ABŞ-ın kəşfiyyat rəhbəri Bakıdan nə ilə getdi? - GİZLİNLƏR ÜZƏ ÇIXDI
Tarix: 10-09-2024, 09:06 | Çap et
Cənubi Qafqazda mürəkkəb geosiyasi və geostrateji proseslərin getdiyi bir zamanda ötən həftə ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prioru Bakıya gəldi.
MKİ nümayəndəsinin Azərbaycana səfəri sözsüz ki, çoxlu suallara yol açırdı. Çünki MKİ rəhbərliyindən İrəvana da səfərlər intensiv xarakter almışdı. Bu baxımdan Patrik Priorunun Bakıda olması kifayət qədər önəmli səfər idi, habelə, Azərbaycan-Ermənistan danışıqları ərəfəsində vacib görüş idi. Səfər çərçivəsində o, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Görüşdə ABŞ-Azərbaycan münasibətlərini və təhlükəsizlik əməkdaşlığının müzakirə edildiyi bildirilir. Bundan öncə səfirlik belə bir paylaşım etmişdi: “Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”.
Söhbət hansı məsləhətləşmələrdən gedir? Amerikalı kəşfiyyat rəsmisinin Azərbaycan səfəri ilə bağlı müxtəlif versiyalar səslənir. Onların arasında Zəngəzur dəhlizinə nəzarətin hansısa xarici (Qərb) şirkətinə həvalə edilməsinə rəsmi Bakını razı salmaq istəməsi ilə bağlı ehtimal da var. Hətta belə fikir var ki, bu səfərin proqramı Azərbaycanın maraqlarına uyğun sayılmır. ABŞ təhlükəsizlik yetkilisi Bakıdan nə ilə getdi və bu səfərin təsiri özünü bölgədə nə vaxt göstərməyə başlayacaq?
Professor Qabil Hüseynli istisna etmir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətindən kənarda açılması mövzusu MKİ rəsmisinin portfelində olan məsələlərdən biridir. Onun zənnincə, ABŞ regiona Ermənistan üzərindən nüfuz etməyə səy göstərir və hazırda geoekonomik hədəf Orta dəhlizin Rusiyasız işə düşməsidir. Bununla belə, politoloq regionda təhlükəsizliyin gücləndirilməsi, İranın bitməyən “qırmızı xətt” eyhamlarının da müzakirə oluna biləcəyini mümkün sayır: “Amerika kəşfiyyatı Ermənistana ayaq açıb və tez-tez səfərlər edirlər. İrəvandakı səfirliyində də kəşfiyyatçıların olması şübhə doğurmur. Məni maraqlandıran odur ki, Tehranın qarşı çıxdığı dəhlizlə bağlı Vaşinqton nə düşünür? Yəni İran etiraz edir, amma müttəfiqi Rusiyaya bu koridor lazımdır. Əgər bu logistika işə düşərsə, İran Kremlin yanında olacaq, ya yox? Düşünürəm ki, Cənubi Qafqazda təhlükəsizlik ən kövrək məsələdir. İndi tərəflərin üst-üstə düşməyən mövqeləri ucbatından mübahisə daha qızğın xarakter ala bilər. Görünür ki, MKİ rəsmisi Bakının Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəqiqləşdirmək istəyib. Lakin Azərbaycanın baxışı ortadadır - qərb rayonlarımızdan Naxçıvana gediş-gəliş maneəsiz təmin olunmalıdır”.
Q.Hüseynli xatırladır ki, yola kontrolun özəl şirkətə verilməsi gündəmə gəlib və ABŞ bu mövzuda Azərbaycanın münasibətini bilmək istəyib: “Yəni bizim üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin, yoxsa hər hansı özəl şirkətin Naxçıvana gediş-gəlişə nəzarət etməsinin fərqi varmı? - bunu öyrənmək istəyə bilərlər. Əslində Azərbaycana lazım olan üçtərəfli sənədin 9-cu bəndinin yerinə yetirilməsidir. Ermənistan öhdəlik götürüb. Paşinyan təhrif edərək deyir ki, yolun təhlükəsizliyinin qarantiyası Ermənistandadır. Bəli, belədir, amma yola nəzarət ruslara verilməlidir. Bu öhdəlik var. Paşinyan doğru deyir, təhlükəsizliyi Ermənistan təmin etməlidir, amma yola kontrol Rusiya Federal Təhlükəsizlik Xidmətində olmalıdır, buna da qol çəkib. Onun çıxışı Paşinyanın sənədi təhrif etməsi kimi dəyərləndirilir. Lakin belə deyil, sadəcə, erməni baş nazir təhlükəsizliklə bağlı hissəni qeyd edib, nəzarət haqda heç nə deməyib və üstündən keçib. Bu da ondan irəli gəlir ki, hər məsələdə Rusiyaya yarınan Ermənistan hakimiyyəti Qərbin himayəsi ilə dəhlizə kontrolu ruslara vermək istəmir”.
Politoloq Xaqani Cəfərlinin fikrincə, ABŞ Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətdir: “Ötən 33 ildə ABŞ-ın Azərbaycanın təhlükəsizliyinə töhfə verməsi barədə Azərbaycan rəsmiləri tərəfindən çoxsaylı müsbət fikirlər səsləndirilib. Bütövlükdə, ABŞ öz müttəfiqlərini və tərəfdaşlarını bir qayda olaraq kəşfiyyat kanalları vasitəsilə məlumatlandıraraq onları arzuolunmaz hadisələrdən sığortalamağa çalışır. Ehtimal oluna biləcək xüsusi terror hadisələri ilə bağlı müttəfiqlərini və tərəfdaşlarını məlumatlandırır”. Ekspertin sözlərinə görə, ABŞ-ın yüksək rütbəli rəsmisinin Azərbaycana səfəri Rusiya ilə bağlı ola bilməz: “Çünki Rusiya ilə münasibətlər, Rusiyanın Ukraynaya qarşı müharibəsi, Rusiyanın İranla yaxınlaşması və Ermənistana təzyiqləri daha çox siyasi mövzulardır. Səfərin məqsədi ABŞ-ın Azərbaycanla təhlükəsizlik sahəsində münasibətlərini möhkəmləndirməklə bağlıdır. Həm də Azərbaycana terror hadisələrinin artma ehtimalı ilə bağlı məlumatlar verməkdir”.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni icra başçısı Salyanın yollarının təmirini bu şirkətə həvalə etdi - 766 minlik müqavilə
Bu gün, 13:25 |
|
|
|
• BU NƏDİ BELƏ: Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:23 |
|
|
|
• Tarixin sonu və idarə olunan xaos: - demokratiyanı necə dağıtmaq olar?
Bu gün, 13:21 |
|
|
|
• “Bank of Baku”nun saxtakarlığı niyə araşdırlmır? - “Azər Aqro” və “Azər Kuban” şirkətlərinin rəhbər şəxslərindən ETİRAZ
Bu gün, 13:16 |
|
|
|
• İnterpolun axtardığı fransız Azərbaycanda TUTULDU
Bu gün, 13:12 |
|
|
|
• Azərbaycanlı BP-də yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 13:07 |
|
|
|
• Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:47 |
|
|
|
• Köçəryan anonsunu verdi - “Bu, Ermənistanın sonu olacaq”
Bu gün, 12:46 |
|
|
|
• "Sənə pul lazım deyil? Pulunu ödəyirəm də..." - ABB müştərilərini boğaza yığıb...
Bu gün, 12:43 |
|
|
|
• Ziyafət Əsgərovun vəzifəsi ona həvalə edildi
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycan təbii qazı Rusiyadan 185 dollara alıb, Türkiyəyə 310 dollara satıb - SİYAHI
Bu gün, 12:31 |
|
|
|
• General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL - Dünənə qədər İSTİSMARI QADAĞAN İDİ...
Bu gün, 12:28 |
|
|
|
• Rus əsgərləri gizli şəkildə Ukrayna ordusuna kömək edir – İDDİA
Bu gün, 12:24 |
|
|
|
• Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Bu gün, 12:21 |
|
|
|
• Dilarə Kazımovadan şəxsi həyatı ilə bağlı ETİRAF
Bu gün, 12:19 |
|
|
|
• BRİCS Bakıya nə verə bilər? - AKTUAL
Bu gün, 12:17 |
|
|
|
• Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
Bu gün, 12:15 |
|
|
|
• Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq - MƏQALƏ
Bu gün, 12:05 |
|
|
|
• "Azərbaycan kinosunu dövlət dəstəyi ilə sağaltmaq mümkündür" - Əməkdar artist
Bu gün, 12:02 |
|
|
|
• Generala ağır itki üz verdi - FOTO
Bu gün, 12:00 |
|
|
|
• Külli miqdarda rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• Bakıda olduğu deyilirdi… – İran həmlə etdi, İsrail şok yaşadı
Bu gün, 11:43 |
|
|
|
• Şuşanın xarici su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq - 33,2 milyon manat ayrıldı
Bu gün, 11:36 |
|
|
|
• “Canını qoyursan, “sağ ol” demir, amma fonoqram oxuyanlara…”
Bu gün, 11:30 |
|
|
|
• Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR... - AXI NİYƏ?
Bu gün, 11:23 |
|
|
|
• Azərbaycana qarşı İKİLİ STANDART - MƏQALƏ
Bu gün, 11:17 |
|
|
|
• “Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb - DETALLAR
Bu gün, 11:03 |
|
|
|
• BANM COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi oldu!
Bu gün, 11:02 |
|
|
|
• `AAAF Park` sakinlərə bir də BELƏ ÇİLƏ YAŞADIR... - şirkətin borcu var deyə...
Bu gün, 10:57 |
|
|
|
• İrəvanın havadarları bölgəyə yeni eskalasiya dalğası gətirməyə çalışırlar - FAKT BUDUR!
Bu gün, 10:52 |
|
|
|
• Ermənistan TƏXRİBATA HAZIRLAŞIR - Təhlükəli SSENARİ məlum oldu!
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib
Bu gün, 10:48 |
|
|
|
• Kiçik görünən böyük səhvlərimiz - REPLİKA
Bu gün, 10:46 |
|
|
|
• Qonşularımız yol ayrıcında: ölkə qaynayır - GƏLİŞMƏ
Bu gün, 10:40 |
|
|
|
• Fəhlə işlədiyi şirkətdən 130 minlik oğurluq etdi: - Müdirin kreslosunu da satıb...
Bu gün, 10:39 |
|
|
|
• Aqil Abbasa futboldan danışmağı TÖVBƏ ELƏTDİRİRLƏR... - "O futbol deyildi..."
Bu gün, 10:35 |
|
|
|
• Gədəbəydə vəzifəli şəxs qız qaçırıb - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• "İranın hərbi obyektlərini vuracağıq" - Netanyahu
Bu gün, 10:28 |
|
|
|
• Azərbaycan əhalisi üçün təhlükə: Ermənilər elə silah alır ki... - “Alpha Defence”
Bu gün, 10:16 |
|
|
|
• Barəsində cinayət işi açılan azərbaycanlı döyüşə getmək istəyir - Ukraynaya qarşı...
Bu gün, 10:11 |
|
|
|
• Bu təşkilatdan Azərbaycana BÖHTAN - Elə bir şey etdilər ki...
Bu gün, 10:06 |
|
|
|
• Deputatla deputatın dostluğu NİYƏ ALINMIR? - ÖZLƏRİ AÇIQLAYIR...
Bu gün, 10:05 |
|
|
|
• Zəngəzur dəhlizinə görə aralarında yaranmış fikir ayrılığını da çox tez unutdular - ÇÜNKİ...
Bu gün, 09:57 |
|
|
|
• Sabiq icra başçısı və digər vəzifəli şəxslər yenidən məhkəmə qarşısına çıxarılır - TƏFƏRRÜAT
Bu gün, 09:56 |
|
|
|
• Fransa və Əlcəzairin bir sıra ərazisindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Bu gün, 09:52 |
|
|
|
• Zəfər Qurbanovun gətirdiyi sistem... NARAZILIQ YARADIR...
Bu gün, 09:49 |
|
|
|
• Putin gələn ay Bakıya gələcək? - Peskovdan CAVAB
Bu gün, 09:44 |
|
|
|
• Ankaradan Paşinyana cavab: “Sülh qovşağı” yox, Türk dəhlizi - NƏ BAŞ VERİR?
Bu gün, 09:39 |
|
|
|
• "Adamın başına kərpic səbəbsiz yerə düşmür"
Bu gün, 09:37 |
|
|
|
|