Müştərisini rəsmən ÇİLƏDƏN ÇIXARIB... - "Planşetimə salamlarımı yetirin..."
Tarix: 13-09-2024, 08:29 |
Çap et
"Baku Electronics" şirkəti artıq vətəndaşların giley-güzarını da nəzərə almır. Hər halda vətəndaş etirazlarının sayının artması və ortadakı reaksiyasızlıq belə deməyə əsas verir. Dia-az.İnfo xəbər verir ki, bu dəfə şikayətçi olan vətəndaş isə olaya bir qədər ironik yanaşması ilə də diqqətə gəlir. Beləliklə...
İlham Quliyev adlı sosial şəbəkə istifadəçisi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında yazır: " Baku Electronics"... daha şikayət etmək istəmirəm. 3 ildir sizin servisdə olan planşetimə salamlarımı yetirin...
"Bravo Müştəri Xidmətləri"ni 1 dəfə "tag" edən kimi zəng edib soruşurlar, nə problemdir? 3 il sizi tag elədim... bir faydası olmadı..."