MSK Cahandar Bayoğlunun şikayətlərini rədd etdi - Ümid qaldı...
Tarix: 13-09-2024, 16:31 |
Çap et
Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntular olduğu haqqında iddialar araşdırılıb.
Dia-az.İnfo xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
MSK-nın və Ekspert qrupunun üzvü Nailə Əsgərovanın təqdimatına əsasən, dairədən qeydə alınmış namizəd Cahandar (Bayoğlu) İsmayılov bu barədə DSK-nın qərarından şikayət verib.
Araşdırma zamanı müraciətin əsassız olduğu müəyyənləşdirilib, ərizəçinin iddiaları təmin edilməyib.
Beləliklə, DSK-nın müvafiq qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, əlində tutarlı faktlar olan Cahandar Bayoğlu eyni zamanda hüquq-mühafizə orqanlarına da müraciət edib.