kənarda yeni tərəfdaşlar axtarmaqdadır və həmin axtarışlarında “ilk tapılan” Hindistan olub.

Halbuki Ermənistanın gələcəyi - hər hansı ibarə olmadan - bütünlüklə Azərbaycandan, daha dəqiq olsaq, rəsmi Bakı ilə sülh müqaviləsinin imzalanmasından, şərti dövlət sərhədinin demarkasiyasından və delimitasiyasından, kommunikasiyaların bərpasından və yeni loqistik marşrutların açılmasından asılıdır.

Bütün bunlar olmayınca Ermənistana təzyiqlər davam edəcək, İrəvandan ondan istifadə edən güclərin əlində marionetka kimi qalacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru