Zəngəzur dəhlizi mütləq açılacaq, AMMA... .....                     Suyun qiyməti bahalaşacaq? .....                     Trampın qələbəsi ermənilərin .....                     Yeni icra başçısı Salyanın yollarının təmirini bu şirkətə həvalə etdi .....                     BU NƏDİ BELƏ: Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb .....                     Tarixin sonu və idarə olunan xaos: .....                     “Bank of Baku”nun saxtakarlığı niyə araşdırlmır? .....                     İnterpolun axtardığı fransız .....                     Azərbaycanlı BP-də yüksək vəzifəyə təyin olundu .....                     Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Köçəryan anonsunu verdi .....                     "Sənə pul lazım deyil? Pulunu ödəyirəm də..." .....                     Ziyafət Əsgərovun vəzifəsi ona həvalə edildi .....                     Azərbaycan təbii qazı Rusiyadan 185 dollara alıb, Türkiyəyə 310 dollara satıb .....                     General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL .....                     Rus əsgərləri gizli şəkildə Ukrayna ordusuna kömək edir .....                     Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Dilarə Kazımovadan şəxsi həyatı ilə bağlı ETİRAF .....                     BRİCS Bakıya nə verə bilər? .....                     Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb .....                     Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq .....                     "Azərbaycan kinosunu dövlət dəstəyi ilə sağaltmaq mümkündür" .....                     Generala ağır itki üz verdi .....                     Külli miqdarda rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərə hökm oxunub .....                     Bakıda olduğu deyilirdi… .....                     Şuşanın xarici su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq .....                     “Canını qoyursan, “sağ ol” demir, amma fonoqram oxuyanlara…” .....                     Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR... .....                     Azərbaycana qarşı İKİLİ STANDART .....                     “Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb .....                     BANM COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi oldu! .....                     `AAAF Park` sakinlərə bir də BELƏ ÇİLƏ YAŞADIR... .....                     İrəvanın havadarları bölgəyə yeni eskalasiya dalğası gətirməyə çalışırlar .....                     Ermənistan TƏXRİBATA HAZIRLAŞIR .....                     Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib .....                     Kiçik görünən böyük səhvlərimiz .....                     Qonşularımız yol ayrıcında: ölkə qaynayır .....                     Fəhlə işlədiyi şirkətdən 130 minlik oğurluq etdi: .....                     Aqil Abbasa futboldan danışmağı TÖVBƏ ELƏTDİRİRLƏR... .....                 

“Anam atamı Şəfiqə xanıma qısqanırdı, yataq səhnəsinə razı olmadı” - “Cəbiş müəllim”in qızı
Tarix: 10-09-2024, 17:10 | Çap et
“Anam atamı Şəfiqə xanıma qısqanırdı, yataq səhnəsinə razı olmadı”
Musavat.com-un növbəti həmsöhbəti “Bizim Cəbiş müəllim” filmində “Cəbiş müəllim” obrazını yaradan mərhum Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərovadır.

O, aktyorun yeganə övladıdır. Sevil xanımla sənətkarın həm şəxsi həyatından, həm də yaradıcılığından danışmışıq.

“Atam həm ciddi, zabitəli, həm də ürəyi yumşaq adam idi. Heç kimin qəlbinə dəyməzdi. Hamı ilə mülayim rəftar edirdi, ancaq hər şey çərçivə daxilində olmalı idi. Mən evin tək övladı olduğum üçün ərköyün böyümüşdüm. Lakin bu ərköyünlüyün də bir ölçüsü var idi. Evdə də çox sakit və gülərüz idi. Zarafatı sevərdi.

Mənim həyat yoldaşımı oğlu kimi qəbul edirdi. Onu həddindən artıq çox istəyirdi. Yoldaşım da atamın son dəqiqəsinə qədər Süleyman bəyin yanından ayrılmadı. Açığı, onun sön günlərini xatırlamaq mənim üçün ağırdır. 83 yaşında qarlı havada teatra gedərkən yıxılmışdı. Həmin hadisədən bir il sonra zədə aldığı yerdə şiş əmələ gəldi. Daha sonra isə ayaqları tutuldu.

Hər dəfə yuxudan ayılanda deyirdi ki, yuxuda teatrı gördüm, səhnəyə çıxdım vəs. Çox qısa müddətdən sonra isə dünyasını dəyişdi.

Ölümündən bir gün əvvəl, axşam 9-un yarısı məni və yoldaşımı çağırdı. Dedi, mənə nə etmisinizsə, halallıq verin. Sizdən razı gedirəm. Mən kövrəlib ağladım. Sakitləşdirdi, dedi, ağlama, bu dünya bir pəncərədir, hər gələn baxıb gedir. Sonra saata baxıb, əlavə etdi: “6-ya 20 dəqiqə işləmiş”. Bunun nə demək olduğunu soruşdum, cavabı belə oldu: “Sən bilməzsən”. Səhərisi günü elə dediyi saatda və dəqiqədə rəhmətə getdi”.

Sevil xanım deyir ki, atası zəngin və tanınmış tacirin oğlu olub. Ailədə 3 uşaq - iki qardaş, bir bacı imişlər. Onların Qız qalasının yanında 3 mərtəbəli evi olub. Həmin ev indi də durur:

“Balaca olanda atam həmişə əlimdən tutub ora aparardı, deyirdi, uşaqlığı orada keçib. Onların hətta nökərləri də olub. Babamın “Tarqovı” adlanan ərazidə dükanları da var imiş. Lakin 1918-ci ilin mart soyqırımı zamanı ermənilər Bakıya hücum edib evlərini dağıdıblar.

Ermənilər nənəmi təpiklə döyüblər. Təsəvvür edin, digər Bakı əhli ilə birlikdə nənəmi, atamı, əmimi və bibimi Dövlət Akademik Opera və Balet Teatrına salıb, qapılarını bağlayıblar. Orada onları yandırmaq istəyirmişlər. Atam deyirdi ki, ağlamaq, qışqırıq səsindən qulaq tutularmış.

O zaman onun 5 yaşı olub. Amma hər şey yaddaşında qalıb. Sonradan Bakıya daxil olan türk ordusu atamgili ölümdən xilas edib. Sovet hökuməti qurulandan sonra isə babamın bütün mülkini əlindən alıblar və atamgili çölə atıblar. Gəncliyində atam, əmim və bibim çox əziyyət çəkiblər. Süleyman bəy sənədlərini tibb sahəsinə veribmiş. Lakin imkansızlıqdan yarımçıq buraxıb, gedib işləyib. Bir dəfə küçədə gedərkən rəhmətlik aktyorumuz Əliağa Ağayevə rast gəlib. Onlar uşaqlıqdan dost idilər. Pioner düşərgəsində bir yerdə olmuşdular. Atam ona institutu buraxdığını deyib. Əliağa əmi Süleyman bəyə teatrda işləməyi təklif edib. Beləliklə, atamı teatra aparıb, istedadını yoxlayıblar və bəyəniblər. O vaxtdan taleyi teatrla bağlı olub. Bütün müsbət obrazlar ona verilirmiş. Çünki hündürboy və yaraşıqlı kişi idi”.

Sevil xanımla anası ilə atasının tanışlığından da danışdıq:

“Bibimlə anam rəfiqə olublar. Onlar hər dəfə teatra gəlib atamın tamaşasına baxırmışlar. Anam elə o vaxtdan atama vurulubmuş. Bibim bunu bilib və atama deyib ki, onu rəfiqəsi ilə tanış etmək istəyir. Ona deyib ki, sabah tamaşada birinci sırada oturacaqlar və o anama baxsın. Beləliklə, atam da anamı görür və onu çox bəyənir. Onları bibim tanış edir və həmin gündən valideynlərimin sevgi macərası başlayır.

Babam imkanlı kişi imiş, bir neçə zavodu var imiş. Kasıb aktyora qız vermək istəmirmiş. Ancaq nənəm işi elə qurur ki, bu izdivac alınır. O, anamı çağırıb deyir ki, gedib bir neçə günlük rəfiqəsigildə qalsın. Ardınca isə babama yalandan bildirir ki, atam anamı qaçırıb. Əgər biabır olmaq istəmirlərsə, bu evliliyə icazə versin. Babam razılıq verir və toy edirlər. Atam ev alana qədər valideynlərim babamgilin evində qalıblar.

Onlar bir-birlərinə qarşı çox qısqanc idilər. Anam tibb texnikumunu bitirmişdi. Atam onu işləməyə qoymadı. Amma çox mehriban ailə idik. Hətta qastrollara gedəndə də Süleyman bəy bizi özü ilə aparardı.

Bir məsələni də qeyd edim ki, anam çox zabitəli qadın idi, atam ondan bir az çəkinirdi. Atam “Bizim Cəbiş müəllim” filmində sanki özünü oynayıb. Onun kimi sadə, hər şeyə inanan idi”.

Süleyman Ələsgərovun qızı deyir ki, atası “Bizim Cəbiş müəllim” filminə çəkilən zaman 8-ci sinifdə oxuyurmuş. Məktəb səhnələri elə onun oxuduğu təhsil müəssisəsinin yanında çəkilirmiş:

“Hərdən qızlarla dərsdən qaçıb gedib çəkilişə baxırdıq. Çox maraqlı çəkilişlər gedirdi. Atam əslində bu rola çəkilmək istəmirdi. Çünki eşitmişdi ki, həmin obraza Rza Təhmasibi çəkmək istəyirlər. Nəhəng bir aktyora maneə yaratmaq istəmirdi. Rejissor Həsən Seyidbəyli evimizə zəng etdi və dedi ki, həmin rolda onu görmək istəyir. Yalnız ondan sonra atamı razı sala bildi.

Həmin filmdə bir səhnə çəkilməliydi: Şəfiqə xanımla atam yataqda uzanıb söhbət etməli idilər. Atam əvvəlcədən anama dedi ki, belə bir epizod var. Anama atama qadağa qoydu. Dedi: “sən bu səhnəyə çəkilməyəcəksən”. Atam xeyli fikirləşdi və çarəsini tapdı. Səhər çəkilişə gedəndə rejissora deyib ki, bu filmə şagirdlər və tələbələr baxacaq. Müəllimin öz yoldaşı ilə yataqda uzanıb söhbət etməsi görüntüsü mentalitetimizə uyğun deyil. Həsən müəllim onu qucaqlayıb deyir ki, bu, heç onun ağlıma gəlməyibmiş. Beləliklə, həmin yataq səhnəsini dəyişirlər.

Anam yenə də onu qısqanırdı. Deyirdi: “Filmdə Şəfiqə xanım səni qucaqlayır. Bu qucaqlama səhnəsi olmasaydı...” Atam da gülüb dedi ki: “Leyla xanım, ağ eləmə də”.

Sevil xanımın sözlərinə görə, anası rəhmətə gedəndən sonra atası uzun müddət stress keçirib:

“Demək olar ki, depressiyaya düşmüşdü. Teatra az-az gedirdi. Anamın böyük bir portretini çıxartdırıb divarda başının üstündən asmışdı. Həmin portretə baxıb piano çalırdı. 6-7 ay özünə gələ bilmədi. Daha sonra qızım doğulanda ona anamın adını verdi. Ölənə qədər qızımı sevdi və onunla məşğul oldu. Həmişə qızıma Leyla xanım deyirdi. Onun toyunu görməyi arzulayırdı”.

Aktyor yaratdığı obrazları ikinci övladı adlandırırmış:

“Atamın ən çox sevdiyi faciə rolları idi. O vaxt teatra böyük hörmət var idi. O, 83 yaşına kimi səhnəyə çıxdı. Sonuncu dəfə “Mahmud və Məryəm” tamaşasında vəzir obrazını yaratdı.

Atama sevgi məktubları gəlirdi. O da həmin məktubları gətirib anama verirdi. Anam əvvəlcə əsəbiləşirdi, sonra isə öyrəşdi”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zəngəzur dəhlizi mütləq açılacaq, AMMA... NECƏ VƏ NƏ VAXT?
Bu gün, 14:02
Suyun qiyməti bahalaşacaq? - BELƏ HARA GEDİRİK?..
Bu gün, 14:00
Trampın qələbəsi ermənilərin işinə YARAMIR
Bu gün, 13:56
Yeni icra başçısı Salyanın yollarının təmirini bu şirkətə həvalə etdi - 766 minlik müqavilə
Bu gün, 13:25
BU NƏDİ BELƏ: Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:23
Tarixin sonu və idarə olunan xaos: - demokratiyanı necə dağıtmaq olar?
Bu gün, 13:21
“Bank of Baku”nun saxtakarlığı niyə araşdırlmır? - “Azər Aqro” və “Azər Kuban” şirkətlərinin rəhbər şəxslərindən ETİRAZ
Bu gün, 13:16
İnterpolun axtardığı fransız Azərbaycanda TUTULDU
Bu gün, 13:12
Azərbaycanlı BP-də yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 13:07
Misir Mərdanovla Şahlar Əsgərov arasında "buzlar əriyib" - FOTO
Bu gün, 12:50
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:47
Köçəryan anonsunu verdi - “Bu, Ermənistanın sonu olacaq”
Bu gün, 12:46
"Sənə pul lazım deyil? Pulunu ödəyirəm də..." - ABB müştərilərini boğaza yığıb...
Bu gün, 12:43
Ziyafət Əsgərovun vəzifəsi ona həvalə edildi
Bu gün, 12:34
Azərbaycan təbii qazı Rusiyadan 185 dollara alıb, Türkiyəyə 310 dollara satıb - SİYAHI
Bu gün, 12:31
General oğlunun 5 ildir DOST-a icarəyə verdiyi bina ətrafında QALMAQAL - Dünənə qədər İSTİSMARI QADAĞAN İDİ...
Bu gün, 12:28
Rus əsgərləri gizli şəkildə Ukrayna ordusuna kömək edir – İDDİA
Bu gün, 12:24
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Bu gün, 12:21
Dilarə Kazımovadan şəxsi həyatı ilə bağlı ETİRAF
Bu gün, 12:19
BRİCS Bakıya nə verə bilər? - AKTUAL
Bu gün, 12:17
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
Bu gün, 12:15
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq - MƏQALƏ
Bu gün, 12:05
"Azərbaycan kinosunu dövlət dəstəyi ilə sağaltmaq mümkündür" - Əməkdar artist
Bu gün, 12:02
Generala ağır itki üz verdi - FOTO
Bu gün, 12:00
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:54
Bakıda olduğu deyilirdi… – İran həmlə etdi, İsrail şok yaşadı
Bu gün, 11:43
Şuşanın xarici su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq - 33,2 milyon manat ayrıldı
Bu gün, 11:36
“Canını qoyursan, “sağ ol” demir, amma fonoqram oxuyanlara…”
Bu gün, 11:30
Naxçıvanda keçmişimizə münsaibətdə də YENİ NƏSƏ YOXDUR... - AXI NİYƏ?
Bu gün, 11:23
Azərbaycana qarşı İKİLİ STANDART - MƏQALƏ
Bu gün, 11:17
“Express Bank”ın mənfəəti azalıb, xərcləri artıb - DETALLAR
Bu gün, 11:03
BANM COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi oldu!
Bu gün, 11:02
`AAAF Park` sakinlərə bir də BELƏ ÇİLƏ YAŞADIR... - şirkətin borcu var deyə...
Bu gün, 10:57
İrəvanın havadarları bölgəyə yeni eskalasiya dalğası gətirməyə çalışırlar - FAKT BUDUR!
Bu gün, 10:52
Ermənistan TƏXRİBATA HAZIRLAŞIR - Təhlükəli SSENARİ məlum oldu!
Bu gün, 10:51
Azərbaycan Mərkəzi Bankı iki hüquqi şəxsə sığorta agenti lisenziyaları verib
Bu gün, 10:48
Kiçik görünən böyük səhvlərimiz - REPLİKA
Bu gün, 10:46
Qonşularımız yol ayrıcında: ölkə qaynayır - GƏLİŞMƏ
Bu gün, 10:40
Fəhlə işlədiyi şirkətdən 130 minlik oğurluq etdi: - Müdirin kreslosunu da satıb...
Bu gün, 10:39
Aqil Abbasa futboldan danışmağı TÖVBƏ ELƏTDİRİRLƏR... - "O futbol deyildi..."
Bu gün, 10:35
Gədəbəydə vəzifəli şəxs qız qaçırıb - TƏFƏRRÜAT
Bu gün, 10:30
"İranın hərbi obyektlərini vuracağıq" - Netanyahu
Bu gün, 10:28
Azərbaycan əhalisi üçün təhlükə: Ermənilər elə silah alır ki... - “Alpha Defence”
Bu gün, 10:16
Barəsində cinayət işi açılan azərbaycanlı döyüşə getmək istəyir - Ukraynaya qarşı...
Bu gün, 10:11
Bu təşkilatdan Azərbaycana BÖHTAN - Elə bir şey etdilər ki...
Bu gün, 10:06
Deputatla deputatın dostluğu NİYƏ ALINMIR? - ÖZLƏRİ AÇIQLAYIR...
Bu gün, 10:05
Zəngəzur dəhlizinə görə aralarında yaranmış fikir ayrılığını da çox tez unutdular - ÇÜNKİ...
Bu gün, 09:57
Sabiq icra başçısı və digər vəzifəli şəxslər yenidən məhkəmə qarşısına çıxarılır - TƏFƏRRÜAT
Bu gün, 09:56
Fransa və Əlcəzairin bir sıra ərazisindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub
Bu gün, 09:52
Zəfər Qurbanovun gətirdiyi sistem... NARAZILIQ YARADIR...
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru