Ermənistan indi öz axmaqlığı ilə cəlbedici ölkədir - Ovanesyan
Tarix: 13-09-2024, 15:06 |
Çap et
"Məğlub olan ölkənin, məğlub cəmiyyətin, məğlub elitanın vətəndaşı olmaq çətindir. Bizə potensial qurban kimi baxırlar. Bəzən hətta dostlarımız, qohumlarımız da bizə potensial qurban kimi baxırlar. Çünki indi biz öz axmaqlığımızdan başqa heç nə ilə cəlbedici ola bilmirik".
Ölkə.Az xəbər verir ki, bunu erməni ekspert Vahe Ovanesyan deyib.
O deyib ki, məğlub olan ölkənin məğlub hökuməti var, həm də məğlub olan ictimai-siyasi elitası və məğlub cəmiyyəti var. "Özümüzü qurban kimi görməməliyik. Ermənistanda dərin dəyişikliklərə ehtiyac var və bu istiqamətdə konkret nəticələr əldə etmək üçün bir yol tapmalıyıq", - o qeyd edib.