`Kontakt Home` müştərisində əsəb də qoymayıb... - "4 gündür artıq..."
Tarix: 14-08-2024, 08:42 |
Çap et
"Bu qədər insan Kontakt Home mağazasından şikayət edirdi. Fikirləşirdim bu qədər ola bilməz də. Nə isə öz başıma da gəldi..." Dia-az.İnfo bildirir ki, bunu paytaxt sakini Leyla Məmmədli öz gileyində ifadə edib.
Narazı vətəndaş daha sonra qeyd edir: "Deməli saytdan aldıq kondisioneri kreditlə tez getirdilər çatdırdılar, kredit müqaviləsinə də imza atdıq. İndi gəlib quraşdırmırlar. 4 gündür artıq. Yəqin bizi düşünürsüz Əziz Kontakt Home lakin siz bizim yerimizə narahat olmayın. Havalar istidir, işıq pulu verə bilərik. Amma istiyə və sizin məsuliyyətsizliyinizə görə pozulan əsəblərimizi müalicə etdirmək daha çətindir. Əlaqə saxlayırıq, deyirlər, qeydə alındı şikayət. 10 manat kontur gedib artıq..."