Azərbaycanlıların aldığı 1200 maşını Rusiya buraxmır .....                     Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq .....                     Paşinyan Gürcüstana işgüzar səfərə gedib .....                     Ermənistandan savaş açıqlaması: .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq, səmərəli danışıqlar davam edəcək .....                     Antalyada istirahət edənlərin əziyyətini niyə naxçıvanlılar çəkməlidir? .....                     Ermənistan iki ittifaq arasında tarazlıq axtarır .....                     Azərbaycanda həyəcan təbili: .....                     Zaur Kamal verilişi oğlu ilə birgə aparacaq .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Məmurlar biz vətəndaşları SAYA SALMIR..." .....                     Mamicanyan Paşinyanı yerdən-yerə vurdu .....                     Tərtərdə korrupsiya həbslərinin YENİ DALĞASI .....                     Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir .....                     Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək .....                     Dillər Universitetində vəzifələr SATILIR? .....                     İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar .....                     Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? .....                     ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə .....                     327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib .....                     “Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi .....                     Özünü şəhidin xanımı kimi təqdim etdi .....                     “İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” .....                     Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib .....                     İrəvandan müəmmalı gediş: bir addım irəli, iki addım geri .....                     “O vaxt kanallar bəstəkarı dinləyirdi, .....                     Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr... .....                     Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır .....                     Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı... .....                     Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb? .....                     Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? .....                     Naxçıvanda YENİ BÖHRAN: Bu dəfə həkim qıtlığı... .....                     Bakı göstərməlidir ki, o, buna can atır .....                     Fuad Əsgərov məhkəmə zalında HƏBS OLUNDU .....                     Qərb Cənubi Qafqazda ciddi səhvlər edir .....                     “Sülh sazişini günü sabah imzalamağa hazırıq” .....                     İrəvanla razılaşmanın sirri açıldı .....                     Paris İrəvana vəd verdi: Sizi Rusiyadan qoruyacağıq! .....                     "Aztelekom" internetdən imtina edənləri cərimələyir? .....                     Mərkəzi Bank faiz dərəcəsinə dair qərar verir .....                 

“Hacıbaba Bağırov bıçağı atdı ayağımın altına” - Əməkdar artist
Tarix: 4-09-2024, 15:44 | Çap et
“Hacıbaba Bağırov bıçağı atdı ayağımın altına”
Lent.az-ın müsahibi Əməkdar artist, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru Çingiz Əhmədovdur.

- Çingiz müəllim, yeni mövsümün açılışında görüşürük sizinlə. Tamaşaçılarımızı hansı rolunuzla sevindirəcəksiniz?

- Oktyabrın 4 də “Adamın adamı” tamaşamız oynayacağıq. 2005-ci ildə oynamışam bu rolu, rəhmətlik Hacıbaba Bağırovun rolu idi. Sağlığında məni çağırdı, özünün 3 obrazını mənə verdi. Dedi daha yorulmuşam. Mən bu rolları qəbul edəndə rəhmətlik özü ANS televiziya kanalının efirində demişdi ki, daha arxayınam ki, məndən sonra rollarımı yaxşı aktyor oynayacaq, təlxək yox.

- Sizin necə? Özünüzdən sora rollarınızı həvalə edəcəyiniz biri var?

- Yoxdur. Bir tamaşamız var, “Baladadaşın toy hamamı”. Əməliyyat olunmuşdum, yerimə oynayacaq adam olmadı deyə, tamaşanı təxirə saldıq.

- 40 ildir Musiqili Komediya Teatrında çalışırsınız. Bir ara inciyib getmişdiniz. Necə qərar verdiniz qayıtmağa?

- Hacıbaba Bağırov məcbur elədi. 1983-cü ildə İncəsənət Universitetini bitirən kimi, burada işə başladım. Allah rəhmət eləsin, gözəl aktrisamız Ofeliya Məmmədzadə qolumdan tutub gətirib bura. 1991-ci ildə bir inciklik oldu, getdim Hüseynağa Atakişiyevin Gənclər teatrına. Hüseynağa Atakişiyev böyük məktəb idi. Çox yaxşı qarşıladı məni, gözəl rollarım, tamaşalarım oldu. Paralel olaraq televiziyada proqramlarım da yayımlanırdı. 2003-cü ilə qədər onunla işlədim. Rəhmətlik Hacıbaba Bağırov bu teatra rəhbər gələndə xəbər göndərdi ki, qayıt “ata ocağına”, hətta Səyavuş Aslanı göndərdi dalımca, razılıq vermədim. ANS kanalında “Yeriniz məlum” proqramım yayımlanırdı, dedilər Hacıbaba Bağırovu çağırsaq, yaxşı olar. İclasda rəhbərliyə dedim ki, onu gətirəcəm. Hacıbaba Bağırov o ərəfələr heç bir proqrama getmirdi. Zəng vurdum ona. Dedi “ölürəm sənin verilişlərin üçün, elə oturub ona baxırdım”. Dedim səni çağırmaq üçün zəng vurmuşam. Cavab verdi ki, gələrəm bir şərtlə, sən də teatra qayıdasan. Beləcə qayıtdım teatra.

- Qayıdan kimi öz rollarını sizə verdi?

- Hə. O ərəfələr 3 tamaşada rolu vardı. “Beydullanın möhtəşəm toyu”, “Adamın adamı” və “Bir günlük siğə”. Dəvət elədi otağına. Dedi daha yorulmuşam. “Adamın adamı” tamaşasındakı rolumu oynaya bilərsən? Dedim mən bu rola hazıram, amma bir iki dəfə məşq edim. Tamaşa günü dedi ki, evə gedirəm mən sənə uğurlar. Heç demə getmirmiş qalxıb yuxarıdan tamaşaya baxıb. Gecə saat 12-də zəng vurdu ki, sabah gəl otağıma. Getdim otağına. Əlində meyvə bıçağı, alma soyurdu. Bıçağı atdı ayağımın altına. Dedi, “əclaf, sən mən etmədiyim ştrixləri də elədin, bu rol daha sənindi, mən onu oynamayacam”.

- Hər sənətkar başqasını belə tərifləmir...

- Hə o, böyük aktyor idi. Tez getdi aramızdan. Hərdən gedib məzarını ziyarət edirəm.

- Əvvəllər maraqlı verilişlərlə ekranlara çıxırdınız. İndi nə üçün görünmürsünüz?

- ANS kanalında 16-17 il işləmişəm. “Toylar kralı”, “Toylar kraliçası”, “Yerimdəyəm”, “Göstər özünü”, “Xalqın artisti”, “Yeriniz məlum” verilişlərim olub, həmişə də böyük reytinq toplayıb. ANS bağlanandan sonra “Space” kanalına gəldim. Orada son verilişim “Nuşi can” oldu. Vaqif Mustafayev, ondan sonra Müşfiq Hətəmov maraqlı işlər qoyurdular ortaya. Sonra rəhbərlik dəyişdi. Vado Karovin gəldi, bu insanla işləyə bilmədim. Məni çağırdı ki, bu verilişi sənə yaraşdırmıram, bir axşam verilişi verərik filan… Anladım ki, bu mədəni şəkildə “get” deməkdir, uzaqlaşdım. İndiyə qədər də, bu kanaldan hamı qaçır, aylarla maaş almırlar. Tezliklə Dünya TV də “Xalqın səsi” layihəm başlayacaq.

- Özünün kaprizli aktyor hesab edirsiniz? Bildiyimə görə tez-tez müsahibə vermirsiniz, qaçırsınız.

- Kaprizliyəmmi bilmirəm, məndən ehtiyat edirlər. Kapriz deyil, filmə çəkiləndə istəyirəm qarşımda əsl aktyor olsun. Canlı efiri çox sevirəm, onu yüksək səviyyədə hər aparıcı apara bilməz. Bir çox aparıcılar var, efiri toya, nişana çevirirlər, küçə söhbətləri edirlər. Bəziləri təlxəklik edir. Şou-proqram aparmaq başqadır, tamaşa başqa şeydir, tamadalıq tamam fərqlidir. Hər aparıcıya qanım qaynamır. Bir çox aparıcıları bloka atmışam. Birincisi onun indi eləmək istədiklərini mən çoxdan eləmişəm. İkincisi də mənimlə oturub söhbət edən adamın gərək buna bacarığı olsun, boş-boş suallar verməsin, intellektual səviyyəmiz tən gəlməlidir. 10 yaşımdan televiziyada böyümüşəm, bu sahədə baş ağartmışam. Çağırıb efirə mənə nə deyəcək? Bu günkü sərçə dünənki sığırçına dərs öyrədəcək? Efirə getsəm də, getməsəm də tamaşaçı gözündə Çingiz kimi qalmışam. İnsanların xoş münasibətini görürəm. Hamı ilə deyə-gülə danışıram. Xalq artisti var, yol gedir kimsə tanımır. Son zamanlar Xalq artisti adını kimə gəldi verirlər. Tamaşamızda deyildiyi kimi, adamın gərək adamı ola. Şöhrətə kiminsə sayəsində, kölgəsində yox, öz əməyimlə çatmışam. Əliağa əmi (Xalq artisti Əliağa Ağayev) məni çox istəyirdi, həmişə deyirdi, adə, bir o arıq qara oğlan var, mənə onu verin. Ondan başqa heç kimlə oynamayacam. Deyirdi sənin gələcəyin var. Adımı da yadında saxlaya bilmirdi, Çingiz yox, Cingöz deyirdi. Nəsibə xanımla, Əliağa Ağayevlə, Fazil Salayevlə, Bahadur Əliyevlə, Əli Zeynalov kimi nəhənglərlə işləmək qismət olub mənə. Həm də elə-belə yox, çox istəyiblər məni. Bu teatra gələndə artıq məşhur idim. Efirlərə çox çıxmışdım, tamaşaçı qəbul eləmişdi. Burda böyük sənətkarlar olub. Qocaman aktyorlar var idi ki, gənclər onların otağına əsla gələ bilməzdilər. Yalnız özləri çağırardılarsa yaxınlaşa bilərdilər. Amma mən gəlirdim, hal-əhval tuturdum. Bu teatrın ərköyünü idim .

- Bildiyimə görə Nəsibə Zeynalova sizin qohumunuz olub.

- Bəli. “Məmə”- mən ona belə demişəm həmişə, ana nənəmlə dayı qızı-bibiqızı olublar. Amma sənət yolumda bu qohumluğun hansısa rolu olmayıb.

- Dediniz yaşlı sənətkarlarla gənclər arasında bir baryer var idi.

- Sizcə o düzgün hal idi? Məsələn, siz də tanınmış, aparıcı aktyorsunuz, amma müşahidə etdim ki, dəhlizlərdə hər kəslə mehriban danışdınız, gənclərlə hal- əhval tutdunuz. Yəni, sənət yoldaşlarının öz aralarında bir birlərinə o qədər böyük sərhəd qoyması səhnədə çətinlik yaratmırdı?

- Peşəkar aktyora yaratmırdı. Küsülü aktyorlar olub ki, tamaşada qucaqlaşıblar, səhnədən düşəndən sonra yenə hərə üzünü bir tərəfə tutub.
“Hicran” tamaşasında Hacıbaba Bağırov, Səyavuş Aslan və Nəsibə xanım bir-birlərini dindirmirdilər. Amma necə böyük bir şedevr yaratdılar. Bu gün də heç kim o tamaşanı təkrarlamağa cəsarət eləmir. Ümumiyyətlə, elə əsərlər var ki, onlara dəymək olmaz. İlk ifaçılar tamaşaçı yaddaşında elə möhkəm iz buraxıblar ki, yeni aktyorları qəbul edə bilmirlər. Böyük bir zaman keçməlidir. Yadıma gəlir Nəsibə xanımın “Qaynana” tamaşasındakı rolunu o qastrolda olanda Nəcibə Behbudova əvəz edirdi, Rəşid Behbudovun bacısı idi. Hər nə qədər gözəl oynasa da, tamaşaçı qəbul eləmirdi. Dəfələrlə müşahidə eləmişdim, Nəcibə xanım oynayanda tamaşaçılar səssizə tamaşanı yarımçıq tərk edirdilər.

- Bir zamanlar sizi hind filmlərinin, hind musiqisinin aşiqi kimi tanımışdıq. Gəncliyiniz Mithun Çakrabortiyə çox bənzəyirdi…

- Hə. Kinostudiyada idim, Hindistandan qonaqlar gəlmişdilər. Mən də uzun şərf və plaşda dəhlizdə dayanmışdım, yanımdan keçdilər, sonra geri qayıtdılar ki, bu bizim aktyordur? Dedilər, yox, bakılıdır hindli deyil. Mənə 5 illik müqavilə ilə Hindistanda işləmək təklifi gəldi, anam rəhmətlik icazə vermədi, xəbəri eşidən kimi ağladı. Getmədim, kim bilir bəlkə də taleyim fərqli olardı.

- Yeni filmlər, yeni ssenarilərdən razısınız?

- O vaxtlar Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar var idilər. İndi Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar azdı. Mən bu nəhəng adamlarla işləmişəm deyə bəsit işləri tez sezirəm. Xoşuma gəlmir. Cılızlaşma gedir. Tamaşaçını təlxəkliklə güldürürlər, səviyyəli yumor azdır. İndi ağıllarına nə gəlir, yuxuda nə görürlərsə, onu da yazırlar və başlayırlar oynamağa. Şit, duzsuz əsərlər bu gün efirə gedir, sabah unudulur.

- Yaxşı parodiyalarınız da var idi. Hətta, bildiyimə görə, Əliağa Ağayevin, Nəsibə Zeynalovanın səsini o dərəcədə bənzətmisiniz ki, özləri də seçə bilmirmiş. Məzəli hadisələr törətdiyiniz, şuluqluq saldığınız olurdu?

- Hərdən olurdu (gülür). Dostlarıma onun səsi ilə zəng edirdim. Həm də tək onlar deyildi, Nazim Ağayev, Məlik Dadaşovun da parodiyasını edirdim. Bir dəfə AzTV-də çəkilişi olasıydı, Əliağa əmi ilə ikimiz “Komediyalar aləminə səyahət” verilişində oynayacaqdıq. Onun səsi ilə zəng elədim Məhərrəm Bədirzadəyə, dedim qızdırmam var, gələ bilmərəm. Mən dəstəyi asdım, rejissor 1 saat sonra götürüb evlərinə zəng edib ki, ay Əliağa müəllim, bəs sabah gələ bilərsən? Yoldaşı Cəvahir xala da deyib Əliğa yarım saat əvvəl çıxıb evdən, nə qızdırma, nə xəstəlik? Əliağa əmi eşidən kimi deyib bu hamısı o Cingözün işləridir.
Rəhmətlik Məmmədbağır Bağırzadə Hacıbaba Bağırovla Əlibaba Məmmədovu yaxşı parodiya edirdi. Bir dəfə Əlibaba Məmmədovun səsi ilə zəng edib Hacıbabaya ki, bəs bu Məmmədbağır olan yerdə biz toydan əliboş qayıdırıq, yenə pulları yığdı apardı. O da deyib, “həri, gərək daha onu özümüzlə toya zada aparmayaq”. Olurdu belə şirin zarafatlar.

- Bir az da ailənizdən bəhs etmək istərdim. Xanımınız hüquqşünasdır. Bir aktyorla ömür yoldaşı olmaq çətin olmayıb?

- Mehriban xanım gözəl ana, gözəl nənədir. Uşaqlarımızın tərbiyəsi ilə o məşğul olub, mən ailəmdən arxayın olmuşam. Təzə evlənəndə çoxlu zənglər gəlirdi, əhəmiyyət vermirdi. Çünki bir-birimizə etibarımız var idi. Ailədə əsas hörmətdir, biz bunu görmüşük. Oğlum da qızım da ailəlidir. İki nəvəmiz var. Mehriban xanım indi də nəvələrlə məşğuldur.

- Oğlunuz İbrahim Çingiz də aktyordur. Bir peşəkar olaraq onun aktyorluğunu necə qiymətləndirirsiniz?

- İbrahimlə fəxr edirəm. Rus Dram Teatrında işləyir, hərdən gedib tamaşalarına baxıram və gözlərimə inana bilmirəm. Yüksək peşəkarlıq nümayiş etdirir və buna çox sevinirəm. Bu yaxınlarda onun da iştirakı ilə “Bu şəhərdə kimsə yoxdur” serialı nümayiş olundu. Gözəl dramatik rol yaradıb. Başqa bir ampluada işləyir.

- Sizi hər zaman komediya janrında gördük. Dramatik rollar oynamaq ürəyinizdən keçməyib?

- Bu yaralı yerimdir. rejissorların gözü kordur. Üzr istəyirəm bu ifadəmə görə. Ölürəm dramatik rol oynamaqdan ötrü. Görmürlər. Dramatik rol oynamaq istəyirəm. Amma hər zaman komediyada görüblər deyə, komediyaya dəvət edirlər. Özlərinə əziyyət vermək istəmirlər. İçim doludur. Hələlik gözüm yoldadır, gözləyirəm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlıların aldığı 1200 maşını Rusiya buraxmır - ÇİN YOLU BAĞLANIR?
Bu gün, 13:22
Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq - AÇIQLAMA
Bu gün, 13:20
Paşinyan Gürcüstana işgüzar səfərə gedib
Bu gün, 13:17
Ermənistandan savaş açıqlaması: - “Plan qururuq, bütün sərhəd boyunca...”
Bu gün, 13:06
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq, səmərəli danışıqlar davam edəcək - The Economist
Bu gün, 13:04
Antalyada istirahət edənlərin əziyyətini niyə naxçıvanlılar çəkməlidir? - ETİRAZ VAR...
Bu gün, 13:02
Ermənistan iki ittifaq arasında tarazlıq axtarır - “Nezavisimaya qazeta”
Bu gün, 13:01
Azərbaycanda həyəcan təbili: - Ailələrdə uşaqların sayı azalır
Bu gün, 12:58
Zaur Kamal verilişi oğlu ilə birgə aparacaq
Bu gün, 12:56
Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 12:50
"Məmurlar biz vətəndaşları SAYA SALMIR..." - GİLEY
Bu gün, 12:42
Mamicanyan Paşinyanı yerdən-yerə vurdu
Bu gün, 12:35
Tərtərdə korrupsiya həbslərinin YENİ DALĞASI - içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə ƏLƏ KEÇDİ
Bu gün, 12:33
Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir - Paşinyanın partiyası
Bu gün, 12:29
Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək - The Economist
Bu gün, 12:25
Dillər Universitetində vəzifələr SATILIR? - Professordan növbəti İTTİHAM
Bu gün, 12:22
İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 12:18
Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? - Ukrayna müharibəsi, qapalı sərhədlər...
Bu gün, 12:14
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsaiti təsdiq edib
Bu gün, 12:08
327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib - AY MAŞALLAH...
Bu gün, 12:04
“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi
Bu gün, 12:02
Özünü şəhidin xanımı kimi təqdim etdi - Həbs olundu
Bu gün, 12:00
“İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib - FOTO
Bu gün, 11:51
İrəvandan müəmmalı gediş: bir addım irəli, iki addım geri - NƏ BAŞ VERİR?
Bu gün, 11:49
“O vaxt kanallar bəstəkarı dinləyirdi, indi isə bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır..”
Bu gün, 11:48
Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr... - Ekspert danışır...
Bu gün, 11:44
Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır - İLGİNC İDDİALAR...
Bu gün, 11:42
Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı... - "Kavkazskiy uzel"
Bu gün, 11:37
Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb? - Görünəni odur ki...
Bu gün, 11:35
Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? - AXI NİYƏ?
Bu gün, 11:28
Naxçıvanda YENİ BÖHRAN: Bu dəfə həkim qıtlığı... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:21
Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne
Bu gün, 11:12
Fuad Əsgərov məhkəmə zalında HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 11:11
Qərb Cənubi Qafqazda ciddi səhvlər edir - FAKT BUDUR!
Bu gün, 11:10
“Sülh sazişini günü sabah imzalamağa hazırıq” - Mirzoyan
Bu gün, 11:08
İrəvanla razılaşmanın sirri açıldı - Bakı sərhədi necə müəyyən edəcək?
Bu gün, 11:07
Paris İrəvana vəd verdi: Sizi Rusiyadan qoruyacağıq! - GƏLİŞMƏ
Bu gün, 11:05
"Aztelekom" internetdən imtina edənləri cərimələyir? - AKTUAL
Bu gün, 11:04
Mərkəzi Bank faiz dərəcəsinə dair qərar verir - MÜHÜM
Bu gün, 11:01
“Aqrarkredit” bəzi aktivlərini satışa çıxardı
Bu gün, 11:00
Separatizmə son qoyan əməliyyat - MƏQALƏ
Bu gün, 10:57
Ağadadaş Ağayevin başı yeni qalmaqalda - BU DƏFƏ BANK ONU MƏHKƏMƏYƏ VERDİ
Bu gün, 10:55
"İndi bizim üçün hər kəs pozğun və qatildir"
Bu gün, 10:52
İranlı deputatdan Rusiyaya Zəngəzur ittihamı - “Mehr”
Bu gün, 10:45
Bakıda 22 min dollarlıq DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 10:43
İki mühüm postda DƏYİŞİKLİK ANONSU... - İDDİA
Bu gün, 10:42
“Sülhpərvərlik” vətənpərvərliyə antonim olanda... – Xəyanətin yeni adı
Bu gün, 10:35
Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:32
Naxçıvan sakinləri CƏLİLOVUN ƏSARƏTİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru