Distant təhsilə məmur qadağası: - “Sərhədi bilik keçməlidir, tələbə yox”
Tarix: 13-08-2024, 14:02 | Çap et
Azərbaycanda bir sıra universitetlərdə qiyabi ixtisaslar ləğv edilib.
Belə ki, 15-ə yaxın universitetdə qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq. 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənayes Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Milli Aviasiya Akademiyasında, Naxçıvan Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Sumqayıt Dövlət Universitetində, Mingəçevir Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində əsasən mühəndisliklə bağlı ixtisaslarında (geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya və sair) qiyabi təhsilalma forması olmayacaq. Həmçinin, BDU-da kompüter elmləri ixtisasında da qiyabi formaya qəbul mükün olmayacaq.
Qeyd edək ki, bu gün dünyada təhsilin müxtəlif formaları mövcuddur.
Ölkəmizdə isə hazırda bir çox universitetdə qiyabi təhsil ləğv edilməklə əyani təhsilə üstünlük verilir. Bu gün bir çox dünya ölkələrində distant təhsil növü tətbiq edilir ki, Azərbaycanda xarici ölkələrdə distant təhsil alanların diplomları tanınmır. Ancaq pandemiya dövründə məktəblərdə, universitetlərdə distant təhsil tətbiq edilib və uğurlu olub.
Bir neçə ay sonra Bakıda COP29 kimi mühüm tədbir keçiriləcək və bu zaman yenə də təhsildə distant təhsil növündən istifadə ediləcək. Maraq doğuran odur ki, ölkə daxilində vacib məqamlarda distant təhsil tətbiq edilir, ancaq xaricdə bu təhsil növü üzrə təhsil alanların diplomları tanınmır. Hələ bir neçə il öncə Təhsil Nazirliyi (hazırda Elm və Təhsil Nazirliyi-red.) distant təhsillə bağlı diplomların tanınmamasını onunla izah etdi ki, bu prosesin tətbiqi ilə bağlı maddi-texniki baza yoxdur.
Artıq bu müddətdən uzun illər keçib və hazırda bu diplomların tanınmamasının əsas səbəbi kimi tələbənin həmin ölkənin ərazisində kifayət qədər olmadığı göstərilir. Əgər tələbə həmin ölkənin ərazisində təhsil alacaqsa, bu, artıq distant deyil, əyani təhsil hesab edilir.
Maraqlıdır, niyə dünya ölkələrinin tanıdığı distant təhsil növünü Azərbaycan tanımaq istəmir?
Pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent İlham Əhmədov “Cebheinfo.az”-a bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə ilə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının müddəti uzadılıb:
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli Sərəncamında dəyişiklik edilməsi barədə yeni Sərəncam imzalanıb. Xaricdə təhsil daha ucuz, daha əlçatan və daha kütləvi etmək üçün distant təhsil texnologiyalarından da istifadə etmək olardı. 2007-ci ildə bu istiqamətdə qəbul edilən dövlət proqramının müzakirəsi zamanı da biz bu məsələni qaldırıb, belə təklif vermişdik.
Azərbaycanda artıq 20 ilə yaxındır ki, xaricdə distant təhsil alanların diplomları tanınmır. Qanunlarda olan boşluqlardan istifadə edərək, Elm və Təhsil Nazirliyi də dolaşıq vəziyyət yaradır. Məqsəd insanların xaricdə distant təhsil almasına əngəl yaratmaqdır. Dünyanın bütün ölkələrində distant təhsil var. Heç yerdə vətəndaşlarının distant təhsil almasına, alınan diplomun tanınmasına maneə yoxdur.
Bizim tələbələrimiz, gənclərimiz distant təhsil almaq üçün tədris dili səbəbi ilə əsasən Rusiya, Türkiyə universitetlərinə müraciət edirlər. Həmin ölkələrlə bizim diplomların qarşılıqlı tanınması haqqında müqavilə var, ancaq xaricdə distant təhsil alanların diplomları bizdə tanınmır. Bu, süni maneədir”.
Müsahibin sözlərinə görə, universitetlər xaricdə distant təhsil verən universitetlərlə rəqabət apara bilmir:
“İstər keyfiyyət, istər qiymət, istərsə də diplomların nüfuzu baxımından rəqabət apara bilmirlər. Distant təhsilə rəsmi icazə verildiyi halda insanlar xarici universitetlərdə türk, ingilis, rus v.s. dillərdə xaricdə distant təhsil alacaq və bizim universitetlərə tələbə axını azalacaq. Bu gün süni intellekt imkan verir ki, dil baryeri də həll edilsin. Hazırda “Coursera”nın qısamüddətli kurslarına 10 min nəfər vətəndaşımız qoşulub, onlar distant təhsil alırlar.
Bu kurslar tədricən Azərbaycan dilinə də tərcümə edilir. Son illər ölkəmizdə universitetlərə qəbul planının ciddi şəkildə artırılmasının, qəbulda müsabiqə və keçid ballarının aşağı salınmasının bir səbəbi də xaricdə distant təhsil almaq istəyənləri yerli universitetlərə cəlb etmək idi. Bu mənada süni yollarla maneələr yaradılır, rəqabət mühiti pozulur.
Xarici diplomların tanınması ilə əlaqəli müəyyən rəsmi prosedur var. Bu prosedurun bir tələbi də tələbənin sərhədi keçməsidir. Ancaq məlumdur ki, distant təhsildə tələbə sərhədi keçmir. Sərhədi bilik keçir. Yəni tələbə oturur evində və internet vasitəsilə lazım olan dərsləri öyrənir, videodərsləri izləyir, canlı bağlantı ilə müəllimlə, qrup yoldaşları ünsiyyətdə olur. Canlı videodərslər vasitəsi ilə mühazirəni dinləyir.
Sonda imtahan verir.
Ancaq nazirlik tələb edir ki, bu halda sərhədi keçmək zəruridir, sərhədi keçməyənin diplomunu tanımayacağıq. Bu tələb onlayn təhsilə tətbiq edilə bilməz. Bu mövzu ilə bağlı son 15 -20 ildə dəfələrlə fikir bildirmişik, sərhədi bu halda bilik keçir, insan yox. Texnologiyanın üstünlüyü də məhz budur. Necə olur ki, insan evində oturur, hansısa bir əşyanı internet vasitəsilə xaricdən sifariş edir, onu evə qədər gətirirlər, hansısa xidməti internet üzərindən xaricdən sifariş edirlər, o xidmət evindən çıxmadan təqdim edilir.
Amma təhsil alanda, biliyi internet üzərindən almaq istədikdə, ona deyirlər ki, yox, bu olmaz, hökmən sərhədi keçməlisən. Pis budur ki, bizdə məmurların distant təhsil sistemi yaratmaq niyyəti (səriştəsi) yoxdur. Bu istiqamətdə 20 ildir heç bir iş görülmür, hətta pandemiya da bu səhv qərara təsir edə bilmədi. Son 20 ildə müxtəlif dövlət proqramlarında distant təhsil yaradılacağı qeyd olunsa da, illər keçdi, amma heç nə edilmədi”.
Ekspertin fikrincə, bunun səbəbləri çoxdur:
“Bizim universitetlər rəqabətədavamlı deyil, tədrisin keyfiyyəti zəif, qiymətlər bahadır. Xaricdə distant təhsil verən universitetlərdə həm keyfiyyət yüksəkdir, həm qiymətlər daha ucuzdur, digər əlavə xərclər də yoxdur. Bu diplomlar həm də bizimkilərdən fərqli olaraq bütün dünyada tanınır. Faktiki olaraq biz 20 ildir Boloniya prosesinə qoşulmuşuq.
Bizim bir çox universitetimiz hələ də Boloniya prosesinin tələblərinə cavab vermir. Azərbaycan universitetlərinin əksəriyyətinin diplomları xaricdə tanınmır. Minlərlə insanımız xaricdə distant təhsil alır, bilik qazanır, təhsil haqqında sənəd alır və gedib özəl sektorda çalışır.
Bu gün iqtisadiyyatın 80 faizi özəl sektordur. Özəl sektorda kadr seçimində bürokratik tələblər yoxdur. İxtisasını bilən hər bir məzun, o cümlədən distant təhsil almış məzun asanlıqla işə qəbul edilir. Distant təhsil hesabına insan evində oturub təhsil alır, bu, texnologiyanın ən yüksək imkanlarından biridir. Gənclər indiki çətin zamanda başqa ölkələrə getmədən, öz vətənində yaşayaraq xaricdə təhsil alırlar.
Distant təhsilin ölkəmizdə hələ də yaradılmaması bizim təhsil sistemimizdə olan çoxsaylı problemlərdən biridir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azad olunmuş bu kəndlə bağlı 2 milyon ayrıldı
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2 milyon manatlıq nağdsız ödəniş avadanlıqları alır
Bu gün, 00:02 |
|
|
|
• Qiymət artımı davam edəcək - NƏ ETMƏLİ?
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda yaşamaq üçün gələn hindistanlıların sayı sürətlə artır - Özümüzə gün ağlayan lazımdır...
Dünən, 19:00 |
|
|
|
• Zəngilanın bu kəndinin elektrik ilə təmin olunması 2,1 milyon manata başa gələcək
Dünən, 18:56 |
|
|
|
• Ədliyyə Nazirliyində böyük məsləhətçi rəis vəzifəsinə gətirildi - Təyinat
Dünən, 18:12 |
|
|
|
• "Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə bilərlər" - REAKSİYA
Dünən, 18:09 |
|
|
|
• Ölkənin ikinci böyük şəhərində su təchizatı və kanalizasiya sistemi yenidən qurulur - VİDEO
Dünən, 18:03 |
|
|
|
• “Çılpaq müğənniləri tənqid edənlər, onları görəndə şəkil çəkdirirlər” – Fazil Mustafa
Dünən, 18:01 |
|
|
|
• Ermənistan revanşizm əhval-ruhiyyəsində: - “Şeytanla belə əməkdaşlıq etməyə hazırdırlar”
Dünən, 17:58 |
|
|
|
• Güney Azərbaycanın siyasi partiyaları RƏSMİ TEHRANA QARŞI - BƏYANAT
Dünən, 17:50 |
|
|
|
• Azərbaycana qarşı yeni cəbhə - AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
• 70 saylı Neftçala Seçki Dairəsinin 6 məntəqəsinin nəticələri ləğv edilib - AMMA YEKUN NƏTİCƏ...
Dünən, 17:43 |
|
|
|
• Şvabe kimilərinə maliyyə erməni diasporasından gəlir - Görünəni odur ki...
Dünən, 17:38 |
|
|
|
• Azərbaycan tarixində heç vaxt bu qədər boşanma olmayıb – Tam siyahı
Dünən, 17:33 |
|
|
|
• Siyasi təlxəklər bundan nəticə çıxarsalar daha yaxşı olar - deputat
Dünən, 17:30 |
|
|
|
• Ziya Hüseynzadə Razi Əliyevanı MƏHKƏMƏYƏ VERDİ
Dünən, 17:26 |
|
|
|
• Dollar və avro UCUZLAŞACAQ?
Dünən, 17:24 |
|
|
|
• Verilişi bağlanan Amil Xəlilin yeni işi
Dünən, 17:01 |
|
|
|
• General Sadiq Abduyev rəisi olduğu qurumu məhkəməyə verdi - DETALLAR
Dünən, 16:58 |
|
|
|
• “Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində
Dünən, 16:56 |
|
|
|
• Aİ-nin “qara siyahı”sına düşən azərbaycanlı kimdir? - Rusiyanın “kölgə donanması”
Dünən, 16:55 |
|
|
|
• "Mən bu gün də inanmıram ki, Rusiya ABŞ-la razılaşmadan Ukraynaya girib" - deputat
Dünən, 16:52 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasının sədri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:46 |
|
|
|
• "Omid" müştəriyə verdiyi vədə əməl etmir - GİLEY
Dünən, 16:40 |
|
|
|
• “Həyat yoldaşım gözəl xanımlara baxanda qısqanmıram” - Azərbaycanlı aktrisa
Dünən, 16:36 |
|
|
|
• MSK Cahandar Bayoğlunun şikayətlərini rədd etdi - Ümid qaldı...
Dünən, 16:31 |
|
|
|
• AMEA sadəcə TƏƏSSÜFLƏNİR: Bu da sizə REAKSİYA! - Dİ DAĞILIŞIN...
Dünən, 16:27 |
|
|
|
• `Bank of Baku`dan görünməmiş saxtakarlıq – İş adamları ölkə rəhbərliyinə müraciət etdi
Dünən, 16:24 |
|
|
|
• MSK Mustafa Hacılının müraciəti barədə qərar verib
Dünən, 16:21 |
|
|
|
• Tələbələr təhsil kreditini hansı şərtlərlə əldə edə bilərlər - AÇIQLAMA
Dünən, 16:00 |
|
|
|
• Sülh gündəmi yoxdur, sadəcə informasiya hay-küyü var - Erməni revanşist ekspert
Dünən, 15:59 |
|
|
|
• İdeal Kredit BOKT vətəndaşı təhdid edib? - "Qızıl saatını satacağıq..."
Dünən, 15:58 |
|
|
|
• Ermənistanın xilası üçün 76 il əvvəlki plan işə salınır - İNCƏLƏMƏ
Dünən, 15:57 |
|
|
|
• "Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasında olan Ermənistanla bizi sülh imzalamağa tələsdirirlər" - FAKT BUDUR!
Dünən, 15:55 |
|
|
|
• İcra başçısı Qod Nisanovun əmrlərini yerinə yetirir - Qusarda nə baş verir?
Dünən, 15:53 |
|
|
|
• Kremldən Ərdoğanın sərt Krım açıqlamasına "yumşaq" reaksiya
Dünən, 15:51 |
|
|
|
• Qiymət artımını tənqid etdilər: - "İnkişaf etmiş ölkələrin təqaüdü, maaşı burada varmı? Yox"
Dünən, 15:50 |
|
|
|
• Zaqatalada autizmli uşağın döyülməsi ilə bağlı yeni DETALLAR
Dünən, 15:48 |
|
|
|
• Bakıda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu
Dünən, 15:42 |
|
|
|
• Manat özü ucuzlaşmayacaq: Bəs dəyəri? - NECƏ OLACAQ?
Dünən, 15:34 |
|
|
|
• Qobustan qəsəbəsində səyyar qəbul keçirilib - FOTO
Dünən, 15:31 |
|
|
|
• "5-10 il bundan əvvəlki dərsliklərimizdə olan problemlər hazırda yoxdur" - AKTUAL
Dünən, 15:30 |
|
|
|
• Kişi xəyanət etmiş arvadıyla gecə belə davrandı: "Əyil, qulağına söz deyəcəm..." - TƏFƏRRÜAT
Dünən, 15:28 |
|
|
|
• İranın məntiqsiz “qırmızı xətti” – Zəngəzur dəhlizi Tehranı niyə narahat edir?
Dünən, 15:26 |
|
|
|
• Putin azərbaycanlı aparıcını səfir təyin etdi
Dünən, 15:25 |
|
|
|
• Ermənistan indi öz axmaqlığı ilə cəlbedici ölkədir - Ovanesyan
Dünən, 15:06 |
|
|
|
• Adil Əliyevi kim əvəzləyəcək... - Gülşən Paşayeva, yoxsa Fariz İsmayılzadə?
Dünən, 15:04 |
|
|
|
• "Hər gedişə 20 manat verək?" - ETİRAZ
Dünən, 15:00 |
|
|
|
• “16 qız yetişdirdim, heç biri qapımı açmır” - Xalq artisti
Dünən, 14:52 |
|
|
|
|