Bakı metropolitenində platformalarda .....                     Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib .....                     Paşinyan yenə yolların açılmasından danışır, amma... .....                     "Anamı, oğlumu, qardaşımı itirmişəm..." .....                     "Cəmi 24 saatdan az müddətdə..." .....                     Köçəryan və Sərkisyan Bakıya verilir? .....                     İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək .....                     Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olundu .....                     Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər .....                     "İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım..." .....                     "Bu kimi rəzilləri öz adı ilə çağırmaq lazımdır!" .....                     Dərslər başlayıb, amma dərslik problemi hələ də qalır... .....                     Sahibkarlar bir aydan çoxdur ki, evlərinə çörək apara bilmirlər .....                     Naxçıvan Təhsil Nazirliyində Talıbov ənənələri .....                     İsrail SEPAH-ın hücumunu gözləyir .....                     “Dini qurumlarla iş mənə daha uyğun sahədir” .....                     Samirəynən Əli oynamaq üstündə dava edib .....                     Azərbaycan üçün təhlükəli xəstəliklər... .....                     Zəfər Günü ilə bağlı bu qərar verilərsə... .....                     "Ay millət, oxumaq zildən qışqırmaq deyil" .....                     Vaşinqtonun məkrli planı: Bakıdan İrəvana “təslim olmasını” istəyirlər .....                     Naxçıvan səhiyyəsində nə işlər çevrilir? .....                     Dünyada ucuzlaşma, bizdə bahalaşma yaşanır .....                     Baba Rzayevlə bağlı nə baş verir? .....                     Paşinyan əgər Bakıya gələrsə... .....                     “Mossad” peycerləri partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb? .....                     "Hər dəfə mənim malım gələndə bütün Azərbaycan bilir..." .....                     "Atamın üzünə ağ olmamışam..." .....                     Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR .....                     İrəvanın qaçacaq YERİ YOXDUR... .....                     Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da... .....                     Yuxarı qiymətə aşağı keyfiyyət... .....                     Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır? .....                     Gəlir səviyyəsinə görə Cənubi Qafqazda niyə ən geridəyik? .....                     "Bu efir söhbətləri deyil" .....                     Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? .....                     "Qərbin addımları dağıdıcılığa xidmət edir” .....                     “Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” .....                     “Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış .....                     Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər .....                 

İran Cənubi Qafqaz siyasətini dəyişir? - “Amwaj.Media”
Tarix: 9-09-2024, 15:58 | Çap et
İran Cənubi Qafqaz siyasətini dəyişir?
Məsud Pezeşkian İran prezidenti seçildikdən qısa müddət sonra bildirib ki, ölkəsi qonşularla münasibətləri gücləndirməyə üstünlük verəcək.

İranın iki şimal-qərb qonşusu olan Ermənistan və Azərbaycan islahatçı prezidentin İslam Respublikasının regional yanaşmasına necə təsir göstərə biləcəyini diqqətlə izləyirlər. Tehranın Cənubi Qafqazda nisbətən yüksək səviyyədə iştirakı mərhum İbrahim Rəisinin administrasiyası dövründə (2021-24) başladığından bu, xüsusilə vacib məsələdir.

Reyting.az xəbər verir ki, bu barədə “Amwaj.Media” yazıb.

Təhlildə qeyd olunur ki, Pezeşkian hakimiyyətə gəlməzdən əvvəl Azərbaycan və İran tarixi aşağı münasibətlərin incə nifrətlə əvəzləndiyi dövrü bir kənara qoya bilmişdi:

İyun ayında iki qonşu birgə hərbi təlimlər keçirdi, bu da bir il əvvəl ağlasığmaz görünürdü. Bir ay sonra, Bakı 2023-cü ilin yanvarında silahlı hücumdan sonra bağlanan Tehrandakı səfirliyini yenidən açıb. Ən əsası, yeni iqtisadi layihələr üzrə əməkdaşlıq yaxınlaşmanı gücləndirib.

Azərbaycanın nöqteyi-nəzərindən Pezeşkianla yeni səhifəyə başlamaq daha məqsədəuyğun görünür, çünki Bakı tarixən islahat tərəfdarı hökumətlər zamanı Tehranla nisbətən daha yumşaq əlaqələrə malik olub.

İnfrastruktur layihələri və regional dinamika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pezeşkian indiyədək öz danışıqlarında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Nəzərə alsaq ki, regional infrastruktur layihələri ikitərəfli münasibətlərdə mövcud praqmatizmin əsasını təşkil edir, Azərbaycan müəyyən məhdudiyyətlərlə də olsa, bu sahədə əməkdaşlığı bərpa etməkdə maraqlıdır.

Tehran Azərbaycanı Naxçıvan anklavı ilə İran ərazisindən birləşdirən Araz dəhlizi ilə bağlı Rəisi dövründə imzalanmış sazişin həyata keçirilməsi üçün təzyiq göstərsə də, Bakı mübahisəli Zəngəzur dəhlizindən tamamilə əl çəkməyib.

Zəngəzur dəhlizi ekstraterritorial statusa malik olmalı, yəni Ermənistanın cənubunda yerləşən Sünik vilayəti vasitəsilə, Ermənistan gömrük sərhədləri və keçid məntəqələri olmadan Naxçıvan materik hissəyə birləşdirilməlidir. İranın Ermənistana birbaşa çıxışını kəsdiyinə görə Tehran bu ideyaya qarşı çıxıb.

Söz müharibəsini gücləndirməklə yanaşı, Tehran Ermənistanın cənubunun təhlükəsizliyini qorumağa hazır olduğunu bildirmək üçün 2021 və 2022-ci illərdə Azərbaycan sərhədi yaxınlığında ardıcıl 2 hərbi təlim keçirib. Təsadüfi deyil ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) həmin dövrdə seçilmiş administrasiyaya kölgə salaraq, regiona münasibətdə daha ötkəm rol oynayıb.

Ermənistan-Rusiya münasibətlərinin pisləşməsini və ABŞ-da qarşıdan gələn seçkiləri, o cümlədən Əliyev hökuməti ilə daha isti əlaqələri olan Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın potensial qələbəsini nəzərə alaraq, Bakı heç bir gücün onunla İrəvanla arasında sülh sazişi imzalamaq səylərinə mane olmasını istəmir. Həm də öz istədiyi şərtlərlə. Tehranda islahatçı hökumətin hakimiyyətdə olması ilə Azərbaycan ümid edir ki, iqtisadi stimullar müqabilində İran öz Cənubi Qafqaz siyasətini dəyişəcək və nəticədə Bakının Zəngəzur dəhlizi ilə bağlı iddiasını səssizcə dəstəkləyəcək.

Azərbaycanın iqtidaryönlü mediasının İranın Ermənistandakı səfiri Mehdi Sobhaniyə tez-tez hücumları bu konteksti vurğulayır. Xəbər verildiyi kimi, “Sepah” keçmişi olan Sobhani davamlı olaraq “regionda istənilən geosiyasi dəyişikliklərə” qarşıdır.

Ermənistan, İran üçün çağırışlar və imkanlar

2020-ci ildə Azərbaycanla müharibədən sonra öz kövrək təhlükəsizlik arxitekturasında Ermənistan Rusiyanı Qərb gücləri ilə, xüsusən də Fransa və ABŞ-la əvəz etməklə incə balans yaratmağa çalışır. Azərbaycanla davam edən yeni müharibə riskini və Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) adekvat alternativlərə ehtiyacı nəzərə alaraq, Ermənistan ümid edir ki, İran onun yeni strateji oriyentasiyasını daha çox qəbul edəcək. İrəvan Tehrandakı islahatçı administrasiyanın Ermənistanın cənub sərhədlərinin təhlükəsizliyinə diqqətli qalacağını da gözləyir.

Görünür, bu hiss İslam Respublikasında bölüşülür. Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Pezeşkian bildirib ki, “İranın Ermənistanla sərhədi qısa olsa da, bu, ümid və dinc həyat sərhədidir və bizim sizə qarşı prinsipial siyasətimiz sarsılmazdır”.

İran, həmçinin, İrəvanın Avropa İttifaqına (Aİ) daxil olmasına və Fransa ilə hərbi əməkdaşlığı artırmaq marağına qarşı deyil. Dəfələrlə regiondankənar qüvvələrin Cənubi Qafqaz işlərinə qarışmasının əleyhinə olduğunu bildirsə də, hazırda Tehran bunda müəyyən üstünlüklər də görür. Rusiyanın təsirinin azalması ilə İran Ermənistandakı iqtisadi payını artıra bilər. Məsələn, Ermənistanın təbii qaz bazarında “Qazprom”un inhisarının zəifləməsi Ermənistana və hətta Gürcüstana ixracı artırmaq imkanı yaradır. Tehran, həmçinin, Avropa sərmayəsi ilə Ermənistanda infrastruktur və enerji layihələrinin həyata keçirilməsində maraqlıdır. Bundan əlavə, Aİ-nin, xüsusən də Fransanın iştirakı bölgədə artan Türkiyə-Azərbaycan ambisiyasını tarazlaşdırmağa kömək edə bilər, çünki hər iki tərəf Ermənistan məsələsində həmfikirdir. Fransa və İranın Ermənistandakı səfirləri artıq ölkədəki vəziyyəti müzakirə ediblər.

Bununla belə, Ermənistanda daimi Qərb hərbi mövcudluğu Tehran üçün qırmızı xətt olaraq qalır. Paşinyan hökumətinin Rusiya qüvvələrini və sərhədçilərini Ermənistanın, o cümlədən İranla olan sərhədlərindən uzaqlaşdıraraq onları yeni xarici qüvvələrlə əvəz etmək istəyi nəzərə alınmaqla, xüsusilə əhəmiyyətlidir. Tehran vurğulayıb ki, İrəvanın xarici siyasətində dəyişiklik etməsi ikitərəfli münasibətlərə xələl gətirməməlidir.

Strateji dəhlizlər və geosiyasi rəqabət

Araz dəhlizi layihəsinin tam reallaşması İran üçün regionda mühüm nailiyyət olacaq, həm Ermənistan, həm də Azərbaycana xeyir verəcək. Artıq marşrutun avtomobil yolu hissəsi tikilir və Azərbaycanın Ağbənd qəsəbəsini İran ərazisi ilə Naxçıvana birləşdirən dəmir yolunun təməlqoyma mərasimi keçirilib.

Tehran Avropanı Hindistanla birləşdirən Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) Körfəz-Qara dəniz seqmentinə birləşdirmək məqsədi güdür. Buna nail olmaq üçün İranın Naxçıvan vasitəsilə Ermənistanın dəmir yolu şəbəkəsinə çıxışı lazımdır, çünki İran və Ermənistan dəmir yolu sistemləri arasında birbaşa əlaqəyə son dərəcə çətin topoqrafiya və yüksək xərclər mane olur.

Layihə ABŞ-nın güclü müqaviməti ilə üzləşir, çünki təşəbbüs təkcə İranın Cənubi Qafqazda geostrateji mövqeyini gücləndirmir, həm də ABŞ-nın dəstəklədiyi Hindistan-Yaxın Şərq-Avropa (Körfəz ölkələri və İsrail) İqtisadi Dəhlizinə (IMEC) meydan oxuyur. Ankara və Bakı da Zəngəzur dəhlizini Araz dəhlizindən üstün tutur, çünki o, “Orta Dəhliz”in bir hissəsi kimi Çini Azərbaycan və Türkiyə vasitəsilə Avropaya birləşdirəcək və bununla da Azərbaycan-Türkiyə müttəfiqliyini möhkəmləndirəcək. Bununla bağlı Bakı heç bir dəmir yolu tikintisinə maliyyə ayrılmasını təsdiqləməyib.

Bölgədə artan münaqişələr və onun INSTC ilə bağlılığı fonunda İran Azərbaycanla zədələnmiş əlaqələrini bərpa etmək niyyətindədir. Milli təhlükəsizlik məsələsi olaraq, Bakının Zəngəzur dəhlizi ilə bağlı hər hansı güc tətbiqinə Tehranın dözməsi ehtimalı azdır.

Azərbaycandakı bəzi analitiklər ikitərəfli münasibətlərin bərpası üçün müsbət amil kimi Pezeşkianın etnik azəri mənşəli olmasını vurğulayırlar. Bu ehtimalı görməməzliyə vurmaq mümkün deyil, amma onun prezidentliyinin əsas funksiyası, çox güman ki, İranın türkdilli əhalisini mərkəzi hökumətə cəlb etmək, Bakının Tehrana qarşı etnik kart oynamaq strategiyasına qarşı çıxmaq olacaq.

Bu mənada Azərbaycanın İrana qarşı siyasətindəki irredentist meyl və 2020-ci il müharibəsindən sonra ABŞ-nın “şahin dairələri”də irəli sürülən etnik zəmində “İranın balkanlaşması” ideyası Bakı ilə Tehran arasında münasibətlərdə qıcıq yaradır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı metropolitenində platformalarda təhlükəsizlik qapıları quraşdırıla bilər?
Bu gün, 15:00
Soltanlı kəndi uğrunda 3 gün qanlı döyüşlər gedib - Aran Qarabağın açarı
Bu gün, 14:49
Paşinyan yenə yolların açılmasından danışır, amma...
Bu gün, 14:47
"Anamı, oğlumu, qardaşımı itirmişəm..." - AzTV-nin ilk ali dərəcəli qadın rejissoru
Bu gün, 14:39
"Cəmi 24 saatdan az müddətdə..." - deputat
Bu gün, 14:10
Köçəryan və Sərkisyan Bakıya verilir? – Karapetyandan sensasiya
Bu gün, 14:01
İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək - ŞƏRH
Bu gün, 13:59
Vilayət Quliyev 2-ci ordu korpusuna komandir təyin olundu - ƏMR
Bu gün, 13:57
Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər - deputat
Bu gün, 13:45
"İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım..."
Bu gün, 13:17
"Bu kimi rəzilləri öz adı ilə çağırmaq lazımdır!" - Mirşahin OD PÜSKÜRDÜ
Bu gün, 13:14
Dərslər başlayıb, amma dərslik problemi hələ də qalır... - "Əgər məktəblərimizdə ixtisaslı müəllim çatışmırsa..."
Bu gün, 13:09
Sahibkarlar bir aydan çoxdur ki, evlərinə çörək apara bilmirlər - NARAZILIQ VAR
Bu gün, 13:05
Naxçıvan Təhsil Nazirliyində Talıbov ənənələri - Haqsızlığa etiraz edən müəllimə “xan” qaydası cəzalandırıldı
Bu gün, 12:40
İsrail SEPAH-ın hücumunu gözləyir - Cavab hazırlanıb
Bu gün, 12:25
“Dini qurumlarla iş mənə daha uyğun sahədir” - Fazil Mustafa
Bu gün, 12:23
Samirəynən Əli oynamaq üstündə dava edib
Bu gün, 12:20
Azərbaycan üçün təhlükəli xəstəliklər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:17
Zəfər Günü ilə bağlı bu qərar verilərsə... - AKTUAL
Bu gün, 12:12
"Ay millət, oxumaq zildən qışqırmaq deyil" - ETİRAZ
Bu gün, 11:38
Vaşinqtonun məkrli planı: Bakıdan İrəvana “təslim olmasını” istəyirlər - FAKT BUDUR!
Bu gün, 11:34
Naxçıvan səhiyyəsində nə işlər çevrilir? - İLGİNC FAKTLAR
Bu gün, 11:28
Dünyada ucuzlaşma, bizdə bahalaşma yaşanır - NƏ BAŞ VERİR?
Bu gün, 11:16
Baba Rzayevlə bağlı nə baş verir? – Şiddətli töhmətin arxasındakı sensasion məqam
Bu gün, 10:27
Paşinyan əgər Bakıya gələrsə... - Ermənistan qarışacaq?
Bu gün, 10:21
“Mossad” peycerləri partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırıb? - KİV
Bu gün, 10:17
"Hər dəfə mənim malım gələndə bütün Azərbaycan bilir..." - Bakı gömrüyü qarşısında ETİRAZ
Bu gün, 10:15
"Atamın üzünə ağ olmamışam..."
Bu gün, 10:10
Tanınmış erməni jurnalistdən SENSASİON AÇIQLAMALAR - "Əliyevə və Paşinyana müraciət edirəm..."
Bu gün, 10:04
İrəvanın qaçacaq YERİ YOXDUR... - ÇÜNKİ...
Bu gün, 08:02
Ermənilər hər vəchlə Qərbi Azərbaycana qayıdışa mane olsa da... - İNCƏLƏMƏ
Bu gün, 07:58
Yuxarı qiymətə aşağı keyfiyyət... - NƏ ETMƏLİ?
Bu gün, 07:51
Azərbaycan Pezeşkiana hələ də ümidlə baxır? - Görünəni odur ki...
Bu gün, 07:40
Gəlir səviyyəsinə görə Cənubi Qafqazda niyə ən geridəyik? - "Bank sektorumuz..."
Bu gün, 07:32
"Bu efir söhbətləri deyil"
Bu gün, 07:28
Prezident Naxçıvana ayrılan vəsaiti niyə azaldıb? - AKTUAL
Bu gün, 07:24
"Qərbin addımları dağıdıcılığa xidmət edir” - Azərbaycana qarşı qarayaxma
Bu gün, 00:28
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
Bu gün, 00:22
“Gürcü arzusu”nun Gürcüstanı və ya yenidən Rusiyanın orbitinə qayıdış - GƏLİŞMƏ
Bu gün, 00:17
Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər - MÜRACİƏT
Dünən, 20:40
"Xidmət yaxşıdır... amma ehtiyatlı olun..." - FOTOFAKT
Dünən, 15:07
Fransanın silahlandırdığı Ermənistan... - rəsmən SAVAŞI KÖRÜKLƏYİRLƏR...
Dünən, 15:05
Suriya BRICS-ə qoşulmaq üçün müraciət edib
Dünən, 14:52
Əliyevin üç ölkə ilə bağlı planı: - "Qərbin xoşuna gəlməyən budur"
Dünən, 14:51
Makron gücü çatmayacaq vədlər verib, "erməni ümidləri" Parisdə "dəfn" edilir
Dünən, 14:43
"Azərbaycana qarşı qərəzli sanksiyalar tətbiq etməyə çalışırlar" - deputat
Dünən, 14:42
Elgiz Elməddinin təklifini geri çevirib
Dünən, 14:30
Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? - AÇIQLAMA
Dünən, 14:27
Balababa Rzayevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM
Dünən, 14:23
Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb
Dünən, 14:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru