İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib - FOTO
Tarix: 13-08-2024, 15:26 |
Çap et
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə
vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib,
onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, maddi köməklik, evinin
təmir olunmasına köməklik, suvarma suyu ilə təmin olunma, imtiyazlı şəxsin
ev növbəsinə götürülməsi, həyətyanı sahədə evinin tikintisinə razılıq verilməsi,
evinə işıq xəttinin çəkilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra
hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub,
digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş
məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah
halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz
minnətdarlıqlarını bildiriblər.
Dia-az.İnfo