Dollara tələb 27 iyun tarixindən sonra ən yüksək səviyyəyə çatıb
Tarix: 10-09-2024, 15:54 | Çap et
Bu gün – 10 sentyabr tarixində Mərkəzi Bankda (AMB) növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 90,74 milyon dollar təşkil edib. Yeniavaz.com xəbər verir ki, bundan əvvəlki – 5 sentyabr tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 25,74 milyon dollar çox olub. Belə ki, 5 sentyabr tarixində keçirilən hərracda 65 milyon dollar həcmində valyuta satılıb. Onu da bildirək ki, bu gün valyutaya olan tələb 27 iyun tarixindən sonra ən yükəsk səviyyəyə çatıb. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 65 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 4 milyard 941,14 milyon dollar satılıb. 9 yanvar – 74,9 milyon dollar 11 yanvar – 80,4 milyon dollar 16 yanvar – 52,9 milyon dollar 18 yanvar – 58 milyon dollar 23 yanvar – 43,9 milyon dollar 25 yanvar – 42,8 milyon dollar 30 yanvar – 64,2 milyon dollar 1 fevral – 78,7 milyon dollar 6 fevral – 79,7 milyon dollar 8 fevral – 61,4 milyon dollar 13 fevral – 151,5 milyon dollar 15 fevral – 103,9 milyon dollar 20 fevral – 102,6 milyon dollar 22 fevral – 108,1 milyon dollar 27 fevral – 105,1 milyon dollar 29 fevral – 80 milyon dollar 5 mart – 68,9 milyon dollar 7 mart – 79,1 milyon dollar 12 mart – 79,4 milyon dollar 14 mart – 83,3 milyon dollar 19 mart – 93 milyon dollar 28 mart – 94,6 milyon dollar 2 aprel – 97,9 milyon dollar 4 aprel – 64,5 milyon dollar 9 aprel – 78,9 milyon dollar 16 aprel – 72,4 milyon dollar 18 aprel – 79,8 milyon dollar 23 aprel – 77,4 milyon dollar 25 aprel – 75,4 milyon dollar 30 aprel – 77,1 milyon dollar 2 may – 73,5 milyon dollar 7 may – 75,1 milyon dollar 14 may – 107,1 milyon dollar 16 may – 44,9 milyon dollar 21 may – 77,9 milyon dollar 23 may – 69,6 milyon dollar 30 may – 110,5 milyon dollar 4 iyun – 72,8 milyon dollar 6 iyun – 97,5 milyon dollar 11 iyun – 64,5 milyon dollar 13 iyun – 75,1 milyon dollar 20 iyun – 88,5 milyon dollar 25 iyun – 87,8 milyon dollar 27 iyun – 94,8 milyon dollar 2 iyul – 73,7 milyon dollar 4 iyul – 61,3 milyon dollar 9 iyul – 75,3 milyon dollar 11 iyul – 30,6 milyon dollar 16 iyul – 60,2 milyon dollar 18 iyul – 80,2 milyon dollar 23 iyul – 82 milyon dollar 25 iyul – 55,2 milyon dollar 30 iyul – 78,6 milyon dollar 1 avqust – 60,3 milyon dollar 6 avqust – 74,8 milyon dollar 8 avqust – 64,9 milyon dollar 13 avqust – 80,6 milyon dollar 15 avqust – 61,3 milyon dollar 20 avqust – 74,8 milyon dollar 22 avqust – 76,2 milyon dollar 27 avqust – 75,8 milyon dollar 29 avqust – 80,4 milyon dollar 3 sentyabr – 64,9 milyon dollar 5 sentyabr – 65 milyon dollar 10 sentyabr – 90,74 milyon dollar
|