Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq .....                     Paşinyan Gürcüstana işgüzar səfərə gedib .....                     Ermənistandan savaş açıqlaması: .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq, səmərəli danışıqlar davam edəcək .....                     Antalyada istirahət edənlərin əziyyətini niyə naxçıvanlılar çəkməlidir? .....                     Ermənistan iki ittifaq arasında tarazlıq axtarır .....                     Azərbaycanda həyəcan təbili: .....                     Zaur Kamal verilişi oğlu ilə birgə aparacaq .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     "Məmurlar biz vətəndaşları SAYA SALMIR..." .....                     Mamicanyan Paşinyanı yerdən-yerə vurdu .....                     Tərtərdə korrupsiya həbslərinin YENİ DALĞASI .....                     Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir .....                     Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək .....                     Dillər Universitetində vəzifələr SATILIR? .....                     İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar .....                     Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? .....                     ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə .....                     327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib .....                     “Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi .....                     Özünü şəhidin xanımı kimi təqdim etdi .....                     “İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” .....                     Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib .....                     İrəvandan müəmmalı gediş: bir addım irəli, iki addım geri .....                     “O vaxt kanallar bəstəkarı dinləyirdi, .....                     Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr... .....                     Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır .....                     Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı... .....                     Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb? .....                     Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? .....                     Naxçıvanda YENİ BÖHRAN: Bu dəfə həkim qıtlığı... .....                     Bakı göstərməlidir ki, o, buna can atır .....                     Fuad Əsgərov məhkəmə zalında HƏBS OLUNDU .....                     Qərb Cənubi Qafqazda ciddi səhvlər edir .....                     “Sülh sazişini günü sabah imzalamağa hazırıq” .....                     İrəvanla razılaşmanın sirri açıldı .....                     Paris İrəvana vəd verdi: Sizi Rusiyadan qoruyacağıq! .....                     "Aztelekom" internetdən imtina edənləri cərimələyir? .....                     Mərkəzi Bank faiz dərəcəsinə dair qərar verir .....                     “Aqrarkredit” bəzi aktivlərini satışa çıxardı .....                 

İran niyə narahatdır? - Görünəni odur ki...
Tarix: 4-09-2024, 17:50 | Çap et
İran niyə narahatdır?
İran Rusiyanı Azərbaycanın Ermənistan üzərindən Zəngəzur nəqliyyat dəhlizini açmaqla Naxçıvan anklavına maneəsiz çıxış əldə etmək tələbini dəstəklədiyinə görə tənqid edib. İranın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiyanın bu dəstəyi İranın Ermənistana birbaşa çıxışını faktiki kəsəcək.
Xatırladaq ki, bu məsələ ilə bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib. Görüşdə İranın “Qafqazda istənilən geosiyasi dəyişikliyə” qarşı olduğunu bildirib. Görüşdə tanınmış beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasi dəyişikliklərə qarşı çıxmaq, eləcə də bütün region ölkələrinin qanuni maraqlarını və narahatlıqlarını nəzərə almağın zəruriliyi vurğulanıb.

Biz uzun illərdir ki, İranın Ermənistan "sevgi"sinə şahidik. Buna Birinci və İkinci Qarabağ müharibələrində əyani şəkildə şahid olmuşuq. Bu "sevgi" nədən qaynaqlanır?
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran və Rusiya müttəfiq dövlətlər olsalar da, hər ikisinin imperial maraqları və ambisiyalarından yaranan qarşıdurmalar, anlaşmazlıqlar mövcuddur. Elə buna görədir ki, artıq 20 ildən çoxdur Rusiya və İran arasında yeni “hərtərəfli əməkdaşlıq” (ing.- comprehensive agreement) sazişi imzalanmır.

Ekspert vurğulayıb ki, iki tərəfin anlaşmadığı mövzular arasında Körfəz mövzusu qeyd oluna bilər: “Məsələn, 2023-cü ilin dekabrında Rusiyanın Körfəz ölkələri ilə imzaladığı birgə bəyanat və İranın BƏƏ ilə mübahisəli adaları mövzusunda Rusiyanın vasitəçilik təklifi İranda mənfi qarşılanmışdı. İran və Rusiya arasında razılaşdırıla bilməyən mövzulardan biri də Cənubi Qafqazın status-kvosu ilə əlaqədardır. Bilirik ki, İran Azərbaycanın bölgədə irəliləyişinin öz maraqlarını təhdid etdiyini düşündüyünə görə 44 günlük Vətən müharibəsindən bəri ölkəmizlə siyasi-diplomatik böhranlar yaşadı, hətta sərhəd təlimləri ilə gövdə göstərisi etdi. Hazırda biz bu münasibətləri, o cümlədən Tehrandakı səfirliyimizi bərpa etmişik”.

Şəhla Cəlilzadə qeyd edib ki, 2022-ci ilin 11 martında Azərbaycan və İran arasında imzalanan anlaşma memorandumu Azərbaycan və Naxçıvan arasında yolun Şərqi Zəngəzur ərazisindən, İran vasitəsilə keçəcəyinin bəyanı idi.

“6 oktyabr 2023-cü ildə isə daha bir sənəd imzaladıq ki, bununla da Zəngilanın (yəni, Şərqi Zəngəzurun) Ağbənd qəsəbəsində İranla avtomobil yolu körpüsünün, gömrük-sərhəd infrastrukturunun təməli qoyuldu. Həmin dövrdə Hikmət Hacıyev “Zəngəzur dəhlizi artıq Azərbaycan üçün cəlbedici deyil, biz İradan keçən marşruta üstünlük veririk” deyə açıqlama verdi. Ötən ay Azərbaycan Ermənistanla sülh müqaviləsinin şərtləri arasından Zəngəzur dəhlizi məsələsi çıxarıldı və bu məsələnin müzakirəsi sülh müqaviləsindən sonrakı danışıqlar mərhələsinə saxlanıldı. Yəni, Azərbaycan, Ermənistan və İran bu məsələdə artıq anlaşmışkən Rusiyanın dövlət başçısı Putinin və xarici işlər naziri Lavrovun timsalında Zəngəzur dəhlizini təkrar gündəmə gətirməsi, təbii olaraq İranı qıcıqlandırır”-deyən politoloq hesab edir ki, bu, onların əsas ehtiyat etdiyi bir neçə məsələ ilə əlaqədardır. Belə ki, birincisi İran Azərbaycanın Naxçıvanla əlaqəsində nəzarət funksiyasını və əlaqədar gəlirlərini itirmək istəmir; ikincisi İran Ermənistanla sərhəddində xarici güclərin, o cümlədən Azərbaycanın, Türkiyə və Rusiyanın nəzarət imkanları əldə etməsini istəmir; üçüncüsü Zəngəzur dəhlizi Türkiyəni Mərkəzi Asiyanın türk dövlətləri ilə birləşdirəcəyi üçün İranda “Türk yolu” olaraq algılanır və buna təhdid yaradan amil olaraq baxılır; dördüncüsü bu dəhlizin açılmasında həm də Qərb maraqlıdır.

“ABŞ Dövlət katibinin köməkçisinin 2023-cü ilin noybardın Bakıya səfərində səsləndirdiyi fikirləri xatırlamaq olar. O, Azərbaycanla Naxçıvan arasında əlaqənin İran deyil, Ermənistan üzərindən həyata keçirilməsinə üstünlük verildiyini, dolayısıyla Zəngəzur dəhlizinin açılmasında ABŞ-ın maraqlı olduğunu bəyan edirdi. Beləliklə, Ermənistandan keçən, yəni Qərbi Zəngəzurdan keçən dəhlizin açılması həm də o deməkdir ki, qlobal nəqliyyat-logistika zəncirində İranın çıxdaş edilməsi ilə nəticələnə bilər. Bütün bunları nəzərə alaraq İranın qayğıları anlaşılandır. Bu, nə İranın “erməni sevgisi”, nə də Azərbaycana qarşı qərəzi deyil, birbaşa olaraq onun maraqlarının təmin olunub-olunmaması ilə bağlı strateji məsələdir, lakin həm də Azərbaycan milli maraqlarının təmin olunmasına ziddir”-deyən Şəhla Cəlilzadə xatırladıb ki, Paşinyan da “Sülh Kəsişməsi” layihəsini təqdim edib. Burada Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı Şimal-Cənub dəhlizinin Ermənistanı İran və Hindistan ilə bağlaması, o cümlədən Körfəz və Qara dəniz arasında Ermənistanın keçid rolu təqdim olunur.

Şəhla Cəlilzadə vurğulayıb ki, Şimal-Cənub dəhlizinin dəmiryol xətti Azərbaycan ərazisindən keçir və bu istiqamətdə müvafiq işlər artıq görülür: “Ermənistan və İran iki ölkə arasında qlobal dəhliz yaradacaq avtomobil yolunun inkişafında maraqlıdır. Bu yolun inkişaf etdirilməsinə həm İran, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı ciddi dəstək olur. Təbii olaraq bu dəstəyin alınmasında Ermənistanın Qərbyönümlü siyasətinin mühüm təsiri olduğu söylənə bilər. Beləliklə, qlobal müstəvidə maraqların mübarizəsi gedir və hansı layihənin ilkin və ön plana çıxacağı hansı qlobal gücün maraqların toqquşmasında daha üstün olacağı ilə əlaqədardır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Məclisdə 11 siyasi partiya təmsil olunacaq - AÇIQLAMA
Bu gün, 13:20
Paşinyan Gürcüstana işgüzar səfərə gedib
Bu gün, 13:17
Ermənistandan savaş açıqlaması: - “Plan qururuq, bütün sərhəd boyunca...”
Bu gün, 13:06
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bu il imzalanmayacaq, səmərəli danışıqlar davam edəcək - The Economist
Bu gün, 13:04
Antalyada istirahət edənlərin əziyyətini niyə naxçıvanlılar çəkməlidir? - ETİRAZ VAR...
Bu gün, 13:02
Ermənistan iki ittifaq arasında tarazlıq axtarır - “Nezavisimaya qazeta”
Bu gün, 13:01
Azərbaycanda həyəcan təbili: - Ailələrdə uşaqların sayı azalır
Bu gün, 12:58
Zaur Kamal verilişi oğlu ilə birgə aparacaq
Bu gün, 12:56
Gecə və səhər bəzi yerlərdə duman olacaq - Belə deyirlər...
Bu gün, 12:50
"Məmurlar biz vətəndaşları SAYA SALMIR..." - GİLEY
Bu gün, 12:42
Mamicanyan Paşinyanı yerdən-yerə vurdu
Bu gün, 12:35
Tərtərdə korrupsiya həbslərinin YENİ DALĞASI - içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə ƏLƏ KEÇDİ
Bu gün, 12:33
Ermənistanın Bakıda keçiriləcək iqlim sammitində iştirakı barədə danışmaq tezdir - Paşinyanın partiyası
Bu gün, 12:29
Qaz hasilatı 2024-2028-ci illərdə Azərbaycanda iqtisadi artımı təmin edəcək - The Economist
Bu gün, 12:25
Dillər Universitetində vəzifələr SATILIR? - Professordan növbəti İTTİHAM
Bu gün, 12:22
İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar - VİDEO
Bu gün, 12:18
Rusiyadan Azərbaycana köçürmələr niyə azalıb? - Ukrayna müharibəsi, qapalı sərhədlər...
Bu gün, 12:14
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsaiti təsdiq edib
Bu gün, 12:08
327 nömrəli məktəbdə pulyığma mövsümünə erkən start verilib - AY MAŞALLAH...
Bu gün, 12:04
“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi
Bu gün, 12:02
Özünü şəhidin xanımı kimi təqdim etdi - Həbs olundu
Bu gün, 12:00
“İnsanı öldürən siqaret yox, borc, xərc, banklardan götürdüyü kreditlərdir...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:53
Tərtərin ümumtəhsil müəssisələrində ilk dərs günü qeyd edilib - FOTO
Bu gün, 11:51
İrəvandan müəmmalı gediş: bir addım irəli, iki addım geri - NƏ BAŞ VERİR?
Bu gün, 11:49
“O vaxt kanallar bəstəkarı dinləyirdi, indi isə bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır..”
Bu gün, 11:48
Bu hissədə olan iddia müddəti ən azı 3-5 il müddətində olmalıdlr... - Ekspert danışır...
Bu gün, 11:44
Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır - İLGİNC İDDİALAR...
Bu gün, 11:42
Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı... - "Kavkazskiy uzel"
Bu gün, 11:37
Yeni rəhbərlik gələndən AZƏRİQAZ daha da korlanıb? - Görünəni odur ki...
Bu gün, 11:35
Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? - AXI NİYƏ?
Bu gün, 11:28
Naxçıvanda YENİ BÖHRAN: Bu dəfə həkim qıtlığı... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:21
Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne
Bu gün, 11:12
Fuad Əsgərov məhkəmə zalında HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 11:11
Qərb Cənubi Qafqazda ciddi səhvlər edir - FAKT BUDUR!
Bu gün, 11:10
“Sülh sazişini günü sabah imzalamağa hazırıq” - Mirzoyan
Bu gün, 11:08
İrəvanla razılaşmanın sirri açıldı - Bakı sərhədi necə müəyyən edəcək?
Bu gün, 11:07
Paris İrəvana vəd verdi: Sizi Rusiyadan qoruyacağıq! - GƏLİŞMƏ
Bu gün, 11:05
"Aztelekom" internetdən imtina edənləri cərimələyir? - AKTUAL
Bu gün, 11:04
Mərkəzi Bank faiz dərəcəsinə dair qərar verir - MÜHÜM
Bu gün, 11:01
“Aqrarkredit” bəzi aktivlərini satışa çıxardı
Bu gün, 11:00
Separatizmə son qoyan əməliyyat - MƏQALƏ
Bu gün, 10:57
Ağadadaş Ağayevin başı yeni qalmaqalda - BU DƏFƏ BANK ONU MƏHKƏMƏYƏ VERDİ
Bu gün, 10:55
"İndi bizim üçün hər kəs pozğun və qatildir"
Bu gün, 10:52
İranlı deputatdan Rusiyaya Zəngəzur ittihamı - “Mehr”
Bu gün, 10:45
Bakıda 22 min dollarlıq DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Bu gün, 10:43
İki mühüm postda DƏYİŞİKLİK ANONSU... - İDDİA
Bu gün, 10:42
“Sülhpərvərlik” vətənpərvərliyə antonim olanda... – Xəyanətin yeni adı
Bu gün, 10:35
Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:32
Naxçıvan sakinləri CƏLİLOVUN ƏSARƏTİNDƏ - NARAZILIQ VAR...
Bu gün, 10:31
Sərhədin uzanması bu ölkənin əsas strategiyasıdır - GƏLİŞMƏ
Bu gün, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru