“Ölkədə rəqabət yoxdursa, .....                     İrəvandakı “Qarabağ nümayəndəliyi” bağlanacaq? .....                     İrəvan ikibaşlı oynayır .....                     Moskva köhnə təklifi yenilədi: Rusiya vasitəçilik istəyində səmimidir? .....                     Azərbaycanlıları Türkiyəyə yatırım etməyə .....                     Minsk qrupu tezliklə ləğv olunacaq .....                     ABŞ Rusiyanı sevindirəcək qərar verməyə hazırlaşır .....                     Toyda zəhərlənmə şübhəsi ilə ümumilikdə 51 nəfər hospitalizasiya olunub .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     "Nə etməli idim? .....                     Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş .....                     32 nəfərin zəhərləndiyi restoranın məsul şəxsi danışdı: .....                     "İkiniz də bayağısınız" .....                     Üç dost Bakının məşhur restoranında yeyib-içib qaçdılar .....                     “Ay camaat, içirsinizsə, təmiz araq için” .....                     “Horadiz” sərhədindən ölkəyə külli miqdarda narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıb .....                     "Dövlət... inşallah, öz sözünü deyəcək..." .....                     Paytaxtda növbəti dəfə geniştəmizlik işləri aparılıb .....                     “Neçə aydır ki, ət yemirəm” .....                     Hərbi xidmətdən qaçan azərbaycanlı QAN TÖKDÜ .....                     11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev biznes qurub?! .....                     Türk telekanalında ermənicə serial .....                     Manatın axırı .....                     Mingəçevirdə daşınmaz əmlak bahalaşdı .....                     "Teleqramda mənim adımdan istifadə edərək tanışlarımdan və hətta anamdan belə pul alan bir dələduz var" .....                     Məhkəmə Adəm Məmmədovun şikayəti ilə bağlı .....                     Moskva İrəvana inanmır və "nəyəsə" ümid edir .....                     Hadrutda yaradılmış şirkət nizamnamə kapitalını .....                     Estetik həkimlərə icazə verildi, pasiyentlərə isə zəmanət yox .....                     Xarici dil DƏLƏDUZLARI: “3 aya ingilis dilini öyrən”, “4 aya rus dilində sərbəst danış” .....                     Bu nüanslar abituriyentlərin maksimum bal yiğmasına mane oldu .....                     Qarabağda 467 milyon dollar pulu kimlər "yeyib"?.. .....                     "Gecə ərimə deyim ki, məclis var, apar məni, kimsənin ürəyi istəyir" .....                     Azərbaycan səhiyyəsində yeni trend: özünü “uzman” adlandıran həkimlərə inanaqmı? .....                     Qazi-sahibkar nazirin ətrafından narazılıq edir .....                     ABŞ ilə ticarət müharibəsi Aİ-yə 1,1 trilyon avroya başa gələcək .....                     Azərbaycanda BOKT nizamnamə kapitalını müzakirəyə çıxarır .....                     Tiflis və Bakının İrəvana birgə həmləsinin vaxtı çatıb .....                     Eldar Mahmudovun əlaltısı məni və övladlarımı ölümlə hədələyir .....                     XƏLVƏT Sabunçunun özbaşına BƏYLƏRİ... .....                 

Qərbi Azərbaycan hökumətinin yaradılması tezləşə bilər - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 4-09-2024, 17:24 | Çap et
Qərbi Azərbaycan hökumətinin yaradılması tezləşə bilər
Ermənistanda sığınacaq tapan keçmiş separatçı rejimin qalıqları növbəti təhlükəli, avantürist təxribata start veriblər. Belə ki, keçmiş separatçı rejimin "rəhbəri" olmuş Samvel Şahramanyan iddia edib ki, vaxtilə imza atıb ləğv etdiyi separatçı xuntanın buraxılması barədə sənəd “konstitusiyaya ziddir”. Ardınca da, Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini deyib, hətta yenidən Qarabağı işğal etməkdən də bəhs edib.

“Böyük ümidimiz var ki, vətənimizə qayıdıb uğur qazanacağıq. Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmimizdədir. Bu problemi həll etmək üçün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komitə yaradılıb. Biz mütəmadi olaraq görüşür və mümkün qaytarılma məsələlərini müzakirə edirik. Hazır olmalıyıq. Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq”, - deyə o bəyan edib.

Şahramanyan ilk dəfə deyil ki, bu cür təxribatçı bəyanatlar səsləndirir. Bu ilin mart ayında Fransanın “Le Fiqaro” nəşrinə müsahibəsində iddia etmişdi ki, qondarma rejimin buraxılması qərarını separatçı soydaşlarının həyatını xilas etmək məqsədilə atıb.

Şübhəsiz ki, bu avantüra Şahramanyanın öz beyninin məhsulu deyil. Bu cəfəngiyyatın arxasında kənar qüvvələrin durduğuna şübhə yoxdur. Çox güman ki, onu bu bəyanatı səsləndirməyə Qərb dövlətləri və erməni lobbisi məcbur edir. Rusiyanın müxtəlif dairələrini də bura daxil etmək olar. Bu sırada Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də var. Yəni sistemli şəkildə Azərbaycana qarşı hücuma start verilib.

Ehtimal etmək olar ki, bu məkrli planı icra edənlərin sırasında baş nazir Nikol Paşinyan dayanmır. Çünki hakimiyyətə separatçılara dəstək sərf etmir. Son mətbuat konfransında baş nazir buna açıq şəkildə toxunub. O, Azərbaycanın Qarabağ bölgəsini tərk edən ermənilərin, indi separatçı rejimin bəzi keçmiş nümayəndələri tərəfindən formalaşdırılan məntiqlə, geri qayıtmasının real olmadığını bildirib. Deyib ki, Qarabağda qanunsuz separatçı qurumun ləğvi ilə bağlı fərman imzalayan və oranı təcili tərk edən şəxslər indi geri qayıtmaqdan danışırlar: “Mənim özümü ötən il ermənilərin Qarabağı və Şərqi Zəngəzuru tərk etməsinə maneə törətməkdə günahlandırırdılar, indi isə insanların ora qayıtmasına mane olduğuma görə mənə irad tuturlar”.

Paşinyan vurğulayıb ki, qondarma rejimin ləğvindən bir qədər əvvəl orada “hakimiyyət” dəyişikliyi baş verib və bu, Ermənistandakı məlum dairələr (müxalifət qüvvələrini nəzərdə tutur) tərəfindən dəstəklənib.

Erməni avantürasının arxasında, şübhəsiz ki, müəyyən çirkin planlar gizlənir. İlk növbədə, Qarabağdan "iti qovan kimi" qovulan separatçı rejimin tör-töküntülərindən ibarət “hökumət” qurmağa çalışılır. Azərbaycan buna simmetrik cavab verməli idi və verib də. Qərbi Azərbaycan İcması son bəyanatında mühacirətdə hökumət qurula biləcəyini gündəmə gətirib. İcma Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılması işinə başlamaq niyyətində olduqlarını bildirib. Bəyanatda mühüm məsələlərdən biri də qurumun yeni seçilmiş parlamentdə Qərbi Azərbaycana qayıtmaq üçün komissiya yaratmaq məqsədi ilə respublikanın Milli Məclisinə müvafiq müraciət göndərmək təşəbbüsüdür.

Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda, həmçinin sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamaları pislənilib. O cümlədən, Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pislənilib.

Beləliklə, bəyan edilib ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlanacaq.

Qeyd edilənlər bir sıra vacib addımların atılmasını zəruri edir. İlk növbədə, artıq mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı yetişib. İkincisi, azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Üçüncüsü, Qərbi Azərbaycandan olan, qaçqın həyatı yaşamış, hətta körpə olarkən valideynləri ilə çıxmağa məcbur olmuş deputatlar daha fəal olmalıdırlar.

Sonuncu parlamentdə bununla bağlı xüsusi komissiyanın yaradılması məsələsinə də baxılsa, yaxşı olar.

Sonda Ermənistan və onun havadarlarının diqqətinə bir incə məqamı da çatdırmaq istərdik. Nə məsələdirsə, ermənilər hər ilin sentyabrında sanki "qəflət yuxusu"ndan ayılır və Azərbaycana qarşı hərəkətə keçirlər. 2020 və 2023-cü illərin sentyabrında da bu cür hərəkətlərə şahid olmuşuq.

Lakin bütün bu təxribatlar separatçılar və onların tör-töküntülərinin Azərbaycan torpaqlarından əbədi qovulması ilə nəticələndi. Növbəti belə avantüra da məhz sentyabrda səslənib. Lakin unudurlar ki, növbəti cavab zərbəsi - “dəmir yumruq” İrəvan hökumətinin sonunu yaxınlaşdıracaq. Bu səbəbdən də yaxşı olardı ki, rəsmi İrəvan, eləcə də revanşizm eşqinə düşənlər odla oynamağı dayandırsınlar.

Report.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ölkədə rəqabət yoxdursa, Rəqabət Məcəlləsi nəyə təsir edə bilər?"
Bu gün, 14:22
İrəvandakı “Qarabağ nümayəndəliyi” bağlanacaq? - KİV
Bu gün, 14:10
İrəvan ikibaşlı oynayır - BUNLAR AĞILLANAN DEYİL...
Bu gün, 14:02
Moskva köhnə təklifi yenilədi: Rusiya vasitəçilik istəyində səmimidir? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanlıları Türkiyəyə yatırım etməyə nə vadar edir?
Bu gün, 13:58
Minsk qrupu tezliklə ləğv olunacaq - GÖZLƏNTİ
Bu gün, 13:08
ABŞ Rusiyanı sevindirəcək qərar verməyə hazırlaşır
Bu gün, 13:00
Toyda zəhərlənmə şübhəsi ilə ümumilikdə 51 nəfər hospitalizasiya olunub - TƏBİB
Bu gün, 12:55
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:50
"Nə etməli idim? - ...Üzündən öpərdim?"
Bu gün, 12:38
Şəkili Yusifin qohumu da qumara görə həbs edilibmiş - Milyonluq işdə bəraət aldı
Bu gün, 12:33
32 nəfərin zəhərləndiyi restoranın məsul şəxsi danışdı: - “Yeməklər iki zala verilib, amma...”
Bu gün, 12:22
"İkiniz də bayağısınız" - Qalmaqal böyüyür
Bu gün, 12:17
Üç dost Bakının məşhur restoranında yeyib-içib qaçdılar - TƏFƏRRÜAT
Bu gün, 12:04
“Ay camaat, içirsinizsə, təmiz araq için” – Rəşid həkim yenə çağırış etdi
Bu gün, 12:00
“Horadiz” sərhədindən ölkəyə külli miqdarda narkotik gətirməyə cəhd edən şəxslər saxlanılıb - FOTO
Bu gün, 11:48
"Dövlət... inşallah, öz sözünü deyəcək..." - FOTOFAKT
Bu gün, 11:45
Paytaxtda növbəti dəfə geniştəmizlik işləri aparılıb - FOTO
Bu gün, 11:37
“Neçə aydır ki, ət yemirəm”
Bu gün, 11:28
Hərbi xidmətdən qaçan azərbaycanlı QAN TÖKDÜ - TƏFƏRRÜAT
Bu gün, 11:26
11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev biznes qurub?! -Anar Bağırovun da adı hallanır
Bu gün, 11:19
Türk telekanalında ermənicə serial - Barışıq başladı, yoxsa...
Bu gün, 11:12
Manatın axırı NƏ OLACAQ?
Bu gün, 11:08
Mingəçevirdə daşınmaz əmlak bahalaşdı - Qiymətlər rekord həddə çatdı
Bu gün, 10:56
"Teleqramda mənim adımdan istifadə edərək tanışlarımdan və hətta anamdan belə pul alan bir dələduz var" - BU NƏDİ BELƏ?..
Bu gün, 10:51
Məhkəmə Adəm Məmmədovun şikayəti ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:48
Moskva İrəvana inanmır və "nəyəsə" ümid edir - GƏLİŞMƏ
Bu gün, 10:46
Hadrutda yaradılmış şirkət nizamnamə kapitalını - KƏSKİN AZALTDI
Bu gün, 10:44
Estetik həkimlərə icazə verildi, pasiyentlərə isə zəmanət yox - FAKT BUDUR!
Bu gün, 10:37
Xarici dil DƏLƏDUZLARI: “3 aya ingilis dilini öyrən”, “4 aya rus dilində sərbəst danış” - elanlarına İNANAQ?
Bu gün, 10:32
Bu nüanslar abituriyentlərin maksimum bal yiğmasına mane oldu - Görünəni odur ki...
Bu gün, 10:29
Qarabağda 467 milyon dollar pulu kimlər "yeyib"?.. - Erməni mediası
Bu gün, 10:25
"Gecə ərimə deyim ki, məclis var, apar məni, kimsənin ürəyi istəyir"
Bu gün, 10:23
Azərbaycan səhiyyəsində yeni trend: özünü “uzman” adlandıran həkimlərə inanaqmı? - NƏ ETMƏLİ?
Bu gün, 10:15
Qazi-sahibkar nazirin ətrafından narazılıq edir - İlham Süleymanov və Azər Hacıyev...
Bu gün, 10:10
ABŞ ilə ticarət müharibəsi Aİ-yə 1,1 trilyon avroya başa gələcək - ARAŞDIRMA
Bu gün, 10:00
Azərbaycanda BOKT nizamnamə kapitalını müzakirəyə çıxarır - YIĞINCAQ
Bu gün, 09:57
Tiflis və Bakının İrəvana birgə həmləsinin vaxtı çatıb - AKTUAL
Bu gün, 09:55
Eldar Mahmudovun əlaltısı məni və övladlarımı ölümlə hədələyir - Qənirə Ataşova
Bu gün, 09:41
XƏLVƏT Sabunçunun özbaşına BƏYLƏRİ... - Nə gəldi... Harda gəldi... Necə gəldi...
Bu gün, 09:35
“Üç xurafatçı mollaya qulaq asıb ateist olur” - ETİRAZ
Bu gün, 09:29
Azərbaycanda 'ikinci çörək' bahalaşmaqda davam edir - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:28
Anar Tağıyev Yevlaxı İFLİC VƏZİYYƏTİNƏ SALIB... - vətəndaş DAD DEYİR...
Bu gün, 09:22
“Azercell”də nömrənin addan ada keçirilməsi 500 manat oldu - TƏFƏRRÜAT
Bu gün, 09:16
Ermənilər yenə də mövqelərimizi ATƏŞƏ TUTUB - cavab tədbirləri görülüb
Bu gün, 09:09
İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
Bu gün, 09:07
Paşinyan qırmızı kepkada Azərbaycanla sərhədə gəldi - VİDEO
Bu gün, 09:03
"Ədalətsiz mövqedəydilər və Ermənistanın tərəfin tuturdular" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:00
Dilqəm Qəniyevdən hesab soran olacaqmı? - DAHA BİR BÜDCƏ GƏMİRİCİSİ...
Bu gün, 08:56
Ağadadaş Ağayev qalmaqaldan sonra: Gecələr yatmıram… - ÖZÜ DANIŞIR...
Bu gün, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru