Ahıl uşağın etirafları .....                     İki nüvə gücü üz-üzə: .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarına .....                     Ermənistan sərhəd boyunca öz sərhədçilərinin iştirakını artırmaq niyyətindədir .....                     “Tələb olunan müayinələrdən keçməliyəm” .....                     “Paşinyan Minsk qrupunun ləğvini istəyir, .....                     "Bu sərəncam yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq" .....                     AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib .....                     Piyadanı döyən "BakuBus" sürücüsü .....                     Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi .....                     Sabunçunun ADİL OLMAYAN idarəçiliyi... .....                     Netanyahunu 10 il sonra Bakıya gətirən səbəb .....                     "Qızılağac LTD" MMC-nin 770 min manatdan çox .....                     “Oktay alimentə görə övladlarından imtina etdi” .....                     Elçin Cavadovun "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib .....                     Çinin yeni səfiri Ermənistana gedib .....                     İsrail polisi Qüdsdə bayraq açan erməniləri it sürütməsi etdi, .....                     "Ailəli kişi ilə evli olmuşam" .....                     Moskvada 9 May tədbirlərinə dəyişiklik edildi: .....                     İstanbul bələdiyyəsində 2-ci əməliyyat: .....                     Azərbaycanda konserv şirkəti səhmdarlarını .....                     Məsud Pezeşkian futbol oynadı .....                     Nərimanovun icra başçısı OLİQARX İMİŞ... .....                     Kəşfiyyat məlumatlarının Aİ-yə ötürülməsi Azərbaycan üçün təhlükədir .....                     "44 günlük müharibədə və bir günlük antiterror əməliyyatlarında onlar harada gizlənmişdilər?" .....                     İsmayıllının icra başçısı az qalmışdı müğənninin güdazına getsin... .....                     "ATƏT-in Minsk qrupu problemin həllini ertələyirdi, beynəlxalq iştirakçıları prosesdən uzaq tutmağa çalışırdı" .....                     Naxçıvanda bu vəzifəyə 10 nəfərin namizədliyi verilib .....                     "Kim nə istəyir etsin, əl çəksinlər Əli müəllimdən" .....                     Pekinin Bakıya bu qədər marağının səbəbi .....                     Kazinoların bərpası gündəmdə: xeyri nə, təhlükəsi nə? .....                     Aİ-nin yeganə güvənəcəyi enerji təminatçısı Azərbaycandır .....                     Kallasın Bakı səfərinin əsl məramı nə idi? .....                     Konstitusiya islahatlarına hazırlıq anonsu .....                     Səfir Qurgenlə oliqarx Ara Moskvada nə üstə davaya çıxdı?.. .....                     Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? .....                     "Onun ”Azərbaycan və İran eyni bədənin hissələridir" deməsi anlaşılan deyil" .....                     Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir .....                     "Sahil Babayevə deyin ki, pensiyaları VAXTINDA VERSİN..." .....                     Azərbaycanın dostu ilə qardaşı arasında “S-400” gərginliyi .....                 

Paşinyan sülhü uzatmaq üçün bütün addımları atır - FAKT BUDUR!
Tarix: 4-09-2024, 14:02 | Çap et
Paşinyan sülhü uzatmaq üçün bütün addımları atır
Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan konstitusiya, silahlanma və digər məsələlərlə bağlı Bakını ittiham etdi. Əsassız iddialarla Azərbaycanı suçlayan baş nazirin ritorikasının kifayət qədər sərtləşdiyi də nəzərdən qaçmadı. Paşinyan Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları olduğunu iddia etdi. Halbuki Azərbaycan Konstitusiyasında heç bir qonşuya ərazi iddiası yoxdur. Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi məsələsinin də sühdən sonra mümkünlüyünü gündəmə gətirib. Baş nazirin fikrincə, sülh bərqərar olandan sonra bu formatın mövcudluğu suallar yarada bilər. Paşinyan silahlanmaya, Fransa və Hindistanla hərbi-texniki əməkdaşlığa da haqq qazandırıb. Deyib ki, əgər Azərbaycan silah-sursat alırsa, Ermənistan niyə silahlana bilməz?! Paşinyan yalandan iddia edib ki, guya Azərbaycan Ümumdaxili Məhsulun həcminin 17 faizini hərbi məqsədlərə xərcləyir. Əslində isə bu rəqəm 4 faiz ətrafındadır. Ermənistanın isə xərcləri bundan artıqdır və rəsmi açıqlamalara əsasən, 6 faiz təşkil edib. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir. Bu vəsaitlərin hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusu olaraq qalır. Məsələn, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətində atılan addımlar büdcədənkənar xərclərə aiddir. Bu il iyulun 22-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım ayrılması nəzərdə tutulub. 2024-cü il üçün Ermənistan müdafiə büdcəsi bir milyard 400 milyon dollardan artıq olub. Bu da 2023-cü ilin xərcləri ilə müqayisədə 7 faiz çoxdur.

Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az”a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan əvvəldən sülh prosesini uzatmağa çalışırdı. Ekspertin sözlərinə görə, baş nazir sülhün tezliklə imzalanmaması üçün bütün addımları atmaqdadır:

"Paşinyan gözləntisi o yöndədir ki, ABŞ və Avropa ölkələri Ermənistanı silahlandırmağa davam edəcək. Bu da gələcəkdə revanşizm ideyalarının baş qaldırmasına şərait yaradacaq. Ermənistan hazırda Rusiyanın orbitindən uzaqlaşaraq Qərbə sığınır. ABŞ və Fransa kimi ölkələr Ermənistanı silahlandırmaqla yeni müharibəyə təhrik etməyə çalışırlar. İrəvanın Vaşinqtonla birlikdə hərbi təlimlər keçməsi, Amerika hərbi kontingentinin müəyyən bir hissəsinin Ermənistanda fəaliyyət göstərməsi göz önündədir. "Mülki missiya" adı ilə Avropa İttifaqının xüsusi hərbi qruplaşmasının Ermənistanda hərbi və kəşfiyyat funksiyasını icra etməsi də məlumdur. Yəni Ermənistanda arxayınlıq yaranıb. Ona görə də tədricən Azərbaycanla güc dilində çalışmağa səy göstərir. Ermənistanı uzunmüddətli hərbi-siyasi təxribatlara həvəsləndirirlər. Paşinyanın ritorikasını dəyişdirən məqamlar bunlardır".

Analitik vurğulayıb ki, İrəvan hökuməti Azərbaycanla güc balansını, mövcud vəziyyəti bərabərləşdirmək niyyəti güdür:
"Azərbaycan Konstitusiyasında Müstəqillik Aktı Bəyannaməsinə istinad var. O cümlədən vurğulanır ki, indiki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Amma bu, tarixi faktdır. Nə Müstəqillik Bəyannaməsində, nə də AXC dövründə Ermənistana qarşı ərazi iddiası var. Ərazi iddiasına əsas yaradacaq səbəb, hal, müddəa yoxdur. Amma Ermənistan konstitusiyasında açıq-aşkar Azərbaycana qarşı ərazi iddiası yer almaqdadır. Ermənistanın Müstəqillik Bəyannaməsində "Dağlıq Qarabağın Ermənistana birləşdirməsi məsələsi" əksini tapıb. Bu, birmənalı ərazi iddiasıdır, çünki erməni tərəfi Azərbaycan ərazilərinin müəyyən hissəsini "öz ərazisi" kimi qeyd edir. Ermənistan konstitusiyasında buna istinad edildiyinə görə Bakının tələbi əsaslıdır. Həm də təkcə Azərbaycana deyil, qardaş Türkiyəyə qarşı ərazi iddiası var. Erməni gerbində Ağrı dağının simvolu əks olunub. Bunlar ərazi iddialarına hüquqi əsas verən məqamlardır".

Q.Əlibəylinin sözlərinə görə, beynəlxalq müqavilələrdə daxili qanunvericiliyə istinad olunmur" fikri də yanlışdır:
"Beynəlxalq müqavilələr daxili qanunvericiliyə uyğun olaraq ratifikasiya edilir. Ən əsası isə Ermənistan etibar edilməyən dövlətdir. İndiyə kimi bir neçə sənədə imza atsa da, sonradan arxasında durmayıb. Məsələn, 10 noyabrda imzalanmış üçtərəfli bəyannaməni götürək. İrəvan hökumətinin başçısı Zəngəzur dəhlizinin açılmasına razılıq olaraq sənədə qol çəksə də, indi məsuliyyətdən qaçır. Həmçinin Qarabağdakı qanunsuz silahlı dəstələr də razılaşma əsasında çıxmadı və Azərbaycan Ordusu onları hərbi güc hesabına ərazilərindən dəf etdi. Ermənistan müxtəlif bəhanələrlə boyun qaçırmağa çoxdan alışdığı üçün İrəvanın sözlərinə etimad edilmir. 30 il ərazilərimizi işğal altında saxlamış Ermənistan öz silahlanmasına bu cür haqq qazandırır ki, niyə Azərbaycan silahlanır? Bu, absurd yanaşmadır. O zaman biz də Ermənistan ərazilərinə girək və 30 il özümüzdə saxlayaq. Belə qarşılıqlı müqayisələr qüsurludur. Azərbaycan öz ordusunu ona görə müasir silah-sursatla təchiz edir ki, torpaqları illərlə işğala məruz qalıb, ərazisi viran qoyulub, insanları qaçqın düşüblər. Bəs Ermənistan hansı əsaslarla silahlanır? Yenidən müharibəyə başlamaq və Azərbaycan torpaqlarını zəbt etmək?! Belə deyilsə, niyə müdafiə yox, məhz hücum silahlarını alır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ahıl uşağın etirafları - Bahəddin Həzi yazır...
Bu gün, 14:02
İki nüvə gücü üz-üzə: - “Asiya qan gölünə çevrilə bilər”
Bu gün, 14:00
Azərbaycanın şərab şirkəti səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
Bu gün, 13:58
Ermənistan sərhəd boyunca öz sərhədçilərinin iştirakını artırmaq niyyətindədir - Paşinyan
Bu gün, 12:53
“Tələb olunan müayinələrdən keçməliyəm” - Həbsdən azad edilən Əvəz Zeynallı
Bu gün, 12:36
“Paşinyan Minsk qrupunun ləğvini istəyir, bunu istəməyən başqalarıdır”
Bu gün, 12:28
"Bu sərəncam yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq" - Rəşad Məcid
Bu gün, 12:11
AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib - FOTO
Bu gün, 12:02
Piyadanı döyən "BakuBus" sürücüsü İŞDƏN ÇIXARILDI
Bu gün, 11:54
Şuşada gənclər arasında dava: 1 nəfər xəsarət aldı, 2 nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:48
Sabunçunun ADİL OLMAYAN idarəçiliyi... - AXI NİYƏ?..
Bu gün, 11:43
Netanyahunu 10 il sonra Bakıya gətirən səbəb – İki istək var, “yoxlama” olacaq
Bu gün, 11:31
"Qızılağac LTD" MMC-nin 770 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 11:25
“Oktay alimentə görə övladlarından imtina etdi” - Aysel Şükür
Bu gün, 11:14
Elçin Cavadovun "Avtomatikanın əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib - FOTO
Bu gün, 11:03
Çinin yeni səfiri Ermənistana gedib
Bu gün, 11:01
İsrail polisi Qüdsdə bayraq açan erməniləri it sürütməsi etdi, Azərbaycan dilində replika isə...
Bu gün, 10:52
"Ailəli kişi ilə evli olmuşam"
Bu gün, 10:43
Moskvada 9 May tədbirlərinə dəyişiklik edildi: - Konsert ləğv olundu
Bu gün, 10:34
İstanbul bələdiyyəsində 2-ci əməliyyat: - Vəzifəlilər saxlanıldı
Bu gün, 10:32
Azərbaycanda konserv şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 10:25
Məsud Pezeşkian futbol oynadı - FOTO
Bu gün, 10:16
Nərimanovun icra başçısı OLİQARX İMİŞ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:13
Kəşfiyyat məlumatlarının Aİ-yə ötürülməsi Azərbaycan üçün təhlükədir - Bakının hansı qərarı verə biləcəyi açıqlandı
Bu gün, 10:02
"44 günlük müharibədə və bir günlük antiterror əməliyyatlarında onlar harada gizlənmişdilər?" - ...niyə doyüş meydanına çıxmadılar?
Bu gün, 09:59
İsmayıllının icra başçısı az qalmışdı müğənninin güdazına getsin... - İLGİNC İDDİALAR
Bu gün, 09:52
"ATƏT-in Minsk qrupu problemin həllini ertələyirdi, beynəlxalq iştirakçıları prosesdən uzaq tutmağa çalışırdı" - ELƏ BUNA GÖRƏ DƏ...
Bu gün, 09:40
Naxçıvanda bu vəzifəyə 10 nəfərin namizədliyi verilib - VİDEO
Bu gün, 09:36
"Kim nə istəyir etsin, əl çəksinlər Əli müəllimdən" - QALMAQAL
Bu gün, 09:32
Pekinin Bakıya bu qədər marağının səbəbi - Markov ŞƏRH EDİR
Bu gün, 09:21
Kazinoların bərpası gündəmdə: xeyri nə, təhlükəsi nə? - AKTUAL
Bu gün, 09:14
Aİ-nin yeganə güvənəcəyi enerji təminatçısı Azərbaycandır - FAKT BUDUR!
Bu gün, 09:13
Kallasın Bakı səfərinin əsl məramı nə idi? - İNCƏLƏMƏ
Bu gün, 09:11
Konstitusiya islahatlarına hazırlıq anonsu - GƏLİŞMƏ
Bu gün, 09:09
Səfir Qurgenlə oliqarx Ara Moskvada nə üstə davaya çıxdı?.. - “Past”
Bu gün, 09:08
Moskvanın Cənubi Qafqaz və oradan keçən strateji neft-qaz kəmərlərini nəzarətə götürməsi mümkündürmü? - TƏHLÜKƏ VAR...
Bu gün, 09:03
"Onun ”Azərbaycan və İran eyni bədənin hissələridir" deməsi anlaşılan deyil" - Partiya sədri
Bu gün, 09:01
Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir - MƏQALƏ
Bu gün, 08:58
"Sahil Babayevə deyin ki, pensiyaları VAXTINDA VERSİN..." - Maliyyə naziri İNDİ HARANI QAYÇILAYACAQ...
Bu gün, 08:56
Azərbaycanın dostu ilə qardaşı arasında “S-400” gərginliyi - NƏ BAŞ VERİR?
Bu gün, 08:33
"Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
Bu gün, 08:31
"Mən gündəmdə olan müğənniləri dinləmirəm" - Cavanşir Quliyev
Bu gün, 07:17
Ögey ana ilə oğulun MÜLK DAVASI - TƏFƏRRÜAT
Bu gün, 07:11
Tramp təzyiqi artırır, "məcburi sülh" ola bilər - "Tayms"
Bu gün, 07:03
Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
Bu gün, 07:01
Elbrus İsayev 1 manatlıq şirkəti qalıb etdi - TENDER-MENDER
Bu gün, 06:51
Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir? - AXI NİYƏ?..
Bu gün, 06:42
Nazirliyin bu mərkəzi 10 manatlıq şirkəti yarım milyonluq tenderdə qalib edib - DETALLAR
Bu gün, 06:34
İşğalçı rus qulağımızın dibində NƏ QƏLƏT QARIŞDIRIR? - Görünəni odur ki...
Bu gün, 06:31
Avropa Vaşinqtona qarşı: “Bu, yolverilməzdir” - AKTUAL
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru