İranda “Zəngəzur dəhlizi” xofu: - Görün Rusiyanı nədə ittiham etdilər
Tarix: 10-09-2024, 10:21 |
Çap et
“Xəbər axınlarının səs-küyündə Rusiyanın Zəngəzur dəhlizi ilə İran sərhədini bağlamaq planını da unutmayaq”.
Bu barədə İranın Xarici və Təhlükəsizlik Siyasəti Komissiyasının keçmiş rəhbəri Heşmətullah Fəlahətpişe sosial şəbəkələrdə yazıb.
“Əvvəlki hökumət sövdələşməni Rusiyanın Ukraynadakı maraqları naminə qurban verdi. Yeni hakimiyyət Moskva ilə birtərəfli dostluq siyasətinin tələsinə düşməməlidir.
Zəngəzur dəhlizi Putinin İranın yeni hökuməti ilə ABŞ arasında kommunikasiya kanallarının formalaşması ehtimalının qarşısını almaq məqsədi daşıyan ilkin hücumudur”, – deyə o yazıb.
publika.az