Anasının amansızlıqla döydüyü 7 yaşlı uşaq indi haradadır? - AÇIQLAMA
Tarix: 10-09-2024, 13:33 |
Çap et
"Anası tərəfindən döyülən 7 yaşlı uşaq hazırda reanimasiyadadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyininn sədri Kəmalə Ağazadə Xudatda anası tərəfindən döyülən 7 yaşlı uşaqla bağlı danışarkən deyib.
Sədr ananın psixoloji xəstə olduğunu vurğulayıb:
"Hazırda müzakirələr gedir, ola bilər ki, uşaq bizim sığınacağa yerləşdirilsin. Ana polis tərəfindən saxlanılıb".
Kəmalə Ağazadə deyib ki, hazırda bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparır.
Xatırladaq ki, hadisə sentyabrın 9-da Xudatda baş verib. 7 yaşlı uşaq öz anası tərəfindən amansızcasına döyülüb.