Dövlət qurumu 10 milyonluq təmir işlərini bu şirkətə həvalə etdi
Tarix: 11-09-2024, 00:05 |
Çap et
İnnovasiya və Təchizat Mərkəzi Kliniki Tibbi Mərkəzin 1 saylı korpusunun, həmçinin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderi yekunlaşdırıb.
Dia-az.İnfo xəbər verir ki, sözü gedən tenderin qalibi "ORN Group" MMC olub.
İşlərin icrası üçün qalib şirkətə 9 milyon 902 min 629,24 AZN məbləğində vəsait ödəniləcək.
Görüləcək işlərin tam siyahısı ilə bu linkdən tanış olmaq olar.