"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                 

Zəngəzur yolu “divlərə” qaldı? - NƏ BAŞ VERİR?
Tarix: 14-08-2024, 07:32 | Çap et
Zəngəzur yolu “divlərə” qaldı?
Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılması bölgədə yeni proseslərə yol açıb. Vətən Müharibəsindən sonrakı müddət ərzində bu məsələ həm iki ölkə arasında, həm də regionda marağı olan dövlətlər üçün mühüm əhəmiyyətə malik olub. Moskva dəhlizə Rusiyanın nəzarət etməsini tələb etsə də, Ermənistan bunun əleyhinədir və nəqliyyat xətlərinin təhlükəsizliyini özü təmin etmək istəyir. İran da məsələyə həmişə öz maraqları baxımından yanaşıb. Ayətullah Xameneyi də son bəyanatında demişdi ki, Zəngəzur marşrutu Ermənistanın ziyanına hesab edilir və bunun əleyhinədirlər. Qərbin, konkret olaraq, ABŞ-nin mövqeyini isə avqustun əvvəlində bölgəyə hərbi texnika, sursat və az sayda da olsa, hərbi kontingent yerləşdirməsi bir daha ortaya qoydu.

Bu qərarın bölgədəki əlaqələrin inkişafına necə təsir edəcəyi, regional sabitlik və təhlükəsizlik baxımından hansı nəticələrə gətirib çıxaracağı sual doğurur. Hələlik ortada olan izahatlardan ikisi daha məntiqli görünür. Birincisi odur ki, bu məsələ sülh müqaviləsinin imzalanmasını ləngitdiyi üçün şərtlər arasından çıxarılıb və daha sonra müzakirə ediləcək. İkinci izahata görə, qlobal güclərin maraqları kommunikasiyalar kimi mühüm məsələni iki bölgə dövlətinin həll etməsində maraqlı deyillər, bu məsələnin onların, necə deyərlər, “divlər masası”nda həll olunmasına çalışırlar.

Zəngəzur dəhlizinin sülh gündəliyindən çıxarılması danışıqlar prosesinə həqiqətən müsbət təsir edə bilərmi? Regional və qlobal maraqlar baxımından bu qərarın hansı nəticələri ola bilər?

Mövzu ilə bağlı Pressklub.az-a danışan hərbi-siyasi ekspert Azad İsazadə deyir ki, sülh danışıqları son zamanlar sanki donmuşdu. Prosesi hansısa formada irəlilətmək üçün Azərbaycan razılaşdı ki, kommunikasiya məsələsi şərtlər arasından çıxarılsın. Bizim üçün kommunikasiya, əsasən də Zəngəzur dəhlizi vacib amillərdəndir, amma həlledici deyil. Çünki Azərbaycan üçün alternativ variant var. Bu, İran ərazisindən Araz boyunca yolun qurulması, dəmiryolunun keçməsi, Azərbaycan-Naxçıvan əlaqəsinin quru yol ilə bərpasıdır. Ermənistan üçün isə alternativ bir variant yoxdur. Kommunikasiyaların açılması Ermənistan-Naxçıvan sərhədinin, Zəngəzur dəhlizinin, İcevan-Qazax dəmiryolunun bərpa edilməsinə gətirib çıxaracaq, Ermənistanın dəmiryolu istər Rusiya, istər Türkiyə, istərsə də İranla bərpa olunacaqdı.

“Rusiya və İranı birləşdirən dəmiryolu Azərbaycandan keçir. Ermənistanın bu gün hansısa ölkə ilə dəmiryolu əlaqəsi yoxdur. Yalnız Gürcüstanla kiçik dəmiryolu xətti var, o da Abxaziya ərazisindən keçdiyinə görə qapalıdır. Bircə qalır avtomobil yolu, o da İran və Gürcüstan ilədir. Azərbaycan və Türkiyə sərhədi isə yenə qapalı qalacaq. Beynəlxalq kommunikasiyalara gəldikdə isə Mərkəzi Asiyadan, Çindən gələn malların Avropaya keçirilməsi üçün Azərbaycan Bakı-Tiflis-Qars yolundan istifadə edə bilər ki, bu da gələcəkdə həmin yolu genişləndirib, daha geniş kommunikasiyanı formalaşdıra bilər. Ona görə də bu addımın Azərbaycan üçün hansısa ziyanı yoxdur. Sadəcə, hansısa çərçivə sazişinin yaranması, gələcəkdə sülh müqaviləsinin imzalanması üçün atılan addımdır” – ekspert deyir.

Müsahibimizin fikrincə, kommunikasiya məsələsinin gündəlikdən çıxarılması sülh prosesini daha da sürətləndirəcək. Sadəcə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiları qalır. O da hansısa formada həll olunacaq ki, sülh müqaviləsi imzalansın. Proseslərin bu mərhələsində istər Fransa, istər Hindistan, istər İran, istərsə də ABŞ tərəfindən Ermənistanın silahlandırılması Azərbaycanı narahat edir. Ermənistan ordusunun hansısa vəziyyətə müqavimət göstərmək və ya hücum etmək vəziyyətinə çatması üçün 5-10 il müddət lazımdır. 5-10 il ərzində isə Azərbaycan da silahlanmağa davam edəcək. Bu isə regionda gərginliyi çoxaldacaq, amma bu, bizim problemimiz deyil. Çünki bu problemi Ermənistan yaradır:

“Belə başa düşürəm ki, ABŞ-nin Ermənistandakı hərbi aktivliyi ilk növbədə Rusiyaya qarşıdır. Çünki ABŞ istəyir ki, hərbi baxımdan Rusiyanın bölgəyə təsirini azaltsın. Bu proses ilk növbədə ona yönəlib. Digər tərəfdən isə bu aktivlik hansısa formada İrana qarşıdır. Bu baxımdan, Ermənistan qəribə vəziyyətə düşüb. O, hərbi əməkdaşlığı həm İran, həm Rusiya, həm də ABŞ ilə davam etdirə bilər, amma gələcəkdə seçim etməlidir. Ya İrandan, ya da Rusiyadan üz döndərib, ABŞ ilə əməkdaşlıq etməlidir. Nəzərə alınmalıdır ki, İranın və Rusiyanın regionda Ermənistana təsiri həddindən artıq çoxdur. O baxımdan, bütün bunların gələcəkdə nə ilə nəticələnəcəyini demək çətindir. ABŞ-də administrasiya dəyişə bilər. Bilmirik ki, respublikaçılar gəlsə, onların Cənubi Qafqazdakı mövqeyi necə olacaq”- İsazadə sonda bildirdi.

Politoloq Şahin Cəfərli isə saytımıza açıqlamasında qeyd edir ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələ tərəflər arasında mübahisəli məsələlərdən biri idi. Bu faktor sülh müqaviləsinin razılaşdırılmasını və imzalanmasını ləngidirdi. Dəhliz məsələnin gündəlikdən çıxarılması sülh müqaviləsi ilə bağlı müzakirələri sürətləndirə və tərəfləri sülh müqaviləsinə yaxınlaşdıra bilər. Amma bu mərhələdə qəti və birmənalı qiymətləndirmələrdən uzaq durmalıyıq. Çünki bu mövzunun sülh müqaviləsi kontekstində müzakirə olunmaması, o demək deyil ki, bu məsələ sülh müstəvisindən kənarda gündəmə gətirilməyəcək. Tamamilə mümkündür ki, bir müddət sonra sülh müqaviləsindən kənar müstəvidə bu mövzu Azərbaycan tərəfindən gündəmə gətirilsin. Çünki bilirik ki, Azərbaycan hakimiyyəti dəyişən qlobal və regional vəziyyətə uyğun olaraq öz siyasətində çevik və dinamik dəyişikliklər edir. Bu mərhələdə Azərbaycan hakimiyyəti Zəngəzur nəqliyyat kommunikasiyasının məhz dəhliz statusunda fəaliyyətini tələb etməyin nəticə verməyəcəyi qənaətinə gəldi. Bu səbəbdən də dəhliz məsələni sülh müqaviləsi ilə bağlı bənddən çıxarmaq qərarına gəldi: “Bir müddət sonra rəsmi Bakı bu mövzunu gündəmə gətirə və nəticə əldə bilər. Amma mən Azərbaycan tərəfinin Zəngəzur dəhlizi ideyasından tamamilə imtina etdiyini söyləyə bilmərəm. Bir müddət gözləmək və müşahidə etmək lazımdır. Beynəlxalq güclərin bu məsələyə münasibətinə gəldikdə isə düşünürəm ki, Bakının öz mövqeyinə korrektə etməsinə təsir göstərən əsas faktor beynəlxalq güclərin bu məsələyə münasibəti oldu. Bilirik ki, ABŞ, Avropa İttifaqı və Böyük Britaniya bu dəhlizin Ermənistanın suverenliyindən çıxarılmış bir ərazidə fəaliyyət göstərməsinə qarşı çıxırdı. Digər tərəfdən, bölgəmizin önəmli oyunçusu İranın da bu məsələyə baxışı bəllidir. İran dövləti də Zəngəzur kommunikasiyasının dəhliz kimi fəaliyyət göstərməsinin əleyhinədir”.

Müsahibimiz hesab edir ki, Çinin də bu məsələyə münasibəti mənfidir. Çinin bu mövzuda hansısa konkret bir açıqlamasına rast gəlməmişik. Amma Ermənistan-Çin, Çin-İran münasibətlərini nəzərə alsaq, belə çıxır ki, Çin hökuməti də dəhliz statusuna isti baxmır. Beləliklə, həm qərb, həm İran, həm də Çinin müsbət baxmadığı bir məsələnin Bakı tərəfindən gerçəkləşdirilməsi çox çətin və qeyri-mümkün görünürdü. Yalnız Rusiya bu ideyanı dəstəkləyirdi. Amma Qərbin, İranın və böyük ehtimal ilə Çinin (bunu ehtiyatla söyləyir, çünki bu, şəxsi qənaətidir – M.U.) razı olmadığı məsələni Bakı nəzərə aldı və bu mövzunun sülh gündəliyi ətrafında müzakirəsindən daşındı: “Amma bu, o demək deyil ki, biz sülh müqaviləsinə yaxınıq, müqavilə bu gün və ya sabah imzalanacaq. Çünki Bakının başqa bir tələbi də var. Bu tələb Ermənistanın konstitusiya dəyişikliyi ilə bağlıdır. Konstitusiya dəyişikliyi isə elə də sadə prosedur deyil, vaxt aparan bir prosesdir. Ona görə də, sülh müqaviləsinin tezliklə imzalanacağını söyləmək çətindir” - Şahin Cəfərli dedi.

“Ermənistan heç bir zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.

Bu sözləri Pressklub.az-a hərbi ekspert Emin Həsənli bildirib.

Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi məsələsində İrəvana həm İranın, həm Rusiyanın, həm də ABŞ-nin təzyiqi var. Rusiya istəyir ki, dəhlizə özü nəzarət etsin, ABŞ istəyir ki, orada Amerika hərbçiləri bu və ya digər formada dəhlizə nəzarət etsin, İran isə ümumiyyətlə, dəhlizin açılmasını istəmir: “Ermənistan özündən asılı dövlət deyil ki, müstəqil qərar verə bilsin. Amma onlar anlamalıdırlar ki, bu cür qeyri-müəyyənliyi uzun müddət davam etdirə bilməzlər. Ermənistan sülh müqaviləsini imzalayıb, Azərbaycanın şərtlərini qəbul edib, normal yaşamalı və bütün nəqliyyat dəhlizləri açılmalıdır”.

Digər müsahibimiz hərbi ekspert Elxan Şıxalıyev saytımıza açıqlamasında deyir ki, Zəngəzur dəhlizi məsələsinin sülh gündəliyindən çıxarılması, tərəflərin bu məsələni istədikləri kimi həll edə bilməməsindəndir. Burada region dövlətlərin maraqları çərçivəsində olan məsələlər, birdə qlobal güclərin bu dəhlizi necə görmək istədikləri ilə bağlı məsələlər var. Onlar istəyir ki, Zəngəzur dəhlizi Ermənistanın və Ermənistanı dəstəkləyən qlobal güclərin nəzarətində olsun. ABŞ daha çox bu narrativləri səsləndirir.

“Zəngəzur dəhlizi sülh gündəliyindən çıxarıldıqdan sonra müqavilənin imzalanması tezləşə bilər. Təbii ki, Ermənistan konstitusiyanı dəyişməyə qərara verə bilsə... Azərbaycan üçün Zəngəzur dəhlizi yeganə variant deyil, alternativ variant olan Araz dəhlizi var. Ermənistanın isə belə bir alternativi yoxdur. Bu səbəbdən də itirən Ermənistandır” – ekspert bildirir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru