Diplomatik nəzakət, yoxsa milli iradə? .....                     Azərbaycanda quşçuluq şirkəti .....                     Şərurlu İsfəndiyar böyük qalmaqaldan danışdı: .....                     Paşinyan sələflərinə meydan oxudu: .....                     "Fərid həbsxanaya düşəndən sonra ondan imtina etdiyini rəsmi olaraq elan etmişdi" .....                     Goranboy sakini dövlətdən kömək istəyir .....                     "Kabloline" Azərbaycan Ordusuna kabelləri daha ucuz təqdim etdi .....                     Beyləqan sakini acınacaqlı durumda .....                     "Sədr də dəyişə bilər..." .....                     Bu gün Bakıda Azərbaycanın vasitəçiliyi ilə İsrail və Türkiyə arasında danışıqlar keçiriləcək .....                     Bakı-Tehran: Gerçək perspektiv, yoxsa erkən optimizm .....                     Hindistan-Pakistan gərginliyi şiddətləndi: nüvə düyməsi basıla bilər, amma... .....                     Sülh masası qurulur? Ukrayna razıdır, lakin şərti var .....                     İş həcmi səhv yazıldı, 10 milyon manatlıq .....                     “Səyyarmextikinti” ASC səhmdarlarının .....                     Türkiyə və İsrail hərbi toqquşmanın astanasındadırmı? .....                     Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki… .....                     Azad Məcidov təqaüdə göndərildi .....                     Pakistan-Hindistan gərginliyi: İsrail “tərəfini” seçdi .....                     Prezidentin Moskva səfəri niyə təxirə salındı? .....                     Qazaxda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib .....                     Tahir Kərimlinin partiyası qurultaya hazırlaşır: .....                     Lənkəran abadlaşacaq, yolları təmir olunacaq .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxs 16 il müddətinə azadlıqdan mərhum edilib .....                     Rus ordusu mayın 9-dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir .....                     Astarada qeyri-adi OLAY .....                     Paşinyana qadın yaylığı bağışladılar .....                     Penitensiar Xidmətin daha bir tenderi baş tutmadı .....                     Ərbildə Azərbaycan Baş Konsulluğu açılacaq .....                     Ermənistan dövləti ləğv olunur? .....                     Xanımın saçının qırxılması simvolik bir güc nümayişidir .....                     Amma niyə indi: Astanadan Moskvaya “şillə” .....                     “Bankların onlayn kredit prosesində ciddi risklər var” .....                     Bakıda iki maklerə cinayət işi açıldı .....                     Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir .....                     Ermənistan Konstitusiyasını dəyişdirir .....                     Evindən milyonlar aparılan "Şaurma 1" sahibinin ailəsi Zahid Oruca müraciət etdi .....                     Kəşmir məsələsi NƏ YERDƏDİR... .....                     Mayın 9-u Moskva sakit olacaqmı? .....                     Hökumə Əliyevanın ev-muzeyi tikilir .....                 

Paşinyan erməni separatçılara savaş açır: - Silahlı qiyam planını pozmaq üçün onları ölkədən çıxarırlar
Tarix: 11-09-2024, 18:08 | Çap et
Paşinyan erməni separatçılara savaş açır:
Ermənistanın sürüşkən və xaotik xarici siyasətinin ilkin nəticələri artıq ölkədaxili proseslərə birbaşa təsir göstərməyə başlayıb. Belə ki, Ermənistan cəmiyyəti Paşinyan hakimiyyətinin idarəçilik dönəmində ciddi şəkildə parçalanmasıyla diqqəti çəkir. Hər halda, onilliklər boyu möbvud olmuş ümumerməni siyasi-ideoloji mərkəzləşmə artıq arxa plana keçmək üzrədir. Hətta yalnız Ermənistanda deyil, xarici ölkələrdə erməni diasporlarını da vahid mərkəzdə birləşdirən bu siyasi-ideoloji xətt demək olar ki, iflasa uğramış kimi görünür. Və bu, o deməkdir ki, yaxın gələcəkdə ənənəvi “erməni problemi”nin tamamilə sıradan çıxarılması reallaşa bilər.

Onu da qeyd etmək lazımdır ki, indi Ermənistanın ictimai-siyasi məkanı Cənubi Qafqazda geopolitik maraqları olan dövlətlər arasında bölüşdürülüb. Belə ki, Ermənistan cəmiyyəti ümumerməni narrativlərindən uzaqlaşma prosesinə məruz qalaraq, rusiyaçılara, irançılara, avropaçılara və hətta amerikaçılara bölünüb. Ona görə də, xarici ölkələrin xüsusi xidmət servisləri tərəfindən idarə olunan erməni siyasi düşərgələri bağlı olduqları dövlətlərin maraqlarından çıxış edirlər. Və Ermənistanın maraqlarına, hətta gələcək taleyinə belə, xarici himayədarlarının drektivləri üzərindən baxırlar.

Bütün bunları nəzərə aldıqda, Ermənistan cəmiyyətində ümumi problemlərə münasibətdə çoxsaylı fərqli yanaşma tərzinin olması qətiyyən təəccüblü deyil. Böyük ehtimalla bundan sonra erməni siyasi-ictimai məkanının deqradasiya prosesinin daha intensiv xarakter alması da qaçılmaz olacaq. Hər halda, erməni siyasi-ictimai qruplaşmalar arasında ortaq mövqenin tapılması indi olduqca qəliz məsələdir. Hətta Paşinyan hakimiyyətinə müxalif mövqedə olan Qarabağ klanı daxilində belə, ciddi ziddiyyətlərin olduğu bildirilir. Keçmiş prezidentlər və hərbi cinayətkarlar Robert Köçəryanla Serj Sarkisyanın tərəfdarları da hazırda müttəfiqdən daha çox siyasi rəqib durumuna keçiblər.

Yəqin ki, Ermənistanda 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca, erməni siyasi-ictimai qruplaşmaları arasında qarşıdurma ən yüksək həddə çatmış olacaq. Son müşahidələr bu qruplaşmaların elə indidən həmin seçkilərə hazırlıq prosesinə start verdiklərini göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti poternsial rəqiblərini küncə sıxışdırmaq istiqamətində planlı fəaliyyətə başlayıb. Və əsasən də rəqib müxalif düşərgənin sosial bazası hədəfə alınıb.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti könüllü şəkildə Ermənistana mühacirət etmiş ermənilərin davranışlarından ciddi narahatlıq keçirir. Belə ki, erməni kilsəsi və Qarabağ klanı Qarabağdan köçən ermənilərdən hakimiyyət uğrunda mübarizədə alət kimi istifadə etməyə cəhd göstərir. Ona görə də, erməni separatçıların qondarma qurumunun Ermənistandakı ənənəvi strukturlarını fəallaşdırmağa başlayıblar. Və onların vasitəsilə Ermənistanda ölkədaxili gərginliyi artırmaq məqsədi güdürlər.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti Qarabağ klanının siyasi düşərgəsinə yönələn gəlmə erməniləri təhlükəli sosial kontingent hesab edir. Baş nazir Nikol Paşinyanın yaxın ətrafı gəlmə ermənilərin xarici ölkələrə mühacirət etməsində maraqlı olduğunu da qətiyyən gizlətmir. Hətta bunun üçün əlavə imkanların açılmasına yönəlik addımlar da atır.

Hər halda bəzi məlumatlarda Paşinyan hakimiyyətinin Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsinə yönəlik cəhdlərinin gəlmə ermənilərin Qərb ölkələrinə gedişini asanlaşdırmaq məqsədi güddüyü də bildirilir. Bu, o deməkdir ki, Paşinyan hakimiyyəti Ermənistanı gəlmə ermənilərdən mümkün qədər tez bir zamanda təmizləmək niyyətindədir. Və bu niyyətin reallaşdırılması üçün gəlmə ermənilərə müxtəlif yollarla təzyiqlərin göstərildiyi də iddia olunur.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti gəlmə ermənilərin sosial problemlərinin həllinə həvəs göstərmir. Eyni zamanda, onların separatçı liderlərinin siyasi fəaliyyətlə məşğul ola biləcəkləri qurumların ləğv edilməsinə cəhd göstərir. Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə açıq mətnlə xəbərdarlıq etməklə, prosesin artıq başlandığına eyham vurub. Erməni spiker bildirib ki, separatçı qurumun özünü buraxmasından sonra “Ermənistan-artsax” qondarma parlamentlərarası komissiya da artıq fəaliyyət göstərə bilməz. Onun fikrincə, bu qurumda təmsil olunan separatçıların siyasi-hüquqi statusu mövcud deyil. Və bu səbəbdən də belə bir komissiyanın mövcudluğu hüquqi baxımdan absurddur.

Digər tərəfdən, Alen Simonyan erməni separatçıların İrəvandakı “daimi nümayəndəliyi”nin də bağlanmasının qaçılmaz olduğuna eyham vurub. Onun fikrincə, mövcud olmayan “dövlət”in “daimi nümayəndiliyi” də ola bilməz. Erməni spiker hesab edir ki, separatçılar orada toplaşıb, Paşinyan hakimiyyətinin əleyhinə siyasi fəaliyyətlə məşğuldur. Bunun yolverilməz olduğunu bildirən erməni spiker həmin bunadan daha faydalı fəaliyyət üçün istifadə etməyin vaxtı çatıb. Və bu, o deməkdir ki, gəlmə ermənilərin siyasi fəaliyyət mərkəzləri hazırda Paşinyan hakimiyyətinin maraqlarına qətiyyən cavab vermir.

Məsələ ondadır ki, rəsmi İrəvan gəlmə ermənilərin Qarabağ klanına dəstək verməsinin növbəti parlament seçkiləri ərəfəsində ciddi problemə çevriləcəyini artıq anlayır. Çünki gəlmə ermənilərin əksəriyyəti vaxtilə Azərbaycan ərazilərində hərbi cinayətlər törətmiş şəxslərdir. Üstəlik, bu kontingentin əlində külli miqdarda odlu silah mövcuddur. Paşinyan hakimiyyəti dəfələrlə çağırışlar etsə də, həmin silahlar hüquq-mühafizə qurumlarına təhvil verilməyib. Və seçki ərəfəsində erməni müxalifətinin xarici kəşfiyyatın təsiri altında olan bu silahlı qruplaşmadan Paşinyan hakimiyyətinə qarşı istifadə edə biləcəyi də qətiyyən istisna deyil.

Göründüyü kimi, Ermənistanda olduqca qəliz ictimai-siyasi situasiya yaranmağa başlayıb. Xarici kəşfiyyatın və erməni müxalifətinin Ermənistanda vətəndaş müharibəsinə qədər inkişaf edə biləcək silahlı toqquşmalar törətməsi üçün münbit şərait mövcuddur. Ona görə də, Paşinyan hakimiyyəti seçki dövrünə qədər bu problemi həll etmək məcburiyyətindədir. Əks halda, xarici kəşfiyyatın da dəstəklədiyi silahlı müxalifət qruplaşmalarına müqavimət göstərmək qətiyyən asan olmayacaq. Və bu, hətta Ermənistanda dövlət çevrilişi ilə də nəticələnə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Diplomatik nəzakət, yoxsa milli iradə? - Bakı seçimini etdi
Bu gün, 01:23
Azərbaycanda quşçuluq şirkəti - LƏĞV OLUNUR
Bu gün, 01:09
Şərurlu İsfəndiyar böyük qalmaqaldan danışdı: - "1 milyon verdi, sonra nə oyun çıxardısa..."
Bu gün, 01:06
Paşinyan sələflərinə meydan oxudu: - Ermənistan “günah keçisi” axtarışında...
Bu gün, 01:04
"Fərid həbsxanaya düşəndən sonra ondan imtina etdiyini rəsmi olaraq elan etmişdi"
Bu gün, 00:59
Goranboy sakini dövlətdən kömək istəyir - durumu ağırdır...
Bu gün, 00:56
"Kabloline" Azərbaycan Ordusuna kabelləri daha ucuz təqdim etdi - TENDER NƏTİCƏSİ
Bu gün, 00:46
Beyləqan sakini acınacaqlı durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 00:43
"Sədr də dəyişə bilər..." - VİDEO
Bu gün, 00:39
Bu gün Bakıda Azərbaycanın vasitəçiliyi ilə İsrail və Türkiyə arasında danışıqlar keçiriləcək - MÜHÜM
Bu gün, 00:35
Bakı-Tehran: Gerçək perspektiv, yoxsa erkən optimizm - Pezeşkianın Azərbaycana səfəri nəyi dəyişdi?
Bu gün, 00:31
Hindistan-Pakistan gərginliyi şiddətləndi: nüvə düyməsi basıla bilər, amma... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:28
Sülh masası qurulur? Ukrayna razıdır, lakin şərti var - GƏLİŞMƏ
Bu gün, 00:06
İş həcmi səhv yazıldı, 10 milyon manatlıq - TENDER LƏĞV OLUNDU
Bu gün, 00:05
“Səyyarmextikinti” ASC səhmdarlarının - YIĞINCAĞI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Türkiyə və İsrail hərbi toqquşmanın astanasındadırmı? - Ekspert qiymətləndirir
Dünən, 23:51
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki… - AKTUAL
Dünən, 23:10
Azad Məcidov təqaüdə göndərildi
Dünən, 23:00
Pakistan-Hindistan gərginliyi: İsrail “tərəfini” seçdi - KİV
Dünən, 22:07
Prezidentin Moskva səfəri niyə təxirə salındı? - SƏBƏBLƏR MƏLUM OLDU
Dünən, 22:01
Qazaxda Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 19:35
Tahir Kərimlinin partiyası qurultaya hazırlaşır: - Sədr kim olacaq?
Dünən, 19:00
Lənkəran abadlaşacaq, yolları təmir olunacaq - 2,4 MİLYONLUQ TENDERLƏR
Dünən, 18:58
Dövlətə xəyanətdə ittiham olunan şəxs 16 il müddətinə azadlıqdan mərhum edilib
Dünən, 16:03
Rus ordusu mayın 9-dək Dnepropetrovsk vilayətini işğal etmək istəyir - “Times”
Dünən, 16:03
Astarada qeyri-adi OLAY – Vəfat etmiş şəxsə iki fərqli ölüm kağızı VERİLDİ
Dünən, 16:00
Paşinyana qadın yaylığı bağışladılar - Siyasətdə İLK
Dünən, 15:53
Penitensiar Xidmətin daha bir tenderi baş tutmadı – 157 000 AZN
Dünən, 15:51
Ərbildə Azərbaycan Baş Konsulluğu açılacaq
Dünən, 15:49
Ermənistan dövləti ləğv olunur? – “İrəvanın Azərbaycana qaytarılması...”
Dünən, 15:48
Xanımın saçının qırxılması simvolik bir güc nümayişidir -Sosioloqdan maraqlı ANALİZ
Dünən, 15:45
Amma niyə indi: Astanadan Moskvaya “şillə” - İLGİNC...
Dünən, 15:42
“Bankların onlayn kredit prosesində ciddi risklər var” - ÇÜNKİ...
Dünən, 15:39
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
Dünən, 15:35
Bakı sakini əlillik pensiyasının qanunsuz olaraq kəsildiyini deyir - "16 il pensiya almışam..."
Dünən, 15:33
Ermənistan Konstitusiyasını dəyişdirir – Yeni layihə 10 aya hazır olacaq
Dünən, 15:29
Evindən milyonlar aparılan "Şaurma 1" sahibinin ailəsi Zahid Oruca müraciət etdi - bir seçici kimi...
Dünən, 15:28
Kəşmir məsələsi NƏ YERDƏDİR... - AKTUAL
Dünən, 15:25
Mayın 9-u Moskva sakit olacaqmı? - AKTUAL
Dünən, 15:22
Hökumə Əliyevanın ev-muzeyi tikilir
Dünən, 15:05
Azadlığa çıxan çoban 1 gün sonra yenidən həbs edildi - TƏFƏRRÜAT
Dünən, 15:03
Paytaxtın abad məhəllələrində voleybol yarışları başa çatıb - FOTO
Dünən, 14:47
"Rusiyanın davranışları aydın görünür: - nə müttəfiqlik, nə dostluq, nə qonşuluq, nə də digər amilləri tanıyır"
Dünən, 14:02
Azər Badamovun Rusiyadan deport olunması siyasi məsələdir - deputat
Dünən, 14:00
“Gəncə-Ekspress”ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 13:58
Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
Dünən, 13:31
Ağdaşda müğənni ilə gitaraçı arasında qanlı olayın təfərrüatı: - Həm dost, həm də qohumdurlar
Dünən, 13:23
Veysəloğlu Şirkətlər Qrupunda yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:21
"İCRA BAŞÇISI TORPAĞIMIZI SATIB" - Cəlilabad sakini Prezidentə ÜZ TUTDU
Dünən, 13:18
9 milyonluq şirkət tenderdə 1 milyon manatdan artıq qənaətlə qalib oldu
Dünən, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru