Razi Nurullayev dövlət qurumlarının rəhbərlərini parlamentə ÇAĞIRDI: .....                     Sabirabadda dəhşətli hadisə: gecə atasını döyüb öldürdü, dəlixanaya göndərildi .....                     AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib .....                     Mülayim qərb küləyi əsəcək .....                     “ABŞ ilə əvvəlki münasibətlər bitdi” .....                     Gürcüstan prezidenti “erməni soyqırımı abidəsi”ni ziyarət etdi .....                     Xarici vətəndaşın 1 il əvvəl yaratdığı 50 minlik şirkəti .....                     Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan .....                     Gürcüstan və Ermənistan prezidentləri görüşüblər .....                     Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı .....                     Nazir məşhur cərraha vəzifə verdi .....                     Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü .....                     Samir Rzayev səfirlə görüşdü .....                     İcra başçısının müavini işdən çıxarıldı .....                     Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır .....                     Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... .....                     Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur .....                     Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? .....                     “Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” .....                     55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu .....                     "Azəriqaz" daha bir məhkəməni uduzdu .....                     Ukrayna münaqişədən parçalanmış halda çıxacaq .....                     „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ .....                     Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır .....                     "Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" .....                     Azərbaycanda QSC yenidən təşkil ediləcək .....                     ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib .....                     Bakı səfərindən paylaşım etdi .....                     Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... .....                     Avarçəkmə yenidən Qarabağda .....                     Nazir rəisi təqaüdə göndərdi .....                     “Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır .....                     Problemli kreditlərdə 32 milyonluq artım .....                     TƏBİB-in ƏRKÖYÜNÜ... .....                     Artilleriya bölmələri ilə döyüş atışları keçirilib .....                     Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, .....                     Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... .....                     Azərbaycan-Çin münasibətləri yeni mərhələdə .....                     Xalq artisti arxivini tökdü ortaya... .....                     İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... .....                 

İranın Zəngəzur dəhlizi kampaniyası: - Azərbaycan üçün təhdid və imkanlar
Tarix: 10-09-2024, 17:20 | Çap et
İranın Zəngəzur dəhlizi kampaniyası:
İran KİV-lərində Zəngəzur dəhlizi, Rusiyanın, dolayısı ilə həm də Azərbaycanın ünvanına təhdidlər yenə də aparıcı mövzu olaraq qalır. Yalnız son üç gün - ötən həftənin şənbə, bazar günləri və bu həftənin ilk günü mövzu ilə bağlı farsdilli saytlarda izlədiyimiz yazıların texniki tərcümə mətnlərinin ümumi həcmi 230 kompüter səhifəsinə yaxındır (590 min işarə).

Əlavə olaraq ərəb, rus, türk və ingilisdilli kontentin də həcmi təxminən bu qədərdir. Bu həcmdə materialların tam analitik rezumesini hazırlamaq və ya onlar əsasında kontent analizi işləmək fiziki baxımdan mümkün deyil. Həm də yazılan təhlillər, şərhlər, alınan müsahibələrdə əsas vurğular, tezislər əksərən eynidir - İranın qırmızı cizgilərindən, Rusiyanın strateji səhv etməsindən bəhs olunur və s.

Bu ajiotajın, daha dəqiqi yazı, reportaj, şərh, təhlil, müsahibə, tezis “bombardman”ının arxasında sezilən, bəzi təhlillərdə isə açıq ifadə olunan məqamlar belədir:

1) Kampaniyanın məqsədi Rusiyanı Azərbaycanı deyil, İranı seçməyə məcbur etməkdir;

2) Rusiya qarşısında uzun illər duyulan qorxaqlıq, cəsarətsizlik kompleksinin heyifi çıxılır. Hətta II Qarabağ savaşından sonra ilk dəfə Rusiyanın tənqidinə yer veriləndə dərhal öz KİV-ləri cavab mətnləri dərc edir, Rusiyanı İranın dostu kimi mədh edirdilər. İndi hesab edirlər ki, Ukraynanın Kursk əməliyyatı Moskvanın zəifliyini ortaya qoyub, bundan sonra o, İranla böyük qardaş tonunda davrana bilməz;

3) Bəzi təhlillərdə qeyd edilir ki, Rusiyanın məqsədi İranın Ermənistan üzərindən ABŞ-la təmasa girməsinin qarşını almaqdır. Məsələn, politoloq, 10-cu çağırış İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Heşmətullah Fəlahətpişə “X” (Tvitter) səhifəsində yazıb: “Zəngəzur dəhlizi Putinin İranın yeni hökuməti ilə ABŞ arasında kommunikasiya kanalları yaradılması imkanının qarşısını almaq üçün qabaqlayıcı hücumudur”. Bununla da etiraf olunur ki, kampaniyanın bir məqsədi də Rusiyadan uzaqlaşıb Qərbə yönəlməkdir.

Ötən il Çinin, ardınca Rusiyanın İranın 1970-ci illərdə indiki BƏƏ-yə daxil olan əmirliklərdən qəsb etdiyi üç ada üzərində BƏƏ-nin suverenliyini tanıması, daha sonra Pakistan-İran və Əfqanıstan-İran ixtilaflarında Pekinin Tehranı müdafiə etməməsi, əksinə güzəştə məcbur etməsi, eyni zamanda Həmasla İsrail arasında başlamış toqquşmalarda Rusiyanın hər hansı dəstəyinin olmaması İranı yenidən Qərblə yaxınlaşmaq haqda yollar axtarmağa vadar edir. Və ya Rusiya və Çinə belə axtarışda olduğu haqda mesajlar verməyə çalışılır. İranın niyə İsraillə savaşan Həması açıq dəstəkləməməsi haqda ittihamlara cavab olaraq hələ ilin əvvəllərində ali dini liderin şəxsən nəzarət etdiyi “Keyhan” qəzeti savaşın Rusiyanın işinə yaradığı, bir gün Kiyev Moskvanın şərtləri ilə sülhə razı olarsa, bunun səbəbinin Həmasın başlatdığı müharibə olacağını yazmışdı. İslahatçı namizəd, Qərblə danışıqlar tərəfdarı olan, İranın Yaxın Şərq savaşından daha ciddi problemləri olduğunu bəyan edən Məsud Pezeşkianın prezident seçilməsinə şərait yaradılması da, görünür, Qərblə yaxınlaşma planlarına daxil imiş.

4) İran Kremlin Zəngəzurla bağlı bəyanatlarını, Azərbaycanın lehinə görünən mövqe tutmasını son illər Tehrana etdiyi “xəyanətlər” silsiləsində görür. İranlı ekspertlərə görə, bu “xəyanətlər” yuxarıda qeyd etdiyimiz kimi üç ada məsələsində ərəblərin tərəfini tutmaq, BMT səsvermələrində İranın əleyhinə səs vermək, nüvə danışıqlarında İranın uğursuzluğuna səbəb olmaq, İranın öz istəyinin ziddinə olaraq Ukrayna ilə münaqişəyə tərəf kimi cəlb etməkdir. Sonuncu “xəyanət” isə Zəngəzur dəhlizi ilə bağlı antiiran mövqedir.

Xatırladaq ki, Rusiya Luqansk və Dneprdə kvazidövlətlər yaradandan dərhal sonra İran həmin qurumlarla ticarət tərəfdaşlığı anlaşmalarına girmiş, bununla da heç bir postsovet ölkəsinin, hətta Belarusun etmədiyi şəkildə davranaraq onları de-fakto tanımışdı. Savaşdan bir il əvvəl isə İran KİV-ləri dezinformasiya yaymışdılar ki, Ukrayna gələcək Krımda döyüşmək üçün suriyalı muzdlular cəlb edir, sonradan bu muzdluların əslində Rusiya tərəfindən cəlb edildiyinin şahidi olduq. Savaş başlayandan sonra da dini rəhbər öz Tvitter hesabında Rusiyanın beynəlxalq imperializmə qarşı döyüşməsi haqda tvitlər paylaşmış, Ukrayna torpaqlarının işğalına bəraət qazandırmışdı. Bundan sonra da Ukraynaya qarşı istifadə olunmaq üçün silah tədarükünə başlamış, rus ordusunu dronlar və ballistik raketlərlə təchiz etmişdi. Bu, onsuz da sanksiya altında olan İranı yeni sanksiyalara məruz qalmasına səbəb olur;

5) İran dəhlizlə bağlı müzakirələr başlayan ilk vaxtlar lazım gələrsə Çin və Rusiyanın dəstəyi ilə Azərbaycana öz şərtlərini qəbul etdirəcəyini bildirirdi. Azərbaycan diplomatiyasının həm Rusiya, həm Çinin, əslində həm də Qərbin bu məsələdə dəstəyini qazana bilməsi İran tərəfini qəzəbləndirir, səhvlər, xətalar buraxmağa sövq edir. Bəzi analitiklər bu məqama diqqət çəkir, Azərbaycanın Rusiya-İran qarşıdurmasından daha çox qazanacağını deyir, Tehranı Rusiya ilə açıq konfrantasiyadan qaçmağa çağırırlar;

6) Dini liderə yaxın KİV-lərlə islahatçıların əsas nəşrləri, demək olar, yaxın mövqedən çıxış edirlər. Dini liderə yaxın KİV-lər Rusiyadan uzaqlaşıb “nə Qərb, nə Şərq” siyasətinə qayıtmağı təklif edirlər, islahatçılar isə bu ixtilafı bir az da gərginləşdirib daha çox Qərbə meyllənməyi təbliğ edirlər. Bu tendensiya davam edəcəyi təqdirdə, görünür, Rusiya-İran soyuqlaşmasının daha da dərinləşməsinin şahidi olacağıq. Bunun bölgəyə təsiri qaçılmazdır. Türkiyə və Azərbaycanda uzun müddətdir İran-Rusiya-Türkiyə-Azərbaycan ittifaqı haqda danışanların ilk antiiran bəyanatları eşidilməkdədir, yəqin ki, rusiyameyilli dairələrin antiiran çıxışları daha çox artacaq;

7) Gedən çoxlu yazılarda Azərbaycana qarşı bir linqvistik-terminoloji qəsd də nəzərə çarpır: “Zəngəzur dəhlizi” ifadəsi tədricən “Sünik dəhlizi” (dalane Sunik) ifadəsi ilə əvəzlənir. Yazılar həddən artıq çox olduğundan bu terminoloji sui-qəsd müəyyən qədər uğurlu ola, özünə vətəndaşlıq hüququ qazana bilər, ən azı, İran KİV-lərində. Amma əvvəllər təklif olunan “Mehri dəhlizi” və ya “NATO-Turan dəhlizi” kimi ifadələr uğur qazana bilməmişdi.

8) Hələlik kampaniyanın əsas hədəfi Rusiya olsa da, Azərbaycan da hədəfdən yayınmır, ara-sıra Azərbaycanı cəzalandırmaq, sərhəd boyu yeni əzələ nümayişi təlimləri keçirməyə çağırışlar edilir.

Cəmaləddin Quliyev, siyasi ekspert










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Razi Nurullayev dövlət qurumlarının rəhbərlərini parlamentə ÇAĞIRDI: - “Şəxsi pullarınız deyil”
Bu gün, 12:55
Sabirabadda dəhşətli hadisə: gecə atasını döyüb öldürdü, dəlixanaya göndərildi - TƏFƏRRÜAT
Bu gün, 12:52
AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:46
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:45
“ABŞ ilə əvvəlki münasibətlər bitdi” - Ottava
Bu gün, 12:42
Gürcüstan prezidenti “erməni soyqırımı abidəsi”ni ziyarət etdi - FOTO
Bu gün, 12:37
Xarici vətəndaşın 1 il əvvəl yaratdığı 50 minlik şirkəti - BAĞLANIR
Bu gün, 12:27
Saxta arayış qalmaqalına görə barəsində cinayət işi açılan "General Hospital" 6 min manat cərimələndi
Bu gün, 12:23
Gürcüstan və Ermənistan prezidentləri görüşüblər
Bu gün, 12:19
Elnarənin təyyarə qəzasının qəhrəmanlarına “Hər şey yaxşı olacaq” ithafı - VİDEO
Bu gün, 12:14
Nazir məşhur cərraha vəzifə verdi - FOTO
Bu gün, 12:07
Veysəloğlu Şirkətlər Qrupu iki nüfuzlu mükafata layiq görüldü - FOTO
Bu gün, 12:04
Samir Rzayev səfirlə görüşdü - FOTO
Bu gün, 12:00
İcra başçısının müavini işdən çıxarıldı - BUNA GÖRƏ...
Bu gün, 11:59
Tarixi abidələrdə qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımı aradan qaldırılır - FOTO
Bu gün, 11:57
Aprel ayı bitməkdədir... mart ayının maaşını ala bilməyiblər... - NARAZILIQ VAR...
Bu gün, 11:53
Bu qədər imtahan fetişizmi başqa heç bir ölkədə yoxdur - ETİRAZ VAR...
Bu gün, 11:44
Səhvən başqa şəxsə pul göndərdikdə nə etməliyik? – “Bu halda bankı məhkəməyə vermək olar”
Bu gün, 11:40
“Kişi müəllimlərin maaşını artırmaq lazımdır, övladlarımız qadın müəllimlərdən nə öyrənəcəklər?” - ÇAĞIRIŞ
Bu gün, 11:37
55 min manatdan çox vergi borcu olan şirkət Naxçıvanda 1,5 milyonluq tenderləri uddu - TƏFƏRRÜAT
Bu gün, 11:32
"Azəriqaz" daha bir məhkəməni uduzdu - 57 min manatı geri qaytaracaq
Bu gün, 11:27
Ukrayna münaqişədən parçalanmış halda çıxacaq - "Politico"
Bu gün, 11:24
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ - Naxçıvandan SUAL EDİRLƏR...
Bu gün, 11:19
Paşinyan hazırda Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə danışır - “Hayeli Armenia”
Bu gün, 11:14
"Atamın vəsiyyəti ilə bağlı deyilənlər yalandır" - İlyas İsmayılovun oğlu danışdı
Bu gün, 11:12
Azərbaycanda QSC yenidən təşkil ediləcək - TOPLANTI
Bu gün, 11:06
ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib - VİDEO
Bu gün, 11:03
Bakı səfərindən paylaşım etdi - FOTO
Bu gün, 11:00
Yasamalda ŞOK TİKİNTİ ÖZBAŞINALIĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:57
Avarçəkmə yenidən Qarabağda - Füzulidə! (FOTO)
Bu gün, 10:44
Nazir rəisi təqaüdə göndərdi - FOTO
Bu gün, 10:38
“Şərur MTK” satdığı mənzili vətəndaşın əlindən alır - "İsfəndiyar dedi ki, 30 min gətir"
Bu gün, 10:34
Problemli kreditlərdə 32 milyonluq artım - Vəziyyət ciddidir?
Bu gün, 10:32
TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...
Bu gün, 10:28
Artilleriya bölmələri ilə döyüş atışları keçirilib
Bu gün, 10:13
Yarım milyon manata yaxın pulu mənimsəməkdə təqsirləndirilənlərə hökm oxunub, biri məhkəmə zalından həbs olunub
Bu gün, 10:08
Cəhri kimi kənd RƏSMƏN BOŞALDILIR... - İÇMƏLİ SU DƏRDİ...
Bu gün, 10:06
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə - MƏQALƏ
Bu gün, 09:57
Xalq artisti arxivini tökdü ortaya... - FOTO
Bu gün, 09:54
İrəvanda separatçı-terrorçu rejimin “prezident”liyinə yeni namizəd üzə çıxdı... - EVCİK-EVCİK OYNAYIRLAR...
Bu gün, 09:51
“NORM”a yaxın şirkət yaradıldı - DETALLAR
Bu gün, 09:51
“PAŞA Sığorta” şirkətinin idarə heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 09:50
44 günlük savaş vaxtı Arayik deyib ki, Köçəryanla görüşsəm, Paşinyan məni "yeyər"... - tert.am
Bu gün, 09:47
"Neftqazmaş" ASC kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU
Bu gün, 09:44
"Bakıtikişsənaye" ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 09:39
Bakıda qadınla görüşə gedən şəxsi soyundurub videoya çəkiblər - TƏFƏRRÜAT
Bu gün, 09:36
İlham Əliyev regionda MEYDAN SULAYIR... - FAKT BUDUR!
Bu gün, 09:33
ABB də boyun qaçırır, qosqoca `Azercell` də... - "Hər ikisinə ayıb olsun!"
Bu gün, 09:29
Gəncədə icra hakimiyyətinin yaxınlığında QƏTL
Bu gün, 09:24
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir - RƏSMƏN ÖZBAŞINALIQDIR...
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru