Adil Əliyevi kim əvəzləyəcək... - Gülşən Paşayeva, yoxsa Fariz İsmayılzadə?
Tarix: 13-09-2024, 15:04 | Çap et
Hazırda Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar son şikayətləri araşdırır. Açığı, bu prosesin sonunda hansısa dairədə seçkinin nəticələrinin ləğv ediləcəyi gözlənilmir. Uzağı, hansısa seçki məntələrində nəticələr ləğv edilə bilər ki, bu da ümumi nəticəyə təsir göstərməyəcək. Bundan sonra prosedura uyğun olaraq, Konstitusiya Məhkəməsi nəticələri təsdiqləyəcək və yenu seçilən parlament fəalaiyyətə başlayacaq. İndilik aktual olan məsələlərdən biri isə parlamentə rəhbərliyin kimə həvalə olunacağıdır.
Bəlli olduğu kimi, Milli Məclisə rəhbərlik sədr, onun birinci müavini və digər iki müavin tərəfindən həyata keçirilir. Parlamentə yenidən Sahibə Qafarovanın rəhbərlik edəcəyi o qədər də şübhə doğurmur. Birinci və ikinci müavin isə, müvafiq olaraq, hakim və ən çox səs toplayan müxalifət partiyasının deputatları arasından seçilir. Bu baxımdan hakim partiyanın deputatı Əli Hüseynlinin yenidən öz kreslosunu qoruyacağı gözləniləndir. Müxalifət partiyaları arasında ən çox manadat əldə edənlər isə VHP (3 mandat) və ƏHD (2 mandat) partiyalarıdır. Böyük ehtimalla, VHP təmsilçisi Fəzail İbrahimli də müavinlik statusunu saxlaya biləcək.
Ən çox maraq doğuran isə ötən seçkidə Milli Məclis sədrinin müavini olan Adil Əliyevi kimin əvəzləyəcəyidir. Qeyd edək ki, bu barədə ilk dəfə müzakirələr hələ Adil Əliyevin yenidən deputat seçilməyəcəyi dəqiqləşəndə, sabiq vitse-spiker Suraxanıya icra başçısı təyin olunanda gündəmə gəlmişdi. Seçkilərdən sonra bu istiqamətdə müzakirələr daha da artıb.
İlk vaxtlar bu posta seçiləcək şəxslər arasında BQP sədri Fazil Mustafa və 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən deputat seçilən Şahin Seyidzadənin adı çəkilirdi. Hətta ikincinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədrliyindən parlamentə gətirilməsinin də bununla əlaqədar olduğu bildirilirdi. Artıq Fazil Mustafanın vitse-spiker seçiləcəyi məsələsi öz aktuallığını itirib. Çünki birincisi, partiya bu dəfə də mandatlarının sayını artıra bilməyib. İkincisi, mövcud qaydalara görə, parlamnet sədrinin 3 müavini adətən, 1 nəfər hakim partiyanın, 1 nəfər ana müxalifət partiyasının, 1 nəfər isə bitərəflərin nümayəndəsi olmaqla seçilir. VHP 3 mandat qazandığı üçün vitse-spikerlərdən biri də qeyd etdiyimiz kimi, bu partiyadan olacaq.
Şahin Seyidzadə isə seçkilərə bitərəf kimi qatılsa da, onun da vitse-spiker seçiləcəyi gözlənilən deyil. Birincisi, bitərəflər arasında ondan daha təcrübəli və nüfuzlu şəxslər mövcuddur. İkincisi, parlamentdə yerlərin çoxunu əldə edən hakim partiyanın son vaxtlar diplomatları necə deyərlər, ön xəttə çıxarmaq siyasətinə üstünlük verdiyi müşahidə olunur. Bu baxımdan fikirmizcə, hazırda boş qalan vitse-spiker postuna ya 13 saylı Xəzər ikinci Dairəsindən deputat seçilən Gülşən Paşayeva, ya da 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən Fariz İsmayılzadənin seçilmək şansı daha yüksəkdir. Bəs, bu iki namizəddən hansı daha şanslıdır? Gəlin, əvvəlcə qısaca olaraq, onların bioqrafiyasına nəzər salaq.
Gülşən Paşayeva 1983-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1996-2001-ci illərdəə "Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi" adlı QHT-yə rəhbərlik edib. 2001–2006-cı illərdə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun regional layihəsinin Azərbaycan üzrə milli əlaqələndiricisi vəzifəsində çalışıb. 2007–2009-cu illərdə isə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin əməkdaşı olub. 2009-cu ilin iyulundan G.Paşayeva Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri, 2011-ci ilin yanvarında isə mərkəzin direktor müavini təyin edilib. 2018-ci ilin iyul ayından Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan G.Paşayeva 2019-cu ilin dekabrında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib. Münaqişələrin həlli, təhlükəsizlik, gender və dil siyasəti məsələləri üzrə ixtisaslaşan G.Paşayeva ABŞ, Avstriya, İsveç və digər ölkələrdə sülh və münaqişələr mövzusunda 140-dan artıq beynəlxalq konfrans, seminar və təlimlərdə iştirak edib, münaqişələrin həlli texnikası və danışıqlar prosesinə dair tədqiqatlar aparıb. Ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
77 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən alim və diplomat, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə digər iddialıdan daha gənc olmasına rəğmən, yalnız elm və təhsil deyil, həm də idarəetmə və diplomatiya sahəsində də ciddi uğurlar əldə edib. F.İsmayılzadə 1996–2000-ci illərdə Qərb Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin politologiya ixtisası üzrə bakalavr, 2000–2002-ci illərdə ABŞ-nin Vaşinqton Universitetində sosial və iqtisadi inkişaf ixtisası üzrə magistr təhsili alıb, hər iki təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2013–2015-ci illərdə İspaniyanın Madrid şəhərində Beynəlxalq Biznes Məktəbində təhsil alaraq buranı "Ekzekyutiv MBA" ixtisasi üzrə bitirib, ardınca Niderlandın Maastrixt Menecment Məktəbində doktorantura üzrə təhsilini davam etdirib. F.İsmayılzadə 2003–2005-ci illərdə Beynəlxalq Miqrasiya Təşkilatında müxtəlif qısamüddətli layihələrdə koordinator və menecer vəzifələrində çalışıb. 2006-cı ildə "ADA" Universitetinin prorektoru təyin edilib, beynəlxalq əlaqələr, 120 xarici universitet ilə mübadilə, ixtisasartırma proqramları, tədqiqat və sponsorluq layihələri, korporativ və hökumət tərəfdaşları ilə əlaqələr, marketinq və media əlaqələri sahələri üzrə kurator olub. Avropa İttifaqı üzrə Bilik Mərkəzinə, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinə və İnkişaf və Diplomatiya İnstitutuna rəhbərlik edib. 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilib. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvüdür. ABŞ və Avropanın müxtəlif nəşrlərində, o cümlədən Mərkəzi Asiya-Qafqaz İnstitutu, Ceymstaun Fondu, Eurasiaet.org, Rüblük Türk Siyasəti, Strateji Araşdırmalar Mərkəzinin (SAM) icmalında enerji təhlükəsizliyi və regional siyasət mövzusunda 300-dən çox məqalələri dərs olunub. "Tərəqqi" və "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" medalları ilə təltif edilib. Göründüyü kimi, vitse-spiker seçiləcəyi iddia olunan hər iki deputatın tərcümeyi-halı xeyli zəngindir. Onların hər ikisi savadlı, təcrübəli, məsul olduqları sahədə özlərini təsdiqləmiş kadrlar kimi diqqəti cəlb edirlər. Lakin müqayisə etdikdə, F.İsmayılovun bu postu qazanmaq şansı daha çoxdur. Birincisi, ixtisasca filoloq olan G.Paşayevadan fərqli olaraq, F.İsmayılzadə bilavasitə siyasət və beynəlxalq münasibətlər üzrə ixtisaslaşıb. Fəaliyyət göstərdikləri sahələrə gəlincə, G.Paşayeva daha çox münaqişələr, dil, gender və analitika məsələləri üzrə çalışıb, P.İsmayılzadə isə praktik diplomatiya və idarəetmə sahəsində təcrübə toplayıb. Yuxarıda qeyd etdiyimiz kimi, budəfəki parlamentdə diplomatik fəaliyyətlə məşğul olan şəxslərə üstünlük verilməsi tendensiyası da diqqətdən yayınmır. Təsadüfi deyil ki, bu dəfə parlamentə seçilənlərdən 4 nəfər (Polad Bülbüloğlu, Qaya Məmmədov, Rizvan Nəbiyev, Zaur Şükürov ) diplomatdır. Bu baxımdan vitse-spiker kimi F.İsmayılzadəyə "stavka" olunacağı ehtimalı daha böyükdür. BakuPost
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazaxda 23 yaşlı oğlan minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:02 |
|
|
|
• PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” – “Səni kimi elmlər doktoru olmaqdansa...”
Bu gün, 11:58 |
|
|
|
• Xoşqədəm Hidayətqızı GİZLİNLƏRİ AÇDI: - “Pulu əlində qalırdı, efirə buraxmırdılar”
Bu gün, 11:46 |
|
|
|
• Mərhum bəstəkarın xanımından etiraz: - Gənc xanəndə məşhur mahnıya dəyişiklik edib?
Bu gün, 11:44 |
|
|
|
• “İlon Mask sputniklə camaata internet paylayır, mən isə pulunu verirəm, amma 100 meqabitimi ala bilmirəm” - ETİRAZ VAR...
Bu gün, 11:37 |
|
|
|
• Bu məktəblərdə oxuyan şagirdlərə təqaüd verilə bilər - AÇIQLAMA
Bu gün, 11:34 |
|
|
|
• “Urmiyə gölü qurusa, İran bir tikə çörəyə möhtac qalacaq” - FAKT BUDUR!
Bu gün, 11:29 |
|
|
|
• Müəllimlərin hər birindən qanunsuz olaraq, 60 manat tələb olunur... - NARAZILIQ VAR...
Bu gün, 11:26 |
|
|
|
• "Biz düşmənlikdən rəqabətə keçən yolu doğru sayırıq" - Partiya sədri
Bu gün, 11:21 |
|
|
|
• Müharibə Ağ Evdə kimi prezident edəcək? - AKTUAL
Bu gün, 11:19 |
|
|
|
• “Qərb Ermənistana yalnız kökə göstərir” - Sotiriadis
Bu gün, 11:18 |
|
|
|
• Aİ Rusiya və İrana qarşı sanksiyaları genişləndirəcək – Politico
Bu gün, 11:15 |
|
|
|
• Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb - FOTO, VİDEO
Bu gün, 11:12 |
|
|
|
• Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı - Cinayət işi açılmadı
Bu gün, 11:07 |
|
|
|
• "Onun deputat seçilməsi xalqa təhqirdir" - Professorla tarixçi alim arasında qarşıdurma
Bu gün, 11:05 |
|
|
|
• Zəngəzur: Cənubi Qafqazın taleyini dəyişdirəcək dəhliz - İNCƏLƏMƏ
Bu gün, 11:02 |
|
|
|
• Haqsız yerə işdən çıxarıldı, indi ÇƏTİN DURUMDADIR... - NƏ ETSİN?!!
Bu gün, 10:49 |
|
|
|
• Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR
Bu gün, 10:39 |
|
|
|
• İçdi, qanunu pozdu və qəhrəman oldu...
Bu gün, 10:34 |
|
|
|
• Ermənilər panikada: lokal döyüşlər gözlənilir - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
• Biz mümkün qədər tez sülh müqaviləsi bağlamağa hazırıq - QRİQORYAN
Bu gün, 10:28 |
|
|
|
• “Livan İsrailə bir ildə 14 min raket atıb” – Yoav Qalant
Bu gün, 10:26 |
|
|
|
• Hindistan rupisi yeni tarixi minimum yeniləyib
Bu gün, 10:23 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb
Bu gün, 10:11 |
|
|
|
• Rüşvətə görə həbs edilən sabiq direktor bəraət istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:07 |
|
|
|
• Tibb Universitetinin professoru vəfat etdi
Bu gün, 10:02 |
|
|
|
• EDM-lərə yaşıl işıq yandırılıb, sahibkarlar keçmək istəmirlər - Maşın var, şərait yoxdur
Bu gün, 10:00 |
|
|
|
• "Özünü bu günə salmağa ehtiyac yox idi"
Bu gün, 09:58 |
|
|
|
• Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? — yüz milyonlarla manat
Bu gün, 09:55 |
|
|
|
• “Azklima Service” MMC -nin dövlətə küllü miqdarda - VERGİ BORCU YARANIB
Bu gün, 09:51 |
|
|
|
• Deputat Asif Əsgərov seçiciləri ilə ilk görüşünü keçirdi - FOTO
Bu gün, 09:38 |
|
|
|
• “Bosh shelf”in departament müdiri SOCAR prezidentindən çox maaş alır? – İLHAM EMİNBƏYLİ HAQDA ŞOK İDDİALAR
Bu gün, 09:34 |
|
|
|
• "Aslan Hacıyevin nə istədiyini biz anlaya bilmirik..." - NAZİRƏ MÜRACİƏT
Bu gün, 09:29 |
|
|
|
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:23 |
|
|
|
• "Onlar da acığa düşüb, işimi lap ağırlaşdırdılar" - AXI NİYƏ?
Bu gün, 09:22 |
|
|
|
• Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım - FOTO
Bu gün, 09:15 |
|
|
|
• İlqar Qəribovu məsuliyyətdən belə qurtarıblar... - İLGİNC FAKTLAR
Bu gün, 09:12 |
|
|
|
• Bakı metrosunun deposunda əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı apellyasiya şikayəti verdi
Bu gün, 09:08 |
|
|
|
• TƏBİB-in daha 5 tenderi ləğv olundu - BU NƏDİ BELƏ?!
Bu gün, 09:00 |
|
|
|
• Ramiz Mehdiyev Avropa Məhkəməsinə şikayət edəcək? - Tanınmış vəkil keçmiş PA şefinə YOL GÖSTƏRDİ
Bu gün, 08:58 |
|
|
|
• Daha nə qədər erməni əsgər intihar etməyə hazırlaşır? - Stepan Danielyan
Bu gün, 08:53 |
|
|
|
• Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...
Bu gün, 08:52 |
|
|
|
• Azərbaycanda inşaat şirkəti mənfəət və zərərini bölüşdürəcək
Bu gün, 08:47 |
|
|
|
• Ermənilər Trampdan niyə qorxur? – 5 noyabrdan sonra…
Bu gün, 08:45 |
|
|
|
• Əhməd cəmiyyət arasına qayıda bilərmi? - AÇIQLAMA
Bu gün, 08:38 |
|
|
|
• "Verdikləri internetdə nə artım var, nə keyfiyət..." - NƏ ETMƏLİ?
Bu gün, 08:32 |
|
|
|
• KAPİTAL BANK cibimiziə belə girir... - GİLEY
Bu gün, 08:22 |
|
|
|
• ADAU-da vəziyyət acınacaqlı durumdadır... - NARAZILIQ VAR...
Bu gün, 08:10 |
|
|
|
• Ümid Zəngəzur dəhlizinədir... - Belə davam edərsə...
Bu gün, 08:02 |
|
|
|
• 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
Bu gün, 07:05 |
|
|
|
|