Dünyaya demokratiya adı ilə fəlakət gətirən ABŞ - Cənubi Qafqaz üçün maşa Ermənistandır?
Tarix: 14-08-2024, 17:37 | Çap et
ABŞ-nin dünyanın istənilən nöqtəsində münaqişə ocağı yaratmağa meyilli olması, demokratiya adı altında bölgələrə fəlakət gətirməsi hər kəsə məlumdur. Birləşmiş Ştatlar ayrı-ayrı yerlərdə öz hegemonluğunu qorumaq üçün “parçala və hökmranlıq et” siyasətini yürüdür. Rəsmi Vaşinqton bunu həyata keçirmək üçün digər ölkələrin ərazisində ictimai narazılığı təşkil edir, iğtişaşların maliyyəçisinə çevrilir və yaxud da “rəngli inqilablar”la bəyənmədiyi prezidentləri, hakimiyyətləri devirir.
Belə siyasətin ən son nümunəsi kimi Banqladeşdə baş verən hadisələri göstərmək olar.
ABŞ-nin burnu indi də Cənubi Qafqazda, daha dəqiq desək, Ermənistan-Azərbaycan sərhəddində görünür. Sülh müqaviləsi ilə bağlı danışıqların getdiyi bir məqamda Amerika gizli şəkildə Ermənistana bir ucdan silah daşıyır və bunu şərh etməkdən yayınır.
Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ kimi güc mərkəzləri böyük həvəs və istəklə münaqişə ocaqları yaradırlar. Bu, onlara müdaxilə imkanları yaradır. Digər tərəfdən də öz siyasi hədəflərini uzaqlarda həyata keçirmək şansını verir.
“Münaqişə ocaqları hegemon qüvvələrə birinciliyin kimdə olduğunu göstərmək imkanını verir. ABŞ-nin əsas qayəsi ondan ibarətdir ki, dünya nizamını sona qədər çökdürsün.
Hazırda Ermənistanı yenidən silahlandırmaqla revanşizm ruhunu qidalandırır və ATƏT-in Minsk qrupunu yenidən oyatmaq istəyir.
Bu, ondan xəbər verir ki, ABŞ və Qərbin bəzi dairələri üçün qondarma Qarabağ və ya Azərbaycan-Ermənistan münaqişəsi bitmiş sayılmır. Onlar hələ son şansdan istifadə etmək istəyirlər. Hesab edirlər ki, mübahisəli məqam sona çatmayıb və bundan istifadə edərək Azərbaycana təzyiqlərini göstərsinlər.
ABŞ dünya birliyini qlobal müharibə ilə hədələyir. Bəs bu qlobal müharibəyə yol açanlar kimlərdir? Burada Rusiyanın böyük günahı var. 2022-ci ildə Ukraynaya xüsusi əməliyyat adı altında müdaxilə etdi. Və əsas gücü ora yönəltdi. İsrailin də çox böyük günahı var. Fələstinlə münaqişələr fonunda Amerikaya çox böyük şanslar yaradır.
Sizə bir məqamı da qeyd edim. Hazırda Kursk vilayətinə daxil olan Ukrayna ordusunun tərkibində ABŞ və Böyük Britaniyada təlimlər keçmiş xüsusi dəstələr var. Onlar Rusiya ordusuna qarşı mübarizəni böyük məharətlə davam etdirdilər.
Kurska ona görə daxil oldular ki, Sunca məntəqəsinin ətrafında qaz paylaşdırıcı stansiya var. O stansiyadan Avropaya qaz ixracatı davam edir. Onu alanlar içərisində Slovakiya, Sloveniya, Avstriya kimi ölkələr var.
Məhz ora müdaxilə etməklə qazpaylayıcı stansiyanın fəaliyyəti dayandırıla bilər. Bu, artıq fors-majordur. Ancaq fors-major ətrafında baş verən hadisənin günahı kimin üzərinə düşəcək? Əlbəttə, Rusiyanın. Çünki hadisələr Rusiyanın ərazisində baş verir. Çalışırlar ki, Rusiyanın borc yükünü, iqtisadi çətinliklərini artırsınlar. Burada biz geosiyasi və geoiqtisadi oyunun elementlərini görürük. Bütün bu proseslərdə pozucu dəsti-xətti görürük. Məqsəd isə xaos yaratmaqdır”.
ABŞ səfirliyi Ermənistana silah daşınması ilə bağlı sualı şərh etmədi
Politoloqun sözlərinə görə, Qərb birlikləri Ermənistanı silahlandırmaqla Azərbaycana basqı edir:
“Hamısı düşünülmüş şəkildə baş verən proseslərdir. Əksər oyunçuların məqsədi odur ki, dövlətlər görünməmiş çətinliklərlə üzləşsinlər və güc mərkəzlərindən imdad diləsinlər. Ancaq hər şey onların yazdığı ssenari ilə olmur.
Ermənistan onsuz da maşa dövlətdir. Onun 90 faiz ərazisi Azərbaycana məxsus torpaqlardır. Bu dövləti zorla yaratdılar. Dövlətin özünün müstəqil, suveren siyasəti yoxdur. Digər tərəfdən ona aydın qərar verməyə imkan vermirlər.
Nikol Paşinyan özünü rahat, sabit apara bilər. Amma bu o demək deyil ki, ölkəsi üçün böyük bir təminat yaradacaq.
Hazırda Ermənistanda Rusiyaya qadağan olunmuş texnologiyaları, qurğuları ötürməklə qara bazardan böyük pullar qazanırlar. Ancaq bu, müvəqqəti bir canlanmadır. Ermənistanın çox ciddi problemləri var. Onların öhdəsindən gəlmək üçün antiböhran proqramı həyata keçirməlidirlər.
Təəəssüf ki, qonşumuz hələ də maşa rolunda qalır. Azərbaycan isə özü- öz siyasətini müəyyən edir, heç kimə imkan vermir ki, yuxarıdan aşağı baxsın, ultimatum dili ilə danışsın. Qərarları Bakı verir. İrəvanın isə bu səlahiyyəti yoxdur. Kilsə, diaspora və güc mərkəzləri əlini bağlayıb”.
Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azad olunmuş bu kəndlə bağlı 2 milyon ayrıldı
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2 milyon manatlıq nağdsız ödəniş avadanlıqları alır
Bu gün, 00:02 |
|
|
|
• Qiymət artımı davam edəcək - NƏ ETMƏLİ?
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda yaşamaq üçün gələn hindistanlıların sayı sürətlə artır - Özümüzə gün ağlayan lazımdır...
Dünən, 19:00 |
|
|
|
• Zəngilanın bu kəndinin elektrik ilə təmin olunması 2,1 milyon manata başa gələcək
Dünən, 18:56 |
|
|
|
• Ədliyyə Nazirliyində böyük məsləhətçi rəis vəzifəsinə gətirildi - Təyinat
Dünən, 18:12 |
|
|
|
• "Bu şəxsin yaşadığı ərazidəki sakinlər öz istədikləri kimi ona cəza verə bilərlər" - REAKSİYA
Dünən, 18:09 |
|
|
|
• Ölkənin ikinci böyük şəhərində su təchizatı və kanalizasiya sistemi yenidən qurulur - VİDEO
Dünən, 18:03 |
|
|
|
• “Çılpaq müğənniləri tənqid edənlər, onları görəndə şəkil çəkdirirlər” – Fazil Mustafa
Dünən, 18:01 |
|
|
|
• Ermənistan revanşizm əhval-ruhiyyəsində: - “Şeytanla belə əməkdaşlıq etməyə hazırdırlar”
Dünən, 17:58 |
|
|
|
• Güney Azərbaycanın siyasi partiyaları RƏSMİ TEHRANA QARŞI - BƏYANAT
Dünən, 17:50 |
|
|
|
• Azərbaycana qarşı yeni cəbhə - AÇIQLAMA
Dünən, 17:46 |
|
|
|
• 70 saylı Neftçala Seçki Dairəsinin 6 məntəqəsinin nəticələri ləğv edilib - AMMA YEKUN NƏTİCƏ...
Dünən, 17:43 |
|
|
|
• Şvabe kimilərinə maliyyə erməni diasporasından gəlir - Görünəni odur ki...
Dünən, 17:38 |
|
|
|
• Azərbaycan tarixində heç vaxt bu qədər boşanma olmayıb – Tam siyahı
Dünən, 17:33 |
|
|
|
• Siyasi təlxəklər bundan nəticə çıxarsalar daha yaxşı olar - deputat
Dünən, 17:30 |
|
|
|
• Ziya Hüseynzadə Razi Əliyevanı MƏHKƏMƏYƏ VERDİ
Dünən, 17:26 |
|
|
|
• Dollar və avro UCUZLAŞACAQ?
Dünən, 17:24 |
|
|
|
• Verilişi bağlanan Amil Xəlilin yeni işi
Dünən, 17:01 |
|
|
|
• General Sadiq Abduyev rəisi olduğu qurumu məhkəməyə verdi - DETALLAR
Dünən, 16:58 |
|
|
|
• “Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində
Dünən, 16:56 |
|
|
|
• Aİ-nin “qara siyahı”sına düşən azərbaycanlı kimdir? - Rusiyanın “kölgə donanması”
Dünən, 16:55 |
|
|
|
• "Mən bu gün də inanmıram ki, Rusiya ABŞ-la razılaşmadan Ukraynaya girib" - deputat
Dünən, 16:52 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasının sədri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:46 |
|
|
|
• "Omid" müştəriyə verdiyi vədə əməl etmir - GİLEY
Dünən, 16:40 |
|
|
|
• “Həyat yoldaşım gözəl xanımlara baxanda qısqanmıram” - Azərbaycanlı aktrisa
Dünən, 16:36 |
|
|
|
• MSK Cahandar Bayoğlunun şikayətlərini rədd etdi - Ümid qaldı...
Dünən, 16:31 |
|
|
|
• AMEA sadəcə TƏƏSSÜFLƏNİR: Bu da sizə REAKSİYA! - Dİ DAĞILIŞIN...
Dünən, 16:27 |
|
|
|
• `Bank of Baku`dan görünməmiş saxtakarlıq – İş adamları ölkə rəhbərliyinə müraciət etdi
Dünən, 16:24 |
|
|
|
• MSK Mustafa Hacılının müraciəti barədə qərar verib
Dünən, 16:21 |
|
|
|
• Tələbələr təhsil kreditini hansı şərtlərlə əldə edə bilərlər - AÇIQLAMA
Dünən, 16:00 |
|
|
|
• Sülh gündəmi yoxdur, sadəcə informasiya hay-küyü var - Erməni revanşist ekspert
Dünən, 15:59 |
|
|
|
• İdeal Kredit BOKT vətəndaşı təhdid edib? - "Qızıl saatını satacağıq..."
Dünən, 15:58 |
|
|
|
• Ermənistanın xilası üçün 76 il əvvəlki plan işə salınır - İNCƏLƏMƏ
Dünən, 15:57 |
|
|
|
• "Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasında olan Ermənistanla bizi sülh imzalamağa tələsdirirlər" - FAKT BUDUR!
Dünən, 15:55 |
|
|
|
• İcra başçısı Qod Nisanovun əmrlərini yerinə yetirir - Qusarda nə baş verir?
Dünən, 15:53 |
|
|
|
• Kremldən Ərdoğanın sərt Krım açıqlamasına "yumşaq" reaksiya
Dünən, 15:51 |
|
|
|
• Qiymət artımını tənqid etdilər: - "İnkişaf etmiş ölkələrin təqaüdü, maaşı burada varmı? Yox"
Dünən, 15:50 |
|
|
|
• Zaqatalada autizmli uşağın döyülməsi ilə bağlı yeni DETALLAR
Dünən, 15:48 |
|
|
|
• Bakıda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - Prezidentə müraciət olundu
Dünən, 15:42 |
|
|
|
• Manat özü ucuzlaşmayacaq: Bəs dəyəri? - NECƏ OLACAQ?
Dünən, 15:34 |
|
|
|
• Qobustan qəsəbəsində səyyar qəbul keçirilib - FOTO
Dünən, 15:31 |
|
|
|
• "5-10 il bundan əvvəlki dərsliklərimizdə olan problemlər hazırda yoxdur" - AKTUAL
Dünən, 15:30 |
|
|
|
• Kişi xəyanət etmiş arvadıyla gecə belə davrandı: "Əyil, qulağına söz deyəcəm..." - TƏFƏRRÜAT
Dünən, 15:28 |
|
|
|
• İranın məntiqsiz “qırmızı xətti” – Zəngəzur dəhlizi Tehranı niyə narahat edir?
Dünən, 15:26 |
|
|
|
• Putin azərbaycanlı aparıcını səfir təyin etdi
Dünən, 15:25 |
|
|
|
• Ermənistan indi öz axmaqlığı ilə cəlbedici ölkədir - Ovanesyan
Dünən, 15:06 |
|
|
|
• Adil Əliyevi kim əvəzləyəcək... - Gülşən Paşayeva, yoxsa Fariz İsmayılzadə?
Dünən, 15:04 |
|
|
|
• "Hər gedişə 20 manat verək?" - ETİRAZ
Dünən, 15:00 |
|
|
|
• “16 qız yetişdirdim, heç biri qapımı açmır” - Xalq artisti
Dünən, 14:52 |
|
|
|
|